Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çanqırı
Çanqırı — Türkiyənin Çanqırı ilinin inzibati mərkəzi.
Qızılirmaq (Çanqırı)
Qızılirmaq: Çanqırı ilinin bir ilçəsidir. Çanqırı şəhər mərkəzinə olan uzaqlığı 56 km-dir.
Yarpaqlı (Çanqırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Çanqırı ili
Çanqırı ili — Türkiyə'nin Mərkəzi Anadolu Bölgəsi 'ndə olan bir ildir. Şimali mahalları Qara deniz Bölgəsi 'ndə qalan il, şimalda Karabük və Kastamonu, şərqdə Çorum, cənub-şərqdə Kırıkkale, cənubda Ankara və qərbdə Bolu illeriyle çevrilidir. 2010 TÜİK məlumatlarına görə ildə mərkəz ilçeyle birlikdə 12 mahal, 19 diyar və 366 kənd vardır.
Arxadakı körpüləri yandırın
Arxadakı körpüləri yandırın — Rövşən Abdullaoğlunun "Motivasiya psixologiyası silsiləsində" yazdığı və 2013-cü ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Qələbə çalmaq istəyən arxasınca -geriyə qayıda bilməsin deyə- bütün körpüləri yandırmalıdır. Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar. ... Döyüşdən əvvəl sərkərdə orduya müraciət etdi: “Gəmilərimizdən çıxan tüstünü görürsünüzmü? Bu, o deməkdir ki, qələbə qazanmasaq, bu sahillərdən sağ qurtula bilməyəcəyik. Bir seçimimiz var: qələbə çalmaq, ya da həlak olmaq”. Və onlar qələbə çaldılar! Qələbə çalmaq istəyən arxasınca bütün körpüləri yandırmalı, geri çəkilmək üçün bütün yolları kəsməlidir. Yalnız bu zaman uğur üçün çox vacib olan çılğın qələbə arzusunu qoruyub saxlamaq olar.
Arxadakı körpüləri yandırın (kitab)

"Gənclik" məşəl yandırır (film, 1965)
"Gənclik" məşəl yandırır — 1965-ci ildə Z. Savaneli tərəfindən çəkilmiş film. == Məzmun == Film Abşeronda tikilmiş "Gənclik" beynəlxalq gənclər düşərgəsinin açılışı haqqındadır.
Arxadakı körpüləri yandırın (Rövşən Abdullaoğlu)
Arxadakı körpüləri yandırın — Rövşən Abdullaoğlunun "Motivasiya psixologiyası silsiləsində" yazdığı və 2013-cü ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Qələbə çalmaq istəyən arxasınca -geriyə qayıda bilməsin deyə- bütün körpüləri yandırmalıdır. Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar. ... Döyüşdən əvvəl sərkərdə orduya müraciət etdi: “Gəmilərimizdən çıxan tüstünü görürsünüzmü? Bu, o deməkdir ki, qələbə qazanmasaq, bu sahillərdən sağ qurtula bilməyəcəyik. Bir seçimimiz var: qələbə çalmaq, ya da həlak olmaq”. Və onlar qələbə çaldılar! Qələbə çalmaq istəyən arxasınca bütün körpüləri yandırmalı, geri çəkilmək üçün bütün yolları kəsməlidir. Yalnız bu zaman uğur üçün çox vacib olan çılğın qələbə arzusunu qoruyub saxlamaq olar.
Hanqiri
Haftonu və ya Haftoni — Azərbaycan Respublikasının Lerik rayonunun Nücü inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. == Əhalisi == Əhalisi 291 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki haft (yeddi) və honi (bulaq) sözlərindən düzəlib, "yeddi bulaq" deməkdir.
Hanqiri (alət)
Hanqiri (半切 və ya 飯切), həm də handay (飯台, düyü mizi və ya düyü kasası) – dairəvi, altı düz ağacdan qayrılmış ləyən və ya boçka. Suşi üçün düyü hazırlamanın son mərhələlərində istifadə olunur. Ənənəvi hanqiri sərv ağacından hazırlanır və iki mis lent ilə bağlanır. Hanqiri və şamoci (ağacdan qayrılmış qısa kəfgir) düyünü soslandırmaq və soyutmaq üçün isifadə olunur. Bişdikdən sonra düyü hangiriyə tökülür və orada düyü sirkəsi, şəkər və duzdan hazırlanmış sos ilə qarışdırılır. Qarışdırma əməliyyatı tamamlandığından sonra bir parça fukin ilə əhatə olunur və soyumağa buraxılır.
Meyreki yanğını
Meyreki dövrünün böyük yanğını (yap. 明暦の大火, - Meireki no taika) — 2 mart 1657-ci ildə Yaponiyanın paytaxtı Edoda (indiki Tokio) baş verən yanğın. Furisode yanğını kimi də tanınan bu yanğın Meyreki İmperatorluğunun hakimiyyətinin 3-cü ilində baş vermişdir. 3 gün boyunca davam edən yanğında 100 min adamın öldüyü ehtimal edilir.
Moskva yanğını
Moskva yanğını — 1571-ci ilin may ayında Krım xanı I. Dövlət Gərayın Livon müharibəsinə görə şəhəri müdafiəsiz, 6000 əsgərlə buraxan rusları məğlub etməsi, Moskvaya girib şəhəri talan etməsi və yandırmasıdır. Qorxulu İvanın (İvan Qroznı) yanında olan alman tarixçi Heinrich von Stadenə görə şəhər ətrafdakı qəsəbələr və Opriçnina sarayı 6 saata tamamilə yanır. İnsanlar kilsələrə və Moskva çayına doğru qaçmağa çalışırlar. Kreml sarayında silah-sursat anbarının partlamasıyla, kilsələrdə sığınanlar boğularaq; çaya tərəf qaçanlar da çayda boğularaq ölürlər. Yanğından sonra 10,000 ilə 80,000 arasında insan öldüyü təxmin edilir. Şəhər əhalisi azalır. Bu yanğından sonra Moskva Krım xanlığı tərəfindən işğal olunur. IV İvan Livon müharibəsində atəşkəs istəyib Moskvaya qayıtmağa məcbur olur. 1 il sonra 1572-ci ildə Molodiya müharibəsində Giray xan çoxsaylı orduya sahib olsa da ruslara məğlub olur. == Mənbə == Madariaga, "Ivan the Terrible", 266.
Böyük Buxarest yanğını
Böyük Buxarest yanğını (rum. Focul cel mare) — 23 mart 1847-ci ildə baş verən Buxarest tarixindəki ən böyük yanğın. Yanğın nəticəsində 1850 bina yanır (şəhərin təxminən üçdə biri). Valaxiya hakimi Qeorqe III Dmitri Bibeskunun dediyinə görə, şəhərin ən çox məskunlaşdığı və ən zəngin hissəsi bu yanğından daha çox zərər görür. Burada tacirlər və sənətkarların çoxlu taxta ikimərtəbəli binaları var idi, onların emalatxanaları birinci mərtəbədə, yaşayış yerləri isə ikinci mərtəbədə yerləşirdi. == Öncəki vəziyyət == XIX əsrdə Buxarestin böyük bir hissəsi taxta evlərdən qurulmuşdur. Bu dar küçələrlə birlikdə yanğın hadisəsi halında sakinlər üçün böyük təhlükə yaradırdı. Fanariotlar dövründən bəri davamlı yanğın təhlükəsi var idi. Buna görə türk ağasının əmri ilə insanlar onun iqamətgahının ətrafında daim növbə çəkirdilər. Üzvi qaydalar qəbul edildikdən sonra Valaxiyada qərbiavropa su nasosları ilə təchiz olunmuş yanğınsöndürənlər meydana gəlir.
Böyük London yanğını
Böyük London yanğını — 1666-cı ildə 2 sentyabr, bazar günü Londonun orta məhəllələrində başlayaraq 5 sentyabr çərşənbə gününə qədər şəhəri təsiri altına alan, şəhərin tarixindəki ən böyük yanğın fəlakəti. Yanğın şəhərin qədim Roma divarlarının əhatə etdiyi daxili hissələri əhatə etmiş, Vestminister rayonu (indiki Vest-End), Vaythol sarayı, bir çox şəhər ətrafı xarabalıqlar üçün təhlükə yaratmışdır. Fəlakət nəticəsində 13 500 ev, 87 kilsə (hətta Müqəddəs Pavel kafedralı), hökumət binalarının əksər hissəsi yanmışdır. Hesab olunur ki, Böyük London yanğını 70 mindən çox insanın sığınacaqdan məhrum olmasına səbəb olmuşdur. Həmin dövrdə Londonun mərkəzi hissəsində 80 min nəfər insan yaşayırdı. Yanğın nəticəsində nə qədər insanın ölməsi dəqiq məlum deyildir. Bir çox qurbanlar haqda dəlillər olsa da, onların çoxu qeydə alınmamışdır. Bundan başqa, çoxlarının kremasiya olunması versiyası da vardır. Arxeoloqlar tərəfindən yanğının başladığı Puddinq-Leyndə tapılan və hal-hazırda London Muzeyində nümayiş olunan ərimiş dulusçuluq nümunəsi fəlakət zamanı temperaturun 1250 °C-yə qalxdığını göstərmişdir. == Yanğının mənbəyi və nəticələri == Hadisə bazar günü 2 sentyabr tarixində Puddinq-Leyn küçəsində Tomas Farrinerin çörəkxanasında başlamışdır.
Böyük Roma yanğını
Böyük Roma yanğını (lat. incendium magnum Romae) — b.e. 64-cü ilin iyul ayında Roma imperiyasının paytaxtı olan Roma şəhərində baş vermiş yanğın. Yanğın 19 iyulda, gecə saatlarında keçən gecə Romanın Böyük sirk cəng arabası stadionunun ətrafındakı tacir dükanlarında başlamışdır. Altı gündən sonra yanğın nəzarət altına alınmışdır, lakin dəyən zərər qiymətləndirilənə qədər yanğın yenidən başlamış və daha üç gün davam etmişdir. Yanğından sonra Romanın üçdə ikisi məhv olmuşdur. Korneli Tasit və sonrakı dövrlərə aid xristian ənənəsinə görə, imperator Neron şəhərdəki xristian icmasını yanğına səbəb olmaqda günahlandırmış və bu əsasla imperiyada xristianlara qarşı ilk təqibi başlatmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Cassius Dio, Roman History, Books 62 (c. 229) Suetonius, The Lives of Twelve Caesars, the Life of Nero, 38 (c. 121) Tacitus, Annals, XV (c.
Moskva yanğını (1571)
Moskva yanğını — 1571-ci ilin may ayında Krım xanı I. Dövlət Gərayın Livon müharibəsinə görə şəhəri müdafiəsiz, 6000 əsgərlə buraxan rusları məğlub etməsi, Moskvaya girib şəhəri talan etməsi və yandırmasıdır. Qorxulu İvanın (İvan Qroznı) yanında olan alman tarixçi Heinrich von Stadenə görə şəhər ətrafdakı qəsəbələr və Opriçnina sarayı 6 saata tamamilə yanır. İnsanlar kilsələrə və Moskva çayına doğru qaçmağa çalışırlar. Kreml sarayında silah-sursat anbarının partlamasıyla, kilsələrdə sığınanlar boğularaq; çaya tərəf qaçanlar da çayda boğularaq ölürlər. Yanğından sonra 10,000 ilə 80,000 arasında insan öldüyü təxmin edilir. Şəhər əhalisi azalır. Bu yanğından sonra Moskva Krım xanlığı tərəfindən işğal olunur. IV İvan Livon müharibəsində atəşkəs istəyib Moskvaya qayıtmağa məcbur olur. 1 il sonra 1572-ci ildə Molodiya müharibəsində Giray xan çoxsaylı orduya sahib olsa da ruslara məğlub olur. == Mənbə == Madariaga, "Ivan the Terrible", 266.
Reks kinoteatr yanğını
Reks kinoteatr yanğını (fars. آتش‌سوزی سینما رکس آبادان‎) - 1978-ci ilin 19 avqust tarixində İranın Xuzistan ostanının Abadan şəhərində yerləşən Reks kinoteatrında qəsdən törədilmiş yanğın hadisəsi. Hadisə nəticəsində 377 ilə 470 arası şəxsin yanaraq və ya zəhərli qazlardan boğularaq həlak olduğu güman edilir. Terror hücumunu təşkil etməkdə təqsirləndirilən 4 şəxs, hadisədən əvvəl kinoteatrın içinə və ətrafına təyyarə benzini töküblər və nəticədə yanğın gözləniləndən daha da dəhşətli baş verib. İranda geniş qəzəb və rezonans doğuran hadisə 1979-ci ildə baş vermiş İran İslam İnqilabının əsas qığılçımlarından biri hesab olunur. Bir il sonra baş vermiş inqilab nəticəsində İranda monarxiya devrilmiş və Məhəmməd Rza Pəhləvihakimiyyətdən uzaqlaşdırılmışdır. 1978-ci ildə baş vermiş hadisə öz tarixinə qədər ən çox insan ölümünə səbəb olmuş terror hücumu kimi tarixə düşmüşdür. Həmin antirekord 1990-cı ildə Tamil İlamin Azadlıq Pələngləri tərəfindən Şri-Lankada yerli polis şöbəsinə qarşı təşkil edilmiş hücuma qədər dünya üzrə ilk pillədə qalmağa davam etmişdir. 11 sentyabr terror aktları 3 minə yaxın insanın həlak olması ilə hər iki terror aktını geridə buraxmışdır. Hakim Pəhləvi sülaləsi əvvəlcə yanğında islamçı marksistləri günahlandırmış, daha sonra isə yanğını müxtəlif ekstremist islamçı qruplar tərəfindən törədildiyini iddia etmişdir.
Qarquş toy yanğını
Qarquş toy yanğını (ing. Qaraqosh wedding fire) - İraqın şimalında, Neynəvə mühafəzəsinin Həmədaniyyə qəzasına aid Qaraquş şəhərində yerli xristian asysor icması tərəfindən Al Haytham Wedding Hall adlı şadlıq evində təşkil edilmiş toy mərasimində baş vermiş yanğın hadisəsi. Yanğın, 2023-cü ilin 26 sentyabr tarixində yerli vaxtla 22:45 radələrində başlamışdır. Hadisə nəticəsində ən azı 119 nəfər həlak olub, 150-dən çox toy iştirakçısı isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Baş vermiş faciə səbəbindən İraqda 3 günlük matəm elan edilib. == Arxa plan == Yanğının baş verdiyi İraqın Neynəvə mühafəzəsinin Həmədaniyyə qəzasına daxil olan Qaraquş şəhəri 2014-cü ildə İraq Şam İslam Dövləti tərəfindən ələ keçirilib və yalnız 2016-cı ildə ABŞ tərəfindən dəstəklənən İraq Silahlı Qüvvələri tərəfindən böyük dağıntılar hesabına azad edilib. Şəhərdə əsasən xristian icmaları yaşayır, paytaxt Bağdaddan təxminən 335 kilometr şimal-qərbdə, Mosul şəhərindən isə bir qədər kənarda yerləşir. Aparılmış hərbi əməliyyatlar nəticəsində şəhərin əsasən xristanlardan ibarət olan əhalisi bir necə dəfə yer dəyişdirməyə məcbur qalıblar. Qaraquşda baş vermiş yanğın İraq tarixinin ən dəhşətli və ən çox insan ölümünə səbəb olan yanğın faciəsi kimi tarixə keçib. Bu hadisəyə qədər 2021-ci ildə paytaxt Bağdad şəhərində yerləşən yerli xəstəxanada baş verən yanğın ölkə tarixinin ən böyük yanğını hesab olunurdu.
Meyreki dövrünün böyük yanğını
Meyreki dövrünün böyük yanğını (yap. 明暦の大火, - Meireki no taika) — 2 mart 1657-ci ildə Yaponiyanın paytaxtı Edoda (indiki Tokio) baş verən yanğın. Furisode yanğını kimi də tanınan bu yanğın Meyreki İmperatorluğunun hakimiyyətinin 3-cü ilində baş vermişdir. 3 gün boyunca davam edən yanğında 100 min adamın öldüyü ehtimal edilir.
Qazaxıstanda avtobus yanğını (2018)
Qazaxıstanda avtobus yanğını (rus. Пожар в автобусе в Казахстане) - 2018-ci ilin 18 yanvar tarixində Qazaxıstanın Aqtöbe vilayətində baş vermiş avtobus yanğını. Hadisə nəticəsində 52 Özbəkistan vətəndaşı həlak olub. Qazaxıstan Daxili İşlər Nazirliyinin verdiyi məlumatda bildirilir ki, yerli vaxtla saat 10:30-da baş verən hadisə zamanı beş sərnişin yanan avtobusdan çıxmağa müvəffəq olub. Macarıstan istehsalı olan İkarus avtobusu Aktau ərazisində, Qazaxıstanın Özbəkistanla sərhədi yaxınlığında yerləşən Şimkent şəhəri ilə Rusiyanın Samara şəhərini birləşdirən magistralda hərəkət edirdi. Bu magistral özbəkistanlı fəhlələri Rusiyaya nəqli üçün geniş istifadə edilir. Həlak olan bütün şəxslərin özbək əsilli olduğu bildirilir. 3 özbək və 2 qazax sürücü xilas olmağı bacarıb. Hadisə zamanı yanğın çıxışları kilitləndiyindən faciənin miqyası daha geniş olub. Hələlik yanğının səbəbi məlum deyil, lakin hadisə yerində olan təhqiqatçılar yanğının qısa qapanma nəticəsində baş verdiyini ehtimal edir.Özbəkistan Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, səfirlik əməkdaşları hadisə yerinə gediblər.
Qisas yanğısı (film, 1988)
Qisas yanğısı (hind: खून भरी माँग, Rom: Khoon Bhari Maang, Az: Qanla boyanmış ayrılıq) — yeni ərinin əlində az qala ölən, daha sonra isə ondan qisas almaq qərarına gələn zəngin bir hind dul qadını haqqında olan 1988-ci il istehsalı olan Hindistan melodramıdır. Film Rozalind Leykerin romanı əsasında çəkilmiş Avstraliya mini-serialı olan Eden Revisited (1983) mini-serialının hind dilində çəkilmiş olan adaptasiyasıdır. 1990-cı ildə filmin Tamil dilində Thendral Sudum və 2014-cü ildə Marathi dilində Bharla Malwat Rakhtaana adlı remeyki buraxılmışdır. 1987-ci ildə oxşar süjetlə Teluqu filmi olan Qothami də çəkilmişdir.
Yaşamaq yanğısı (film, 1956)
"Yaşamaq yanğısı" (ing. Lust for Life) — rejissor Vinsent Minnellinin 1956-cı ildə İrvinq Stounun eyniadlı əsəri əsasında lentə aldığı film. Film dünya şöhrətli holland rəssam Vinsent van Qoqun həyat və yaradıcılığından bəhs edir. == Məzmun == Film Vinsent Van Qoqun tərcümeyi-halının ümumi cizgilərini göstərərək, eynilə İrvinq Stounun romanının süjet xəttini özündə əks etdirir. Vinsent van Qoqun dəhşətli dərəcədə incəsənətə mübtəla olması onu məcazi mənada nəfəsini kəsir və məhv etməyə başlayır. Din əleyhinə çıxış edən insanlar onun Allaha məhəbbətini heç cür qəbul edə bilmirlər. Buna görə də onlar rəssamı ictimai fəallıqda və kömür sənayesində çalışan kasıbların qayğısına qalmaqda ittiham edirlər. Bütün bunlardan cana doyan rəssam ata evinə qayıdır. Orada dəlicəsinə sevdiyi qadın tərəfindən rədd edilir. Sonra isə bir fahişə ilə dostluğa başlayır.
Böyük Nyu-York yanğını
1835-ci il Böyük Nyu-York yanğını — XVIII və XIX əsrlərdə Nyu-Yorka böyük ziyan vuran üç yanğından biri. Yanğın iqtisadi bumun ortasında baş vermiş, şəhərin 17 blokunu əhatə etmiş, iki nəfəri ölümü ilə nəticələnmiş və yüzlərlə binanı dağıtmış, təxminən 20 milyon dollar dəyərində maddi ziyan ( 2022 ildə 566 milyon dollara bərabər) olmuşdur. == Rekonstruksiya == Bərpa maliyyə tələb edən təkmilləşdirilmiş binalar demək idi. Danışıqlar sürətlə aparılmış və bankların əməkdaşlığı iqtisadi fəlakətin qarşısının alınmasında mühüm rol oynamışdır. Yanğın bir neçə sığorta şirkətini müflis etmiş, iddiaların baxılmasını ləngitmişdir. Nyu-Yorkun 26 sığorta şirkətindən 23-ü fəaliyyətini dayandırmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Levy, Daniel S. (2022) Manhattan Phoenix: The Great Fire of 1835 and the Emergence of Modern New York , Oxford University Press, ISBN 978-0-19-538237-2 == Xarici keçidlər == "Chapter 18: The Great Conflagration of 1835", History of the Fire Department of the City of New York.
2018-ci il Kemerovo yanğını
"Zimnyaya vişnya" ticarət mərkəzində yanğın (rus. Пожар в торговом центре «Зимняя вишня») — 25 mart 2018-ci ildə Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi. == Nəticəsi == Hadisə nəticəsində 64 nəfər həlak olmuşdur.
Bibiheybətdə neft fontanı yanğını (1898)
Bibiheybətdə neft fontanı yanğını — 27 iyul 1898-ci ildə neft mədənlərində yanğın hadisəsi. == Məzmun == 1898-ci il iyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y. V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır. Bütün bu dəhşətli hadisə "Bibiheybətdə neft fontanı yanğını" adlı filmdə öz əksini tapmışdır.