Böyük London yanğını — 1666-cı ildə 2 sentyabr, bazar günü Londonun orta məhəllələrində başlayaraq 5 sentyabr çərşənbə gününə qədər şəhəri təsiri altına alan, şəhərin tarixindəki ən böyük yanğın fəlakəti. Yanğın şəhərin qədim Roma divarlarının əhatə etdiyi daxili hissələri əhatə etmiş, Vestminister rayonu (indiki Vest-End), Vaythol sarayı, bir çox şəhər ətrafı xarabalıqlar üçün təhlükə yaratmışdır.[2]
Böyük London yanğını | |
---|---|
Yeri | |
Ölkə | |
Ölənlər |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fəlakət nəticəsində 13 500 ev, 87 kilsə (hətta Müqəddəs Pavel kafedralı), hökumət binalarının əksər hissəsi yanmışdır. Hesab olunur ki, Böyük London yanğını 70 mindən çox insanın sığınacaqdan məhrum olmasına səbəb olmuşdur.[3]
Həmin dövrdə Londonun mərkəzi hissəsində 80 min nəfər insan yaşayırdı. Yanğın nəticəsində nə qədər insanın ölməsi dəqiq məlum deyildir. Bir çox qurbanlar haqda dəlillər olsa da, onların çoxu qeydə alınmamışdır. Bundan başqa, çoxlarının kremasiya olunması versiyası da vardır.
Arxeoloqlar tərəfindən yanğının başladığı Puddinq-Leyndə tapılan və hal-hazırda London Muzeyində nümayiş olunan ərimiş dulusçuluq nümunəsi fəlakət zamanı temperaturun 1250 °C-yə qalxdığını göstərmişdir.[4]
Hadisə bazar günü 2 sentyabr tarixində Puddinq-Leyn küçəsində Tomas Farrinerin çörəkxanasında başlamışdır. Yanğın şəhərin qərb istiqamətində sürətli şəkildə yayılmağa başlamışdır. Həmin dövrün yanğınsöndürənləri qaydaya uyğun olaraq, hər hansı bir yanğının yayılmaması üçün yanğın ətrafında tikililərin dağıdılması metodunu tətbiq edirdilər. Şəhər meri lord Tomas Bladvort bu tədbirlərin bütövlüyünə əmin olmadığından bu metod tətbiq olunmamışdır. O, binaların sökülməsi əmrini verdikdə isə bu, artıq gec idi.
Bəziləri bu yanğının əcnəbilər, hollandlar və ya fransızlar tərəfindən törədildiyini hesab edirdilər. Hər iki ölkə həmin dövrdə gedən İkinci ingilis-holland müharibəsində İngiltərənin düşmənləri idi.
Bazar ertəsi günü yanğın şimal tərəfə, Londonun mərkəzinə doğru yayılmağa davam etmişdir. Çərşənbə axşamı yanğın şəhərin əksər hissəsinə yayılaraq Müqəddəs Pavel kafedralını dağıtmış və Flit çayının əks istiqamətindəki sahilə keçmişdir. Yanğının qarşısını almaq cəhdi ona görə uğurla nəticələnmişdir ki, şərq küləyi dayanmış və Tauer qarnizonu barıtın köməyilə yanğının şərq istiqamətində irəliləməsinin qarşısını almaq məqsədilər binalar arasında yanğınaqarşı partlayışlar həyata keçirmişdir.
Bu bədbəxt hadisə nəticəsində çoxlu sosial və iqtisadi problemlər yaranmışdır. II Karl yanğından əziyyət çəkənləri Londondan gedərək başqa bir yerdə məskunlaşmağa çağırmışdır. O, Londonda öz mülkünü itirmiş insanlar arasında üsyanın qalxacağından ehtiyatlanırdı.
Çoxsaylı radikal təkliflərə baxmayaraq, London yanğına qədər olan plan əsasında rekonstruksiya olunmuş,həmçinin, 1665-ci ildə Londonda tügyan edən vəbadan qurtulmağa yardımçı vasitə olmuşdur.[5]
1660-cı illərdə London Britaniyanın iri şəhəri idi: hesablamalara görə, həmin dövrdə şəhər əhalisinin sayı yarım milyona çatırdı. Londonu Parislə müqayisə edən Con İvlin Londonu ağac evlərin toplumu adlandırmış və bu cür mühitdə yanğının tez yayılması təhlükəsini bildirmişdir. İvlin həmçinin, şəhərin idarəolunmaz əhali artımını və nəticədə yaranan pis tikilmiş evləri də qeyd etmişdir. 4 əsr boyunca şəhər divarı daxilində yaşayan əhalinin sayı xeyli çoxalmışdır.[6]
Divarların xaricində Şorediç, Holborn və Sautvork kimi xarabalıqlar peyda olmuşdur. Onlar o qədər genişlənmişdir ki, Vestministerdən daha əvvəl müstəqillik əldə etmişdilər.[6]
XVII əsrin sonlarında Londonun divar və Temza çayı ilə əhatələnən Siti hissəsi təxminən 2,8 km2
ərazini əhatə edirdi. Burada London əhalisinin 1/6 hissəsi, 80 000 nəfər yaşayırdı. Şəhər şəhərətrafı halqa ilə əhatələnmişdir. Bura İngiltərə nin əsas iş mərkəzi, iri bazarı, ən canlanmış limanı hesab olunurdu və burada əsasən, tacirlər və sənətkarlar yaşayırdı.[7] Zadəganlar isə şəhərdən uzaqlaşaraq, ya kənd yerlərində, ya da II Karlın sarayının yerləşdiyi Vestministerdə yaşayırdı. Varlı insanlar sıx, çirklənmiş, qeyri-sağlam (bu hal xüsusən, 1665-ci ildə baş vermiş vəba dan sonra) olan şəhərdən uzaqda yaşamağa üstünlük verirdilər.
Siti ilə kral evi arasındakı münasibətlər çox gərgin idi. Vətəndaş müharibəsi boyunca (1642–1651) Siti respublikaçıların məskəni olmaqla yanaşı, zəngin, iqtisadi cəhətdən inkişaf etmiş paytaxt kimi hələ də II Karl üçün təhlükə rolunu oynayırdı. 1660-cı illərdə burada respublikaçıların bir neçə üsyanı baş vermişdir. London magistratları xatırlayırlar ki, I Karl-ın mütləq hakimiyyəti ələ keçirmək cəhdi milli ayrılmaya gətirib çıxartmışdır. Onlar onun oğlu tərəfindən edilən hər hansı bir cəhdlərin qarşısını almağa hər vəclə çalışırdılar.[8] Hətta Karlın yardım məqsədiдə Böyük yanğınla mübarizə üçün Londona göndərtdiyi əsgər və digər resurslardan imtina etmişdilər. Hətta Londonda baş vermiş bu cür fövqəladə hadisə zamanı əhali arasında etimaq qazanmamış kral qoşunları siyasi fikir ayrılığına gətirib çıxara bilərdi. Karl situasiyaya nəzarəti ancaq lord-merin yanğını söndürmək üçün etdiyi uğursuzluqlardan sonra ələ keçirə bilmişdir. Bu vaxt isə yanğın artıq nəzarətdən çıxmışdır.
Siti orta əsrlər küçələrini, dar labirint formalı döngələri özündə birləşdirirdi. O 1666-cı ilə qədər bir neçə iri yanğına məruz qalmışdır (ən sonuncusu 1632-ci ildə baş vermişdir). Saman damlı ağacdan evlərin tikilməsi bir neçə dəfə qadağan olunsa da, lakin bu materialların daha ucuz olması onların istifadə olunmasına gətirib çıxarırdı.[9] Evlərin daşdan tikildiyi yeganə ərazi varlıların yaşadığı Sitinin mərkəzi idi. Onların evi iri torpaq sahələrində, kasıbların evləri isə çox sıx olan ərazidə tikilmişdir. Orada nəzəri cəhətdən mümkün olmayan metaləritmə sexləri, dəmirçilər, şüşəhazırlanan emalatxanalar yerləşirdi. Yaşayış yerləri bu cür qığılcım mənbələrinin yanında yerləşdiyindən bu yanğının yaranması riskini artırırdı, həmçinin, Londonun tipik 6–7 mərtəbəli evlərinin hər yuxarı mərtəbəsi aşağı mərtəbəsindən daha böyük idi. Yuxarı mərtəbələr arasında çox dar arakəsmələrin olması yanğının yayılmasına kömək olmuşdur.
Bu hadisənin müasirlərindən biri bu haqda belə yazmışdır: "Bu, yanğının yayılmasını asanlaşdırır və yanğına qarşı müdafiə vasitələrinin tətbiqinə əngəl törədirdi. Lakin şəhərlilərin tamahkarlığı və Magistratın bu şeylərə boş verməsi bu tip evlərin tikilməsinin davam etməsinə gətirib çıxartmışdır". 1661-ci ildə II Karl bu tip mərtəbələri qadağan edən fərmanlar versə də, lakin yerli hakimlər tərəfindən əksər hissəsindən imtina olunmuşdur. 1665-ci ildə verilmiş Kral sərəncamı yanma təhlükəsi və bənnaların azadlıqdan məhrum edilməsi haqda xəbərdarlıq vermişdir. Lakin bu da heç bir təsir göstərməmişdir.
Yanğınların inkişafında çay ətrafı zonalar vacib rol oynamışdır. Temzanın sularından yanğının yatırılması üçün istifadə olunurdu. Çay,həmçinin, qayıqlarla xilas olmağa yardımçı olurdu. Lakin yanğınların peyda olma riski də çox böyük idi. Belə ki çayın boyunca yanan maddələrin saxlanıldığı zirzəmilər və mağazalar olan kasıb məhəllələr yerləşirdi. Həmçinin, Londonda çay boyunca xeyli sayda qara barıt saxlanılırdı. Belə barıtın çox hissəsinə vaxtilə vətəndaş müharibəsi zamanı Oliver Kromvelin yaratmış olduğu yeni növ ordunun keçmiş üzvlərinin evlərində rast gəlinirdi. Onlar öz muşket və barıtlarını hələ də saxlayırdılar. 500-dən 600 tona qədər barıt Tauer körpüsünün şimal hissəsində olan Tauer qəsrində qorunub saxlanılırdı.[10]
Əhalinin sıx məskunlaşdığı şəhərdə tez-tez yanğınlar baş verirdi. Lakin burada köməyə çağırmaq üçün polis və ya yanğın xidməti mövcud deyildi. Fövqəladə hallarda məsələyə yerli polis qarışırdı, həmçinin yanğının baş verib-verməməsinə şəhərdə gecə vaxtı patrulluq edən gözətçi nəzarət etməli idi.[11] Yanğının peyda ola biləcəyi yerlərdə sakinlərdən ibarət dəstələrin yaradılması effektiv idi. Alovla su, həmçinin ev tullantılarının köməyilə mübarizə aparırdılar. Qanuna görə, hər bir kilsə də bununla mübarizə üçün avadanlıq ləvazimatları olmalı idi: nərdivan, vedrə, balta və evlərin sökülməsi üçün damın küncünə salınaraq dağıtmaq məqsədilə uc hissəsində təqribən 9 m olan qarmaq olan avadanlıq və s.
Bəzən hündür binalar barıtın partladılmasının köməyilə dağıdılırdı. Bu cür metoddan istifadə edərək cığırların yaradılması Böyük yanğının sonlarında tətbiq olundu. Bir sıra tədqiqatçıların fikrincə, məhz bu metod yanğının dayanmasına təsir etmişdir.[12]
Siti ilə Temzanın cənub sahilini birləşdirən yeganə yol sayılan London körpüsü 1632-ci ildə alov nəticəsində dağıdılmışdır. Bu evlər bazar günü şəfəq zamanı yanmışdır. Tauerdən yanğını müşahidə edən Samuel Pips körpü ətrafında yaşayan dostlarının problemləri haqda yazmışdır. Yanğının körpüdən Sautvorka gedib çıxa bilmə təhlükəsi olsa da, körpüdəki evlər arasındakı məsafə cığır rolunu oynayaraq bunun qarşısını almışdır. 5,5 metr hündürlükdə olan şəhəri əhatələyən Roma divarı zərər dəymiş evlərin yanğının yayıldığı rayonda qapalı şəkildə qalmasına səbəb olmuşdur. Sahilyanını alov əhatələyən kimi çay vasitəsilə qaçmaq artıq təcrid olundu. Ancaq divardakı 8 darvaza vasitəsilə qəza yerini tərk etmək mümkün olmadı.[13]
Həddən artıq dar küçələr alovla mübarizədə çətinlik yaratmışdır. Hətta adi vaxtlarda araba ilə keçərkən tıxaclar yaranırdısa, yanğın zamanı küçələr öz mülkünü təhlükənin yayılma mərkəzindən xilas etməyə çalışan qaçqınlarla tutulmuşdu. Bu da öz növbəsində yanğınsöndürənlərə yanan evlərə doğru hərəkət etməkdə çətinlik törədirdi.
Alovla mübarizədə ən effektiv üsul evlərin sökülməsi idi. Lakin bu halda Londonun lord-meri bu cür əmr verməmişdir. Sonradan kralın alovun yayılmasının qarşısını almaq üçün evlərin sökülməsi haqda verdiyi əmr artıq gecikmiş bir addım idi. Belə ki alov artıq həddən çox irəlilədiyindən evlərin sökülməsi üçün göndərilən işçilər əhali ilə dolu olan küçələrdə hərəkət edə bilmirdilər.
Su vasitəsilə alovla mübarizə də uğurlu deyildir. Prinsipcə,su yanğınsöndürənlər üçün əlçatan idi. Belə ki Kornhilldə yerləşən su qülləsindən 30 000 evə qarağacdan hazırlanmış borularla su paylanılırdı. Bura isə su çayın qabarma zamanı dolurdu. Çox vaxt borunu yanan tikilinin yanında açıb ora şlanq taxaraq yerindəcə alovu söndürmək, ya da vedrəni su ilə doldurmaq mümkün olurdu. Bundan başqa, Puddinq-Deyn çayın yaxınlığında yerləşirdi. Nəzəri olaraq, bütün çaydan çörəkxanaya qədər olan bütün döngələrdən yanğınsöndürənlə iki istiqamətdə hərəkər etməli idilər: çaydan alova və alovdan çaya. Lakin bu cür sistem təşkil olunmamışdır. Pips öz gündəliyində heç kimin alovu söndürməyə cəhd etmədiyini, lakin qorxu içərisində xilas olduğunu qeyd etmişdir. Yerli əhali tərəfindən hər hansı bir müqavimətlə rastlaşmayan alov tez bir zamanda sahil ətrafına qədər gəlib çıxmış, çay boyunca yerləşən qorunacaqlarındakı saxlanılan yanan vasitələri yandırmışdır.
Nəticədə yanğınsöndürənlər təkcə çaydan suyu gətirə bilməmiş, həmçinin Kornhillə su ötürən su çarxları yanmışdır.
Yanğın zamanı çoxsaylı londonluların şəxsi təcrübəsi məktub və xatirələrdə təsvir olunmuçdur. Onlardan iki məşhur təsvir Samuel Pips (1633–1703) və Con İvlinə (1620–1706) məxsusdur. Onlar hadisələri və öz şəxsi münasibətlərini təsvir etmiş, bütün şəhər və şəhər ətrafı boyunca baş verənlər barədə məlumatları qoruyub saxlamağa çalışmışdılar. Misal üçün, hər ikisi yanğının dördüncü günü Sitidən şimala Murfildsdə olan park zonasına gedərək orada məskunlaşmış dəhşətverici vəziyyətdə olan qaçqın düşərgələrini təsvir etmişdir. Onların gündəlikləri fəlakətin müasir tədqiqatçılarının əsas mənbələri sayılır.
2 illik yağışlı illərdən (1664–1665) 1665-ci ilin noyabrında Londonda quraqlıq başlamış və 1666-cı ilin uzun çəkən isti yayı nəticəsində ağac evlər yana bilərdi. Həmin ilin sentyabrın 2-də bazar günü Tomas Farrinerin Puddinq-Leyndə yerləşən çörəkxanasında gecəyarısı qəflətən alov başlamışdır. Çörəkçinin ailəsi yuxarı mərtəbəyə qalxaraq pəncərədən çölə çıxaraq qonşunun evinə girə bilmişdilər. Qadın xidmətçi həlak olmuş və yanğının ilk qurbanına çevrilmişdir.[14]
Qonşular alovu söndürməyə kömək etməyə çalışsalar da, 1 saatdan sonra şəhərə nəzarət edən konstebllər gəlmiş və yanğının irəliləməsinin qarşısını almaq üçün evin dağıdılmasını təklif etmişdilər. Evin sahibəsi buna etiraz etmiş və ev sahiblərinin istəklərinə qarşı gedə biləcək yeganə adam mer lord Tomas Bladvort çağırılmışdır.
Bladvort gəldiyi zaman artıq alov qonşu evləri yandırmış və kağızlar olan anbar tərəfə istiqamət almışdır. Daha təcrübəli yanğınsöndürənlər evlərin sökülməsini tələb etsə də, Bladvort binalarının əksəriyyətinin icarədə olmasını və sahiblərinin tapılmasının mümkün olmadığını əsas gətirərək bundan imtina etmişdir. Ümumi fikrə əsasən, Bladvort iş üçün lazımi vərdişlərə sahib deyildi. O, gözlənilmız fövqəladə hal ilə qarşılaşdığından panikaya düşmüşdür.[15] Şəhər dağıldıqdan sonra, Pips hadisələr baxaraq 1666-cı il 7 dekabr tarixində gündəliyində bu sözləri qeyd etmişdir: "Dünyadakı bütün insanlar bütövlükdə və xüsusilə yanğn məsələsundə lordun ağılsızlığından danışaraq, bütün hər şeyi onun üstünə atırlar".
Bazar günü səhər dəniz donanması dəftərxanasının keçmiş məmuru olmuş Pips qüllədən yanğını gözdən keçirmək üçün Tauerə gəlmiş, gündəliyində yanğının şərq tərəfdən gəldiyini qeyd etmişdir. Bir neçə kilsə yanmış və onun hesablamalarına görə, çay hissədə olan 300-ə yaxın ev yanmışdır. London körpüsündəki evlərdə yanmışdır. Puddinq-Leyndəki dağıntılara yaxından baxmaq üçün qayıq icarəyə götürən Pips yazır:
“Hər kəs öz xeyrini xilas etmək istəyir, əşyalarını çaya və ya lixterlərə tullayırlar. Çoxları alovun onun paltarına keçməsinə başlamayana qədər yaşayış yerlərini tərk etmir. Ancaq bundan sonra qayıqlara tullanaraq su vasitəsilə xilas olmağa çalışırlar”. |
Daha sonra çay vasitəsilə Vaytholla hərəkət edərək yazır: "saray adamları məni harda əhatə edirdisə, mən onlara ətraflı hesabat verirdim. Bundan sonra onlar təlaşa düşərək kraal hər şeyi çatdırmışdılar. Məni saraya dəvət etdilər və mən krala, York hersoquna öz gözlərimlə gördüyüm hər şeyi bəhs etdim. Əlavə olaraq isə əlahəzrətlərinin evlərin sökülməsi əmrini verməyənə qədər yanğının qarşısını almağın mümkün olmadığını bildirdim. Onlar hamısı təəssüf içərisində idilər. Hökmdar mənə lord-merin yanına getməyi və dərhal alov təhlükəsi gözlənilən evlərin sökülməsinin əmr olduğunu bildirməyi tapşırdı". Karlın qardaşı York hersoqu Yakov alovla mübarizədə kral qvardiyasından istifadə olunmasını təklif etmişdir.[15]
Puddinq-Leyndən 1 mil qərbdə yerləşən Vestminister abbatlığında səhər xidmətindən qaçan məktəbli Uilyam Tatstvell qayıqlarda cırılmış paltarlarda üstlərini ədyalla örtən qaçqınları görmüşdür. Lixterlərin icarəsi çox baha idi və bəzilərinin əlinə qaçmaq şansı düşmüşdür.[16]
Alov güclü külək səbəbindən sürətlə yayılmışdır. Bazar günü günün ilk yarısında insanlar alovu söndürmək cəhdlərindən imtina edərək qaçmağa başladılar. Hərəkət edən insan kütləsi və arabalar yanğınsöndürənlər üçün yolu keçilməz etmişdir. Pips Sitiyə qayıtmaq üçün özü ilə ekipaj götürsə də, lakin Müqəddəs Pavel kilsəsinə qədər gedib çıxa bilir. Oradan isə piyada getməli olur. Kilsələr davamlı olaraq mebellər və bahalı əmlaklarla doldurulurdu və oradan isə daha uzaqlara aparılırdı. Pips yanğının söndürülməsini koordinasiya etməyə çalışan Bladvortu tapa bilir. O isə kralın xəbərinə qışqıraraq belə cavab verir: "Alov bizdən daha sürətli hərəkət eləyir". O Ceyms tərəfindən təklif olunan əsgərlərdən imtina edərək evə yatmağa yollanır. Kral II Karl Vaytholdan çay vasitəsilə yanğın yerinə baxmaq üçün gəlir. O, Bladvortun Pipsə verdiyi vədə baxmayaraq, evlərin hələ də sökülmədiyinin şahidi olur. Dərhal lord-meri tapdıraraq ona yanğından qərbdəki bütün evlərin sökülməsini tapşırtdırır.[17] Lakin bu kömək etmədi, çünki alov artıq nəzarətdən çıxmışdır.
Puddinq-Leyndə həyəcanın verilməsindən 18 saat sonra alov qasırğası qopmağa başladı. Binaların damlarının üzərində hava axınının kiçik olması torpaq səviyyəsində vakuumun yaranmasına səbəb olmuşdur. Nəticədə güclü külək alovu söndürməyə kömək etməmiş, əksinə, təzə oksigenin alova axını və yaranmış burulğanlıq alovun əsas şərq cəbhədən şimal və cənuba doğru yayılmasına səbəb olmuşdur.[18]
Axşama yaxın Pips yenidən xanımı və bir neçə dostu ilə çay vasitəsilə hadisə yerinə yollanır. Vəziyyət haqda o yazır: "Alov yayılır və onun qarşısını almaq qeyri-mümkün görünür. Tüstü və odpüskürən istidən suda dayanmaq daha mümkün deyil".Onlar çayın cənubu ilə üzərək pivəxanaya yollanıb çayın digər tərəfindən yanğını izləyirlər. "Mil uzunluğundan olan nəhəng alovlu qövs körpünün bir tərəfindən digər tərəfinə doğru ox kimi atıldı. Bu mənzərə məni ən dərin məyusluğa yıxdı; mən göz yaşlarımı saxlaya bilmirdim", — sonradan Pips öz gündəliyində bu sözləri yazmışdı.
Bazar ertəsi 3 sentyabrda yanğın şimal və qərbə doğru istiqamətlənərək Müqəddəs Pavel kafedralını dağıtmış, sonra cənuba doğru yayılmışdır. Cənuba doğru yayılma çayın sahilində dayansa da, London körpüsü yaxınlığındakı evlər yanmışdır. Alov körpünü keçməyə imkan vermirdi. Körpüdəki evlər arasında uzun aralar 1632-ci ildə baş vermiş yanğındakı kimi Sautuarkı yanğından qorudu.[19] Yanğın şimala istiqamətlənərək şəhərin maliyyə mərkəzini ələ keçirir. Lombard stritdəki bankirlərin evləri bazar ertəsi gününün ikinci yarısından yanmağa başlayır. Bəzi müşahidəçilər yanğının ikinci günü bütün londonluları acizlik və ümidsizliyin ələ keçirdiyini, varlı və dəbdəbəli rayonları qoruyub saxlamaq gücünün olmamasını vurğulayırdılar. Günün ikinci yarısı kral birjası bir neçə saat içərisində yanmışdır. Con İvlin gündəliyində yazırdı:
“Alov hər şeyi ələ keçirmişdir. İnsanlar elə təəccüb içərisindədir... Ancaq öz mülkünü xilas etməyə cəhd etməyən, ağlını itirmiş insanların ağlaşma, haraylarını eşitmək olar.” |
İvlin Sitidən 6 km aralıda Deptfortdda yaşadığından alovun ilkin mərhələlərini görməmişdir. Bazar ertəsi digər ali sinif nümayəndələri kimi o da Sautuarka yollanaraq çay tərəfdən şəhərin görünüşünü görmək üçün yollanmışdır. Bu anlarda yanğınən yayılma sahəsi genişlənmişdir: "Siti çay tərəfdən tamamilə dəhşətli alov içərisindədir; körpüdəki bütün evlər, bütün sahilboyu alovla tutulmuşdur". Axşam İvlin öz gündəliyində öz mülklərini xilas etməyə çalışan insanların qayıq və barjalara doluşaraq çayın üzərini örtdüyünü qeyd etmişdir.
Tezliklə yanğınların günahkarları kimi əcnəbilər günahlandırıldı. Küləyin alovu bu cür böyük məsafədə qonşu yerləşməyən evlərə aparması inandırıcı görsənmirdi. Bu səbəbdən insanlar təbii ocaqların öz-özünə yaranmadığını bildirirlər. Bu məsələdə fransız və hollandlardan şübhələnirdilər. Hər iki ölkə İkinci ingilis-holland müharibəsi zamanı İngiltərənin düşmənləri idi. Bazar ertəsi evləri yandırmağa çalışan əcnəbiləri tutulması barədə şaiyələr yayılmağa başladı. Bu, küçə soyğununu sürətləndirdi.[20]
Uilyam Tatstvell kütlənin fransız rəssamın arxasınca necə düşdüyünü və onu yerə yığmalarını, dəmirçinin isə rəssama yaxınlaşaraq dəmir millə başına zərbə endirdiyinin şahidi olmuşdur.
Bağlantı ilə əlaqədar obyektlərin yanması insanlar arasında panikanın yaranmasına səbəb olmuşdur. Belə ki ümumi poçt xidməti binası bazar ertəsi səhər yanmışdır. "London Gazette"nin işçiləri isə binalarının yanmasına qədər yeni tiraj buraxa bilmişdilər. Bütün ölkə bu xəbərlərdən asılı idi, lakin onların artıq olmaması şaiyələrin yayılmasına səbəb olmuşdur. Dini qarışıqlıqların başlanması, yeni Barıt sazişinin ola bilməsindən qorxurdular. Bazar ertəsi xalq arasında belə bir paranoya yaranmışdır ki, hökumət dəstələri və yanğınsöndürmə bölmələri yanğınla mübarizəyə az vaxt ayırır, ancaq əcnəbiləri dövrələməyə alır, katolikləri həbs edir, bəzən isə seçilmiş insanları kütlənin qəzəbindən xilas edir.
Ali təbəqəyə aid olan yerli əhali isə yanan Sitidən öz əmlakını ümidsiz şəkildə xilas etməyə çalışırdı. Bu, əmək fəaliyyətinə yararlı kasıbların yükdaşıyan muzdlu kimi çalışmasına, onların gəlir mənbəyi əldə etməsini təmin etmişdir. Şənbə günündən yanğının başlamasına qədər arabanı icarəyə götürmək 2 şillinq idisə, bazar ertəsi günü qiymət 40 funta (müasir kursda əsasən isə 4000 funt) qədər qalxmışdır.[21]
Sitidən kənarda olanlar da həmçinin qazanc əldə edə bilirdi. Lakin Sitiyə doğru hərəkət edənlər darvazaların qabağı qaçmağa çalışan insanlarla dolu olduundan ora gəlib çıxmaq mümkün olmurdu. Yaranmış qarışıqlıq o qədər dəhşətli idi ki, Siti hökuməti insanların alova mübarizə aparması üçün darvazaların ağzını bağlamaq qərarına gəlmişdir: "Onlar buradan çıxmağın mümkün olmadığını anlayandan sonra, ümidsiz şəkildə alovu söndürməyə cəhd edəcəklər".[22]
Qərar uğur gətirmədiyindən növbəti günü ləğv olunmuşdur.Küçələrdə nizamlılıq mövcud olmadığından alov coşmağa davam etmiş, bazar ertəsi bununla mübarizə üçün təşkilati fəaliyyətlər görülməyə başlamışdır. Şəhər meri lord Bladvort yanğınla mübarizədə koordinasiyaya məsuliyyət daşısa da, şəhəri tərk etmişdir.[23]
Bu cür çətin vəziyyətin yarandığını görən kral II Karl yerli hakimiyyətə diqqət yetirməyərək hərəkət etməyə başlayır və qardaşı York hersoqu Yakovu bu əməliyyata məsul şəxs kimi təyin edir. Yakov yanğının yayıldığı ərazinin perimetri üzrə küçələrdən aşağı təbəqənin kişilərindən ibarət olan yanğınsöndürmə dəstələri yığaraq komanda postları qurdurur. Bu iş üçün həmin işçilərə yaxşı ödəniş edilirdi. Hər postun başında 3 saray adamı dururdu. Ceyms öz qvardiyası ilə bazar ertəsi günü Sitinin küçələrini gəzərək əcnəbiləri kütlənin qəzəbindən xilas edib nizam yaratmağa çalışmışdır. "York hersoqu alovun söndürülməsi üçün özünün etdiyi gündüz və gecə səyləri ilə insanların ürəyini fəth etdi".[24] – şahidlərdən biri yazırdı. Tauerin analoqu olan Baynards divarlarının alovun qarşısını alacağına ümid bəslənilirdi. Lakin bu ümidlər özünü doğrultmadı və tarixi kral sarayı bütün gecəni yanaraq tamamlilə dağıdıldı.
Müasirləri həmin gün ya da sonrakı gün kral II Karlın şəxsən yanğınsöndürən kimi çalışdığını yazırdı.
4 sentyabr, çərşənbə axşamı daha iri dağıntıların günü idi.[25] York hersoqu Yakovun komanda nöqtəsi Strend və Flit-strit küçələrinin kəsişməsində olan Templ-Barda Vaythol sarayı qabağı istiqamətində alovun qarşısını almaq idi. Yakov Flit çayının təbii yanğınaqarşı zolaq olacağına ümid edirdi. Lakin səhər güclü şərq küləyi alovu çayın o biri tərəfinə keçirtdiyindən onlar postlarını tərk etməli olmuşdular. Saray dəhşət içərisində idi.
Plana əsasən çalışan Yakovun yanğınsöndürənləri yanğının şimal tərəfindən yanğına qarşı böyük zolaq yaratmışdılar. Bu zolaq günün sonuna qədər alovun qarşısını ala bilmişdir. Lakin sonradan alov zolağı da keçərək varlı tacir küçəsi Çipsaydı məhv etməyə başlamışdır.
Hamı Müqəddəs Pavel kilsəsinin divarlarının daşdan olmasını, həmçinin böyük həyətə malik olmasını əsas gətirərək təhlükəsiz sığınacaq yer olmasını hesab edirdilər. Kilsə xilas olmuş insanların mülkləri ilə doldurulmuşdur. Kilsənin kriptasında tipoqrafiya və kitab ticarətçilərinin nəşrləri qorunub saxlanılırdı.
Lakin həmin vaxt hələ tanınmayan memar Kristofer Renin rəhbərliyi ilə rekonstruksiya işləri aparıldığı üçün sobor ağac karkaslarda idi. Həmin karkaslar çərşənbə axşamı gecə yanmağa başlamışdır. Məktəbdən qayıdan Uilyam Tatstvell Vestminister pilləkanında duraraq alovun soboru necə öz ağuşuna almasına müşahidə etmişdir.
“Müqəddəs Pavel kilsəsinin daşları əl qumbarası kimi ətrafa düşürdü. Küçələrdə ərimiş qurğuşun axını axırdı, səkilərin əksər hissəsi qızarana qədər qızmış, nə at, nə də bir insan onlara ayaq qoya bilməzdi.” |
– İvlin öz gündəliyində yazırdı.
Kafedral kilsə tez bir zamanda dağılmışdır.Gün ərzində alov Tauerin barıt saxanılan mağazalarına qədər hərəkət etmişdir. Gün boyu qərbdə alovla mübarizə aparan Yakovun rəsmi yanğınsöndürənlərindən kömək gözləyən qüllədəki qarnizon nəzarəti öz əlinə alaraq yanğına qarşı zolaqlar yaratmış, yaxınlıqdakı evləri partladaraq alovun gəlməsinin qarşısını almışdır.
Külək çərşənbə axşamı zəifləmiş və yanğına qarşı yaradılmış zolaqlar nəhayət öz effektini verə bilmişdir.[26] Pips çürüyən şəhər boyu gəzib, kilsənin zəng qülləsinə qalxıb, dağılmış şəhərə baxaraq gördüyü mənzərə barədə bu sözləri qeyd etmişdir: "İndiyə qədər gördüyüm ən kədərli mənzərə idi".
Hələ də alışma mərkəzləri qalsa da, ümumilikdə isə yanğın qurtarmamışdır. Pips şəhərdən şimalda yerləşən Murfildsdəki ümumi parka baş çəkərək evsiz qaçqınların düşərgəsini görmüşdür. O, park ətrafında çörəyin qiymətinin iki dəfə artdığını qeyd etmişdir. Murfildsə baş çəkən İvlin də həmçinin, burada aclıq içərisində olan insan kütləsinin sayından dəhşətə gəlmişdir. Onların çoxu çadırlarda, əllə düəldilən daxmalarda yaşayırdılar. İvlin "bir penni istəməyərək acından ölməyə hazır olan" londonluların qürurundan heyrətə gəlmişdir.[27]
Əcnəbi terrorçulardan qorxu, həmçinin fransız və holland müdaxiləsi heç vaxt gözlənilmədiyi qədər yüksək idi.
Çərşənbə günü, gecə vaxtı yanğında günahlandırılan 50 000 fransız və holland immiqrantın Murfildsə gələrək öz işlərini: kişiləri öldürmək, qadınlara qarşı zorakılıq etmək və onların mülklərini talan etməyə gəlməsi haqda şaiyələr yayılmağa başlamışdır. Qorxmuş insan kütləsi küçədə rastlaşdığı əcnəbilərin üzərinə hücum edirdilər. Onları ancaq kral qvardiyasının üzvləri sakitləşdirə bilirdi.[28]
Ərzaq istehsalı və satışı praktiki olaraq dayanmışdı. Karl hər gün Sitiyə çörək çatdırılacağını və bazar təşkil olunacağını elan etmişdir.[29] Bu bazarlarda çörəyi alıb və satmağı pula sahib insanlar edə bilirdilər. Aclıqdan əziyyət çəkənlərə isə təcili yardım təşkil olunmamışdır.
Rəsmən ancaq bir neçə yanğından ölümün hadisələri qeyd edilmişdir. Porter 8 ölüm hadisəsini[30], Tinisvud "1 ölüm" hadisəsini qeyd etsə də, bir neçə ölümün qeydiyyata alınmadığını bildirmişdir. Həmçinin alov və təngənəfəslikdən ölənlərdən savayı, bir çoxlarının düşərgələrdə dünyasını dəyişdiyini bildirmişdir.[31]
Henson isə yanğın qurbanlarının cəmisi bir neçə nəfər olmasını inkar edərək, aclıqdan və həyat şəraitindən insanarın ölümlərini sadalamışdır. Misal olaraq, yanğından sonra evsiz qalan insanların qışı daxmada keçirmələrini göstərmiş, dramaturq Ceysm Şirli və həyat yoldaşının qışda dünyasını dəyişmələrini qeyd etmişdir. Henson həmçinin, kütlə tərəfindən öldürülən çoxlu sayda ölmüş əcnəbi və katoliklərdən, yanğın zamanı yüksək temperaturun bir çoxlarında ancaq kəllə sümüyündən hissələri saxladığından da bəhs etmişdir. Alov təkcə ağac, parça, samanı yox, həmçinin yağ, qatran, kömür, piy, şəkər, spirt və barıtı da məhv etmişdir. Henson çürümüş taxta evlərin tez bir zamanda alışdığını və oradan sağ çıxmağın mümkün olmadığını, çoxlu sayda atılmış yaşlı, xəstə insanların orada ölə biləcəyini də qeyd etmişdir. Alov 13 500 evi, 87 kilsəni, 44 ticarət şirkətini, Kral birjasını, Müqəddəs Pavel kafedralını, Braydueli və Sitinin qərb darvazalarında yerləşən Ludqeyt, Nyuqeyt və Oldersqeyt həbsxanalarını məhv etmişdir.[32]
Maddi ziyanın ilk əvvəl 100 milyon funt sterlinq olmasını qiymətləndirsələr də, sonradan bu 10 milyona qədər endirilmişdir.[33] .[34]
Yanğınların real günahkarlarını tapa bilmədilər. 1667-ci ildə Kral Məsləhət Şurası yanğının "Tanrının əli, güclü külək və ilin çox quru fəsli" ilə yaranmış bədbəxt hadisə olmasını bildirmişdir. İnsanlar günah keçisi qismində alovun yaranmasında günahkar kimi fransız nəzarətçi rəiyyət Rober Huberti ittiham etmişdilər. O, özünü Roma papasının casusu və Vestministerdəki yanğının səbəbkarı adlandırmışdır. Sonradan o izahatını dəyişərək ilk əvvəl Puddinq-Leyndəki çörəkxananı yandırdığını bildirmişdir. Hubert günahkar bilinmiş, onun bağışlanma haqda xahişlərinə baxmayaraq, 1666-cı il 28 sentyabr tarixində Tayberndə asılmışdır. Onun ölümündən sonra onun Londona yanğından 2 gün sonra gəlməsi aydınlaşmışdır. Yanğının katolik]]lər tərəfindən törədildiyini nəzərdə tutan ideyalar sonralar II Karlın katolik rejiminin düşmənləri tərəfindən siyasi təbliğat kimi istifadə olunmuşdur.
Niderlandda Böyük London yanğını ikinci İngilis-Holland müharibəsində ingilislər tərəfindən holland şəhərlərinin yandırıldığı Holms Tonqalı reydinə görə ilahi cəza kimi qəbul olunmuşdur.[35]
Yanğından sonra yaranmış nizamsızlıq və xaosdan sonra II Karl Londonda üsyanın qalxacağından qorxurdu. O evsizlərin Londondan başqa yerə getmələrini, "bütün şəhərlərin isə öz sığınacaqlarını itirmiş insanları maneəsiz olaraq qəbul etmələrini və onlara vaxtilə məşğul olduqları işlərlə sərbəst çalışmalarına icazə verilməsini: əmr etmişdir. İcarədarlarla və torpaq sahibləri arasında evlərin bərpa olunması məsələsindəki ziddiyyətləri həll etmək üçün xüsusi olaraq Alov məhkəməsi yaradılmışdır. Məhkəmə iclasları 1667-ci ilin fevralından 1672-ci ilin sentyabrına qədər davam etmişdir.
Sitinin yenidən tikintisi üçün çoxlu variantlar təklif olunmuşdur. Əgər bəzi variantlar seçilsəydi, London barokko memarlığının əzəmətinə görə Parislə müqayisə oluna bilərdi. Kristofer Ren və Con İvlindən başqa, Robert Huk, Valentin Nayt və Riçard Nyukort kimi şəxslər də öz planlarını təklif etmişdilər.
Həll olunmayan çətinliklər barokko üslubundakı möhtəşəm planların yerinə yetirilməsinə imkan vermədi. Belə ki bunun üçün xəzinədə nə kifayət qədər vəsait, nə də kimnənsə borc almaq mümkün deyildi. Sitinin yenidən qurulması hər yerdə köhnə plana uyğun olsa da, sanitariya və yanğın təhlükəsizliyi sahələrində: geniş küçələr, Temzada körpülərin açılışı, çaya girməyə mane olan evlərin mövcud olmaması, tikililərin ağacdan yox, daş və kərpicdən tikilməsi kimi təkmilləşdirmə işləri görülmüşdür. Kristofer Ren tərəfindən bərpa olunmuş Müqəddəs Pavel kilsəsi və daha 50 yeni kilsə daxil olmaqla, şəhərin ən qədimi yerlərində ictimai binalar tikilmişdir.
Karlın təşəbbüsü ilə Puddinq-Leyn yaxınlığında Böyük London yanğını xatirə abidəsi ucaldılmışdır. Abidənin müəllifləri Kristofer Ren və Robert Huk idi. Sütun 61 m hündürlüyündə idi, yerli əhali onu sadəcə "Monument" adlandırırdı. Bura sonradan metro stansiyaya ad vermişdir. 1668-ci ildə abidənin yazısına katoliklərin ünvanına ittihamlar əlavə edilmişdir:
“Bura, səmaların icazəsilə”, bu protestant şəhərindən cəhənnəm azadlığa çıxdı... Bu şəhərin ən qorxulu yanğını papa tərəfdarlarının qəzəbi və xəyanətinə görə başladı və davam elədi... İndiyə qədər unudulmayan dəhşətlər törədildi... |
Mövcud yazı şübhələrə məruz qalmamış və 1830-cu ildə katoliklərin emansipasiyası haqda olan akta qədər öz yerinə qalmışdır.[36]
Yanğının dayandığı Smitfilddə daha bir "Pay-Kornerdən olan qızıl oğlan" adlanan heykəl ucaldılmışdır. Yazılara əsasən, alov Puddinq-Leyn küçəsində başlamış və Pay küncündə dayanmışdır. Bu səbəbdən bunu Tanrı tərəfindən şəhər sakinlərinin acgözlüyünə görə cəzalanmasını bildirirlər.
1665-ci ildə London əhalisinin 1/6 hissəsi vəba epidemiyasından dünyasını dəyişmiş, 80 000 nəfərə yaxın insan isə yanğından sonra Londona qayıtmamışdır. Yanğın nəticəsində çoxlu sayda vəbanın yayılmasının əsas səbəbkarları olan siçan, gənələrin dolu olduğu antisanitariya evləri məhv olmuşdur. London Muzeyi saytında yanğınla xəstəliyin kəsilməsinin bağlılığı barədə nəşrlərə rast gəlmək mümkündür. Lakin tarixçi Roy Porterin sözlərinə görə, yanğın şəhərin qeyri-sağlam olan hissələrinə, xarabalıqlara toxunmamışdır. Həmçinin, alternativ epidemioloji araşdırmalarda xəstəliyin təxminən digər avropa şəhərlərindən də yox çıxması bildirilir.
1666-cı il London yanğını müasir yanğına qarşı sığortanı yaratdı. Artıq növbəti il, 1667-ci ildə Nikolas Barbon tərəfindən oddan sığortalanmaqla ixtisaslaşmış ilk sığorta şirkəti yaradılmışdır. Həmin sığorta şirkəti ilk əvvəl "The Fire Office" adlansa da, sonradan "The Phoenix" ("Feniks") adlanmışdır.