Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xortdan
Xortdan ya da xortlaq — gecə qəbirdən xortlayaraq çıxıb yatmış adamların qanını soran, onlara pislik edən qorxunc, dəhşətli mövhum bir vücud, folklor və xalq əfsanələrinə görə qaniçən məxluq. Xortdanlar əsasən Şərqi Avropa mifologiyasında var. Ən tanınmış ənənəyə görə onları günəş işığı, ürəyə vurulmuş ağcaqovaq payası, gümüş güllə və daha bir neçə şey öldürür. == Xortdanların xüsusiyyətləri == Ümumilikdə xortdanların əlamətləri aşağıdakı kimidir: Gün işığından qorxurlar; Gecələr məzarlardan çıxır (xırtlar / xortlar); Qurbanlarını dişləyərək boğur, onların qanlarını içir və xüsusiyyətləri; Məzardan xortlayan vampir adi meyitə xas olan çürümə əlamətlərinə malik olmur. Ağızları daima qanlı olur, qanları laxtalanmır. Bu məxluqlar qadın və ya kişi ola bilərlər, lakin çox vaxt çirkin qadınlar olurlar. Onların məkanı kimsəsiz və tənha yerlər, eləcə də qəbiristanlıqlardır. İnanca görə xortdan hücumundan qorunmaq üçün qəbiristanlığın yanından keçər­kən dua oxumaq lazımdır. == Türk mədəniyyətində xortdan == Xortlayan insanın axirətdən qovulduğuna inanılar. Guya ki, gecələr məzarından çıxan, kəfənlə ortalıqda gəzən bu varlıq sürətlə qaça bilər, ata minər, silahdan istifadə edə bilər, istədiyi insanı döyər, sevdiyi insanı qaçırar, evlərə hücum edər, yol kəsər.
Xortdan (Türk mifologiyası)
Xortdanın cəhənnəm məktubları
"Xortdanın cəhənnəm məktubları" povesti — Ə. Haqverdiyevin ən iri həcmli nəsr əsəridir. Əsər 1906-cı ildə Molla Nəsrəddin jurnalında çap olunsa da, 1930-cu il- də "Odabaşının hekayəsi" ona əlavə olunaraq ayrıca kitab halında çap olunmuşdur. == Əsərin ideyası == Bu povestdə əsas ideya xalqın tərəqqisinə mane olan ictimai təbəqələrin, habelə o dövrdə Azərbaycandakı mühafizəkar qüvvələri tənqid etməkdir. Lakin yazıçı yeri gəldikdə başqa ciddi siyasi-ictimai mətləblərə də toxunmuşdur. == Əsərin mövzusu == Yazıçı "Xortdanın cəhənnəm məktubları" povestində həyatda görüb müşahidə etdiyi mənfi tipləri "cəhənnəm" adlanan məkanda cəmləşdirərək ideya və mövzu baxımından zəngin bir əsər yaratmışdır. "Xortdanın cəhənnəm məktubları" povestinin mövzusu yazıçının özünün dediyi kimi, "mənfi tiplər cəmiyyəti" ilə əlaqədardır. Povestdə həm bu dünyanın, həm də cəhənnəmin təsvirində üç əsas mövzu diqqəti cəlb edir. Bunlardan birincisi, fırıldaqçı din xadimlərinin ifşasıdır. Bu mövzu müqəddimə hissəsindən başlayaraq bütün əsər boyu davam edir. İkinci mövzu burjua-mülkədar cəmiyyətinin ifşası məsələsidir.
Cırtdan
Azərbaycan nağılları personajlarından biri də Cırtdandır. Cırtdanın əhvalatı çox məşhurdur, ancaq onun öz yoldaşları ilə birlikdə divin evində keçirdiyi bir gecənin təfsilatını çoxlarının yadındadır. Div gecə yarı uşaqların yatdığı otağa daxil olub "kim yatmış, kim oyaq?" deyə soruşmuşdu, Cırtdan isə ona "hamı yatmış Cırtdan oyaq" cavabını vermişdi. Cırtdan Divə qalib gəlmişdi. Cırtdan sevimli qəhrəman olduğundan valideynlər çox vaxt körpələri nəvazişlə "cırtdan" adlandırırlar.
Fortran
Fortran- əsasən ədədi üsullar və elmi hesablamalar üçün istifadə edilən proqramlaşdırma dilidir. Fortran 1950-ci illərdə İBM tərəfindən elmi hesablamalar üçün San-Xosedə yaradılmışdır. Fortran dilinin ilk versiyalarında adı FORTRAN 77 kimi idi. Hal-hazırda rəsmi standartı Fortran şəklindədir (böyük hərflərdən kiçik hərflərə keçilib, rəqəmlər atılıb).
Xorasan
Böyük Xorasan (pəhl. Xwarāsān; fars. خراسان‎, [xoɾɒːˈsɒːn] ( dinlə)) və ya Xəvər-zəmin — Qərbi və Orta Asiya arasında İran yaylasında tarixi şərq regionu. Sasani imperiyasından bəri yazılı mənbələrdə adı çəkilmişdir və Böyük İranın bir hissəsidir. İslam dövründə Böyük Xorasan İranda hazırda mövcud olan üç Xorasan vilayətindən çox daha böyük əraziləri əhatə edirdi. Region Əfqanıstan, İran, Türkmənistan, Özbəkistan və Tacikistanın hissələrini birləşdirmişdir. == Etimologiyası == Xorasan adı farscadır və Baktriya dilindəki "Miirosan" sözündən götürülmüşdür, mənası "günəşin çıxdığı yer" və ya "şərq vilayəti"dir. Bu ad ilk dəfə Sasanilər imperiyası dövründə şərqdə yerləşən Fars vilayətinə verilmişdir və son orta əsrlərdən qonşu Mavəraünnəhrdən fərqli olaraq istifadə edilmişdir.
Xortlaq
Cortan
Cortan, Cortdan və ya Cotdan — Bir növ süd məhsulu. == Hazırlanması == Kəndlərdə qatığı motal içinə töküb, onu çalıb kərəsini alarlar. Qatıqın kərəsi alınandan sonra,ayran əldə edilər. Sonra qurut hazırlamak üçün bu ayran torbaya tükülər və suyu alınar və bununla belə cortan ələ gələr ki süzmə qatıq kimi bərkdir və aşlarda istifadə olunar. Cortanları bir qoz ölçüsü qədər düzəldib və qurutsalar qurut yaranar. Bu məhsul Cənubi Azərbaycanda Marağa, Binab, Əcəbşir və Azərşəhrdə hazırlanar.
Dortan
Dortan (fr. Dortan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01148. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1996 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1350 nəfər arasında (15-64 yaş) 1071 nəfər İqtisadi fəal, 279 hərəkətsizdir (fəaliyyət göstərici 79.3%, 1999-cu ildə bu 76.9%). Fəal 1071 sakindən 955 nəfər (527 kişi və 428 qadın) işləyir, 116 nəfər işsizdir (49 kişi və 67 qadın). Aktiv olmayan 279 nəfər arasında şagird və ya tələbə, 111 nəfər təqaüdçü, 74 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Jordan
David Star Cordan (ing. David Starr Jordan, 19 yanvar 1851[…] – 19 sentyabr 1931[…], Stenford[d], Kaliforniya) — Amerika ixtioloqu, zooloqu və pasifisti.
Xordad
Xürdad (fars. ‎) — İran və Əfqanıstanın rəsmi təqviminin üçüncü ayı. Xürdad ayında 31 gün var. Bu ay may ayında başlayıb iyun ayında sona çatır. Xürdad yazın üçüncü ayıdır.
İordan
İordan (təq. VI əsr, güm. Roma imperiyası – təq. VI əsr) – erkən orta əsrlərin yazıçı və tarixçisi. == Həyatı == Bizanslı İordan Orta əsrlərin görkəmli yazıçı və tarixçilərindən olmuşdur. Onun həyatı haqqında çox az məlumat var. Mövcud məlumatlar yalnız yazıçının öz əsərində verilmişdir(ilk ədəbi bioqrafiya nümunəsi). Məlumdur ki, İordan Vl əsrdə yaşamışdır, milliyyətcə qot(ostqot) olmuşdur. Bəzi mənbələrdə onun alan tayfasından olduğu da deyilir(T. Mommzen hesab edir ki, İordan qot olmaqla yanaşı, alan da ola bilər). İordan məşhur sərkərdə Qunqis Bazanın notarisi (salnaməçisi, katibi)olmuşdur(İordanın babası Pariy də alanların başçısı Konlakın notarisi olmuşdur).
Xotan
Xotan (uyğ. خوتەن, uyğ. Xoten, uyğ. Хотән, çin. sadə. 和田市, pinyin: Hétián shì) — Çinin Sinszyan-Uyğur muxtar rayonunun cənub-şərqindəki Xotan mahalında vadi və şəhər qəzası. Təklə-Məkan səhrasından cənubda, Yarkənddən cənub-şərqdə yerləşir. Əhalisi 114 000 nəfərdir (2006) və əsasən uyğurlardan (uyğ. хотәнликләр, xotanlılar) ibarətdir. Xotan şəhər dairəsi 4 küçə komitəsinə, 2 qəsəbəyə və 6 mahala bölünür.
Anton Portman
Anton Portman (ing. Anton Portman) – Niderland əsilli ABŞ siyasətçisi. Edo dövrünün sonlarında və Meyci dövrünün əvvəllərində Yaponiyada fəaliyyət göstərmişdir. Niderlandda doğulmuşdur. Yaponiyaya ilk dəfə 1853-cü ildə Metyü Perri ilə birlikdə holland tacir kimi gəlmiş və 1854-cü ildə Kanaqava müqaviləsinin imzalanmasında iştirak etmişdir. 1861-ci ildə ABŞ nümayəndəliyinin katibi kimi Yaponiyaya qayıtmış, 1865-66-cı illərdə ABŞ hökumətinin Yaponiyadakı müvəqqəti işlər vəkili kimi xidmət göstərmişdir. 1866-cı ildə katib vəzifəsinə qayıtmışdır. Yaponiyada ikən Tokuqava şoqunluğunu dəstəkləmişdir. Şoqunluğun rəsmisi olan Oqasavara Naqamiçi ilə 1868-ci ilin yanvarında Edo ilə Yokohama arasında dəmiryolunun tikintisi ilə bağlı razılığa gəlmişdir. 1869-cu ildə Portman və ABŞ naziri Çarlz Lonq Meyci hökumətindən bu razılığı tanımağı tələb etmişdirlər.
Cırtdan (opera)
Cırtdan — bəstəkar Nazim Əliverdibəyovun 1973-cü ildə yazdığı opera. Əsər 1978-ci ilin 25 iyunda Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində göstərilmişdir. Rejissoru Əflatun Nemətzadə olmuşdur. 1980-ci illərdə operanın böyük uğur qazanmağına baxmayaraq, sonralar 20 ildən artıq səhnəyə qoyulmayıb və 2009-cu ilin iyun ayında "Uşaq ili" münasibətilə yenidən bərpa olunub: tamaşanın bədii rəhbəri və dirijoru Kazım Əliverdibəyov, quruluşcu rejissoru Hafiz Quliyev, xormeysteri Sevil Hacıyeva, baletmeysteri Yuliana Əlikişizadə olmuşdur.
Cırtdan TV
Cırtdan.TV 2013-cü ildə fəaliyyətə başlamışdır. Azərbaycanda uşaqlar və gənc analar üçün nəzərdə tutulmuş video arxivli ilk veb saytdır (www.cirtdan.tv) . Cırtdan TV veb lahiyəsi Azərbaycan dilində cizgi filmlərinin sayına görə Azərbaycanda ən böyük saytdır. Saytda 100-dən çox Azərbaycan dilində dublyaj olunmuş cizgi filmi var. Həmçinin rus dilində və türk dilində cizgi filmləri və ailəvi filmlər mövcuddur. Saytın Ailəvi Filmlər bölümündə 60-dan çox Azərbaycan dilinə dublyaj olunmuş filmlər yerləşdirilmişdir. Seriallar, Video dərslər və Video/Foto Arxiv kimi bölümləri də vardır. Analar üçün geniş bloggerlə bölümündə 2016-cı ildən etibarən Mərkəzi Gömrük Xəstəxanasının Baş Genekoloqu Uzman Doktor Hakan Tanrıverdi mütəmadı olaraq həftəlik məqalələrini dərc elətdirməyə başlamışdır. 2013-cü Bakutel sərgisinin iştirakçısı olmuşdur. 2014-cü ildə Cırtdan TV-nın sahibi İlkin Haqverdiyev(İlkin Hakhverdiyev) Azərbaycan Respublikasi Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev ilə görüş nəticəsində təşəkkürnamə almışdır.
Cırtdan ardıc
Juniperus communis var. saxatilis (lat. Juniperus communis var. saxatilis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinin adi ardıc növünə aid bitki yarımnövü. Kiçik Asiya dan təsvir edilmişdir. Alçaqboyu, yerə sərilən və ya sürülən koldur. Cavan budaqları sarımtıl-qırmızıya çalır. Yaşlı budaqlarının rəngi bozdur, iynəyarpaqları sıx, xətvarı olub, ağ zolaqlıdır. Yarpaqlarının uzunluğu 10-16 mm-ə qədərdir, kirəmit kimi bir-birinin üzərinə sərilmişdir, azca əyridir, neştərvarı-xətvarıdır, ucu qısa və sivridir, üst tərəfi azca novaoxşardır, alt tərəfində küt bir tili vardır. Qozaları saplaqsız və ya qısa ayaqcıqlar üzərində kürəşəkilli, qara rəngdədir, üstündə göyümtül ləkə vardır, diametri 6-9 mm, yarpaqları boyda və ya çox vaxt onlardan bir qədər uzundur.
Cırtdan ağdiş
Cırtdan ağdiş (lat. Suncus etruscus) Yereşənlər fəsiləsinə lat. Soricidae aid olan ən kiçik məməli növüdür. == Təsviri == Ən kiçik məməli heyvandır. Baş ilə birlikdə bədənin uzunluğu 1 sm-dan 4 sm-ya qədər çatır, quyruğun uzunluğu 22–31 mm, arsa pəncəsinin uzunluğu 6,8–8,1 mm olur. Bədənin tük örtüyü üst hissədə açıq qonur və ya qəhvəyi boz, alt hissədə isə bozumtul və ya boz-ağımtıl rəngdə olur. Quyruğun uc hissəsi tüklərlə qurtarır. == Yayılması == Avrasiyanın cənubunda, Cənubi və Şərqi Afrikada, Mərkəzi Asiyada və Zaqafqaziyada yayılmışdır. Geniş arealına baxmayaraq hər yerdə nadirdir. Azərbaycanda tək-tək fərdlər, əsasən Lənkəranda və Kür — Araz ovalığında (Şirvan, Mil, Muğan düzləri) rast gəlinir.
Cırtdan balinalar
Cırtdan balinalar – Balinakimilər dəstəsinin Dişli balinalar alt dəstəsinə aid olan bir fəsilədir.
Cırtdan camış
Cırtdan camış, Anoa, Düzənlik cırtdan camışı (lat. Bubalus depressicornis) — Boşbuynuzlular fəsiləsinin meşə antilopları cinsinə aid növ.
Cırtdan donuz
Cırtdan donuz (lat. Porcula salvania) - donuzlar fəsiləsinə aid növ. Ən kiçik donuz növüdür. Nəsli kəsilməkdə olan növlərə daxildir. == Təsvir == Cırtdan donuzların bədən uzunluğu yalnız 45-50 sm, hündürlüyü 20-25 sm, çəkisi 3-4,5, nadir hallarda 5,5 kq-a qədər artır.Bu donuzlar kəllə strukturunda dramatik şəkildə fərqlənir. Qadınlarda digər növlərdə olduğu kimi 6 cüt deyil, 3 cüt nipples var. Buna görə də, cücə donuzları bəzən xüsusi bir növ Porcula olaraq adlandırılır.Dərisinin boz-qəhvəyi rənglərlə boyanmış, yanaqlarında ağqitrək çilləri var.Himalayaların, Nepal, Butan və Şimal-Qərb Assamın ətəyində və cənub yamaclarında yayılmışdır. Brahmaputra vadisinin meşələrinə yayılmışlar.Çox gizli, gecə həyatı sürür.Erkəyi daim qadınlardan və gənclərdən ibarət sürüdə yaşayır və onların sürüsünü düşmənlərdən qorumaqla qoruya bilər, hətta bir insanda kəskin hiyləgər şəkildə hücum edir.
Cırtdan dövlətlər
Cırtdan dövlətlər- Ərazisi min kvadrat kilometrdən kiçik olan dövlətlərə Cırtdan dövlətlər deyilir. Belə dövlətlərə həm materik daxilində, həm də adalarda rast gəlinir. == Cırtdan dövlətlər haqqında == Cırtdan dövlətlərin əsas hissəsi çox qədimdən Avropa qitəsində yerləşdiyi halda, bir çoxu da sonralar dünyanın müxtəlif qitələrində, İkinci Dünya Müharibəsindən sonra istiqlaliyyət qazanmış keşmiş müstəmləkələrdir. Cırtdan olmalarına baxmayaraq, bu ölkələrin bəzilərinin dünyanın siyasi və iqtisadi həyatında böyük rolu vardır. Malta, Sinqapur, Qrenada, Maldiv kimi Cırtdan dövlətlərin yerləşdiyi ərazilər hərbi-strateji cəhətdən cox əlverişli hesab olunur. Vatikan kimi cırtdan dövlət dünyanın bir çox rayonlarında öz kapitalına malikdir və bir çox ölkəlrinə siyasətinə təsir göstərir. Cırtdan dövlətlərin 6-sı Avropada, 2-si Afrikada, 3-ü Asiyada, 7-si Amerikada, 4-ü Avstraliyada və Okeaniyada yerləşir. Bunlardan ərazicə ən böyüyü San-Tome və Prinsipi, ən kiçiyi isə Vatikandır. Əhalisinin sayına görə isə ən böyüyü Sinqapur, ən kiçiyi isə yenə də Vatikandır. == Cırtdan ölkələr == Avropada Andorra Vatikan Lixtenşteyn Malta Monako San-Marino Asiyada Bəhreyn Maldiv Sinqapur Afrikada San-Tome və Prinsipi Seyşel adaları Amerikada Antiqua və Barbuda Barbados Qrenada Dominika Sent-Vinsent və Qrenadin Sent-Lüsiya Sent-Kits və Nevis Avstraliya və Okeaniyada Kiribati Nauru Tonqa Tuvalu == Cırtdan ölkələrin iqtisadiyyatı == Cırtdan döpvlətlərin əksəriyyəti respublika quruluşuna malikdir.
Cırtdan lamantin
Cırtdan lamantin (Trichechus "pygmaeus") — Lamantinlərə daxil edilən növ Amazon çayının Aripuanam qolunun hövzəsində yaşayır. Mark van Rusmalenın sözlərinə görə bu canlılar çayın dayazlıqlarında yaşayır və müxtəlif yosunlarla qidalanır. Amazon lamantinləri isə daha dərin ərazilərdə yaşayırlar. Bu canlılar çay boyunca miqrasiya edirlər. Onların kiçik arealda yayılması saylarının azlığı və nəslinin kəsilmə ehtimalını artırır. Ancaq bu Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən təstiqlənməmişdir. Cırtdan lamantinlər 130 sm uzunluğa və 60 kq çəkiyə malik olurlar. Bu canlılar Sirenlər dəstəsinə aid ən kiçik canlılardır. Tünd rəngə malikdir. Demək olar ki, qaradır.
Cırtdan lemurlar
Cırtdan lemurlar (lat. Cheirogaleidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Cırtdan planet
Kiçik planet və ya Cırtdan planet (ing. Dwarf planet) — Beynəlxalq Astronomiya İttifaqı planetlər haqqında 24 avqust 2006-cı il tarixində etdiyi açıqlama nəticəsində yaradılan səma cisimləri üçün kateqoriya. Ancaq günəş sisteminə aid olub, planetlər kateqoriyası və kiçik günəş sistemi cisimləri kateqoriyasından fərqlənir.
Cırtdan qartalça
Cırtdan qartalça (lat. Hieraaetus pennatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartalça cinsinə aid heyvan növü. Təhlükə altında olan və sayı azalan quş növüdür. == Təsviri == Ən kiçik qartaldır. Ümumi rəngi qəhvəyi-qonur, quyruğu nisbətən açıq, çalma lələkləri isə tünd rənglidir. Səsi zəif, amma bərkdir (“yuq-yuq-yuq”). == Yayılması == Arealı genişdir: Avropa, Asiya, Afrika, Avstraliya, Azərbaycanda aranda və dağda yayılıb. Yaşayış yeri və həyat tərzi: Açıq sahə ilə növbələşən seyrək meşələrdə və hündür ağac olan köhnə bağlarda yaşayır. Azərbaycana reproduksiya üçün gəlir (apreldən oktyabra qədər olur). Yalnız ağacda yuva tikir və ya başqa quşların yuvasını zəbt edir.