Kasato Maru

Kasato Maru və ya Kasado Maru (yap. 笠戸丸) – 1900-cü ildə Wigham Richardson tərəfindən tikilmiş Yaponiyaya məxsus yük və sərnişin gəmisi. İlk olaraq Potosi adlandırılan gəmi Rusiya Dobroflotu tərəfindən alınmış və Kazan adlandırılmışdır. Bu zaman tibbi gəmiyə çevrilmişdir. Rus-yapon müharibəsində Yaponiya tərəfindən batırılmış, daha sonra sudan çıxarılmış və Yaponiyanın istifadəsinə keçmişdir.

Kasato Maru
笠戸丸
Gəminin fotosu
Gəminin fotosu
Ölkə
Təşkilat
Əvvəlki adı Potosi, Kazan
Tarixi 25 avqust 1900
Salınma tarixi 13 iyun 1900
İstismara verilmə tarixi 1900
Batma tarixi 9 avqust 1945
İştirak etdiyi döyüşlər
Sürəti 14,5 knot
Uzunluğu 123,4 metr
Hündürlüyü 5,8 metr
Tərsanə nömrəsi 362[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gəmi Kasato Maru olaraq adlandırılmış və sərnişin gəmisinə çevrilmişdir. Mancuriyada döyüşən yapon əsgərləri Yaponiyaya çatdırmaqda xidmət etmişdir.

Daha sonra gəmi yaponları 1906-cı ildə Havay adalarına, 1907-ci ildə PeruMeksikaya aparmaqda istifadə edilmişdir. 1908-ci ildə ilk rəsmi qrupu Braziliyaya gətirmiş və yaponların Braziliyaya miqrasiyası başlamışdır.[2][3] Səyahət Kobe limanında başlamış və 52 gün davam edərək 18 iyun 1908-ci ildə Santos limanında başa çatmışdır. Bura San-Paulunun qərbindəki kofe plantasiyalarında işləmək üçün 165 ailə (781 nəfər) gəlmişdir.

Kasato Maru ilə Braziliyaya gəlmiş ilk yapon sərnişinlərin siyahısı

Kasato Marudan əvvəl bəzi yapon immiqrantlar Rio-de-Janeyro ştatında Sonseysan-di-Makabu bələdiyyəsində koloniya qurmuşdular. Lakin Kasato Marunun gətirdiyi ilk qrup yaponların kütləvi miqrasiyasının əsasını qoymuşdur. Kasato Marunun bəzi sərnişinləri Argentinaya keçmişdir.

Bir müddət sonra gəmi yük gəmisinə çevrilmişdir. Sonuncu dəfə Braziliyada Osaka Sosen Kaisha-nın xidmətində olarkən 1917-ci ildə yük daşıyarkən olmuşdur.

1942-ci ildə Yaponiya İmperiya donanmasına qatılmışdır və İkinci dünya müharibəsində döyüş gəmisi olmuşdur.

9 avqust 1945-ci ildə saat 11:15-dən 14:30-a qədər üç sovet təyyarəsi gəmini bombalamışdır. Kasato Maru SSRİ-nin su məkanında, Berinq dənizində, Kamçatka yarımadası yaxınlığında batmışdır.[4] Gəmi hələ də suyun 18 metr dərinliyindədir və yaxşı vəziyyətdədir.

  1. http://www.wrecksite.eu/wreck.aspx?211742.
  2. "Columns "The Ship Kasato-maru"". www.ndl.go.jp. 2016-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-09.
  3. Baily, Samuel L.; Míguez, Eduardo José. Mass Migration to Modern Latin America (ingilis). Rowman & Littlefield. 2016-12-09. ISBN 9780842028318. 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.
  4. "Kasado Maru". wrecksite. İstifadə tarixi: 9 December 2015.