Məhəmmədrza Zahidi

Məhəmmədrza Zahidi (fars. محمدرضا زاهدی‎, 2 noyabr 1960, İsfahan, Pəhləvilər1 aprel 2024[4][5], Mezzeh[d][4]) — İranlı hərbi xadim, Briqada generalı. İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli mənsubu. Müxtəlif zamanlarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələriİran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarına rəhbərlik etmiş[6], ölümünə qədər Qüds qüvvələrinin əsas səhra komandirlərindən biri kimi çıxış etmişdir.[3]

Məhəmmədrza Zahidi
fars. محمدرضا زاهدی
Məhəmmədrza Zahidinin 2017-ci ildə keçirilmiş mətbuat konfransı zamanı çəkilmiş fotosu.
Məhəmmədrza Zahidinin 2017-ci ildə keçirilmiş mətbuat konfransı zamanı çəkilmiş fotosu.
Şəxsi məlumatlar
Ləqəbi Həsən Məhdəvi
Doğum tarixi [1]
Doğum yeri İsfahan, İran
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Dəməşq[2], Suriya
Vəfat səbəbi hava zərbəsi
Vətəndaşlığı İran İran
Milliyyəti Fars
Hərbi fəaliyyəti
Mənsubiyyəti İran Silahlı Qüvvələri
Qoşun növü İslam İnqilabı Keşikçiləri
Hərbi hissə Qüds qüvvələri
Xidmət illəri 1979–2024
Rütbəsi Briqada generalı
Döyüşlər İran–İraq müharibəsi[3]
Suriyada vətəndaş müharibəsi[3]
Qəzzədə müharibə
Təltifləri "Fəth" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1979-cu ildən etibarən İran Silahlı Qüvvələrində xidmət edən Zahidi ordunun əsas hərbi fiqurlarından biri hesab olunurdu və İranın Yaxın Şərq regionundakı xarici maraqlarının təmin edilməsində vasitəçi şəxs kimi önə çıxmışdır.

Zahidi 2024-cü ilin 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran səfirliyinə qarşı törədilmiş bombardıman hücumu nəticəsində həlak olub. İran və müxtəlif mənbələr hücumun İsrail tərəfindən həyata keçirildiyini bəyan ediblər.[7][8]

Məhəmmədrza Zahidi 1960-cı ilin 2 noyabr tarixində İranın İsfahan ostanlığının mərkəzi şəhəri olan İsfahan şəhərində anadan olub. 1979-cu ildə İslam İnqilabı Keşikçiləri Korpusunun sıralarına qoşulan Zahidi 1980-ci ildə İraqın hücumu ilə başlamış və səkkiz il davam etmiş İran-İraq müharibəsində leytenant rütbəsi ilə xidmət etmişdir. O, 1983–1986-cı illərdə 44-cü Qəmər Bəni Haşim diviziyasına rəhbərlik edib. 1986-cı ildən 1991-ci ilə qədər isə İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi elementlərindən biri olan XIV İmam Hüseyn diviziyasına başçılıq etmişdir.

Qısa zamanda hərbi vəzifə və rütbələrdə yüksələn Zahidi 1990-cı illərdə İranın paytaxtı Tehran şəhərinin təhlükəsizliyinə cavabdeh olan Tər-Allah bazasına da rəhbərlik etmişdir. 2008–2017-ci illər aralığında Məhəmmədrza Zahidi əsasən İranın xaricində xidmətlər aparıb və Yaxın Şərq ölkələrində İranın xüsusi maraqlarını müdafiə edib. Sözügedən illər Zahidinin Qüds qüvvələrinin səhra komandirlərindən biri kimi LivanSuriyadakı fəaliyyətləri daha əlamətdar hesab olunur.[1]

Qüds qüvvələri

[redaktə | mənbəni redaktə et]

1998-ci ildə Qüds qüvvələrinin yeni təyin olunmuş komandanı Qasım Süleymani, Zahidini Qüds qüvvələrinin Livan korpusu üzrə rəhbəri rəyin etmişdir. 1998-ci ildə Zahidinin Livandakı əsas vəzifəsi Hizbullahı silah-sursat və texniki təchizat baxımından təmin etməkdən ibarət idi. 1998-ci ildə Hüseyn Şeyxülislam adlı iranlı diplomat Suriyaya səfir təyin edilir.

Həmin təyinatda Qasım Süleymaninin rolu qabardılır və hesab olunurdu ki, Süleymani özünə yaxın olan admaları SuriyaLivanda mühüm postlara gətirməklə İranın bölgədəki təsir dairəsini daha da gücləndirməyə çalışırdı.[9] Məhəmmədrza Zahidinin Livan Korpusunun lideri kimi ilk vəzifəsi 2002-ci ilə qədər davam etmişdir.

Məhəmmədrza Zahidi (sağda) İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məhəmməd Əli Cəfəri ilə birlikdə Hörmüzgan ostanının Larak adasında İran Silahlı Qüvvələrinin təlimi çərçivəsində hazır vəziyyətə gətirilmiş müxtəlif təyinatlı qoşun növlərini salamlayarkən. (2006)

Zahidinin qarşısına ilkin olaraq İsrail Silahlı Qüvvələrinin işğalı altında olan Cənubi Livanda və yaxın ərazilərdəki qüvvələrin əks-hücum qabiliyyətlərini artırılması tapşırığı qoyulmuşdur. O, 2000-ci ilin payızında livanlıların məğlubiyyəti ilə nəticələnmiş hücum əməliyyatlarının planlaşdırılmasında mühüm rol oynayıb. 15 il davam etmiş Cənubi Livan münaqişəsi Hizbullahın qələbəsi ilə nəticələnmişdir.[10]

2000-cı ildə İsrailin geri çəkilməsindən sonra Livan korpsunun lideri kimi nüfuz qazanan Zahidinin Qasım Süleymani, Əhməd KazımiHizbullahın hərbi əməliyyatlardan məhsul birləşməsinin komandiri İmad Muğniyə ilə birlikdə İran İnqilabı Keşikçiləri Korpusu-Hizbullah kiçik birgə komandanlıq heyətinin əsas fiqurlarından olduğu ehtimal edilməkdədir. Briqada generalı Livanın cənub hissəsindəki böyük yerüstü və yeraltı istehkam şəbəkəsinin tikintisinə rəhbərlik etmişdir.

Sözügedən istehkam şəbəkələri 2006-cı ildə baş vermiş Livan müharibəsi zamanı Hizbullaha əhəmiyyətli dərəcədə köməklik göstərmişdir.[11] Zahidiyə bağlı Livanda fəaliyyət göstərən qüvvələr tərəfindən İsrail Silahlı Qüvvələrinin polkovniki Elhanan Tannenbaumun əsir götürülməsi əməliyyatı generalın adına yazılan növbəti uğurlardan hesab olunur.

2000-cı ilin 7 oktyabr tarixində keçirilmiş əməliyyat nəticəsində bir qrup Qüds qüvvələriHizbullah mənsubu İsrail ərazisinə daxil olaraq polkovniki Elhanan Tannenbaumu əsir götürüb və sonradan Livana qayıdıblar. Aparılan danışıqlardan sonra polkovnik İsrail həbsxanalarında saxlanılan 435 ərəb məhbusla dəyişdirilib. Həmin əməliyyatın arxasında dayanan əsas şəxs kimi Məhəmmədrza Zahidi göstərilməkdədir.[12]

2008-ci ildə Qasım Süleymani tərəfindən Zahidi ikinci dəfə Qüds qüvvələrinin Livan korpusunun komandiri vəzifəsinə təyin edilir. Bu təyinat əslində həmin vəzifədəki səlahiyyət müddətinin uzadılması anlamına gəlirdi. Briqada generalının ikinci səlahiyyət müddəti 2024-cü ilin 1 aprel tarixində Dəməşq şəhərində qətlə yetirilənə qədər davam etmişdir. Sözügedən vəzifədəki ikinci səlahiyyət müddəti əsasən 2011-ci ilin mart ayından etibarən başlamış Suriya vətəndaş müharibəsi ilərinə təsadüf edib.

Qüds qüvvələrinin Livan korpusu Bəşər Əsəd hökumətinin ayaqda saxlanılmasında, DəməşqHələb kimi strateji şəhərlərin qorunmasında onlarla hərbi əməliyyatlara qatılıb və əsas etibarilə qalib gəlmişdir. O, həmçinin qətlə yetirilənə qədər İrandan Suriya üzərindən keçirilən və Hizbullaha göndərilən külli miqdarda silah-sursat trafikinə rəhbərlik etmişdir.[13]

Məhəmmədrza Zahidi 2024-cü ilin 1 aprel tarixində yerli vaxtla saat 17:00 radələrində İranın Suriyadakı səfirliyinin bombardmançı qırıcılar tərəfindən bombardıman edilməsi nəticəsində 63 yaşında həlak olub.[7] Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən səfirlik binasına bitişik konsulluq binasına endirilmiş zərbələr nəticəsində ümumilikdə 13 nəfər həlak olub ki, onlardan yeddi nəfəri yüksək rütbəli İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri birləşməsinin mənsublarıdır.[14]

İran hücuma görə məsuliyyəti İsrailAmerika Birləşmiş Ştatlarının daşıdığını açıqlayıb.[15][16] İranın Suriyadakı səfiri Hüseyn Əkbərinin sözlərinə görə, hava hücumu nəticəsində 13 nəfər həlak olub. Suriya dövlətinə yaxın media qurumlarının verdiyi məlumata görə avia zərbələr nəticəsində konsulluq binasında kütləvi dağıntılar baş verib, qonşu binalara ciddi ziyan dəyib.[17] Məhəmmədrza Zahidi, 2020-ci ilin 3 yanvar tarixində İraqın Bağdad şəhərində hücum aktı zamanı qətlə yetirilmiş Qasım Süleymanidən sonra İslam İnqilabı Keşikçiləri Korpusunun ən yüksək rütbəli hərbi xadimi hesab olunur.[18]

  1. 1 2 "سردار محمدرضا زاهدی که بود؟" [Who was Sardar Mohammad Reza Zahedi?]. Mehr News Agency (fars). www.mehrnews.com. 1 April 2024. 1 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2024.
  2. "Recent OFAC Actions". U.S. Department of the Treasury. 16 August 2010. 20 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2016.
  3. 1 2 3 "Brigadier General Mohammad Reza (Ali) Zahedi". Iran Briefing. 28 January 2012. 20 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2016.
  4. 1 2 إعلام إيراني: مقتل محمد رضا زاهدي القيادي في فيلق القدس في سوريا ولبنان بالغارة على المزة. Al Jadeed, 2024.
  5. Israel kills three prominent Iranian military commanders at the ambassador’s residence in Damascus. El País, 2024.
  6. "Leader Appoints New IRGC Ground Force and Air Force Commanders". The Leader of the Islamic Republic of Iran. 21 January 2006. 20 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2016.
  7. 1 2 Graff, Peter. Liffy, Kevin (redaktor). "Iranian Guards commander killed in Israeli strike on consulate in Damascus, source says". Damascus: Reuters. 1 April 2024. 1 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2024.
  8. "Israeli airstrike on Iran consulate in Syria kills six including IRGC commander". The Guardian. 1 April 2024. 1 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2024.
  9. "The Shadow Commander: Soleimani, the US, and Iran's Global Ambitions 9781786079459". 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  10. "Mohammad Reza Zahedi". 23 November 2022. 2023-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  11. "Senior Iranian commander killed in Israeli strike, Iran state media says". BBC. 2024-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  12. Isabel Kershner. "The Changing Colors of Imad Mughniyah". 2023-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  13. "Israeli Airstrike Kills Iranian Commander in Syria". Iran International. April 2024. 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  14. "Death toll update | 14 people killed in Israel attack on building of the Iranian embassy in Damascus". Syrian Observatory for Human Rights. 2 April 2024. 2 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2024.
  15. Bowen, Jeremy; Gritten, David. "Israel accused of deadly strike on Iranian consulate in Syria". BBC News. April 1, 2024. 1 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2024.
  16. "Iran vows response after strike it blames on Israel demolishes consulate in Syria". ABC News (ingilis). 2024-04-01. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  17. "Top Iranian commander killed in attack on consulate in Syria, Iran state-affiliated media reports". CNN. 1 April 2024. 5 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2024.
  18. "Top Iranian general killed by Israeli airstrike: sources". Axios. 1 April 2024. 5 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2024.