İltizam Əkbərli

İltizam Nizam oğlu Əkbərli və ya İltizam Əkbərov (1 iyul 1957, İmişli) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı.[1]

İltizam Əkbərli
2005 – 2010
Seçki dairəsi2005 — 79 saylı İmişli
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıƏsabil Qasımov
bayraq
İmişli Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
22 may 1992 – 2 noyabr 1993
ƏvvəlkiXanhüseyn Bəylərov
SonrakıXanhüseyn Bəylərov
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1957(1957-07-01) (67 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

İltizam Əkbərli 1957-ci il iyulun 1-də İmişli şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. 1979-cu ildən İmişli rayonunda müəllim, "Gənc texniklər" stansiyasının müdiri işləmişdir.

Rus dilini bilir. İngilis dili təhsili almışdır.[2]

Evlidir. 2 övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İltizam Əkbərli 1983–1991-ci illərdə İmişli Rayon İcraiyyə Komitəsində təlimatçı, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

İltizam Əkbərli 22 may 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 777 nömrəli fərmanı ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[3] Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli fərmanı ilə İltizam Əkbərli İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.[4]

İltizam Əkbərli 2005-ci il parlament seçkilərində Müsavat Partiyası üzvü olaraq öz təşəbbüsü ilə 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Müxalif Azadlıq Bloku onu vahid namizəd elan etməsə də,[5] həmin seçki dairəsindən deputatlığa namizəd irəli sürməmişdir.[6] O, seçkilərdə 4841 səs (bütün səslərin təxmini 31,72%-i) toplayaraq seçkiləri birinci tamamlamış və Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı seçilmişdir.[7]

İltizam Əkbərli 1 mart 2006-cı ildə Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü,[8] Azərbaycan-Belçika, Azərbaycan-Norveç, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü seçilmişdir.[9] İltizam Əkbərli 14 aprel 2009-cu ildə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü seçilmişdir.[10] O, həmçinin, 30 iyun 2009-cu ildə Azərbaycan— Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü seçilmişdir.[11]

İltizam Əkbərli 2010-cu il parlament seçkilərində AXCP-Müsavat Blokunun vahid namizədi olaraq 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülsə də, onun namizədliyinin qeydə alınması üçün təqdim olunmuş 600 seçici imzasından 228-i etibarsız hesab edildiyi, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğu üçün namizədliyi qeydə alınmamışdır.[12]

İltizam Əkbərli 2015-ci il parlament seçkilərində Müsavat Partiyasından 79 saylı İmişli seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur.[13] 10 noyabr 2015-ci ildə Müsavat Partiyası Divanı iclas keçirərək parlament seçkilərində iştirak qərarını ləğv etmişdir. Buna baxmayaraq, İltizam Əkbərli seçkilərdə iştirak edəcəyini bildirmiş və bu səbəbdən partiya tərəfindən töhmət almışdır.[14] O, 2898 səs (təxmini ümumi səslərin 16%-i) toplayaraq Yeni Azərbaycan Partiyası namizədi Əsabil Qasımovun ardından seçkiləri 2-ci sırada tamamlamışdır.[15] O, seçkilərin nəticələrinə etiraz etsə də, seçki nəticələri ləğv edilməmişdir.[16] Avropa Ədalət Məhkəməsinə seçkilərlə bağlı şikayət edən İltizam Əkbərlinin işinə baxılmış, 30 iyun 2016-cı ildə ona 10 000 avro və ümumilikdə hüquqi yardım üçün 4 000 avro ödənilməsi qərarını vermişdir.[17]

İltizam Əkbərli 2020-ci il parlament seçkilərində bitərəf namizəd olaraq 79 saylı İmişli seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürmüşdür.[18] O, 1060 səs (9,47%) toplayaraq seçkiləri bitərəf namizəd Razi Nurullayev və bitərəf namizəd Murad Fərzəliyevin ardınca 3-cü sırada tamamlamışdır.[19]

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İltizam Əkbərli Müsavat Partiyasının üzvü olmuşdur. İltizam Əkbərli 2015-ci il parlament seçkilərindən sonra partiya sıralarından ayrılmışdır.

İltizam Əkbərli Parlament Jurnalistlər Birliyi tərəfindən 2008-ci ildə seçicilərin hüquqlarını müdafiə edən ən fəal deputatlardan biri elan olunmuşdur.[20]

  1. "ƏKBƏRLİ İltizam Nizam oğlu". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-08.
  2. "İctimai xadimlərdən kim neçə dildə danışır?". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  3. "İ. N. Əkbərovun İmişli rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və X. D. Bəylərovun həmin vəzifədən azad edilməsi haqqında". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  4. "X. D. Bəylərovun İmişli rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və İ. N. Əkbərovun həmin vəzifədən azad edilməsi haqqında". 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  5. "İltizam Əkbərli Müsavatın qərarını tanımadı". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  6. "Wayback Machine". web.archive.org. 2014-02-25. 2014-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-03.
  7. "Arxivlənmiş surət". 2007-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  8. "Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyalarının tərkibində dəyişikliklər haqqında". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  9. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqında". 2017-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  10. "Azərbaycan Respublikası Milli Məclisi komitələrinin tərkibi haqqında". 2017-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  11. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  12. "2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 oktyabr 2010-cu il tarixli 239 saylı müraciətə baxılması barədə". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  13. "79 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  14. "​İltizam Əkbərli Müsavat Divanının qərarına münasibət bildirib". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  15. "79 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  16. "2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 155 saylı müraciətə baxılması barədə". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  17. "Avropa Məhkəməsi Azərbaycanı cərimələdi – 18 qərar". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  18. "79 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  19. "MİLLİ MƏCLİS SEÇKİLƏRİ - 09.02.2020". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  20. "Mehriban Əliyeva seçicilərin hüquqlarını müdafiə edən ən fəal deputat elan olunub". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.