Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İqor Rımaruk
İqor Rımaruk (ukr. Ігор Миколайович Римарук, 4 iyul 1958 – 3 oktyabr 2008, Lvov) — ukraynalı şair. Taras Şevçenko adına Milli Mükafat laureatı (2002). Ukrayna Yazıçılar Assosiasiyasının prezidenti və Mədəniyyət nazirinin kitab nəşri üzrə müşaviri (2007). == Bioqrafiya == 4 iyul 1958-ci ildə Myakotı kəndində (indiki Ukraynanın Xmelnitski vilayəti, İzyaslavski rayonu.) anadan olub. Taras Şevçenko adına Kiyev Milli Universitetinin jurnalistika fakültəsini bitirib (1979). 1978-ci ildə "Dnepr" (ukr. «Дніпро») jurnalında debüt edir. O, “Suçasnist” (ukr. «Сучасність») jurnalının baş redaktoru, “Dnepr” nəşriyyatının müasir Ukrayna ədəbiyyatı redaksiyasının rəhbəri, Ukrayna Milli Yazıçılar Birliyinin üzvü (1984), Ukrayna Yazıçılar Assosiasiyasının vitse-prezidenti kimi səlahiyyətli vəzifələrdə çalışıb.
Limerik
Limerik (ing. Limerick) — İrlandiyada şəhər-qraflıq. Limerik (Manster vilayəti) və Kler qraflıqları arasında yerləşir. İri ticarət və inzibati mərkəzdir, əhalisinin sayına görə (70 min) İrlandiyada üçüncü şəhərdir.
Samarin
Samarin - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan şəhər. 2006-cı il siyahıya alınmaya görə kənddə 3.146 nəfər yaşayır (711 ailə). == Məhəllələr == Kəndin yerliləri bu kəndi 7 qismə bölürlər ki bunlardan ibarətdir: Hüseynabad Orta Küçə Pir Qollu Cəbrayıl Qaraxanlı Sadıqlı Hüseyn Allı Gərək bunuda artıraq ki hər məhəllədə yuxarıda adları çəkilən tayfalara özəldir. == Görməli yerlər == Sultan Xoca Əli Türbəsi: Məqbərəninin tikintisi ilkdə suvaqdan olsada 1996-cı ilin zəlzələsində tam darmadağın olub və sonra kərpiçdən üzərində yeni bir bina tikilibdir. Kənddə yerləşən üç meşə ağacı ki onların ömürləri min ildəndə daha çoxdur və Xoca Əli türbəsinin yanında yerləşiblər. Üç Otaq adında bir əski köhül ki onun içində əvvəliyyə insanlar yaşayarmışlar. Zərdüştilərdən qalan bir neçə qəbir Daşdan salınmış böyük və əski heykəllər Çox sayda bağ və ağaclıqlar o cümlədən qoz bağları. Əski dəyirmanlar Bir neçə şəlalə Cəbrayıl Bulağı Mehdi Bulağı Qalacıq piri Kəndin ürünlü əkin yerləri və yaşıl tarlalar.
Simalia
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
İsmarıc
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
İsmarış
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
Ismaria
Brickellia (lat. Brickellia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Barroetea A.Gray Bulbostylis DC. Clavigera DC. Coleosanthus Cass. Ismaria Raf. Kuhnia L. Phanerostylis (A.Gray) R.M.King & H.Rob.
Sirik
Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur. == Tarixi == 18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.
İmari
İmari (伊万里, Imari) — Yaponiyanın Kyuşu bölgəsində, Saqa prefekturasında yerləşən şəhər. 2018-ci ilin martının məlumatına görə şəhərin əhalisi 54,386 nəfərdir. Şəhərin sahəsi 254,99 km²-dir. == Tarix == Edo dövründə şəhər dulusçuluq sahəsində inkişaf etmişdir. Meyci dövründən 1955-ci ilə kimi kömür ixrac etmişdir. Şəhər müasir inzibati statusunu 1 aprel 1889-cu ildə əldə etmişdir. 1 aprel 1954-cü ildə İmari, Yamaşiro şəhərləri, Higaşiyamashiro, Kurokava, Hatatsu, Minamihata, Okava, Matsura və Niri qəsəbələri birləşərək vahid İmari şəhərini əmələ gətirmişdirlər. == Coğrafiya == Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasının qərbində, İmari çayının mənsəbində yerləşir. Yaxınlıqdakı dağlar: Haçiman, Eboşi, Seyra. Çaylar: Matsura, İmari, Hara, Kurotake, Arita.
Somatik hüceyrə
Somatik hüceyrə — bir hüceyrə (qədim yunan σῶμα somasından, yəni "bədən" mənasını verir) cinsiyyət hüceyrəsi, qametosit və ya fərqlənməmiş kök hüceyrə xaricində çoxhüceyrəli bir orqanizmin bədənini meydana gətirən hər hansı bir bioloji hüceyrədir . Bir orqanizm cisminin tərkibində iştirak edən və ikili bölünmə və mitotik bölünmə prosesində bölünən hüceyrə somatik hüceyrə adlanır. Bunun əksinə olaraq, qametlər cinsi çoxalma zamanı birləşən hüceyrələrdir, cücərmə hüceyrələri qametləri əmələ gətirən hüceyrələrdir və kök hüceyrələr mitoz yolu ilə bölünərək müxtəlif ixtisaslaşmış hüceyrə tiplərinə ayrılan hüceyrələrdir. Məsələn, məməlilərdə somatik hüceyrələr bütün daxili orqanları, dəri, sümüklər, qan və birləşdirici toxuma təşkil edirsə, məməlilərin cücərmə hüceyrələri sperma və yumurta əmələ gətirir, bu da mayalanma zamanı birləşərək ziqota adlı bir hüceyrə əmələ gətirir və fərqləndirir. İnsan bədənində təxminən 220 növ somatik hüceyrə var. Nəzəri olaraq bu hüceyrələr cinsi hüceyrələr deyil. Mutasiyalarını hüceyrə nəsillərinə (varsa) ötürürlər, ancaq orqanizmin nəsillərinə deyil. Bununla birlikdə, süngərlərdə fərqlənməmiş somatik hüceyrələr cücərmə xəttini meydana gətirir və Knidariyada fərqli somatik hüceyrələr cücərmə xəttinin mənbəyidir. Mitotik hüceyrə bölgüsü yalnız diploid somatik hüceyrələrdə müşahidə olunur. Cinsiyyət hüceyrələri kimi yalnız bir neçə hüceyrə çoxalmada iştirak edir.
Şahin Sinaria
Şahin Sinaria - yazıçı, tərcüməçi. == Həyatı == Şahin Ərşad oğlu Əliyev 1965-ci ildə Laçın rayonunda anadan olub. Bakıda Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakultəsini bitirib, sonra isə Tiflis Kino Akademiyasını bitirib. 1990-cı ildə Sankt-Peterburqa "Lenfilm"də işləməyə dəvət alıb və bir film çəkibdir, lakin filmin nümayişinə icazə verilməyərək qadağa qoyulub. 1995-ci ildən Fransada yaşayan Şahin Sinarianın fransız dilində bir neçə kitabı dərc olunub. 10-dək əsəri teatrlarda səhnələşdirilib. 2005-ci ildə pyeslərinə görə Avropa ssenaristləri müsabiqəsinin qalibi olub. Azərbaycan yazıçılarından Cəlil Məmmədquluzadənin, Elçin Əfəndiyevin, Ramiz Rövşənnin, Rəşad Məcidin kitablarını fransız dilinə tərcümə etmiş. Fransada Ayaz Salayevin, Bəxtiyar Xanızadənin, Mehriban Zəkinin gecələrini təşkil etmiş, Fransada Azərbaycan mədəniyyətinin, teatrının, kinosunun, ədəbiyyatının təbliğində çox böyük işlər görmüşdür. Şahin Sinaria aktyor kimi fəaliyyət göstərməsə də öz əsərlərini bir çox teatrlarda səhnələşdirmişdir.
Şimalın Venesiyası
Şimalın Venesiyası — Şimali Avropa və ya Şimali Amerikada kanalları olan müxtəlif şəhərlərə verilən ümumi ad. Bu ad İtaliyanın öz kanalları ilə tanınan Venesiya şəhərinə istinad edir. Bəzi şəhərlər (məsələn, Amsterdam) əsrlərdir bu statusa malik olduğu halda, digər bir sıra şəhərlər (məsələn, Birminhem) yaxın keçmişdə bu ləqəblə tanınmağa başlayıb.
Janna Samari
Aktrisa Janna Samarinin portreti (fr. Portrait de Jeanne Samary) - Fransız impressionist rəssamı Pyer-Ogüst Renuar tərəfindən 1877-cı ildə çəkilmiş rəsm əsəri. Janna Samarinin bu portreti rəssamın bütün yaradıcılığında ən impressionist portretlərdən biri hesab olunur, eyni zamanda gülümsünən və dalğın qadın zərif mavi-yaşıl donunda çəhrayı fonda təsvir edilmişdir. Rəssamın iş üslubu çox sərbəstdir, bəzən bu hal lap saymazyanalığa qədər öz əksini tapır, lakin elə bunun özü qeyri-adi təzəlik, ruhən aydınlıq və sakitlik ovqatı yaradır.
Müharibənin siması
"Müharibənin siması" (isp. La Cara de la Guerra) — ispan rəssamı Salvador Dalinin 1940-cı ildə çəkilmiş rəsm əsəri. Rotterdam şəhərində yerləşən Boymans Van Böningen muzeyində saxlanılır. == Haqqında == Rəsm əsəri rəssamın səkkiz il yaşadığı və ümumdünya şöhrətinin zirvəsinə çatdığı ABŞ-də çəkilmişdir. Əsərin süjeti qeyri-adi dərəcədə vahid istiqamətə malikdir. Dali burada "böhranlı paranoid üslubu"ndan daha çox simvolizmin vasitələrini qabardır. Kətan üzərində fısıldayan ilanlarla əhatə olunmuş, kəllə sümüyünə bənzər baş təsvir edilmişdir. Göz və ağız boşluğu da daxil olmaqla, başın hər üç dəliyində kəllə yerləşdirilmiş və onların da içi kəllələrlə işlənmişdir. Buna görə də baş "saysız-hesabsız ölümlə doldurulmuşdur". Əsərin aşağı sağ tərəfində Salvador Dalinin əl izini görmək mümkündür.
Siarak (Urmiya)
Siarak (fars. سيارك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (8 ailə).
Silark boğazı
Silark boğazı (ing. Sealark Channel) - Solomon adaları qurupuna daxil olan Quadakanal adası ilə Florida adalarını bir-birindən ayırır. Burada Tayvu burnu yerləşir. Üstəlik adalar arasında kiçik mərcan adaları vardır ki, onların sayəsində üç boğaz əmələ gəlir. Misal: Nqqela boğazı ,Silark və Lenqo boğazı. Bu boğazlar özləridə İndispenseybl boğazı və Ayron-Botton boğazını birləşdirirlər. Boğazın eni 2,7 km təşkil edir. Bu üç boğaz İkinci Dünya müharibəsinə qədər Silark boğazı adlanırdı.
Simarə İmanova
Simarə Cəmaləddin qızı İmanova (1975, Əliqullar, İmişli rayonu) — Qran-Pri mükafatçısı, xanəndə, Azərbaycan Respublikasının Xalq artisti (14 sentyabr 2012). == Həyatı == 1975-ci ildə İmişli rayonunun Əliqullar kəndində anadan olmuşdur. 1994-cü ildə A.Zeynallı adına musiqi texnikumuna, xalq artisti Ağaxan Abdullayevin sinfinə daxil olmuşdur. 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" festivalında, 46 ölkə müsiqiçiləri arasında ən ali mükafat olan "Qran-Pri" yə layiq görülmüşdür. Festivaldan qayıtdıqdan sonra dahi öndərimiz Heydər Əliyev tərəfindən (1997-ci il) Əməkdar artist fəxri adına layiq görülmüşdür. Milli opera səhnəsində ən gənc Leyli obrazını canlandırmışdır. 1998-ci ilin martın 8-də "İlin qadını" mükafatına layiq görülmüşdür. Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr pillələrini bitirib, hal-hazırda həmin universitetdə müəllim işləyir. Bir çox xarici ölkələrdə, Fransa, ABŞ, Hollandiya, Cənubi Koreya, Özbəkistan, Gürcüstan, Rusiya, İran, Türkiyə, Almaniya və s. Ölkələrdə milli musiqimizi uğurla təmsil etmişdir.
Starik-Kamen
Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həmdə dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbirüstü abidə qorunub saxlanılmışdı.
Şimali Maruteo
Şimali Maruteo (fr. Marutea Nord) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Maruteonun əvvəlki adı Fyurno (fr. Furneaux) olmuşdur. Makemo atolundan 24 km cənub-şərqdə, Nihirudan 30 km cənub-qərbdə yerləşir. Tuamotu arxipelaqına daxil olan Maruteo və ya Cənubi Maruteo qrupuna daxildir. == Coğrafiya == Atollun sahəsi 2.7 km²-dir. Daxilində laqun vardır. Laqunun sahəsi 400 km²-dir. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir.
Şimali Nikosiya
Şimali Nikosiya və ya Şimali Lefkoşa (türk. Kuzey Lefkoşa; yun. Βόρεια Λευκωσία) — Şimali Kipr Türk Respublikasının paytaxtı. 2006-cı ilin məlumatına görə, Şimali Lefkoşa şəhərinin əhalisi 49.868 nəfərdir. Bir çox və mühüm mağazalar, müasir ticarət mərkəzləri, restoranlar Şimali Lefkoşada yerləşib.
Şimali Osetiya
Şimali Osetiya Respublikası (rus. Республика Северная Осетия — Алания, oset. Республикæ Цæгат Ирыстон — Алани) — Rusiya Federasiyası subyektlərindən biri. == Tarix == 7 iyul 1924-cü ildə muxtar vilayət kimi yaradılıb, 1991-ci ildən Şimali Osetiya-Alaniya Respublikası kimi fəaliyyət göstərir. Sahəsi 8 min km2 , əhalisi 710.275 (2002) nəfərdir. == Coğrafiyası == Şimali Osetiya Böyük Qafqazın şimal yamacında yerləşir. Republikanın şimalında Stavropol düzənliyi, ondan cənubda Terek və Sunja silsilələri, mərkəzdə Şimali Osetiya düzənliyi, cənub hissədə Baş Suayrıcı, Böyük Qafqaz silsiləsi (5033 m hündürlüklü Kazbek dağı) mövcuddur. İqlimi kontinentaldır. Düzən ərazilərdə yanvarın orta tempteraturu −4.5°S, İyulun isə 24°S-dir. Düzənliklərə ildə 600–700 mm, dağlara isə 1000 mm yağıntı düşür.
Şimali Ostrobotniya
Şimali Ostrobotniya (fin Pohjois-Pohjanmaa; isv. Norra Österbotten) - Finlandiyanın vilayətidir. Bu vilayət Kaynuu, Laplandiya, Şimali Savoniya, Mərkəzi Finlandiya, Mərkəzi Ostrobotniya vilayətləri və Rusiyanın Kareliya Respublikası ilə sərhəddir. Mərkəzi Oulu şəhəridir. 1 yanvar 2020-ci il tarixində vilayətin ərazisi 45.852.47 km²-dir: bunun 36.815.41 km²-i quru ərazilər, 2.366.69 km²-i isə daxili sulardır. Vilayət həm də 6.670.37 km² dəniz sahəsinə sahibdir. Vilayət Finlandiyada ikinci ən böyük bölgədir. Vilayətin 31 oktyabr 2020-ci il tarixində 413.705 nəfər əhalisi var idi və Şimali Ostrobotniya əhalisinə görə Finlandiyada dördüncü böyük vilayətdir. Uusimaa və Pirkanmaa ilə yanaşı, Şimali Ostrobotniya Finlandiyanın ən sürətlə təbii artım müşahidə olunan vilayətdir. Bu, qismən böyük ailələrə üstünlük verən müharifəzakar lestadiyalıların əhali içərisindəki böyük payı ilə izah olunur.
Şimali Qafqaz
Şimali Qafqaz ya Qafqaz qırağı— Şərqi Avropada region, Rusiya Federasiyasının cənub hissəsində yerləşir. Tərkibinə ön Qafqaz, Böyük Qafqaz aşırımının şimal tərəfi (şərq hissəsi Azərbaycana aiddir), Psou çayına qədər cənub sıldırımın qərb hissəsi daxildir. Rusiyanın ən çoxmillətli regionu. == Antropologiya == Şimali Qafqaz əhalisinin çoxu Avropoid irqinin Şimali Qafqaz tipinə aiddir. == Təbii şəraiti və təbii ehtiyatları == Ərazinin böyük bir hissəsində əlverişli torpaq-iqlim şəraiti, qiymətli mineral xammal ehtiyatları, iqtisadi-coğrafi mövqe Şimali Qafqazın təsərrüfat baxımından inkişafına səbəb olmuşdur. Rayonun təbii şəraitinin fərqli xüsusiyyətlərinə müxtəlifliyin müşahiə olunması aiddir.Şimali Qafqaz ərazisi şimaldan cənuba doğru yüksəlir, eləcə də ovalıq və yüksəkliklər bir birini əvəz edir. Ərazinin oroqrafik xüsusiyyətləri hava kütlələrinin daxil olması və transformasiyasına əlverişli şərait yaradır. Bir-birindən kontinentallıq səviyyəsinə, isti və rütubətlə təmin olunmaya, qış fəslinin qarlı və sərt keçməsinə görə fərqlənən təbii landşaftlar nəticəsində aşağıdakı zonalar ayrılır: düzən, çöl, dağlıq, dənizsahili-subtropik. Regionun düzən ərazisinin tempratur rejimi kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Mülayim və subtropik qurşağın sərhəddində yerləşmə 10°S-dən yüksək temperaturlu vegetasiya dövrünün 170–190 gün olması ilə nəticələnir.
Şimali Qazaxıstan
Şimali Qazaxıstan (qaz. Солтүстік Қазақстан) — Qazaxıstan Respublikasın tərkibində iqtisadi regionu. O, Şimali Qazaxıstan, Qostanay, Pavlodar, Aqmola vilayətləri və ölkənin paytaxtı olan Astana şəhəridən ibarətdir. Cənub-şərqdə Şərqi Qazaxıstan, cənubda Mərkəzi Qazaxıstan, cənub-qərbdə Qərbi Qazaxıstan regionu, şimalda isə Rusiya Federasiyası ilə həmsərhəddir. == Əhali == Şimali Qazaxıstan ölkənin ən rus dilli regionudur. Bura Orta juz qazaxlarının yaşadıqları ərazidir.
Şimali Rodez
Şimali Rodez (fr. Rodez-Nord) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1246. Şimali Rodez kantonuna cəmi 3 kommuna daxildir, onlardan ən əsası Rodez kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 2 548 nəfər təşkil edirdi.