Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yedəkləmə
Yedəkləmə və ya ehtiyat nüsxə (ing. backup) — arxivləşdirmə üçün, yaxud zədələnmə və ya yoxolma halında qiymətli faylların saxlanması məqsədi ilə proqramın, diskin və ya bəzi verilənlərin ehtiyat surətidir. Bəzi tətbiqi proqramlar faylların eyni zamanda həm cari versiyasını, həm də əvvəlki variantını diskdə saxlamaqla, onların yedək kopiyasını avtomatik yaradır. == Yedəkləmə üsulları == İnformasiyalar 3 fərqli üsulla yedəklənə bilər: Tam yedəkləmə (Full backup)- Bu üsulla yedəkləmə zamanı bütün qaynaqlar yedəklənir. Ən etibarlı üsuldur, lakin zaman və əlavə yaddaş ehtiyacı yaranır Addımlı yedəkləmə (Incremental backup) Bu tip yedəkləmədə sadəcə son yedəkdən bu yana yedəklənməmiş sənəndlər yedəklənir. Differensial yedəkləmə (Differential backup) Bu tip yedəkləmədə son tam yedəkdən bu yana yedəklənməmiş olaraq seçilən sənədlər yedəklənir.
Yeniləmə
Yeniləmə (ing. Refresh) dəyişdirilmiş informasiyanı göstərmək üçün pəncərənin içərisinin yenilənməsi; ekranın yenidən çəkilməsi . Veb səhifənin kontentinin yerləşdiyi maşından yenidən yüklənməsi. Kompüter displeylərində sabit görüntünü təmin etmək üçün ekranda görüntünün tez-tez yenidən yaradılması. Dinamik operativ yaddaşda (DRAM) olan verilənləri saxlamaq üçün onun mikrosxeminin yenidən yüklənməsi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yerləmə
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. == Yerləndirici qurğular == Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. === Təbii yerləndirici === Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. === Süni yerləndirici === Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.
Yeniləmə sürəti
Yeniləmə sürəti (ing. Refresh rate) — videoaparaturada: sabit, titrəməyən “şəkil” halında bütün ekranın görüntüsünün yenidən çəkilməsi tezliyi. Televiziya ekranlarında və rastr displeylərində ekranın iç üzündəki fosfor örtüyünü işıqlandıran elektron şüası ekranın bütün sahələrini təxminən 60 Hs (saniyədə 60 dəfə) sürətlə yeniləyir. Sətirləri növbələnən (INTERLACING) displeylərdə qonşu sətirlər bir sətirdən bir yenidən çəkilir, yəni əslində hər bir ayrıca sətir saniyədə yalnız 30 dəfə yenilənir, ancaq effektli yeniləmə sürəti (saniyədə 60 dəfə) saxlanılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yedəkləmə və düzəltmə
Yedəkləmə və düzəltmə (Backup and recovery ) – verilənlər bazasının idarəolunması sistemlərində: aparat və ya proqram xətası nəticəsində verilənlər bazası yararsız hala düşdükdə, sonuncu əməliyyatın (tranzaksiyanın) bərpasını təmin etmək üçün istifadə olunan strategiyadır. Bu proses verilənlər bazasının sonuncu ehtiyat kopiyasından başlayır. Verilənlər bazasının tranzaksiyalar jurnalı (dəyişikliklər faylı) nəzərdən keçirilir və ora yazılmış hər bir tranzaksiya jurnalda olan sonuncu yoxlama nöqtəsinə (CHECKPOINT) uyğun olaraq bərpa edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İran Helikopterlərə Dəstək və Yeniləmə Şirkəti
Iran Helicopter Support and Renewal Company (IHSRC) (fars. پشتیبانی و نوسازی هلیکوپترهای ایران‎, qısaca پنها, PANHA) - İran vertolyot istehsalçısıdır. == Tarix == İranın bəzi İtalyan helikopterlərini Agusta şirkətindən almasından sonra bu helikopterlərə dəstək və təmir zavodu yaratmaq vacib oldu. Bu zavod İran Birgə Helikopter Sənayesi adını aldı. Daha sonra Belldən çox sayda helikopter alındıqdan sonra yeni aviasiya donanmasının dəstəklənməsi üçün bu zavodun genişləndirilməsi planlaşdırıldı. Bu genişlənmənin bir hissəsi olaraq üç böyük bölmənin yaradılması nəzərdə tutulurdu. 1. (NMP) Təmir və Saxlanma Mərkəzi 2. (HDMC) Əsas Donanma Təmir Mərkəzi 3. (NICP) Nəqliyyat və Dəstək Mərkəzi 1979-cu ildə İran inqilabından, ABŞ-nin İrana tətbiq etdiyi embarqodan və İran-İraq müharibəsinin başlamasından sonra PANHA helikopterləri müharibədə dəstəkləmək və saxlamaq məqsədi ilə fəaliyyətə başladı.
Kəkələmə
Kəkələmə — normal nitqin pozulması. Kəkələmə xəstəlik olmasa da, bu ciddi bir problemdir. Kəkələmə çox zaman 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir. Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında: uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğum travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması; ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc) və s. insan psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər. == Uşaqlarda kəkələmə == Bəzən kəkələmə uşaqlarda özünü kəkələyən ailə üzvünə bənzətmə reaksiyası kimi inkişaf edir. Lakin bu halda da uşaq müalicə olunmalıdır. Kəkələyən uşaqlar həmyaşıdlarla ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir.