Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məhəmməd Hüseyn Həsən Zaruq
Mohammed Hussein Hasan Zaroug — Sudanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Nikolay Alekseyeviç Zarudnıy
Nikolay Zarudnıy
Zarudny
Nikolay Zarudnı
Nikolay Alekseyeviç Zarudnı (rus. Николай Алексеевич Зарудный;25 sentyabr (7 oktyabr) 1859, Qryakovo[d], Xarkov quberniyası[d] – 17 mart 1919, Daşkənd) – rus ornitoloqu və səyyahı. == İşləri == Орнитологическая фауна Оренбургского края («Записки Императорской Академии Наук», 1888; удостоена премии академика Брандта). Экскурсия по Северо-Восточной Персии и птицы этой страны (ib., 1900). О нахождении Melivora indica в Закаспийской области (Yevgeni Aleksandroviç Bixnerlə birlikdə, ib., 1892). Орнитологическая фауна области Аму-Дарьи между гг. Чарджуем и Келифом («Bulletin de la Société impériale des naturalistes de Moscou», 1890). Oiseaux de la Contrée Trans-Caspienne (ib., 1885). Recherches zoologiques dans la Contrée Trans-Caspienne (ib., 1890). Материалы для орнитологической фауны Северной Персии (ih., 1891).
Zaruhi Batoyan
Zaruhi Batoyan (erm. Զարուհի Բաթոյան, 29 sentyabr 1979, İrəvan) — erməni ictimai və dövlət xadimi, jurnalist və əlillərin hüquqlarının müdafiəçisi. O, ikinci Paşinyan hökumətində keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Ermənistan Respublikasının Milli Məclisinin 8-ci çağırış deputatı, "Mülki müqavilə" fraksiyasının üzvü, əmək və sosial məsələlər üzrə daimi komissiyasının üzvüdür. == Həyatı == Zaruhi Batoyan 1979-cu ildə İrəvanda anadan olub. İrəvandakı 44 saylı orta məktəbdə oxuyub. 2008-ci ildə İrəvan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2008–2009-cu illərdə "Gənc Liderlər Məktəbi"ndə təhsil alıb. 2012-ci ildə Oreqon ştatının Yevgeniya şəhərində Mobility International USA tərəfindən təklif olunan Qadın Liderlik və Əlillik İnstitutunun (WILD) təlim proqramında iştirak etmişdir. 1999–2014-cü illərdə "Günəbaxan" uşaq aylıq jurnalının baş redaktoru olub. 2007-ci ildən "Ümid Körpüsü" adlı QHT-də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə məsul vəzifədə çalışır.
Zarı-zarı
Zarı–zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. İndi çox az oynanılan "Zarı-zarı" rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur.
Azaru
Azaru — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Azaru Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. == Etimologiyası == Talış dilində azu (asu) "sürətli" və rud "çay" sözlərindən olub "iti axan çay" (İtiçay) və ya çay kənarındakı kənd mənasındadır. == Tanınmış şəxslər == === Şəhidləri === Pəncəli Teymurov (1981–2016).
Zara
Zara — ad. Zara Yılmaz — Türkiyəli müğənni. Zara Larsson — İsveçli müğənni. == Qurumlar == ZARA — İspaniya brendi.
Zarl
𐔵 (səslənməsi: /z/; transkripsiyası: Z, z) — Alban əlifbasının altıncı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Զառլ (Zar̄l) kimi verilmişdir. Erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf gürcü əlifbasındakı Ⴆ hərfinin prototipi əsasında yaradılıb. Alban əlifbasında [z] səsinin qarşılığı kimi işlənilib. Rəqəmsal dəyəri 6 olmuşdur.
Zar
Zar (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Zar (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Caru (Həftkel)
Caru (fars. جارو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 18 ailədə 53 nəfəri kişilər və 44 nəfəri qadınlar olmaqla cəmi 97 nəfərdir.
Cohor Baru
Cohor Baru, Yeni Cohor (Johor Bahru, Johor Baharu) — Malayziyada şəhər. Cohor ştatının (sultanlığının) inzibati mərkəzi. == Əhalisi == Əhalisi 876,0 min (2007; şəhərətrafı ilə 1,8 milyondan çox) nəfərdir. == Coğrafiyası == Malakka yarımadasının cənubunda, Malayziyanı Sinqapurdan ayıran Cohor boğazının şimal sahilində yerləşir. Əhalisi 5,5 milyon olan Sinqapur–Cohor-Baru transsərhəd şəhər aqlomerasiyasına daxildir. İri nəqliyyat qovşağı. Sinqapur ilə damba vasitəsilə birləşir (1924; uzunluğu 1056 m, 6 zolaqlı avtostrada, dəmiryol əlaqəsi). Müasir avtomobil magistralları qovşağı. Dəniz portu (kauçuk, palma yağı, meyvə, boksit və s. ixracı); Malayziyanın ən iri Tancunq-Pelepas konteyner portu (Cohor Barudan qərbdə; 2005-ci ildə yük dövriyyəsi təqribən 4,5 milyon İFE konteyner).
Kasato Maru
Kasato Maru və ya Kasado Maru (yap. 笠戸丸) – 1900-cü ildə Wigham Richardson tərəfindən tikilmiş Yaponiyaya məxsus yük və sərnişin gəmisi. İlk olaraq Potosi adlandırılan gəmi Rusiya Dobroflotu tərəfindən alınmış və Kazan adlandırılmışdır. Bu zaman tibbi gəmiyə çevrilmişdir. Rus-yapon müharibəsində Yaponiya tərəfindən batırılmış, daha sonra sudan çıxarılmış və Yaponiyanın istifadəsinə keçmişdir. Gəmi Kasato Maru olaraq adlandırılmış və sərnişin gəmisinə çevrilmişdir. Mancuriyada döyüşən yapon əsgərləri Yaponiyaya çatdırmaqda xidmət etmişdir. Daha sonra gəmi yaponları 1906-cı ildə Havay adalarına, 1907-ci ildə Peru və Meksikaya aparmaqda istifadə edilmişdir. 1908-ci ildə ilk rəsmi qrupu Braziliyaya gətirmiş və yaponların Braziliyaya miqrasiyası başlamışdır. Səyahət Kobe limanında başlamış və 52 gün davam edərək 18 iyun 1908-ci ildə Santos limanında başa çatmışdır.
Maru (pişik)
Maru (yap. まる [mä.ɾɯ́] — hərfi. "yumru", d. 24 may 2007-ci il) — şotland sallaqqulaq pişiyi növünə aid olan Yaponiyada yaşayan, YouTubeda məşhur videoların qəhrəmanı olan pişik. 2017-ci ilin mart ayında Maru YouTube-da ən çox izlənilmiş heyvan oldu. 3 iyun 2017-ci il tarixinə görə, Maru ilə olan videolar 341,840,777 baxış əldə etmişdir. Pişik tez-tez KİV-lərdə yada salınır. Videolarda heç vaxt üzünü göstərməyən və danışmayan onun sahibi YouTube-da mugumogu niki ilə qeydiyyatdan keçmişdir. 2011-ci ildə Marunun sahibəsinin müəllifi olduğu "I Am Maru" kitabı işıq üzü gördü (ISBN 978-0-06-208841-3).
Melo zard
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Saru Brayli
Saru Brayli — Saroo 5 yaşında öz ailəsindən ayri düşmüş avstraliyali biznesmendir. O, avstraliyalı cütlük tərəfindən övladlığa götürülmüş və yalnız 25 ildən sonra öz bioloji anasını tapa bilmişdir. Onun həyat hekayəsi bir çox media orqanlarının xüsusilə Hindistan ve Avstraliya metbu orqanlarının diqqetini cəlb etmişdir. Onun şəxsi həyatından bəhs edən avtobioqrafik kitabı “A long way home” – Avstraliyada 2013, beynəlxalq səviyyədə isə 2014–cü ildə nəşr edilmişdir. 2016-cı ildə Nikol Kidmanın övladlığa götürdüyü anası Suu Brayli rolunu canlandırdığı “Lion” filmi bu kitabin əsasında səhnələşdirilmişdir. == Həyatı == Saru Brayli Madhya Pradeş şəhərinə qonşu olan Ganeş-Talai qəsəbəsində anadan olmuşdur. O, uşaq olarkən atası tərəfindən tərk edilən ailəsini anası böyük kasıbçılıq içərisində böyütmüşdür. İnşaatda çalışan anası ailəsini dolandırmaq üçün kifayət qədər qazana bilmir və həmçinin onları məktəbə göndərə bilmirdi. 5 yaşlı Saru ve qardaşları Quddu ve Khalu qatar stansiyalarında yemək və pul üçün dilənirdi. Qardaşı Quddu bəzən qatar vaqonlarını təmizləməklə də məşğul olurdu.
Taru Kuoppa
Taru Kuoppa (14 noyabr 1983) — Finlandiyalı oxatan. Taru Kuoppa Finlandiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Taru Kuoppa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Myanmanın nümayəndəsi San Yu Htve ilə üz-üzə gəldi. Həmin görüşdə Taru Kuoppa rəqibinə 3:7 hesabı ilə uduzdu.
Zara (Sivas)
Zara (türk. Zara) — Sivas ilinin ilçəsi.
Zara (brend)
"Zara" — İspaniyanın geyim və aksesuar markalarından biri. "Zara" brendinin sahibi Amansio Orteqadır. == Mağazaları == Dünya üzrə 88 ölkədə 2000-dən çox "Zara" mağazası vardır.
Zara Larsson
Sara Mariya Larsson (isv. Zara Maria Larsson; d. 16 dekabr 1997, Stokholm, İsveç) — İsveçli müğənni. TV4 bacarıq yarışması olan "Talang 2008"i qazanaraq tanınmışdır. 2013-cü ildə tanıtdığı "Uncover" adlı sinqlı ilə İsveç və Norveç musiqi siyahılarında zirvəyə yüksəlmişdir. 2013-cü il apreldə ABŞ-nin "Sony Music Entertainment" şirkəti ilə müqavilə bağlamışdır.
Zaur (ad)
Zaur — Qafqazın ən məşhur kişi adlarından biri. Ərəb dilində "zəvvar" mənasında işlənir və ziyarət edən, ziyarətçi anlamına gəlir. Bundan başqa bu ad ərəb dilində Aslan nəriltisinə də uyğun gəlir. Gürcüstan, Azərbaycan və İtaliya müxtəlif yazılma və tələffüz olunma şəklində geniş yayılıb. Zaur Rzayev — müğənni Zaur Məhərrəmov — Rejissor. Operator. Ssenari müəllifi. Zaur Tağızadə — Azərbaycan futbolçusu. Zaur Ustac — Azərbaycanlı yazıçı. Zaur Kamal — Azərbaycanlı aparıcı.
Zaur Askenderov
Zaur Askenderov (12 iyul 1970, Məmmədqala, Dağıstan MSSR) — Rus iş adamı, ictimai və siyasi xadim. 30 sentyabr 2021-ci ildən Dağıstan Respublikası Xalq Məclisinin sədri. Əvvəllər Rusiya Federasiyası Federal Məclisi VI və VII çağırış Dövlət Dumasının deputatı, Vahid Rusiya fraksiyasının üzvü olmuşdur. Dövlət Dumasının İqtisadi Siyasət, Sənaye, İnnovativ İnkişaf və Sahibkarlıq Komitəsinin üzvü olur. "İş Rusiyası" Ümumrusiya ictimai təşkilatının Dağıstan regional şöbəsinin sədridir Milliyyətcə qumuqdur. Dağıstan Respublikası Xasavyurd rayonunun Kostek kəndindəndir. == Bioqrafiyası == 2009-cu ildə Dünya İqtisadiyyatı İnstitutunun Dünya İqtisadiyyatı ixtisasını bitirir. 2015-ci ildə Dağıstan Dövlət Universitetində yenidən hazırlıq keçir. 2016-cı ildə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasında təhsil alır. 1988-ci ildə Mikoyan ət kombinatında işçi olaraq çalışır və daha sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Zaur Axundov
Zaur Valeh oğlu Axundov (6 iyul 1971, Tovuz – 29 mart 1994, Koxanəbi, Tovuz rayonu) — Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Zaur Axundov 1971-ci il iyul ayının 6-da Tovuz şəhərində anadan olub. 1978-ci ildə Tovuz şəhəri Nəsirəddin Tusu adına orta məktəbdə 1-ci sinifə gedib, 1988-ci ildə orta məktəbi bitirib. Sovet ordusunda 1989-cu ildə Rusiyanın Krasnoyarsk diyarının Abakan şəhərində əsgəri xidmətdə olub. 1991-ci ildə hərbi xidmətini başa vurub. Z.Axundov əsgəri xidmətini başa vurub Azərbaycana qayıtdıqdan sonra Tovuz istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. 1992-ci ildən 1994-cü ilin 29 mart tarixinə qədər düşmənlə üzbəüz mövqelərdə döyüşüb. Z.Axundov 1994-cü il martın 29-da Ermənistan ordusunun atdığı tank mərmisinin zərbəsinə tuş gələrək 11 nəfər döyüşçü yoldaşı ilə birgə həlak olub. Tovuz rayonunun Koxanəbi ərazində Sulutəpə zirvəsində şəhid olan Z.Axundov rayonun Şəhidlər Xiyabanında dəfn olunmuşdur. == Xatirəsi == 2005-ci ildə Z.Axundovun qardaşı taekvondo ustası Ümid Axundov tərəfindən şəhidin adını daşıyan taekvondo klubu yaradılıb.
Zaur Ağalı
Zaur Kamil oğlu Ağalı (11 dekabr 1996, İstisu, Lənkəran rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaur Ağalı 11 dekabr 1996-cı ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olmuşdur. 2003-cu il İstisu qəsəbəsi R.Qurbanov adına orta məktəbə daxil olub, 2014-ci ildə həmin məktəbi bitirib 2015-ci aprel ayında həqiqi hərbi xidmətə yollanıb 2016-ci ildə oktyabr ayında xidmətə başa vurub qayıdıb. 2017-ci ildə ailə həyatı qurub. 2018 iyulun 7-sində bir Oğlan övladı dünyaya gəlib. == İkinci Qarabağ müharibəsində iştirakı == Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Zaur Ağalı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərndə savaşıb. Zaur Ağalı Füzuli istiqamətinndə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Zaur Ağalı oktyabrın 22-də yaşadığı qəsəbə qəbristanlığında böyük izdihamla dəfn olundu. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Zaur Ağamalıyev
Zaur Aşiq
Zaur Baxşəliyev
Zaur Baxşəliyev (tam adı: Zaur Lətif oğlu Baxşəliyev, 26 fevral 1981, Şuşa, Dağlıq Qarabağ) — Azərbaycan teleaparıcısı və bir çox televiziya layihələrinin müəllifi. "Azərbaycan" jurnalı, "Azərbaycan", "Respublika", "Ədalət", "525-ci qəzet" və "Ədəbiyyat" dövri mətbuat orqanlarında müxbir kimi çalışıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının (ATV) aparıcısı və layihə rəhbəridir. "Ömrün səhifələri, "Yağ kimi", "Yeri var", "Bizim səhər", "Xalq ulduzu", "Onun yarısı", "Bəxtəvər", "Tanıdım səni", "Məni yarımdan soruş", "Bu stil mənim", "Ümid var", "Öz aramızda", "Fort Boyard" kimi mədəni-maarif, sosial-analitik, şou xarakterli populyar, reytinqli verilişlərin müəllifi və aparıcısı olub. Hazırda müəllifi olduğu "BizimləSən" sosial-analitik və "Zaurla Günaydın" musiqili-əyləncəli proqramlarına aparıcılıq edir. Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07.11.2016-cı il Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. == Bioqrafiya == Zaur Lətif oğlu Baxşəliyev 26 fevral 1981-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Üzeyir Hacıbəyov adına Şuşa şəhər 1 saylı orta məktəbinin birinci sinfinə gedib. 1992-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar Şuşa şəhərindən məcburi köçkün kimi Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində məskunlaşıb. 1992-ci ildə Azad Qaraqoyunlu kənd orta məktəbində təhsilini davam etdirib.
Zaur Botayev
Zaur Amaludinoviç Botayev (6 may 1979-cu il, Xasavyurt, Dağıstan MSSR, RSFSR, SSRİ) — Sərbəst güləş üzrə çıxış edən Rusiya güləşçisi, Avropa çempionu (2002), Dünya Çempionatın mükafatçısı (2002), Rusiya çempionatlarının çoxqat mükafatçısı, hərbi qulluqçuların arasında dünya çempionu. Rusiyanın əməkdar idmançısı. Krasnoyarsk dövlət pedaqoji universitetinin məzunudur. İ. Xojikov onun birinci məşqçisi olmuşdur. 1998-ci ildən Rusiyanın yığma komandasının üzvü idi, 2007-ci ildə böyük idmanı tərk etdi. == Xarici keçidlər == Zaur Botayev müxtəlif çempionatlarda infosport.ru saytında profili Мовлади Абдулаев. "Заур Ботаев". wsport.su. Энциклопедия чеченского спорта. 2013-07-03.
Zaur Cavanşir
Zaur Sabir oğlu Cavanşir (Məmmədov) (21 sentyabr 1974, Hindarx, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – Qərargah rəisi, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı (2020). Zaur Cavanşir Cavanşirlər sülaləsindən olub, Pənahəli xan Cavanşirin nəslinin nümayəndəsidir. Zaur Cavanşir Cəbrayıl, Hadrut (Ağoğlan), Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmış, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olmuşdur. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmiş və Şuşanın ilk komendantı təyin edilmişdir. O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir. == Həyatı == Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 1974-cü il sentyabrın 21-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir. 1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir ata-babalarının yolunu davam etdirərək vətəninin, xalqının, bayrağının keşiyində dayanmaq üçün Ali Hərbi Komandirlər məktəbinə daxil olmuşdur. 1993-cü il fevral ayında hələ Ali Hərbi komandirlər məktəbinin kursantı olaraq mənfur düşmənə qarşı Kəlbəcər, Ağdərə istiqamətlərində döyüşə qatılmış, şiddətli döyüşlərdə bölmələrə komandirlik etmişdir. 1994-cü ilin yanvar ayından may ayının 12-si atəşkəs elan edilənədək öz yaşıdları olan əsgərləri ilə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Zaur Cəfərov
Zaur Cəfərov (polkovnik-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi. Zaur Cəfərov (pauerliftinqçi) — Azərbaycan pauerliftinqçisi.
Zахu
Zaxo (kürd. زاخۆ,süry. ܙܵܟ݂ܘܿ,erm. Զախո,ərəb. زاخو‎) — İraqın şimal bölgəsində iştirak edən Kürdüstan Regional Hökumətinə bağlı şəhər. Dəhuk mühafazasında yerləşir. Zaxo şəhərin əhalisi təxminən 350 min nəfərdir. Əhalinin əksəriyyətini kürdlər təşkil edir. Zaxo Türkiyə sərhədinə ən yaxın İraq şəhəridir. Habur və Mosul yolunun üstündə və bütün ticarət trafiki Zaxodan keçir.