Billi Milliqan

Uilyam Stenli Milliqan (14 fevral 1955[1]12 dekabr 2014, Kolumbus) — 1970-ci illərin sonunda ictimaiyyətə açıq məhkəməsi keçirilən 24 fərqli şəxsiyyəti olan amerikalı cinayətkar.

Billi Milliqan
William Stanley Milligan
Doğum tarixi 14 fevral 1955(1955-02-14)[1]
Vəfat tarixi 12 dekabr 2014(2014-12-12) (59 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Vətəndaşlığı ABŞ
Atası Cimmi Milliqan
Anası Doroti Milliqan
Milliyyəti Amerikalı
Tanınır oğurluq, təcavüz, şəxsiyyət pozğunluğu

Silahlı soyğun da daxil olmaqla bir neçə cinayət törətdikdən sonra, Ohayo Dövlət Universitetinin kampusunda üç təcavüzə görə həbs olundu.Bu zaman psixoloqlar Milliqana çoxsaylı şəxsiyyət pozğunluğu diaqnozu qoydular.Vəkilləri tərəfindən onun psixoloji problemi olduğunu və iki alternativ şəxsiyyətinin Milliqan fərqinə varmadan cinayət törətdiyi iddia edildi.Müdafiəsi zamanı şəxsiyyət pozğunluğu diaqnozu qoyulan və böyük bir cinayətə görə 10 il ruhi xəstəxanada yatmaq cəzası verilən ilk insan idi.

Milliqan'ın həyat hekayəsi Daniel Kizin mükafat qazanan romanı " Billi Milligan'ın düşüncələri" ilə populyarlaşdı.

Uşaqlıq illəri

[redaktə | mənbəni redaktə et]

Milliqan 1955-ci ilin fevralında Mayamidə Doroti Milliqan və Conni Morrisonun övladı olaraq dünyaya gəlib.

Doroti Milliqan Ohayoda böyümüşdü və əvvəlki əri ilə birlikdə Lankaster-də yaşayırdı. Onlar boşandıqdan sonra Doroti Mayamiyə köçdü və müğənni kimi işləməyə başladı. Və Cimmi Morrisonla birlikdə yaşamağa başladı və onların iki övladı oldu.

Daniel Kizə görə Cimmi yaxşı atalıq etməyi bacamırdı, qumar oynayır və çoxlu içki içirdi. Bundan sonra Doroti uşaqlarını götürdü və Mayamidən uzaqlaşdı, nəticədə keçmiş əri ilə yenidən evləndi və Lankaster, Ohayoya qayıtdı. Dorotinin ərinin keçmiş həyat yoldaşından Billi ilə eyni yaşda olan bir qızı da var idi.

Daniel Kizə görə Billi hələ 5 yaşı olanda artıq 3 şəxsiyyəti var idi.

Həbs olunması

[redaktə | mənbəni redaktə et]

1975-ci ildə Milliqan, təcavüz və silahlı soyğunçuluq hadisələrinə görə Ohayo əyalətində həbs edildi. 1977-ci ilin əvvəlində şərti olaraq sərbəst buraxıldı və cinsi cinayətkar kimi qeydiyyata alınması tələb olundu. 1977-ci ilin oktyabrında Milliqan Ohayo Dövlət Universitetinin kampusunda üç qadına təcavüz etdiyinə görə yenidən tutuldu. Billini zərərçəkənlərin maşınlarında olan barmaq izinə görə tutmuşdular. Qurbanlardan biri onun olduqca gözəl olduğunu və 3 yaşlı bir qız kimi davrandığını söyləmişdi.

Cinayət zamanı silah işlətmiş və yaşayış yerində axtarış aparıldığı zaman həmin silah da tapılmışdı.

Müdafiəsinə hazırlaşan zaman həkim Uillis Driskrol ona şizofren təşhisi qoydu. Həkim Doroti Törner yoxladığı zaman isə ona şəxsiyyət pozğunluğu diaqnozu qoydu.

Milliqan bir sıra dövlət ruhi xəstəxanalarına göndərilmişdi. Bu xəstəxanalarda olarkən Milliqanın on fərqli şəxsiyyətə sahib olduğunu bildirildi. Lakin bu şəxsiyyət yalnızca psixoloqlara məlum olanlar idi. Daha sonra 14 şəxsiyyət daha əlavə olundu və ümumi say 24-ə çatdı. İlk onluq arasında hematologiya üzrə ekspert Allen, serb dilində yaza bilən və slavyan aksenti olan Reycen, insanlardan xüsusilə də kişilərdən qorxan Denni, disleksiyadan əziyyət çəkən Kristin, cinayət planları hazırlayan Fil və Kevin, manipulyuator Tommi var idi.

Milliqan 1988-ci ildə on il sonra ruhi xəstəxanalarda qaldıqdan sonra sərbəst buraxıldı və 1 avqust 1991-ci ildə Ohayo psixi sağlamlıq sistemindən və Ohayo məhkəmələrindən azad edildi. 1996-cı ildə Kaliforniyaya yaşadı köçdü və burada Stormy Life Productions-a sahib olaraq qısa bir film çəkmək niyyətində idi (lakin heç vaxt çəkilmədi). Bundan sonra onun yeri uzun müddət naməlum qaldı, köhnə tanışları onunla əlaqəni itirdilər.

Billi Milliqan 12 dekabr 2014-cü ildə qocalar evində 59 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişdi.

Haqqında kitablar

[redaktə | mənbəni redaktə et]
  • Daniel Kizin romanı " Billi Milligan'ın düşüncələri"(1981)
  • "Milliqan müharibələri" (1994)

Haqqında filmlər

[redaktə | mənbəni redaktə et]

Haqqında Leonardo Di Kaprionun baş rolunda oynayacağı düşünülən The Crowded Room filminin çəkilməsi düşünülsə də filmin çəkilişləri hələ baş tutmayıb.

  1. 1 2 Bibliothèque nationale de France William Stanley Milligan // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.