Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Libido
Libido (lat. libido — ehtiras, nəfs, istək) — Ziqmund Freydin psixoanalizində anlayış. Seksual ehtirası və cinsi instinkti nəzərdə tutur. Bu termin seksuallığın müxtəlif təzahürlərini təsvir etmək üçün işlənir. Freyd libidonu Platonun Erosu ilə eyniləşdirirdi və onu "vurğunluq" sözünü əhatə edən hər şeyə: cinsi vurğunluq, özünə-vurğunluq (narsissizm), valideynlərə və uşaqlara vurğunluq, ümumi insansevərlik və sairəyə aid edirdi. "Libido" terminini Freyd psixi pozuntuların, nevrozun, və eləcə də normal insanın psixi inkişaf gedişini, onun elmi və bədii fəaliyətini, sublimasiyanı izah etmək üçün istifadə edirdi. == Libido və Freydizm == Böyümə zamanı libido enerjisinin bədənin hansı hissəsində konsentrasiya olunması insanın inkişafını şərtləndirir. Psixoseksual inkişaf nəzəriyyəsində Freyd aşağıdakı mərhələləri qeyd etmişdir: oral mərhələ (doğuşdan 0–1.5 yaşa kimi) — ananın döşlərinin əmilməsi nəticəsində yaşanan həzz; anal mərhələ (1.5–3 yaş arası) — yoğun bağırsağın və ya sidik kisəsinin ekskretor fəaliyyəti nəticəsində yaşanan həzz; falistik mərhələ (3–6 yaş arası) — seksual xarakterli araşdırmalar, oğlanlarda Edip kompleksinin, qızlarda isə Elektra kompleksinin yaranması; latent mərhələ (6–12 yaş arası); genital mərhələ (12 yaşdan sonra). Freydin fikrincə, libidonun inkişafının pozulması nəticəsində, psixi pozuntular yaranır. Libido — həzz hissi doğuran bütün hərəkətlərin əsasını təşkil edir..
Zəbid
Zəbid—Yəməndə tarixi bir şəhər. == Coğrafiyası == Yəmən Tihaməsində Hudəydənin 100 km. cənubi-qərbində yerləşir. Qırmızı dənizə 25 km. uzaqlıqdadır. == Tarixi == Şəhər, adını ortasında qurulduğu verimli vadidən almışdır. Bura öncələri Əşarilərdən Husayb ibn Abdüşəmsə izafətən Husayb adıyla bilinməkdə və bir neçə kənddən meydana gəlməkdəydi. Bölgədə yaşayan Əşar (Əşairə) qəbiləsi mənsublarından içlərində Əbu Musa əl-Əşarinin də olduğu bir heyət 628-ci ildə müsəlman olduqlarını bildirmək üzrə Mədinəyə doğru yola çıxmış, ancaq mindikləri gəmi fırtına üzündən Həbəşistan sahilinə sürüklənincə buradakı mühacirlərə qatılmışdılar. Həzrət peyğəmbərin bölgəyə vali təyin etdiyi Tahir b. Əbu Halə ilə Əbu Musa əl-Əşaridən sonra Yəmən Xüləfa-yi Raşidin və Əməvilər dövründə, ardından Abbasilərin ilk dönəmində valilər tərəfindən idarə olundu.
Fəzlulla Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Ərdəşir Zahidi
Ərdəşir Zahidi (fars. اردشیر زاهدی‎; 16 oktyabr 1928, Tehran – 18 noyabr 2021, Montrö[d], Vo kantonu) – İranın keçmiş xarici işlər naziri (1966–1971) və 1960 və 1970-ci illərdə İranın Birləşmiş Ştatlar və Böyük Britaniyadakı səfiri vəzifəsində işləyən keçmiş diplomatı.
Məhəmmədrza Zahidi
Məhəmmədrza Zahidi (fars. محمدرضا زاهدی‎, 2 noyabr 1960, İsfahan, Pəhləvilər – 1 aprel 2024, Mezzeh[d]) — İranlı hərbi xadim, Briqada generalı. İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli mənsubu. Müxtəlif zamanlarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarına rəhbərlik etmiş, ölümünə qədər Qüds qüvvələrinin əsas səhra komandirlərindən biri kimi çıxış etmişdir. 1979-cu ildən etibarən İran Silahlı Qüvvələrində xidmət edən Zahidi ordunun əsas hərbi fiqurlarından biri hesab olunurdu və İranın Yaxın Şərq regionundakı xarici maraqlarının təmin edilməsində vasitəçi şəxs kimi önə çıxmışdır. 2024-cü ilin 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran səfirliyinə qarşı törədilmiş bombardıman hücumu nəticəsində həlak olub. İran və müxtəlif mənbələr hücumun İsrail tərəfindən həyata keçirildiyini bəyan ediblər. == Həyatı == Məhəmmədrza Zahidi 1960-cı ilin 2 noyabr tarixində İranın İsfahan ostanlığının mərkəzi şəhəri olan İsfahan şəhərində anadan olub. 1979-cu ildə İslam İnqilabı Keşikçiləri Korpusunun sıralarına qoşulan Zahidi 1980-ci ildə İraqın hücumu ilə başlamış və səkkiz il davam etmiş İran-İraq müharibəsində leytenant rütbəsi ilə xidmət etmişdir. O, 1983–1986-cı illərdə 44-cü Qəmər Bəni Haşim diviziyasına rəhbərlik edib.
Skibidi Toilet
Skibidi Toilet, rus əsilli Aleksey Gerasimov adlı şəxs tərəfindən yaradılmış və onun DaFuq!?Boom! YouTube kanalına yüklənmiş YouTube videoları və YouTube shorts ibarət 3D animasiya seriyasıdır. Source Filmmaker istifadə edilərək düzəldilən seriya, insan başlı tualetlər və Kamera başlı, Radio başlı, Televizor başlı insansı varlıqlar (qısaca İttifaq) arasında gedən müharibə haqqında bir seriyadır. İlk bölüm 2023-cü ilin fevralında dərc olundu. Skibidi Toilet müxtəlif sosial media platformalarında, xüsusən Alfa nəsli tərəfindən populyarlaşan internet mem kimi viral oldu. Bir çox şərhçi serialı Alfa nəslinin internet mədəniyyətinə ilk addımı kimi gördü. == Serialın gedişatı == Serialda dialoqlar çox azdır, çox xarakter əsasən işarət dili ilə danışır. Tualetler isə adındanda məlum olduğu kimi "Skibidi" adlı mahnını oxuyurlar. Serialın yaradıcısının dediyinə görə tualetlər əslində bütün dünyəvi dilləri danışa bilir, ancaq onlar həmişə özlərinin "Skibidi dili" dediyi dili danışmağı tərcih edirlər. Nyu-York şəhərinin bənzərsiz bir mühitində Skibidi Tualetləri və onların lideri G-tualet bəşəriyyəti təhdid edir.
İqidi (səhra)
İqidi (ing. Erg Igidi) — Saxaranın qərbində yerləşən qumlu səhra. İnzibati cəhətdən Əlcəzair və Mavritaniya ərazilərinə daxildir. Düzənlikdə qum təpəliləkləri 540 m hündürlüyə, və 400 km uzunluğa malikdir. Bitki örtüyü əsasən efemerli, kol və ot bitkilərindən ibarətdir. Səhraya xas xarmatan küləkləri əsir. Qrunt suları şimal-şərq hissədə səthə daha yaxındır. Yay ayları otlaq kimi istifadə edilir.
Zibil maşını
Zibil maşını az miqdarda yığılmış tullantıları yığıb zibil saxlama yerlərinə daşımaq üçün nəzərdə tutulmuş olan yük maşını növüdür. Bu maşınlara texniki cəhətdən “tullantıların yığılması maşını” da deyilir. Zibilin yük maşınına yüklənməsi üsullarına görə onların beş əsas modeli mövcuddur. == Növləri == === Qabaq tərəfdən yükləmə === Qabaq tərəfdən yükləmə üsulundan istifadə edən yük maşınları, ümumiyyətlə, iri sənaye müəssisələrinə xidmət edən qapalı nəqliyyat vasitələridirlər. Yük maşınının sürücüsü avtomobilin qarşısında yerləşən iki qoldan ehtiyatla istifadə edərək zibil qabını avtomobilin üzərinə qaldırır və əksinə çevrilmiş olan konteynerdəki zibilləri maşına tökür. Maşına tökülən zibillər presləmə sistemi ilə sıxılır və beləliklə də yük maşınına daha çox zibil yığmaq imkanı yaradılır. === Arxa tərəfdən yükləmə === Arxa tərəfdən yükləməyə sahib olan yük maşınları zibil yığılan yerlərdə zibil konteynerlərinin yanında dayanır və eyni zamanda da bu maşınlara zibil torbaları da atıla bilər. Zibil qabları (konteyner) maşının arxa tərəfində olan operatorun köməyi ilə maşına tökülür. Yük maşınına atılan zibillər preslə sıxılır və beləliklə də maşında daha az yer tutur. === Yan tərəfdən yükləmə === Tullantılar bu maşınlara ya əllə, ya da xüsusi avadanlığın köməyi ilə atılır.
GIGO (zibil girən zibil çıxar)
GIGO (zibil girən zibil çıxar) - (ingiliscə GIGO (garbage in, garbage out), rusca “мусор на входе, мусор на выходе” – hesablama texnikasında: kompüterin təbiətini və orada yerinə yetirilən prosesləri xarakterizə edən aksiomlardan biri; prosesin girişinə yanlış və ya korlanmış verilənlər daxil olduqda nəticə də yanlış və ya korlanmış alınır. garbage - (rusca мусор) - tullantı – dəyərsiz verilənlər; yanlış və ya korlanmış verilənlər. garbage collection (GC) - rusca сборка мусора - tullantı toplama – yaddaşın istifadə olunmayan bloklarını boşaldan və onları “boş” kimi nişanlayan silmə üsulu. Bütün yaddaş sahəsi boyu səpələnməş “boş” blokların yerdəyişmə yolu ilə iri “boş” blok şəklində bir yerə toplanması da belə adlandırılır. == Microsoft Windows == [1] Zibil qutusu (Корзина, Recycle Bin) İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi/, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür. İşçi stolun üzərindəki nişanı və ya yarlığı ləğv etmək üçün kursoru nişanın üzərində qoyub, siçanın sol düyməsini sıxmaqla onu qeyd etmək, sonra isə klaviaturadan “Delete” düyməsini basmaq lazımdır. Bu zaman onun təmsil etdiyi obyektləri – fayl və ya qovluğu Zibil qutusuna göndərmək haqda pəncərədi açılır.
Fəzlullah xan Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Pentacalia viridi-alba
Pentacalia viridi-alba (lat. Pentacalia viridi-alba) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Bulbophyllum bidi
Bulbophyllum unguiculatum (lat. Bulbophyllum unguiculatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum breviflorum növü Sulavesi, Kalimantan, Yava və Sumatra ərazilərində yayılmışdır == Sinonim == Bulbophyllum bidi Govaerts Bulbophyllum pumilio Ridl. [Illegitimate] Bulbophyllum reilloi Ames Bulbophyllum teres Carr Phyllorchis unguiculata (Rchb.
Uğurlu xan Ziyadi-Gəncəvi
Uğurlu xan Ziyadi-Gəncəvi — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Cavad xanın ulu babası. == Həyatı == Kəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bir müddət müqəddəs Qum şəhərində darğa vəzifəsini aparmışdı. Orda Əbdürrəzzaq Fəyyaz-Lahicidən ali elmləri əxz etmişdi. Uğurlu xan Ziyadoğlu-Qacar 1664-cü ildə qardaşı Murtuzaqulu xanın vəfatından sonra Qarabağa bəylərbəyi təyin edildi. Uğurlu xan 1666-cı ildə vəfat edib. Uğurlu xanın Abbasqulu xan, Kəlbəli xan, Rzaqulu xan adlı oğulları vardı. Uğurlu xan şair idi. Ziyadi təxəllüsü ilə şeir yazırdı.
Cənab Pibodi və Şerman
Cənab Pibodi və Şerman (ing. Mr. Peabody & Sherman) — 2014-cü ildə istehsal olunmuş cizgi filmidir. == İstinadlar == == Xarici keçidlər == Cənab Pibodi və Şerman — Internet Movie Database saytında.
Emin Axundov (polis zabiti)
Huneyn ibn İshaq əl-İbadi
Əbu Zeyd Huneyn ibn İshaq əl-İbadi (808[…], Hiyrə, Abbasilər xilafəti – 873[…], Bağdad, Abbasilər xilafəti) — Qədim yunan tibbi və fəlsəfəsinin İslam dünyasına intiqlalında önəmli rol oynayan mütərcim və həkim. == Həyatı == 808-ci ildə Kufənin cənubunda əski bir Arami şəhəri olan Hiyrədə doğuldu. Ailəsi İbad adıyla bilinən xristian Ərəb qəbiləsinə mənsub olduğundan İbadi nisbəsiylə anılmışdır. Atası İshaq əczaçılıqla məşğul idi. Ata məsləyi Huneyni uşaq yaşda təsir göstərərək tibb elminə yönləndirdi. Doğulduğu yerdə xristian din təhsili alan Huneyn on iki yaşlarında ikən Bağdada getdi. Burada Cündişapur mənşəli həkim İbn Masəveyhin tələbəsi oldu. Ancaq Huneynin sual sormağı və dartışmağı sevən təbiəti müəllimini rahatsız edirdi. Əsasən Bağdadda fəaliyət göstərən Cündişapur mənşəli həkimlər, əsasən əhalisi tüccar olan Hirəlilərin tiblə məşğul olmasını xoş qarşılamırdılar. Huneyn dərs əsnasındakı israrlı suallarına davam edincə İbn Masəveyh onu dərs halqasından çıxardı.
Cənab Pibodi və Şerman (cizgi filmi, 2014)
Cənab Pibodi və Şerman (ing. Mr. Peabody & Sherman) — 2014-cü ildə istehsal olunmuş cizgi filmidir. == İstinadlar == == Xarici keçidlər == Cənab Pibodi və Şerman — Internet Movie Database saytında.