Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Wibty
Mr. Kitty
Mr. Kitty və ya Echo Strobe kimi daha yaxşı tanınan əsl adı Forrest Avery Carney olan (24 mart 1992-ci ildə anadan olub), Amerikalı müğənni-bəstəkar, prodüser və DJ-dir. Onun üslubu synthwave, synthpop, new wave, cadugər evi və qaranlıq dalğa kimi təsvir edilir və musiqilərində dinləyicilərdə nostalji hisslər oyadır. O, daha çox 2014-cü ildə yayımladığı və 2019-cu ildə YouTube platformsında fanatı tərəfindən videosu yerləşdirildikdən sonra populyarlaşan "After Dark" mahnısı ilə tanınır Carney başqaları üçün IAMX və Estetik Mükəmməllik remiksləri etdi və Pastel Ghost və Crystal Castles ilə birgə mahnılar ifa etdi.
Bitti
Bitti (it. Bitti) — İtaliyanın Sardiniya regionunda şəhər. Əhalisi 2.837 nəfərdir. Nuoro şəhərindən 35 km șimal istiqamətində yerləşir. == Tanınmış şəxsləri == Canuario Karta – siyasətçi.
Jetty
"Jetty" İnformasiya Texnologiyaları sahəsinə aid olan proqram təminatıdır. Açıq qaynaqlı "WEB Server" və "Servlet Container"-dir. Son versiyası "9.4.9.v20180320" -dır. Proqram təminatı Greg Wilkins adlı avstraliyalı proqramçı tərəfindən 1995-ci ildə yaradılmışdır.
NETTY
NETTY Azərbaycan Milli İnternet Mükafatı — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı, başqa oxşar tədbirlərdən fərqli olaraq həm Azərbaycanda, həm də ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə tədbirdir. Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimlərini üzə çıxaran və dəyərləndirən NETTY mükafatı bir-neçə il ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbirlərindən biri olmaqdadır. == NETTY 2005 == 2 aprel 2005-ci il tarixində Bakı Caz Mərkəzində NETTY 2005 Azərbaycan Milli İnternet Mükafatının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Veb-akademiklər virtual jüri vasitəsilə seçilmiş 34 nominant arasından 10 nominasiya üzrə 10 ən yaxşı saytc müəyyən etmişdirlər. === Qaliblər === Azərbaycan: ganca.net Dövlət saytı: gov.az İnformasiya və xəbərlər: today.az Korporativ sayt: aznocorruption.org Mədəniyyət və incəsənət: azmif.net Elm və təhsil: azerislam.com Şəxsiyyət: chingizmustafayev.com Əyləncə: fox.az Servis-saytlar: vescc.com İdman: sport.az == NETTY 2006 == NETTY 2006 Azərbaycan Milli İnternet Mükafatının mükafatlandırma gecəsi 8 aprel 2006-cı il tarixində Bakı Caz Mərkəzində təşkil edilmişdir. Tədbirdə veb-akademiklər virtual jüri vasitəsilə seçilmiş 34 nominant arasından 10 nominasiya üzrə 10 ən yaxşı saytı müəyyən etmişdirlər. === Qaliblər === Azərbaycan: azerbaijan.az Dövlət saytı: din.gov.az İnformasiya və xəbərlər: day.az Korporativ sayt: forex-az.info Mədəniyyət və incəsənət: uzeyir.musigi-dunya.az Elm və təhsil: kitab.az Şəxsiyyət: azerin.az Əyləncə: natarsan.az Servis-saytlar: ilk10.com İdman: lankaranfc.com == NETTY2007 == NETTY 2007 Azərbaycan Milli İnternet Mükafatının verilməsi mərasimi 27 aprel 2007-ci il tarixində Bakı Əyləncə Mərkəzində keçirilib. NETTY-nin akademikləri rəsmi şəraitdə on bir nominasiya üzrə ən yaxşı milli veb-saytların adlarını müəyyən etmişdirlər. Virtual səsverməsi nəticəsində mükafata nominant olmuş 40 iddiaçıdan müxtəlif nominasiyalar üzrə 11 qalib elan edilmişdir.
Sitta
Sitta (lat. Sitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinə aid heyvan cinsi.
Vitte
Vitte — soyad. Karl Vitte — alman hüquqşünas. Sergey Vitte — gürcü mənşəli rus dövlət xadimi Digər Vitte adası — Nordenşeld arxipelaqına daxil olan ada. Vitte adası (Yokanqskie adaları) — Barens dənizinə daxil olan Svyatoynosski körfəzində yerləşən yaşayışı olmayan ada.
Dirty Diana
Dirty Diana — Maykl Ceksonun mahnılarından biri.
Eralda Hitay
Eralda Hitaj — Albaniya gözəli (2006), Kainat gözəli (2006). == Həyatı == Eralda Hitaj 1987-ci ildə Albaniyanın paytaxtı Tiranada dünyaya gəlib. 2006-cı ildə Albaniya gözəli seçilərək dünya gözəllik yarışmasına qatılmaq imkanı qazanan alban gözəlçə həmin Hindistanda kainat gözəli seçilərək, dünya tacına sahib çıxıb.
Getty Images
Getty Images — ABŞ foto agentliyi. Agentliyi 1995-ci ildən fəaliyyət göstərir və hazırda dünyada ən böyük foto arxivinə malik agentliklərdəndir.
Karl Vitte
İoqan Qenrix Fridrix Karl Vitte II (alm. Johann Heinrich Friedrich Karl Witte‎; 1 iyul 1800[…] – 6 mart 1883[…], Halle, Prussiya) — alman hüquqşünas, tərcüməçi, tarixdə ən cavan elm doktoru kimi qalmışdı (Ginnesin rekordlar Kitaba düşüb).
Kutubi-sittə
Altı kitab (ərəbcə: الكتب الستة‎, farsca: صحاح سته). Əhli Sünnə tərəfindən ən etibarlı hədis mənbələri kimi qəbul edilmiş 6 kitaba verilmiş ümumi ad. Həmin kitablar aşağıdakılardır: Səhihi Buxari (صحيح البخاري) Səhihi Müslim (صحيح مسلم) Sünəni Nəsai (النسائي سُنن) Sünəni Tirmizi (سُـنَن الترمذي) Sünəni Əbu Davud (سُنن أبو داوود) Sünəni İbn Macə (سُنن ابن ماجة) == Həmçinin bax == Dörd kitab: Cəfəri məzhəbinin 4 əsas hədis kitabı.
Madonna Litta
Madonna Litta - Leonardo da Vinçiyə aid edilən və Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılam XV əsrə aid rəsm əsəridir. Rəsmdə “Əmizdirici Madonna” ikonoqrafiyasına uyğun Körpə İsanı əmizdirən Məryəm təsvir edilmişdir. Leonardo yaradıcılığının erkən dövrünə aid “Madonna qərənfillə” əsərində olduğu kimi fiqurlar qaranlıq interyerdə təqdim edilib. Arxada iki tağlı pəncərədən aerial prespektivdə tağlı peyzaj görünür. Məsih sol əlində Avropa alacəhrəsi tutur ki, bu da onun gələcək əziyyətlərinə işarədir. Əsərin müəllifinin kim olması ilə bağlı alimlərin müxtəlif fikirləri olsa da, əksər hallarda o, Leonardonun Covanni Antonio Boltraffio və ya Marko d’Occono kimi tələbələrinə aid edilir; Ermitaj muzeyi isə “Madonna Litta”nı Leonardonun avtoqraf əsəri hesab edir. XIX əsrə kimi əsər Milanın zadəgan nəsillərindən olan Litta ailəsinin kolleksiyasına daxil olduğuna görə əsər “Madonna Litta” adlandırılmışdır. == Süjet == Rəsmdə əlində tutduğu uşağı əmizdirən qadın təsvir olunub. Rəsmin fonunda iki tağlı pəncərəsi olan divar təsvir edilib. Pəncərələrdən işıq izləyiciyə düşür və buna görə divar daha da qaranlıqlaşır.
Mitte (əyalət)
Mitte (alm. Mitte‎ — «mərkəz») — 2001-ci ildən bəri mövcud sərhədlərdə olan Berlinin mərkəzi inzibati bölgüsü. Əyalət üç keçmiş müstəqil rayon Mitte, Tierqarten və Toyun birləşməsi ilə Berlinin inzibati bölgüsünün genişmiqyaslı islahatı zamanı formalaşmışdır. İslahat həmçinin əyalətlərdəki rayonları da əhatə etdi və keçmiş Mitte rayonu eyni adlı yeni əyalət statusu aldı. == Coğrafiyası == Bundestaq, Bundesrat və federativ hökumət təşkilatlarının əksəriyyəti Mitte əyalətində yerləşir. == Əyalətin daxilindəki rayonlar == 01 Əyalət Mitte 0101 Mitte (əvvəl — müstəqil rayon) 0102 Moabit (əvvəl — rayon Tirqarten) 0103 Qanzafirtel (əvvəl — округ Tirqarten) 0104 Tirqarten (əvvəl — rayon Tirqarten) 0105 Veddinq (əvvəl — rayon Veddinq) 0106 Qezundbrunnen (əvvəl — rayon Veddinq) == Görməli yerləri == Admiralspalast Aleksanderplats Berlin teleqülləsi Berlin kafedralı Bradenburq qapısı Bradenburq muzeyi Podevils sarayı Saray meydanı Saray körpüsü Jandarmenmarkt Qırmızı ratuşa Çətənə muzeyi Ada muzeyi Nikolaifirtel Postdam meydanı Reyxstaq Unter-den-Liden Razılaşma Şapeli Tsionskirxe == Xarici keçidlər == Vikianbarda Mitte əyaləti ilə əlaqəli mediafayllar var.
Praski Vitti
Praski Vitti (Vitalij Petrovič Petrov; rus. Виталий Петрович Петров), 17 sentyabr 1936) — Sovet və Rusiya rəssamı. O həmçinin şair Andrey Voznesenskinin şeirləri üçün şəkillər çəkir .
Sergey Vitte
Vitte Sergey Yuliyeviç (rus. Серге́й Ю́льевич Ви́тте; 17 (29) iyun 1849, Tiflis – 13 mart 1915[…], Petroqrad) — gürcü mənşəli rus dövlət xadimi, qraf (1905). == Həyatı == 1892-ci ildə Rusiya imperiyasının Yollar və maliyyə naziri, 1903-cü ildə Nazirlər Kabinetinin, 1905–1906-cı illərdə Nazirlər şurasının sədri olub. Şərab inhisarının tətbiqinin (1894), qızıl monometalizminin tətbiqi ilə nəticələnən pul islahatının (1897), Sibir dəmir yolu tikintisinin təşəbbüskarı olub. Stolıpinin aqrar islahatlarının bəzi müddəalarını işləyib, 17 oktyabr 1905-ci il manifestinin müəllifidir. == Əsərləri == Витте С. Ю. Принципы железнодорожных тарифов по перевозке грузов Киев : журн. "Инженер", 1883. Витте С. Ю. Речь министра финансов в заседании Совета государственных кредитных установлений, 21 декабря 1892 года Санкт-Петербург : тип. М-ва вн. дел, [1893].
Sitta tephronota
Böyük qayalıq sittası (lat. Sitta tephronota) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinin sitta cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Kiçik qayalıq sittasından daha böyük olub. Göz arxasındakı qara xətt daha nəzərəçarpan olmaqla gözün gerisində genişlənir və boyun yanlarına doğru uzanır. Qara sürmənin ("qaşın") kənarları ağdır. Qayaya qonmuş halda arxadan baxıldıqda, bu qara xətlər boyunun iki yanında birdən görünür. Ayaqları və quyruğu qısadır. Alını və təpə hissəsi daha tünd rəngli olub, bel tərəfi, boz, alt tərəfləri ağ, quyruğa doğru narıncı rəngli lələklər olur. Dişi və erkək bir birinə bənzəyir, yalnız quyruqaltı rəngində müəyyən fərqlilik müşahidə olunur.
Vitte adası
Vitte adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Nordenşeld arxipelaqının qərb hissəsində qərarlaşır. Həmcinin Şivolki adaları qrupuna daxildir. Öz qrupunun ucqar şimal-şərq qutaracağını təşkil edir. Krasin adasından 3 km cənubda yerləşir. Hər tərəfdən qrupa daxil adalarla əhatələnmişdir: şərqdən Silaç adası, cənubdan Krasin və Ukromnıy, cənub-qərbdən Kovalevski adası, qərbdən Ermak adası ilə əhatələnmişdir. Şimalında Lenin boğazı yerləşir. Materiklə arasında məsafə 65 km-dir.
Xitay dili
Xitay dili, Kitay dili və ya Kidan dili — Monqol dillərindən olan Xitayların danışdığı dil idi.Xitay dili, Liao sülaləsi və Qaraxitaylar dövlətinin rəsmi dili olmuşdur.
Patty Aubery
Patty Abery (1965, Kaliforniya) — Kaliforniyadan olan Amerika yazıçısıdır. O, Xristian Ruhu üçün Toyuq Çorbası da daxil olmaqla Ruh üçün Toyuq Çorbası seriyası kimi bəzi kitablar yazdı. Qadın hüquqlarının lideri olan Aubery yalnız qadınlar üçün "Chicken Soup for the Christian Woman's Soul" kitabını yazdı. Kitab çətinliklərlə üzləşən, çətin günlər yaşayan və imanı təzələyən qadınların hekayələrindən bəhs edir. Fəsillərdə İnam, Ailə Sevgisi, Allahın Müalicə Gücü, Dostluq, Fərqləndirmə, Çağırışlar və Möcüzələr var. O , "Oyan!" verilişində idi. 2015-ci ildə televiziyada 2017-ci ildə o , "Uğur ruhu" filmində də rol alıb. Onun yazıları özünə kömək janrında diqqət çəkdi. O, özünə kömək, ağıl və bədən, təlim, həyat mübarizəsi, pul, müvəffəqiyyət, və yenilik. Müəllif Lisa Nichols Aubery'nin "mümkün qüvvəsi olduğunu" yazdı.
Rafael Vitti
Rafael Alenkar Vitti (2 noyabr 1995, Rio-de-Janeyro) — Braziliyalı aktyor və musiqiçidir. == İlk illəri == Rio-de-Janeyroda anadan olan Rafael Vitti Rio-de-Janeyro şəhərinin cənubundakı Flamenqo məhəlləsində böyüyüb. O, aktyorlar João Vitti və Valeria Alencarın oğlu və aktyor Fransisko Vittinin qardaşıdır.
Dirty Hit
Dirty Hit — 2009-cu ilin dekabrında Böyük Britaniyada Ceymi Oborn, Çak Ueyt, Brayan Smit və İngiltərə yığmasının keçmiş futbolçusu Uqo Ehioqu tərəfindən təsis edilmiş müstəqil musiqi şirkəti. İlk olaraq 2009-cu ildə Londonda yaradılmış olan şirkət böyüyüb və biznesini dünyanın digər yerlərində genişləndirib. 2020-ci ildə Los-Anceles, Sidney və Tokioda ofislər açmışdır.
Anri Fransua Pitte
Anri Fransua Pittye de Fabreqa (fr. Henri François Pittier de Fábrega; 13 avqust 1857 – 27 yanvar 1950, Karakas) — Venesuela florasını öyrənən İsveçrə botanik-sistematiki. == Pittenin şərəfinə adlandırılmış taksonlar == Pittiera Cogn., 1891 [= Polyclathra Bertol., 1840] Pittierella Schltr., 1906 [= Cryptocentrum Benth., 1880] Pittierothamnus Steyerm., 1962 [= Amphidasya Standl., 1936] == Bəzi elmi işləri == Durand T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Pittier, H. (1891). Viaje de exploración al valle del Río Grande de Térraba. 138 p. Pittier, H. (1906). Ensayo sobre las plantas usuales de Costa Rica.
Anri Fransua Pittye
Anri Fransua Pittye de Fabreqa (fr. Henri François Pittier de Fábrega; 13 avqust 1857 – 27 yanvar 1950, Karakas) — Venesuela florasını öyrənən İsveçrə botanik-sistematiki. == Pittenin şərəfinə adlandırılmış taksonlar == Pittiera Cogn., 1891 [= Polyclathra Bertol., 1840] Pittierella Schltr., 1906 [= Cryptocentrum Benth., 1880] Pittierothamnus Steyerm., 1962 [= Amphidasya Standl., 1936] == Bəzi elmi işləri == Durand T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Pittier, H. (1891). Viaje de exploración al valle del Río Grande de Térraba. 138 p. Pittier, H. (1906). Ensayo sobre las plantas usuales de Costa Rica.
La Mia Città
La Mia Città (azərb. Mənim şəhərim‎) — İtaliyanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. İfaçısı Emma Marronedir.
Itzy
Itzy ( kor. 있지; RR: Itji; MR: Itchi), Yeci, Lia, Rucin, Çeryon və Yuna-dan ibarət JYP Entertainment tərəfindən qurulan Cənubi Koreya-lı qız qrupudur. Qrup, 12 fevral 2019 -cu ildə "It'z Different" adlı tək albomun çıxışı ilə debüt etdi. Qrupun mükafatları arasında 34 -cü Qızıl Disk Mükafatlarında İlin Çaylakları , 2019 Melon Musiqi Mükafatları və 2019 Mnet Asiya Musiqi Mükafatlarında Ən Yaxşı Yeni Qadın Sənətçi var. == Karyera == === 2015-2019:Debütdan əvvəl === Fantagio tərəfindən təşkil edilən seçmələri keçə bilmədikdən sonra, Çeryon , 2015-ci ildə JYP Entertainment-in "Sixteen" adlı şousuna qatıldı.Qazanan qız qrupu Twice-ın son heyətinə girə bilmədi, ancaq bacısı ilə birlikdə şirkət tərəfindən "K-pop Star 3" televiziya proqramı vasitəsi ilə seçildi.Itzy-nin JYP -yə qoşulan ilk üzvü Çeryon beş il məşq etdi. Rucin, Got7 konsertində kəşf edildi və Itzy-nin debütündən dörd il əvvəl JYP-də stajyerlik etdi. Həm Yuna, həm də Yeci 2015 -ci ildə JYP -yə qatıldı və üç il məşq etdi. Son üzv olan Lia əvvəlcə SM Entertainment -də seçməyə qatıldı və keçdi, ancaq valideynləri ilə fikir ayrılığı səbəbiylə son anda geri çəkilmək məcburiyyətində qaldı. Bir neçə il sonra Lia JYP dinləmələrindən keçdi və iki il məşq etdi. 2017 -ci ildə Yuna və Rucin BTS -in "Love Yourself: Highlight Reel" adlı videosunda rol aldılar.
Rıtıy burnu
Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır. == Elmi faktlar == Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.