Vitte adası

Vitte adasıNordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.

Vitte adası
rus. Остров Витте
Ümumi məlumatlar
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
76°43′23″ şm. e. 95°08′17″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Vitte adası xəritədə
Vitte adası
Vitte adası

Nordenşeld arxipelaqının qərb hissəsində qərarlaşır. Həmçinin Şivolki adaları qrupuna daxildir. Öz qrupunun ucqar şimal-şərq qutaracağını təşkil edir. Krasin adasından 3 km cənubda yerləşir. Hər tərəfdən qrupa daxil adalarla əhatələnmişdir: şərqdən Silaç adası, cənubdan Krasin və Ukromnıy, cənub-qərbdən Kovalevski adası, qərbdən Ermak adası ilə əhatələnmişdir. Şimalında Lenin boğazı yerləşir. Materiklə arasında məsafə 65 km-dir.

Vitte adası qərbdən şərqə doğru uzanır. Cənubunda körfəz vardır. Uzunluğu 750 m, eni 500 metrdir. Adada yüksəklik və göl yoxdur. Üzəri tundra bitkiləri ilə örtülüdür. Burada Mamır, şibyə və sərt otlara rast gəlinir.