Skibidi Toilet

Skibidi Toilet, rus əsilli Aleksey Gerasimov adlı şəxs tərəfindən yaradılmış və onun DaFuq!?Boom![1] YouTube kanalına yüklənmiş YouTube videoları və YouTube shorts ibarət 3D animasiya seriyasıdır. Source Filmmaker istifadə edilərək düzəldilən seriya, insan başlı tualetlər və Kamera başlı, Radio başlı, Televizor başlı insansı varlıqlar (qısaca İttifaq) arasında gedən müharibə haqqında bir seriyadır. İlk bölüm 2023-cü ilin fevralında dərc olundu. Skibidi Toilet müxtəlif sosial media platformalarında, xüsusən Alfa nəsli tərəfindən populyarlaşan internet mem kimi viral oldu. Bir çox şərhçi serialı Alfa nəslinin internet mədəniyyətinə ilk addımı kimi gördü.

skibidi toilet
ing. Skibidi Toilet
Tualetləri təsvir edən mini çizim
Tualetləri təsvir edən mini çizim
Janr Machinima
Müəllif DaFuq!?Boom! (Digər adı: Blugray)
İstehsalçı ölkə Gürcüstan
Dil ingilis dili
Mövsüm sayı 24
Buraxılış sayı 74
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Serialın gedişatı

[redaktə | mənbəni redaktə et]

Serialda dialoqlar çox azdır, çox xarakter əsasən işarət dili ilə danışır. Tualetler isə adındanda məlum olduğu kimi "Skibidi" adlı dili danışırlar. Serialın yaradıcısının dediyinə görə tualetlər əslində bütün dünyəvi dilləri danışa bilir, ancaq onlar həmişə özlərinin "Skibidi dili" dediyi dili danışmağı tərcih edirlər. Ehtimaldır ki bu serial Ohioda keçir, buna səbəb ilk bölümlərin açıqlama qismində serialın yaradıcısının tualetləri "Ohiodakı Tualetlər" olaraq adlandırmasıdır. Tualetlərin belə bir qəribə xüssusiyyətidə var idi ki onların sifonları çəkiləndə başları yox olur və cansız olurdular.

Skibidi Tualetlər və onların lideri G-Tualet bəşəriyyəti təhdid edir. Və Kamera başlı robotlaşmış insanlar onlara qarşı olan mübarizəni öz öhdələrinə götürürlər və beləcə uzun müddət davam edəcək Mübarizə başlayır, insanlar isə 73-cü bölümdə məlum olur ki müxtəlif sığınacaqlara gizləniblər. Kameramanlar daha sonra müharibəyə "titan" adlandırdıqları nəhəng, özləri kimi olan xüsusi texnikanı gətirirlər və müharibədə üstünlük qazanmağa başlayırlar. Lakin tualetlərin lideri olan G-Tualet ona bir tələ qurur və bunun nəticəsində Titan Kameraman döyüş meydanından məcburi olaraq qaçıb təmir yerinə gedir. Bu hadisə Kameramanların zəifləməsinə yol açır lakin onların köməyinə Radio başlı adamlar (ing: Speakerman) çatır, və hər iki irq öz aralarında tualetlərə qarşı bir "ittifaq" yaradırlar, birgə mübarizədə tualetlərə qarşı üstünlük qururlar və nəhayət Speakermanlar öz titanlarını meydana gətirir və ittifaq böyük uğur qazanır. Tualetlərin ən ağıllısı olan Alim tualet uduzacaqlarını anladığı üçün hiyləyə əl atır və parazitli kiçik tualetlər istehsal edir, bununlada o, Kameramanların və Speakermanların beyinlərini ələ keçirməyə başlayır, və parazitlənmiş olanlar tualetlər ilə savaşmaq əvəzinə normal ittifaq üzvləri ilə savaşır, ittifaq isə bunun qarşısında çaş baş qalır. Alim tualet Titan Speakerman bir savaşta ikən parazitli tualetləri arxadan gizlicə göndərir və tualetlər artıq Titan Speakermanı ələ keçirir, Titan Speakerman artıq ittifaq üzvlərini vurmağa başlayır və beləcə tualetlər yenidən savaşta üstünlük qazanmağa başlayır, digər tərəftən G-Tualet üçün yeni güncəlləmələr gəlir. Bu vəziyyət qarşısında Kameramanların alimlərindən biri parazitlərə qarşı bir silah düzəldir və artıq ittifaq parazitlənmiş üzvləri yenidən normal hala gətirmək bilir, başqa bir Kameraman alim Titan Speakermanı xilas etmək üçün zirehli anti-parazit maşını düzəltsədə bu baş tutmur, Maşın G-Tualet tərəfindən partladılır. İttifaqın ümidləri tükənmişkən seriala Televizor adamlar daxil olur, onların gəlişi ilə 3-lü ittifaq yaranmış olur. TV-adamların digərlərinə görə qəribə xüsussiyyətləri var idi, onlar ekranlarından çıxan hipnoz edici işığa malik idilər, digərlərindən fərqli olaraq onlar danışa bilirdi, danışdıqları dildə ingilis dilinin tərsi idi, həmçinin onların teleportasiya xüsusiyyəti var idi, məhz buna görədə üstünlük yenə ittifaqa keçir. TV-adamlarında eyni Kameraman və Speakermanlar kimi "Large (ing: Böyük)", Titan, alim və qadın cinsindən olan üzvləridə var idi. Televizorların titanları gəlir və tualetlərə ağır zərbələr endirilir, Titan TV-Man Parazitlənmiş Titan Speakermanın dalına düşür lakin G-Tualet eyni Titan Kameramana elədiyi kimi onuda tələyə salır və Titan TV-Man yaralanıb döyüş meydanından qaçır. Titan Televizorun uduzmasının ardından tualetlər yeni inkişaf etmiş silahları ilə axşam vaxtı şəhərə hücum edirlər. İttifaq döyüşdə yaralananları Kameramanların xüsusi bazasına gətirir. Bu vaxt tualetlər həmin bazaya hücum etməyə cəhd göstərir lakin təmir olunmuş, güncəllənmiş Titan Kameraman döyüş meydanına gəlir və bazaya hücum etməyə çalışan tualetləri darmadağın edir, Titan Kameraman artıq əvvəlkinı görə artıq daha güclü idi, bu zaman normal Kameramanların içindən çıxmış elit səviyyəli xüsusi bir Kameraman gəlir və Titan Kameramanın ən sadiq dostu olur, döyüşdə tualetlərə qarşı həmişə pompalardan istifadə etdiyinə görə ona "Plungerman" deyirdilər, o cəsarəti və döyüşkənliyi ilə hamıdan fərqlənirdi. Gücü ələ alan ittifaq hər yerdə tualetləri təmizləməyə başlayır, artıq ittifaqın qadın üzvləridə fəal iştirak edirdi. Tualetləri təmizləyən ittifaq yenə əsas hədəfinə fokuslanır, yəni Titan Speakermanı xilas etmək. Bunun üçün Kameramanlar yeni dözümlü anti-parazit tankı istehsal edir və Titan Speakermanın olduğu yerə aparırlar, lakin tualetlər bu tankı tələyə salıb partlatdılar, belə bir vəziyyətdə Titan Kameraman bu işi özü etməsi gərəkdiyini anlayır və Parazitlənmiş Titan Speakermanın qarşısına çıxır, orada görürkü Titan Speakerman özü kimi güncəllənibdir, Titan Kameraman döyüşmək yerinə əsasən onun boynundakı paraziti çıxarmağı düşünürdü, onlar döyüşərkən birdən birə G-Tualet ortaya çıxır və lazer silahları ilə Titan Kameramanı arxadan vurur. G-tualet titanlar kimi yeni bir güncəlləmə almıştı. Bundan qəzəblənən Titan Kameraman G-Tualatə hücum edir və onu ağır məğlubiyyətə uğradır, onlar döyüşərkən Plungerman istədiki arxadan gizlicə Titan Speakermanın boynuna girib paraziti çıxarsın, ancaq Titan Speakerman bunu bilir və cəld əli ilə onu tutub elə oradaca partladıb yerə atır. Titan Kameraman yenidən Titan Speakermana hücum edir, Televizor qadının köməyi ilə nəhayət parazit artıq çıxarılır və uzun müddət sonra Titan Speakerman xilas olur, bu hadisə ittifaqı çox sevindirir və tualetlərə qarşı böyük bir uğur qazanırlar. Titan Kameraman və Titan Speakerman artıq əlbir olub tualetlərə zərbə vururlar. İttifaq intiqam almaq istəyirdi yəni G-Tualeti və Alim tualeti tapmaq istıyirdilər buna görə 2 kameraman gizlincə onları təqib edir, getdikləri yerdə qəribə hadisələr görürlər. Bir başqa tualet irqi olan və "Astro Tualet" olaraq adlandırılan tualetlər artıq G-Tualetin uğursuzluqlarından bezir və ona xəyanət edir hətta onlar G-Tualeti öldürmək niyyətinə düşürlər. Əslində bu səhnədə göstərilən G-Tualet həqiqi deyildi bu sadəcə Alim tualetin gələcək bir planı idi. İki Astro tualet tam G-Tualeti öldürəcəkdi ki birdən birə Alim tualet ortaya çıxdı və onlara çox qəzəbləndi, astrolar bu vəziyyəti görüb tez oradan qaçdılar. Alim tualet özünə bənzəyən, nəhəng tualet makinası düzəltmişdi, bunun sayəsində o tualetləri daha sürətli inkişaf etdirə bilirdi. Astro tualətləri qovan Alim-Tualet 2 kameramanın izlədiyini görüb hirslənir və lazer silahı ilə bu fədakar Kameramanları vurur. İttifaq bu kameramanları Large TV-Man sayəsində izləyirdi və onlara qarşı döyüşə hazırlaşırdılar. İttifaq silahlarını inkişaf etdirir və tualetlərlə döyüşməyi davam etdirirdi. Titan Speakermanı xilas edərkən ağır yaralanan Plungerman artıq təmir olunmuşdu və oda tualetlərə qarşı artıq yenidən savaşa bilirdi. Speakermanlarda artıq öz elit səviyyəli üzvünü ortaya çıxardı və o çox vaxt bıçaq istifadə etdiyinə görə və Qara rəngli olduğuna görə o "Knifeman" və ya "Dark Speakerman" deyə adlanır, oda eyni Plungerman kimi döyüşdə profesyonallıqla savaşırdı. nəhayət 2 titan G-tualet və Alim tualetin yerini tapır və savaşa hazırlaşırlar. Alim tualet onlara tələ qurmuşdu oradan özü teleportasiya olur digər tualetlərdə qaçır və oradakı saxta G-tualet tək qalır, Titanlar təkcə qalmış G-tualeti öldürür ancaq məlum olur ki o G-Tualet saxta imiş. tam bu zamanda Titanlar göyə baxdılar və gördülər ki bir sürü nəhəng bombalı kamikaze tualet onların üzərinə sürətlə gəlir, Titan Kameraman holoqrafik qalxanını açır və başına tərəf tutur, Titan Speakerman isə oradan tez uçub getməyə cəhd göstərsədə kamikazelər artıq yerə toqquşmuş və hər yer darmadağın olmuştu, hər iki titanda ağır yara aldı. Axşam vaxtı ittifaq, tualetlərin olduğu hanqarlı bölgəyə hücum edir və bu vaxt tabletdən onlara xəbər gəlir ki G-tualet və Alim Tualet guya Titanları əsir götürüb, bu saxta xəbəri onlara Gizli Agent (ing: Secret Agent) adlı bir insan göndərmişti, bu qəribə insan bir sürü xüsusiyyətə malik idi, o heç bir şəkildə ölmür, teleportasiya ola bilir və qəribə haker bacarıqları vardır, o başından bəridir ittifaq və tualetlər arasında olan müharibəni izləyirdi, hətta onunla gizli iş görən bəzi Kameramanlarda var idi. Tabletdən bu xəbəri görən ittifaq çox qəzəblənir və tualetlərə qarşı böyük bir sürətlə hücum edir və tualetlərin hamısını öldürürlər lakin birsən birə Alim tualet ora tualetlərlə birgə teleportasiya olur və hücuma başlayır, Televizorlar bunu görüb oradakı bütün ittifaq üzvlərini öz bazalarına teleport edir, ittifaq burada tualetlərin xüsusi nəhəng laborotoriyası olan, və səhralıq bir təpədə yerləşən "Alpha-Hills"ə hücum etməyi planlaşdırır, Televizorların bazasında Titan TV-Man təmir olunur və güncəlləmə alırdı. Yaralanan Titanlar bir neçə saat sonra həmin laborotoriyaya yaxınlaşırlar onlar yaxınlaşarkən bir neçə Kameramanda oraya gedirdi, Kameramanlar titanların yaşadığını görəndə sevindilər, lakin nəhəng makinalı Alim tualet teleport olub Titanların qarşısına çıxır və onlara gülür, titanlar onu görəndə çox hirslənirlər və onunla savaşmağa başladılar, Titanlar yenə yaralanır, Plungerman titanlara kömək üçün gəlsədə o Alim tərəfindən vurulur və yaralanır. ancaq Titan Kameraman az qalırdı onun makinasının başını kəssin, ancaq bu sırada həqiqi güncəllənmiş G-tualet uçaraq gəlir və titanı lazerləri ilə yerə sərir. Alim tualet makinasında gizli olan televizor texnikasını işə salır və Titan Kameramanı hipnoz edir. Large Kameramanlardan biri istədiki əlindəki raketlərlə televizoru vursun ancaq bir fayda etmədi. Tam bu sırada kimsə nəhəng bur bıçaqla televizoru vurub qırır, bu Titan TV-Man idi o teleportasiya dumanından görünmürdü ancaq o alim tualetə tərsdən ingiliscə ilə dedi ki: "!won sdne efil ruoy" (sənin həyatın indi bitir!). G-Tualet onu görəndə tez qorxub qaçır ancaq Alim tualet onu görəndə şok olmuşdu. Titan-TV Man yeni enerji qılıncını işə saldı və Alim tualetin texnikasını məhv etdi, sonra o yaralanmış titanlara kömək etdi. Bunlar olarkən birdə baxırlar ki alim tualetin həqiqi kiçik halı ortaya çıxıb və sürətlə Alpha Hills laborotoriyasına girir, onu görən bir Large Kameraman tez onun dalına düşür və başqa ittifaq üzvləridə tez gəlib içəriyə daxil olur, onların içərisində 2-si Speakerman, Plungerman, Dark Speakerman, bir Large Cameraman qalanlarıda normal Kameraman olan qüvvələr var idi, toplamda 11 nəfər içəriyə girmişdi, Kameramanlardan biri Gizli Agentin gizli tərəftarı idi. Titan TV-Man və titanlar eşik tərəftə Saxta G-tualetlərə qarşı döyüşür, Large TV Man isə içəriyə girənləri ekranından izləyirdi. İçəriyə girən Komanda burada tualetləri gizlicə öldürürdü, bir az ilərlədikdən sonra kilitli bir qapıya rast gəldilər, Gizli Agentin tərəftarı olan Kameraman Agentin ona verdiyi kiçik cihaz ilə yaşıl elektriki qapıya tərəf işlətdi vı qapı açıldı. Komanda bunun qarşısında məəttəl qaldı və ondan şübhələnməyə başladılar. Bir yerdə tualetləri gizlicə tualetləri izləyərkən qəribə bir hadisə oldu, Plungerman içəridə yeni tualetlərin düzəldiyini izlərkən birfən birə onun gözünə "bağlantı xətası, qeyd etmə xətası" yazısı göründü, buna Gizli Agent Səbəb olurdu, birdən birə tualetlər onları izləyən komandayı gördü və həyəcan signalı çalmağa başladı, Komanda tez yandakı liftə qaçıb mindi ancaq Komandaya başcılıq edən Large Cameraman lazerli bir tualet tərəfindən vuruldu və komanda pis bir itki verdi, Large Cameraman ölmədən pncə gözündəki xüsusui hipnoz işığından qoruyan linzanı vermişdi. Ancaq komandanın ümidləri tükənmədi və alim tualeti öldürmək üçün daim iləri gedəcəkdi. Komanda iləriləməyə davam etsədə təəsüfki get gedə itkilər verməyə davam edirdi və elə oldu ki axıra sadəcə Plungerman və Knifeman qaldı. Tüm bunlar yaşanarkən eşik tərəfdə titanlar üçün yeni silahlar gəldi, titanlar bu silahları alanda azda olsa gücləndilər və yenidən savaşa hazır oldular, və birdən birə yeni müasir silahlı və yeni texnikalı ittifaq üzvləri helikopterlərlə gəldi, onların yeni inkişaf etmiş lazer silahları, qoruyucu linza və yüksək səsdən qoruyacaq xüsusi qulaqlıqları var idi. İttifaq döyüşə hazırlaşdı və Kameramanlardan biri qapını açdı, laborotoriyanın qapısı açılan kimi hamı oraya hücum etdi. İçəridə Plungerman və Knifeman baş verənlərə rəğmən davam edirdi onlar artıq Alim Tualetin qapısına doğru yaxınlaşırdı. Eşik tərəfdə isə yeni silahlar qazanmış ittifaq tualetləri darmadağın edirdi, titanlarda irəliləyişi sürdürdü və ətrafdakı bütün tualetlər yox edildi. Titanlar bir su kanalında tualetləri öldürərkən birdən birə Astro Tualetlərdən biri onların önünə çıxdı, Titanlar onu vurmağa çalışsada bu mümkün olmadı, atdıqları lazerlər Astro tualetin qeyri-adi uzun qolları tərəfindən udulurdu, Titan-TV Man buna qəzəbləndi və istədi qılıncını arxadan teleportasiya edib onu vursun, ancaq o bunu gördü və oradan sürətlə uçub getdi, Astro Tualet Titanlara: "Siz hamınız öləcəksiniz!" deyirdi. İttifaq üzvləri isə içəriyə daxil olub iləriləməyə başlayırdı. Elit ikili Alim Tualetin qapısına yaxınlaşarkən qeyri-adi bir hadisə oldu, onlar görünməz oldular və yenə gözünə "transmisiya və qeyd xətası" yazısı görünürdü. Nəhayət ikili Alimin olduğu böyük otağa girdilər, içəriyə girən kimi gördülərki Alim ekranda Gizli Agent ilə danışır, Agent onları görəndə güldü və ekranı bağladı, Plungerman və Dark Speakerman onunla savaşmağa hazırlaşdılar, Plungerman Gizli Agentin yardımcısı yaralandan sonra ondan Gizli Agentin cihazını aldı, bu cihaz sayəsində hər hansı bir texnikanı yaşıl işıq ilə açıb bağlamaq olurdu. Bu Alət ilə Plungerman Alim tualetin teleport olub qaçmasını əngəllədi, bundan qəzəblənən Alim Tualet onlarla savaşa hazırlandı. Elit ikili onunla savaşmağa başladı,lakin alim tualet onlardan ağıllı və hiyləgər olduğu üçün onu öldürə bilmədilər, hər nə qədər onu bir qədər yaralasalarda Alim tualet hər iki eliti məğlub edib ağır yaraladı. Tam bu sırada Large TV-Man Kameramanlar ilə qapını açıp işığı ilə Alimi vurmağa başladı, bunu gırən alim ağaşı tərəfdən bir yer açıb ora daxil oldu, onun nə edəcəyini bilən Large TV-Man geri çəkilmə əmri verdi. Alim Tualet yeni böyük 4 lazerli özünə bənzər makinasını işə saldı və Tv-Manın qaçdığı yerə atəş etməyə başladı, tam bu sırada içəriyə Lazer silahlı Large Cameraman və 3 qadın ittifaq üzvü girdi. Large Cameraman lazeri ilə alimin makinasını vurub onun başını qatdı, qadınlar isə makinanın içinə girib alimi orada tutmağa çalışırdı, Large Cameraman vuruldu ancaq qadınlar makinanın içinə girib alimi orada yaralamağa başladılar, Alim hər üçünü başından atıb istədi üst qapıdan qaçsın. Üst qapını açanda birdə baxdı ki titanların üçüdə oradadır, Titan Kameraman onu tutub nüvə reaktoru ilə onu yandırdı və Titan TV-Mana verdi, o isə Alim Tualeti əli ilə əzdi və növbəti Titan Speakermana verdi, Titan Speakerman onu tutub üzərinə şiddətlə qışqırdı və Alim Tualeti dəfələrlə divara çırpıb onu məhv etdi, beləcə ittifaq çox böyük bir qələbə çaldı ancaq Dark Speakerman aldığı yaralara dözə bilməyib ölür və üçlü qadın (Camerawoman, Speakerwoman, TV Woman) buna çox kədərlənir. Hadisələri izləyən Plungerman birdən birə özünü qəribə bir yerdə tapır, o Gizli Agentin ofisində idi, oraya gələndə gizli agent ona bunları deyir:

"Təbriklər, sayəndə artıq alim bişdi, ancaq daha böyük bir təhlükə gəlir, buna görədə bəzi şeylər gizli qalmalıdır. Geriyə heç bir sübut qalmadı, bir şey xaric, bu savaşda həyatta qala bilmədin, Plungerman."

Bunu dedikdən sonra Plungerman normal gördüyü yerə dönür amma o birdən birə yanmağa başlayır və oda ölür...

Onu izləyən ittiffaq üzvləri onunla kədərlə sağollaşır. İttifaq üzvləri Alimlə savaşarkən eşik tərəfdə titanlar tualetlərə qarşı mübarizə aparırdı, bəzi Kameraman və Speakermanlar Alpha Hills ın airport olan tərəfini tutmuşdular və onlar gözləyirdi ki içəridəkilər alimi öldürsün, lakin gözlənilməz bir hadisə yaşandı, G-tualet içəridən çıxdı və oradakı ittifaq üzvlərini görüb hamısını lazerləri ilə vurdu həmçinin Alpha Hillsdə qalan digər tualetlərdə G-Tualet ilə birgə oradan uçub gedir, G-Tualeti güdən Detanier Astro tualet adı uça bilən əqrəb bənzəri astro tualetdə onun dalına düşüb onu öldürmək istəyirdi. Alimi öldürdüktən sonra həmin yerə gələn Titanlar oradakı hər şeyin dağıldığını gördükdə elə qəzəbləndilər ki oradan bi anda tez uçub G-tualeti öldürməyə getdilər. G-Tualet yolda yardımçıları ilə gedərkən Detanier Astro Tualet onun qabağına çıxır və:

" Xəyanətin cəzasını bilirsən Komandir, heç kim ədaləttən qaça bilməz!"

Deyir və onunla savaşa başlayır, onunla savaşda müəyyən qədər yaralasada G-tualet hiyləyə əl atır Detanier Astro Tualet ağır yaralanır, G-tualet tam onu ödürəcəkdiki Juggernaut adlı böyük elit, qırmızımtıl rəngli böyük astro toilet onun qarşısına çıxır və lazer topu ilə ona zərbə endirir, o istədiki G-tualeti öldürsün ancaq uzaqdan titanlar gəlirdi və işlərin qarışacağını anladığı üçün oradan dostu ilə birgə qaçır, Titanlar G-tualeti öldürməyə hazırlaşırdı ancaq G-Tualet oradan tez qaçıb getdi, Titanlar bunu görüb cəld bir şəkildə onun dalına düşür, savaş əsnasında Detanier Astro Tualetin 2 qolu qopmuşdu, bu qollardan birini Titan Kameraman öz qopmuş qolunun yerinı taxır digərini isə alim Televizor və Large TV-Man öz laborotoriyalarına aparırlar. Plungerman və Dark Speakermanın ölümü çox nəfəri dərindən kədərləndirmişdi, xüsusilə Plumgermanln ölümü Kamera Qadının və Alim Kameramanı çox üzürdü. Kamerawoman onunla birgə keçirdiyi xatirləri tabletdən baxırdı, hətta bir vaxtlar insan olduğu zamanlarıda. Amma Camerawoman özünü toparlayıb müharibəyə davam edir, axırda bir binanın üzərinə qonur və orada G-tualet ilə konteyner daşıyan helikopter tualetləri görür, birdən birə o konteynerlərə birisi atəş açır və konteyner yerə düşür, bu Titan Speakerman idi və digər iki titanda G-tualetin qarşısına çıxır. Titan tv man G-tualetə: "artıq qaçacaq yerin yoxdur!" Deyir, G-tualet isə ona: "axmaqlar, nəyin gəldiyi barədə heç bir fikriniz yoxdur" bunu eşidən titan tv man: "hər nə gəlirsə onu görənə qədər həyatda qala bilməyəcəksən!" Dedi Və Titanlar ilə G-tualet arasındakı şiddətli döyüş başladı, hər nə qədər titanlar G-tualetə çox ağır bir zərbə endirsədə G-tualet konteynerlərin içindən çıxan xüsusi rakətlər ilə oradan qaçıb gedir, Titan tv man onun qaçmasından əsəbiləşir və teleportasiya olur və oda gedir, Titan Kameraman və Titan Speakerman isə ağır yaralanmışdı, onlar birgə oradan getdilər. Kamerawoman aşağıya doğru kameramanların yanına getdi bu vaxt Televizorların elit rütbəli üzvü oraya nəhayət oraya teleportasiya olub gəlir, onu serialın fanatları "Shadow. ing: Kölgə" deyə adlandırırlar. Kamerawoman bu vaxt qarşıdakı binadan səs eşitdi və oraya uçub girdi, içəridəki tualetləri öldürdüktən sonra bir otağa girdi və orada həyatta qalmış insanlar ilə qarşılaşdı, Titan TV Man hələdə G-Tualetin dalına düşdü, yolda onunla qarşılaşdı və istədi yenidən döyüşsün ancaq G-tualet yenə qaçır. Bir dəstə ittifaq üzvü və onların başçısı Shadow TV Man həmin binanın içərisində iləriləyib orada alim tualetin gizli planlarını tapırdılar, bir az getdikdən sonra Shadow TV Man orada xeyli insan gördü, tualetlər oraya ancaq skibidi mahnısı oxuyan kaset qoşmuş və oradakı insanlar artıq dəli olmuşdu, Tv Man o kasedi partlatdı ancaq insanların yavaş yavaş tualetlər kimi hərəkət etməyə başladılar. Tv Man başa düşdüki buradakı bütün insanların beyni çürüyüb ona gprədə məcbur onları yandırdılar, içəridə uzun müddət tutulmuş yaralı ittifaq üzvləridə oradan xilas edildi. Shadow TV Man yandakı divardakı posteri gördü orada G-Tualetin əslində bir vaxtlar Astro Tualetlərin lideri olduğunu anladı. Oradan teleport olub Alim Televizorun yanına gedib ona göstərməyi qərara aldı. Eşikdə isə yaralanmış titanlar və ittifaq üzvləri gözləyirdi, Titan TV Man ekranı ilə tualetlerin yanına göndərilmiş agent Kameranı izləyirdi, onları izlədiktən sonra Titan TV Man onların zəiflədiyini və bu müharibənin bu gün bitəcəyini dedi, istədiki getsin birdən alim televizor ortaya çıxıb dediki onların liderlərini yəni G-tualeti canlı olaraq gətirsin, Titan TV Man buna əsəbiləşir amma Alim televizor dediki: çox gec olmadan bütöv şəkli anlamalıyıq. Tam bu sırada tabletdən xəbər gəlir və görürlərki Astro tualetlər hücuma keçib, izlədiktən sonra birdən birə Astro tualetlərdən biri onların qabağına çıxır və Titan Kameraman istədi onunla savaşsın ancaq həmin Astro gizlicə geri çəkildi və ortaya birdən birə Astro Tualet ordusu və onların komandiri nəhəng "Mothership Astro Toilet/ Astro anagəmi tualeti" şıxır və astroların hamısı birdən hücuma keçir. Titan TV Man tələsik bir şəkildə hamını oradan Teleportasiya etməyə çalışır ancaq Titan Kameraman fədakarlıq göstərir və Astro ordusunu arxasına salaraq oradan uçub qaçır.

____

Business Insider serialı "həm tualetlər, həm də düşmənləri daha güclü döyüşçülər [istehsal etdiyi] üçün sonsuz silahlanma yarışı" kimi təsvir etdi.[2]

Serial haqqında bütün məlumatları öyrənmək üçün [3]

  1. "Youtube kanalı". 2024-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-17.
  2. Dodgson, Lindsay. "'Skibidi Toilet' isn't mindless — it's a 'cultural touchstone' that captures the anarchic spirit of the internet". Business Insider (ingilis). 14 October 2023. 30 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2023.
  3. "Skibidi toilet fandom".