Wibty — Azərbaycanın ilk milli sosial şəbəkəsi.[1][2]
Wibty | |
---|---|
Wibty | |
URL | wibty.com |
Tipi | Sosial şəbəkə |
Dilləri | Azərbaycan dili |
İstifadəçi sayı | 200.000[3] |
Sahibi | Həmzə Hüseynli |
Müəllif (lər) |
Əlizamin Fərhadov Emin Əlizadə Alcan Şıxıyev Nurlan Hüseynov Nicat Alverdiyev Onur Mamedov Soltan Soltanlı |
Açılma tarixi | 19 iyul 2021 |
Vikianbarda əlaqəli mediafayllar |
Layihənin qurucusu Həmzə Hüseynli Wibty layihəsi üzərində 2013-cü ildən etibarən çalışmağa başlasa da, layihənin təqdim olunması tam olaraq 2021-ci ilə təsadüf etmişdir. 2013-cü ildən start götürən bu layihə, ilk başlarda bəzi çətinliklər və problemlər nəticəsində bir müddətlik dayandırılmışdır. Lakin 2021-ci ilin fevral ayından tam heyət ilə yenidən işə başlayan Həmzə Hüseynli 2021-ci ilin iyul ayının 19-da[2] Wibty sosial şəbəkəsini ictimaiyyətə təqdim etmişdir.
Wibty ilkin olaraq Azərbaycanda istifadə üçün hədəflənmiş, daha sonra isə qlobal bazara çıxarılacağı müəyyən edilmişdir. Wibty sosial şəbəkəsi bütün funksiyaları özündə cəmləyir və bura əlavə olaraq sosial şəbəkəyə musiqi, habelə açıqlanmayan başqa digər funksiyaların da əlavə ediləcəyi planlaşdırılmışdır. Wibty platforması istifadəyə verildiyi gün 50 000 üzvün qeydiyyatını toplamağı bacarmış və sosial şəbəkəni istifadə edən şəxslərin sayı 2 ay müddətində 150 000-i keçmişdir.[4] Platformanın sürətlə yayılmasını hədəfləyən Həmzə Hüseynli həm təsisçi, həm də rəhbər olduğu Baku Creative Projects şirkətindəki vəzifəsindən ayrılaraq, bütün gücünü Wibty layihəsinə verdiyini və daha da yüksək hədəflərə çatmağı planladığını qeyd etmişdir. Hal-hazırda Wibty şirkətinin 20-dən çox işçi heyəti var.[5]