İmari

İmari (伊万里, Imari?)Yaponiyanın Kyuşu bölgəsində, Saqa prefekturasında yerləşən şəhər.

İmari
伊万里市
33°15′53″ şm. e. 129°52′50″ ş. u.
Ölkə  Yaponiya
Region [[Kyuşu]]
Prefektura [[Saqa]]
Mer Hironobu Fukaura
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 aprel 1954
Sahəsi 254,99 km²
Saat qurşağı UTC+9
Əhalisi
Əhalisi
  • 52.694 nəf. (1 mart 2021)[1]
Milli tərkibi yaponlar
Rəsmi dili yapon dili
city.imari.saga.jp
Xəritəni göstər/gizlə
İmari xəritədə
İmari
İmari
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2018-ci ilin martının məlumatına görə şəhərin əhalisi 54,386 nəfərdir. Şəhərin sahəsi 254,99 km²-dir.

Tarix[redaktə | mənbəni redaktə et]

Edo dövründə şəhər dulusçuluq sahəsində inkişaf etmişdir. Meyci dövründən 1955-ci ilə kimi kömür ixrac etmişdir.

Şəhər müasir inzibati statusunu 1 aprel 1889-cu ildə əldə etmişdir. 1 aprel 1954-cü ildə İmari, Yamaşiro şəhərləri, Higaşiyamashiro, Kurokava, Hatatsu, Minamihata, Okava, Matsura və Niri qəsəbələri birləşərək vahid İmari şəhərini əmələ gətirmişdirlər.

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasının qərbində, İmari çayının mənsəbində yerləşir. Yaxınlıqdakı dağlar: Haçiman, Eboşi, Seyra. Çaylar: Matsura, İmari, Hara, Kurotake, Arita.

Əhali[redaktə | mənbəni redaktə et]

2018-ci ilin məlumatına görə şəhərin əhalisi 54,386 nəfərdir. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi:[2]

1980 61.243 nəfər.
1985 62.044 nəfər.
1990 60.882 nəfər.
1995 60.348 nəfər.
2000 59.143 nəfər.
2005 58.190 nəfər.


Simvolika[redaktə | mənbəni redaktə et]

Şəhərin simvolik ağacı Podokarp, simvolik gülü azaliya hesab olunur.

Tanınmış şəxslər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 推計人口(月報・年報) / さが統計情報館TOP / 佐賀県 (yap.).
  2. Əhalinin sayı buradakı mənbəyə əsaslanır: 1980, 1985, 1990, 1995, 2000 və 2005 illəri üçün.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]