Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ruben Orbeli
Ruben Abqaroviç Orbeli (erm. Ռուբեն Աբգարի Օրբելի; 26 yanvar 1880, Naxçıvan — 9 may 1943, Moskva) — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Sovet sualtı arxeologiyasının banisi. Leon və İosif Orbelinin böyük qardaşı. == Həyatı == Ruben Orbeli 1880-c il yanvarın 26-da Naxçıvan şəhərində orta nəcib ailədə anadan olmuşdur. Tiflisdə 3-cü orta klassik gimnaziyanı bitirdikdən sonra Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Orbeli 1904-cü ildən 1906-cı ilə magistratura cəmiyyətində çalışmış və o Sankt-Peterburq Dövlət Universitetinin hüquqi cəmiyyətin bir üzvü seçilib. Bu müddət ərzində o, biliklərini təkmilləşdirilmək üçün Almaniyaya (Yena Universiteti) göndərildi. 1918-ci ildə Ruben Orbeli Tambov Dövlət Universitetinin təsisçisi biri oldu və burada mühazirə oxudu. Bundan sonra o, Sankt-Peterburq Dövlət Universitetinin qayıtdı və onun SSRİ Elmlər Akademiyasının filialı işləməyə başladı.
İosif Orbeli
İosif Abqaroviç Orbeli (rus. Ио́сиф Абга́рович Орбе́ли, erm. Հովսեփ Աբգարի Օրբելի; 8 (20) mart 1887 və ya 20 mart 1887, Kutaisi, Rusiya imperiyası – 2 fevral 1961[…], Leninqrad) — SSRİ şərqşünası və ictimai xadimi, SSRİ Elmlər Akademiyasının akademiki (1935), Ermənistan SSR Elmlər Akademiyasının akademiki və onun ilk prezidenti (1943–1947), 1934–1951-ci illərdə "Ermitaj"ın direktoru. == Həyatı == İosif Orbeli 8 mart 1887-ci ildə Rusiya imperiyasının Kutaisi şəhərində, erməni ailəsində anadan olmuşdur. Onun atası dövlət müşaviri, hüquqşünas Abqar İosifoviç Orbeli və anası knyaz qızı Varvara Moiseyevna Arqutinskaya-Dolqoruka olmuşdur. Ana tərəfdən babası Moisey Pavloviç Arqutinski Tiflis Şəhər Dövlət İdarəsi mənzil komissiyasının kollegial eksperti və mühasibi olmuşdur. Atasının babası İosif Orbeli Lazarevski İnstitutunu bitirmişdi. Atası Abqar Obreli Sankt-Peterburq Universiteti, atasının qardaşları David və Amazasp Orbeli, eləcə də böyük qardaşları Ruben və Levon Orbeli də universitet təhsili almışdılar. Mixail Piotrovski İosif Orbelini "nümunəvi erməni-rus alimi" adlandırırmışdır. Orbeli 1906–1917-ci illərdə Ani qazıntılarında iştirak etmişdir.
Bəbəli
Bəbəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd.
Cəbəli
Cəbəli (türk. Cebeli) — Osmanlı imperiyasında süvari qoşunları kateqoriyası, feodal – timar sahibi və ya bəy tərəfindən verilən döyüşçülər. Hər bir cəbəli ağasının tam dəstəyini alırdı və onun qulu sayılırdı.
Hökməli
Hökməli — Azərbaycan Respublikasının Abşeron rayonunun Hökməli qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Cəbəli-Tariq
Cəbəllüttariq (ing. Gibraltar) — 1704-cü ildən Böyük Britaniyaya məxsus olan və Cəbəllütariq boğazının Pireney yarımadası sahilində yerləşən ərazi. == Tarix == Əvvəllər Kalpe adlandırılan ərazi məşhur fateh Tariq İbn Ziyadın 711-ci ildə ərazini ələ keçirib hərbi istinadgah kimi istifadə etməyə başlamasından sonra ərəb qaynaqlarında indiki adı ilə adlandırılmağa başlandı.Əlmohadların Əndəlus ərazisinə keçidindən xeyli əvvəl bölgə hərbi gəmi donanması üçün dairə rolunu oynayırdı.Ərəblərin istilasından sonra buraya təyin olunmuş əmir Əbdülmi yerli xristianlardan böyük bir şəhər inşa etməyi əmr etdi. Bununla da çoxsaylı məscid, mədrəsə, saray və istifadəyə yararlı irriqasiya sistemi ilə təchiz olunmuş bir şəhər ərsəyə gəldi. Sonralar yarımadanın cənubunda yaranmış Qranada əmirliyi ərazidə hakimiyyəti ələ aldı.1309-cu ildə isə Kastiliya kralının göstərişinə əsasən Alonso Pérez de Guzmán el-Bueno bölgəni zəbt etdi. Yaxın tarixdə gerçəkləşdirilən referendumların nəticəsi ilə ərazi rəsmi olaraq Böyük Britaniya tabeliyindədir. == Əhalisi == İngilislərin "Ağ qitə"də yeganə müstəmləkəsi olan bölgənin əhalisi çoxmillətlidir. Müxtəlif tarixlərdə koloniyalar şəklində yayılan ingilis əhalisi ilə yanaşı portuqal, ispan, italyan və maltalılar da üstünlük təşkil edir. == İqtisadiyyatı == Avropanın əksər hissəsinə nisbətən yüksək iqtisadi tərəqqi və işsizliyin aşağı olması diqqəti cəlb edir. Əsas gəlir mənbəyi turizm, ticarət, bank, onlayn qumar, rabitə və dənizçilikdir.
Hökməli bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kösəli Rus
Kösəli Rus (qaq. Köseli Rus) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Kənd 735 nəfərdən ibarətdir, həmçinin 185 qaqauzdan.
Rufan Əkbərli
Rufan Elzabit oğlu Əkbərli (6 yanvar 1998; Çaparlı, Şəmkir rayonu — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rufan Əkbərli 1998-ci il yanvarın 6-da Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 2005–2015-ci illərdə Ə. Həsənov adına Keçili kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rufan Əkbərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rufan Əkbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Rufan Əkbərli oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufan Əkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufan Əkbərli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Xubəli Əzizov
Əzizov Xubəli Fətəli oğlu — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Əzizov Xubəli Fətəli oğlu 1949-cu ildə Azərbaycan Respublikasının Lerik rayonunun Buruq kəndində anadan olmuşdur. 1971-ci ildə "mexanik" ixtisası üzrə ADU-nin mexanika-riyaziyyat fakültəsini bitirib. 1971-1989-cu illərdə Azərbaycan EADNQYPİ-nun "Hidrodinamika" laboratoriyasında böyük laborant, mühəndis və böyük elmi işçi vəzifələrində işləyib. 1980-ci ildə "Yeraltı hidrodinamikanın bəzi fəza məsələləri və qeyri-bircins məsaməli mühitlərdə mayenin süzülmə məsələləri" mövzusunda namizədlik, 1994-cü ildə isə "Məsaməli mühitdə köçürülmənin qeyri-stasionar və qeyri-xətti hadisələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1989-1995-ci illərdə Azərbaycan EA MRİ-da "Neft və gazın qeyri-xətti mexanikası" şöbəsinin baş və aparıcı elmi işçisi işləmişdir. 1995-ci ildən 2014-cü ilə qədər Nijnevartovsk Dövlət humanitar universitetində professor, "Tətbiqi riyaziyyat və fizika" kafedrasının müdiri işləmişdir. 2007-2014-cü illərdə Tümen neft və qaz universitetinin professoru və bu universitetin Nijnevartovsk filialının elm üzrə direktor müavini işlmişdir. 2014-cü ildə vəzifəsindən istefa etmiş və ailəsi ilə Moskva şəhərinə köçmüşdür. İki oğlu, üç qızı vardır.
İltizam Əkbərli
İltizam Nizam oğlu Əkbərli və ya İltizam Əkbərov (1 iyul 1957, İmişli) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == İltizam Əkbərli 1957-ci il iyulun 1-də İmişli şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. 1979-cu ildən İmişli rayonunda müəllim, "Gənc texniklər" stansiyasının müdiri işləmişdir. Rus dilini bilir. İngilis dili təhsili almışdır. Evlidir. 2 övladı var. == Siyasi fəaliyyəti == İltizam Əkbərli 1983–1991-ci illərdə İmişli Rayon İcraiyyə Komitəsində təlimatçı, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. İltizam Əkbərli 22 may 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 777 nömrəli fərmanı ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Cəbəli-Tariq funtu
Cəbəllüttariq funtu (ing. Gibraltar pound) — Cəbəllüttariqin pul vahidi, bəzən livr də adlanır. 1971-ci ilədək 1 funt = 4 kron = 20 şillinq = 240 pens, 1971-ci ildən 1 funt = 4 kron = 100 yeni pensi (1988-ci ildən sadəcə pens). Simvolu: £. Cəbəlüttariq funtu Funt sterlinqə bərabərdir.
Obelia
Obelia (lat. Obelia) — campanulariidae fəsiləsinə aid heyvan cinsi.
Şahrux Əkbəri Dilməqani
Şahrux Əkbəri Dilməqani — Cənubi Azərbaycanlı heykəltaraş. Onun əsərləri abstrakt tərzdə yaradılıb.
Afrika kəli
Afrika kəli (lat. Syncerus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Asiya kəli
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Dağ kəli
Zubr və ya Avropa bizonu (lat. Bison bonasus) — boşbuynuzlular fəsiləsindən məməli növü. == Etimologiya == XX əsrin əvvəllərində Avropa bizonunun adı Azərbaycan dilində dağ kəli kimi gedirdi. Müasir Azərbaycan dilində bu canlı üçün işlədilən "zubr" sözü polyak mənşəli sözdür. == Xüsusiyyətləri == Erkəklərin bədəninin uzunluğu 3,5 m-dək, süysününün hündürlüyü 1,6–1,9 m, kütləsi 700–900 kq (bəzən 1,2 t) olur. Dişiləri kiçikdir (kütləsi 400–600 kq). Rəngi müxtəlif çalarlı qonurdur. Peysərində və boynunun aşağı hissəsindəki uzun tüklər çətir, saqqal və döşünün aşağısında saçaq əmələ gətirir. Quyruğu qısadır; ucunda uzun və yumşaq fırça var. Dişilər cinsi yetkinliyə 3–4 illiyində, erkəklər isə bir qədər tez çatır.
Kəli (Əbhər)
Kəli (fars. كلي‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 167 nəfər yaşayır (29 ailə).
Mirzə Möhbəli xan Yekani
Möhbəli xan ibn Mirzə Məhəmmədtağı Yekani (1834-1890) — XIX əsr Azərbaycan şairi, Mərənd xanı. == Həyatı == Möhbəli xan ibn Mirzə Məhəmmədtağı 1834-ci ildə Mərənd bölgəsinin Yekan mahalında anadan olmuşdur. Mir Qılınc xan Babanın törəməsindəndir. Naziməddövlə ləqəbini daşıyırdı. İbtidai təhsilini atasından almışdı. Təbrizdə mədrəsə təhsili aldıqdan sonra Mərəndə qayıdıb, yaradıcılıqla məşğul olmuşdur. Divanı var. Mirzə Möhbəli xan Yekani 1890-cı ildə vəfat edib. == Ailəsi == Mirzə Möhbəli xanın Cahangir xan adlı oğlu vardı.
Avraam Orteli
Avraam Orteli (lat. Abraham Ortelius, nid. Abraham Ortels; 14 aprel 1527, Antverpen, Brabant hersoqluğu[d] – 28 iyun 1598[…] və ya 29 iyun 1598, Antverpen, Brabant hersoqluğu[d]) — şərti olaraq ilk müasir atlasın – Theatrum Orbis Terrarumun yaradıcısı kimi tanınan flandriyalı kartoqraf və coğrafiya mütəxəssisi. O, eyni zamanda qitələrin bir zamanlar vahid halda olduğunu iddia etmiş, bunun nəticəsi olaraq ilk dəfə "Qitə sürüşməsi" teoriyasını irəli sürmüşdü. == Həyatı == Ailəsi Auqsburqdan olan Abraam Orteli 14 aprel 1527-ci ildə Hollandiyanın Antverpen şəhərində anadan olub. 1547-ci ildə iyirmi yaşında Müqəddəs Lukanın Gildiyasına qoşuldu və xəritə illüstratoru kimi çalışdı. Dəyərli xəritələr satın alaraq, rəngləndirərək, kətanlara yapışdırıb sataraq, gəlirlərini artırdı və erkən səyahətlərini maliyyələşdirdi. 1554-cü ildə karyerasında böyük təsiri olan Gerard Merkator ilə tanış olur və 1564-cü ildən coğrafi xəritələrin nəşri ilə məşğul olmuşdur. 1575-ci ildə isə Abraam Orteli İspaniya kralı II Filippinin yanında coğrafiyaşünas təyin edildi. == Nailiyyətləri == Avraam Orteli coğrafiyanı tarixin gözü adlandırmışdır.
Obelia bidentata
Obelia bidentata (lat. Obelia bidentata) — obelia cinsinə aid heyvan növü.
Obelia dichotoma
Obelia dichotoma (lat. Obelia dichotoma) — obelia cinsinə aid heyvan növü.
Obelia geniculata
Obelia geniculata (lat. Obelia geniculata) — obelia cinsinə aid heyvan növü.
Olberi-Uaodonqa
Olberi-Uaodonqa — Avstraliyada qonşu Olberi və Uaodonqa şəhərlərinin konqlomerasiyasıdır, Murrey çayı vasitəsilə ilə bölünüb. Olberi ölkənin Yeni Cənubi Uelsidə, Uaodonqa isə Viktoriya ştatında yerləşir. Bir icma kimi tanınsa da hər birinin ayrı bələdiyyəsi və hakimiyyət orqanları var. Olberi Viktoriya ştatına yaxın olduğuna görə o ştatla daha sıx bağlıdır.
Rotterdam qozbeli
Paris Notr-Dam kilsəsi (fr. Notre-Dame de Paris) və ya Notr-Dam kilsəsinin Qozbeli (ing. The Hunchback of Notre-Dame) — Fransa yazıçısı Viktor Hüqonun 1831-ci ildə yazdığı qotik və romantizm janrlarında olan əsər. Fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunur. Romanın fransızca olan orijinal adı, "Notre-Dame de Paris"-dir. Azərbaycan dilinə, "Paris Notr-Dam kilsəsi" kimi tərcümə olunur. Paris Notr-Dam kilsəsi Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsidir və Fransa paytaxtının başlıca simvoludur. Lakin 1833-cü ildə ingilis tərcüməçi və yazıçı Frederik Şoberl, əsəri ingilis dilinə tərcümə edərkən, adını "The Hunchback of Notre Dame" yəni "Notr Damlı Qozbel" kimi göstərmişdir. Bu ad, əsərin baş qəhrəmanı "Kvazimodo" üzərinə adlandırılmışdır. Sonradan bu ad, əsərin beynəlxalq adı ola biləcək qədər önəmli olmuşdur.
Notrdam qozbeli
Notrdam qozbeli (ing. The Hunchback) — rejissor Piter Medakın filmi. == Məzmun == XV əsrin sonlarının Paris şəhəri. Üç nəfər kişi: Paris kilsəsinin arxidiakonu Klod Frollo, kilsənin zəngçisi qozbel Kvazimodo və şair Pyer Qrenquar eyni bir qıza aşiq olublar. Həmin qız qaraçı Esmeraldadır. Lakin onun uğrunda əsas rəqabət Frollo və Kvazimodo arasında getməyə başlayır… == Film haqqında == Film məşhur yazıçı Viktor Hüqonun "Paris Notrdam kilsəsi" romanı əsasında çəkilmişdir. Viktor Hüqonun "Paris Notrdam kilsəsi" romanı müxtəlif illərdə kinematoqrafçılar tərəfindən bir neçə dəfə ekranlaşdırılmışdır. Belə ki, bu günə qədər bu romanın əsasında 15 film (1905, 1911, 1917, 1922, 1923, 1939, 1956, 1966, 1977, 1982, 1986, 1996, 1997, 1999, 2002-ci illərdə) çəkilmişdir.
Koryo oteli
Koryo oteli Şimali Koreyada ikinci ən böyük fəaliyyət göstərən oteldir, ən böyüyü Yanggakdo otelidir. Ryugyong oteli hər ikisindən daha böyükdür, lakin hələ fəaliyyət göstərmir. Koryonun əkiz qülləli binası 143 metr (469 fut) hündürlükdədir və 43 mərtəbəlidir. 1985-ci ildə Kim İr Senin rəhbərliyi altında inşa edilmiş, "KXDR-in şöhrətini və gücünü nümayiş etdirmək" üçün nəzərdə tutulmuşdu. Şimali Koreya oteli beş ulduzla mükafatlandırıb . Bildirilir ki, 2015-ci il iyunun 11-də naməlum şəraitə görə otelin bir hissəsi alovlanıb, nəticədə iki bina arasındakı körpü ciddi zədələnib . == Adı == "Koryo" ingiliscə "Korea" adının alındığı qədim krallığın adıdır. Şimali Koreyanın Air Koryo aviaşirkətinin adında da istifadə olunur. 1946-cı ildən sonra bir müddət Şimali Koreyanın Demokratik Partiyasının lideri Ço Mansik köhnə Koryo otelində ev dustaqlığında saxlanıldı. == Yerləşmə mövqeyi == Otel Pxenyan şəhərinin mərkəzində, Chung-gayok rayonunda Pxenyan stansiyasının yaxınlığında yerləşir.
Çelsi oteli
Çelsi hoteli (ing. hotel Chelsea, həmçinin Chelsea hotel və ya sadəcə the Chelsea) — Nyu-York şəhərinin ən məşhur hotellərindən biri. Manhettenin Çelsi rayonu Yeddinci və Səkkizinci prospektlər arasındakı 23-cü küçədə yerləşir. Tünd qırmızı kərpicdən tikilən 13 mərtəbəli bu bina 1884-cü ildə inşa edilmiş və 1905-ci ilə qədər yaşayış kooperativi kimi istifadə olunurdu. Mehmanxana Nyu-Yorkda yerləşən ilk yer idi ki, ABŞ Tarixi Yerlərin Milli Reyestrinə əlavə olunmuşdur (1977-ci il). 2008-ci ildə Kann Film Festivalında Abel Ferraranın Çelsi hoteli və qonaqları haqqında çəkdiyi sənədli filmin premyerası baş tutmuşdur. == Məşhur qonaqları == hotelin otaqlarında Mark Tven, O. Henri, Dieqo Rivera ilə Frida Kalo, Jan Pol Sartr, Edit Piaf kimi məşhurlar qalmışdılar. Gəmi dokların yaxınlığı səbəbindən açılışdan sonra hotelin əsas müştəriləri qızlarla əylənmək istəyən dənizçilər idi və 1912-ci ildə "Titanik" in sağ qalan sərnişinləri məhz burada məskunlaşdırılmışdılar. Artur Klarkın 2001:Kosmik odisseya romanını burada yazmışdır. and poets Allen Ginsberg.
Əhməd Obalı
Əhməd Obalı — Günaz TV-nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir. O, gənc yaşlarında İrandakı mövcud rejimə qarşı olan siyasi baxışına və fəaliyyətinə görə təzyiqlərə məruz qalmış və bu səbəbdən İrandan Türkiyəyə, oradan Avropaya və daha sonra ABŞ-yə mühacirət etmişdir. == Həyatı == Əhməd Obalı 1 aprel 1961-ci ildə İranın Ərdəbil ostanına bağlı Meşkinşəhrdə, fermer ailəsində dünyaya gəlmişdir. Muğan şahsevənlərindən olan Əhməd Obalı orta təhsilini Meşkinşəhrdə almış, uşaqlığının böyük hissəsi də elə burada keçmişdir. Hal-hazırda ABŞ-nin Çikaqo ştatında yaşayır. Evlidir və bir oğlu var. === Mühacirət və siyasi fəaliyyəti === O, gənc yaşlarından şah rejiminə qarşı olan etiraz aksiyalarında iştirak etmiş, tələbə hərəkatlarına qoşulmuşdu. İranda şah devrildikdən sonra yeni gələn siyasi-islamçı hökumətə qarşı da siyasi aktivizmini davam etdirən Obalı 19 yaşında həbs edilmişdir. Ailəsi 53 gün sonra həm təzminat qarşılığında, həm də xəstə anasını görməsi üçün onu həbsdən çıxartmış, ancaq idarəçilik ölkədən qaçacağı təqdirdə, Obalının qardaşını həbs edəcəyini bildirmişdi. Buna baxmayaraq, o və qardaşı 1982-ci ildə böyük çətinliklərlə Türkiyəyə qaça bilmişdi.
“İnturist” oteli
Sheraton Baku Intourist — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində otel. Beşulduzlu bu otel "Absheron Hotel Group"a aiddir. Yeni otel vaxtilə Bakıda mövcud olmuş "İnturist" mehmanxanasının arxitektura üslubunda inşa edilmişdir. Həmin mehmanxana nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də çox məşhur idi. 1934-cü ildə istifadəyə verilən keçmiş "İnturist" mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərazində Bakının ən sevilən məkanı olmuşdur. Hətta 1950–1960-cı illərdə Bakının ən məşhur hoteli "İnturist" idi. Sonra "Yeni İnturist" tikildi, bunun adı oldu "Köhnə İnturist". Sonra isə həmin mehmanxana sökülmüşdür və yerində başqa bir bina tikilmişdir. 2015-ci ildə tikintisi başa çatmış yeni otel isə köhnə "İnturist" barədə xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Yeni otel təxminən əvvəlki "İnturist"in yerinə çox yaxın bir yerdə tikilmişdir.
Ruanda oteli
Ruanda oteli (ing. Hotel Rwanda) — Ruanda soyqırımı mövzusunda olan dram filmidir. 2004-cü ildə yayıma çıxan filin rejissoru Teri Corc'dur. Kanada, Böyük Britaniya, İtaliya və CAR firmaların birgə istehsalı olan bu filmin baş rolunu Don Çidl oynayır. Filmin rejissoru olan Teri Corc, A. Kitman Ho ilə birlikdə həmçinin filmin prodüserlərindəndir. Ruanda'nın paytaxtı Kiqali'dəki bəzi çəkimlər xaricində filmin böyük bir hissəsi CAR'da çəkilmişdir. Film Ruanda'da 1994-cü ildə Hutu və Tutsi etnik qrupları arasında çıxan və böyük bir sayda (təqribən 800.000) Tutsinin həyatının itirməsiylə başa çatan şiddət hadisələrini və qətliamı mövzuya alır və filmin ssenarisi Ruanda soyqırımı'ndaki həqiqi hadisələrə əsaslanmaqdadır. Baş qəhrəman Kiqali'dəki Hôtel des Mille Collines'in müdürü olan Hutu əsilli Pol Rusesabacina'dır.
Adi Afrika kəli
Adi Afrika kəli (lat. Syncerus caffer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin afrika kəli cinsinə aid heyvan növü. Afrikada geniş yayılmışdır. Hazırda Afrika kəli (Syncerus) cinsinin yeganə nümayəndəsidir. Afika kəli müasir iri heyvanlardandır. Fərdləri daha böyük olan yarımnövlərinin yetkin erkəklərinin kütləsi bəzən 1000 kq-ı aşsa da, kütləsi 900 kq olanlarının sayı da az deyil. Nadir hallarda bədəninin uzunluğu 3-3,4 m, kütləsi 1300 kq-a çatan yaşlı fərdlərə də rast gəlinir. Eyni zamanda adi Afrika kəlinin bəzi yarımnövləri nəzərəçarpacaq dərəcədə kiçik ölçülərə malikdir. Bununla yanaşı, meşə kəlləri Savannanın nisbətən kiçik sakinləridir. == Yarımnövləri == S. c.
Cəbəli-Tariq milli voleybol komandası (qadınlar)
Cəbəllüttariq qadın milli voleybol komandası — 2007-ci ildə Cəbəllüttariqin Avropa Voleybol Konfederasiyasına üzvlüyünün qəbul edilməsi ilə yaradılmışdır. Milli komandaya Cəbəllüttariq Voleybol Federasiyası nəzarət edir.
Cəbəli-Tariq qadın milli voleybol komandası
Cəbəllüttariq qadın milli voleybol komandası — 2007-ci ildə Cəbəllüttariqin Avropa Voleybol Konfederasiyasına üzvlüyünün qəbul edilməsi ilə yaradılmışdır. Milli komandaya Cəbəllüttariq Voleybol Federasiyası nəzarət edir.
Cənab Bəli (film, 2008)
Cənab Bəli (ing. Yes Man) — Peyton Ridin rejissoru olduğu və baş rolda Cim Kerrinin yer alıdığı 2008-ci il istehsalı komediya filmi.