Aktrisa Janna Samarinin portreti (fr. Portrait de Jeanne Samary) - Fransız impressionist rəssamı Pyer-Ogüst Renuar tərəfindən 1877-cı ildə çəkilmiş rəsm əsəri. Janna Samarinin bu portreti rəssamın bütün yaradıcılığında ən impressionist portretlərdən biri hesab olunur, eyni zamanda gülümsünən və dalğın qadın zərif mavi-yaşıl donunda çəhrayı fonda təsvir edilmişdir. Rəssamın iş üslubu çox sərbəstdir, bəzən bu hal lap saymazyanalığa qədər öz əksini tapır, lakin elə bunun özü qeyri-adi təzəlik, ruhən aydınlıq və sakitlik ovqatı yaradır.
Aktrisa Janna Samarinin portreti | ||
---|---|---|
fr. Portrait de Jeanne Samary | ||
| ||
Rəssam | Pyer-Ogüst Renuar | |
Tarixi | 1877 | |
Texnikası | Kətan, yağlı boya. 56x46 sm | |
Saxlanıldığı yer | Puşkin Muzeyi, Moskva | |
Vikianbarda əlaqəli mediafayllar |