İosif Abqaroviç Orbeli (rus. Ио́сиф Абга́рович Орбе́ли, erm. Հովսեփ Աբգարի Օրբելի; 8 (20) mart 1887[2][3][…], Kutaisi, Rusiya imperiyası[4][5] – 2 fevral 1961[4][2][…], Leninqrad[4][5]) — SSRİ şərqşünası və ictimai xadimi, SSRİ Elmlər Akademiyasının akademiki (1935), Ermənistan SSR Elmlər Akademiyasının akademiki və onun ilk prezidenti (1943–1947), 1934–1951-ci illərdə "Ermitaj"ın direktoru.
İosif Orbeli | |
---|---|
erm. Հովսեփ Աբգարի Օրբելի | |
Doğum tarixi | 8 (20) mart 1887[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 1961[4][2][…] (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | şərqşünaslıq[1], qafqazşünaslıq, filologiya, tarix[1], arxeologiya[1] |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Nikolay Marr |
Tanınmış yetirməsi | Boris Piotrovski |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
İosif Orbeli 8 mart 1887-ci ildə Rusiya imperiyasının Kutaisi şəhərində, erməni ailəsində anadan olmuşdur. Onun atası dövlət müşaviri, hüquqşünas Abqar İosifoviç Orbeli və anası knyaz qızı Varvara Moiseyevna Arqutinskaya-Dolqoruka olmuşdur. Ana tərəfdən babası Moisey Pavloviç Arqutinski Tiflis Şəhər Dövlət İdarəsi mənzil komissiyasının kollegial eksperti və mühasibi olmuşdur.[6]
Atasının babası İosif Orbeli Lazarevski İnstitutunu bitirmişdi. Atası Abqar Obreli Sankt-Peterburq Universiteti, atasının qardaşları David və Amazasp Orbeli, eləcə də böyük qardaşları Ruben və Levon Orbeli də universitet təhsili almışdılar. Mixail Piotrovski İosif Orbelini "nümunəvi erməni-rus alimi" adlandırırmışdır.[7] Orbeli 1906–1917-ci illərdə Ani qazıntılarında iştirak etmişdir. O, bu ərazidə yerləşən memarlıq abidələri haqqında hərtərəfli məlumat əldə etməyə kömək edən bələdçi kitabça nəşr etmişdir.