Zaur Ağamalıyev
Zaur Zabil oğlu Ağamalıyev (6 oktyabr 1979, Cəmilli, Mirbəşir rayonu) — Azərbaycan alimi, Neft-Kimya Prosesləri İnstitutunun "Kimyəvi proseslərin optimallaşdırılması və riyazi modelləşdirilməsi" laboratoriyasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent.[1]
Zaur Ağamalıyev 6 oktyabr 1979-cu ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutununda (NKPİ) əmək fəaliyyətinə başlamışdır.
Kompüter və informasiya texnologiyalarından istifadə etməklə NKPİ-nin işləmələri üzrə məlumat banklarının, informasiya sistemlərinin yaradılması, riyazi modelləşdirmə, optimallaşdırma, innovasiya, patentləşdirmə və lisenziyaların alınması üzrə tədqiqatlarının aparılması.
- Neft-kimya problemləri üzrə kompüter şəbəkəsinin təşkili və elektron əlaqələrinin yaradılması. İnstitutun "WEB" səhifəsinin yaradılması və müntəzəm olaraq dəyişikliklərin aparılması. İnternet əlaqələri, institutun kompüter texnikasının proqram təminatı və texniki təmirinin təşkili;
- Cr, Co, Ni və Mn naftenatlarının iştirakı ilə Azərbaycan neftləri qarışıqlarının 216-360oC dizel fraksiyasından ayrılmış naften-parafin karbohidrogenlərinin katalitik oksidləşdirilməsi proseslərinin optimallaşdırılması və kompüter modelinin yaradılması, onların aparılmasının optimal profili təklif edilmişdir;
- Model karbohidrogenlərin müxtəlif homoloji sıralarının və naften-izoparafin karbohidrogenlərinin oksidləşmə proseslərinin formal kinetik qanunauyğunluqları öyrənilmişdir;
- Bakı neftləri qarışığının 216-360oC-də qaynayan fraksiyasından ayrılmış naften-izoparafin karbohidrogenlərinin Cr- və Ni- naftenatların iştirakı ilə oksidləşməsində oksigenin udulmasının kinetik əyrilərinin differensial riyazi tənlikləri alınmışdır;
- İlk dəfə olaraq alkilimidazolinlərin aşağı oktanlı benzinlərin piroliz prosesindən alınmış C4 və C5 fraksiyalarının etilen ilə kondensasiyası reaksiyasından alınmış tsikloheksen, 1-metiltsikloheksen, 3-metiltsikloheksen, dipren, dipenten, 3-viniltsikloheksen əsasında alınmış tsikloalkilfenolların azot, xlor, brom, fosfor, karbonil törəmələri ilə modifikasiyalarının alınması;
- Alınmış yeni tərkibli modifikasiyaların quruluşundan asılı olaraq onların keyfiyyət göstəricilərinin dəyişməsinin tədqiqi.
Elmin təbliğindəki xidmətlərinə görə təşəkkürnamə ilə təltif olunub.
86 (39-məqalə; 40-tezis; 3-kitab; 4-patent), Xaricdə çıxmış elmi əsərlərin sayı-24
- В.М.Аббасов, Э.Б.Зейналов, З.З.Агамалиев, Л.М.Эфендиева, Ф.М.Велиева, Л.Г.Нуриев. Оптимизация получения СНК окислением дизельной фракций смеси бакинских нефтей. Москва, Нефтепереработка и нефтехимия, 2010, №11, С.42-46.
- Э.Б.Зейналов, В.М.Аббасов, Л.М.Эфендиева, З.З.Агамалиев, Л.Г.Нуриев, Л.И.Алиева, Г.Г.Насибова. Каталитическая активность нафтенатов переходных металлов в реакции аэробного окисления нефтяной нафтеновой фракции. Мир нефтепродуктов, Москва, 2012, №2, С.23-26.
- Z.Z. Aghamaliyev, V.M. Abbasov, E.B. Zeynalov, J.F. Friedrich, F.M. Veliyeva. Review of kinetic modeling and optimization of hydrocarbon oxidation. ERDÖL ERDGAS KOHLE 128. Germany, Jg. 2012, Heft X, PETROCHEMIE.
- Azərbaycan patenti. a 2017 0080, 11.05.2017. 2-Hidroksi-3-(metiltsikloalkil)-5-metilbenzilaminoetilalkilimidazolinlər M-8 mühərrik yağına antioksidant. Z.Z.Ağamahyev, R.Ə.Mehdizadə, Ç.Q.Rəsulov, R.Ə.Cəfərova, Y.H.Yusifov, F.F.Məmmədov
- Mirzayev V.G., Agamaliyev Z.Z., Majidov E.A., Rasulov Ch.K., Manafov M.R. Some Peculiarities of Interaction Reaction of Phenol with the Dimerization Products of C4 Fraction of Gasoil Pyrolysis // Global Journal of Chemistry, 2017, Vol.3, No.1, p.136-142.
- Rasulov Ch.K., Mekhtizade R.A., Aghamaliyev Z.Z., Abasov S.I. Cycloalkylation of para-cresol with 1-methylcycloalkenes in the presence of phosphorous-containing zeolite // PPOR, 2017, Vol.18, No.1, pp.80-87.
- Ağamalıyev Z.Z. 2-Hidroksi-3-(metiltsikloheksenilizopropil)-5-xlorbenzilaminoetilnonilimidazolinlərin sintezi // Kimya problemləri jurnalı, 2018, №2 (16), s.218-222.
- Агамалиев З.З. Синтез 2-гидрокси-3-(метилциклоалкил)-5-метил-бензиламиноэтилалкилимидазолинов – антиоксидантов к моторным маслам // Нефтепереработка и нефтехимия, 2018, №8, с.32-35.
- Vaqif H. Mirzoyev, Vagif M. Abbasov, Chingiz K. Rasulov, Zaur Z. Aghamaliyev, Rena Z. Bagirzade, Emin A.Majidov. Selective catalytic alkylation and cycloalkylation of phenol with alkyl- and alkenylcyclohexenes. // PPOR, 2017, Vol.18, No.4, pp.341-350.
- Aghamaliyev Z.Z., Naghiyeva M.V., Rasulov Ch.K. Synthesis of 2-Hydroxy-3-(Methylcyclohexenyl-Isopropyl)-5-Methylbenzylaminoethylnonyl Imidazolines - The Thermostabilizers to Polypropylene // ScientificNet. Publisher in Materials Science & Engineering. Materials Science Forum, Switzerland, 2018, Vol. 935, pp. 155-159.