Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbru
Ebru — su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru – çağatay dilində "dalğavari", farsca – "bulud" və ya "suyun üzü", ərəbcə isə "üz üçün su" mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır. == Tarixi == Tarixən ebru Çində və Yaponiyada çox yayımlanmış idi. Hesab olunur ki, bu sənət bu bölgədə başlamışdı. Ebru üslubu ilə hazırlanmış kağız haqqında ən erkən qeyd sayılan mənbə X əsrdə yaşayan Çinli mənur və alim Su Yician yazısında tapmaq olar.
Hafiz Əbru
Hafiz Əbru adı ilə tanınan, XIV–XV əsr tarixçi və coğrafiyaçısı Şihabəddin Abdullah ibn Lütfullah əl-Xəvəfi. Xorasanlı Hafiz Əbru həm də dövrünün mahir şahmatçılarından idi. == Hafiz Əbrunun həyatı == Hafiz Əbrunun həyatı və fəaliyyəti haqqında bir o qədər də çox məlumat sahibi deyilik. Onun həyatı və əsərləri haqqında V. V. Bartold, İ. Y. Kraçkovski, A. Krımski, E. Braunun, X. Elliotun, X. Bayani, M. Xərəvi, Ç. Stori, Z. Safa və bir çox başqa tədqiqatçıların əsərlərində göstərilən faktlar əsasında və müxtəlif orta əsr mənbələrindən götürülən məlumatlar əsasında məlumat alırıq. Onun doğulduğu yer Herat şəhəri hesab edilir. Təhsilini Həmədanda alıb. Əsərlərində özünü Abdullah ibn Lütfullah ibn ər-Rəşid Behdaddini adlandırır. Bartold öz tədqiqatlarında belə nəticəyə gəlmişdi ki, onun əsl adı Şihabəddin Abdullah ibn Lütfullah əl-Xəvəfidir. Hafiz Əbrunun təxəllüsü ilə bağlı müxtəlif fikirlər var. "Hafiz" sözünün 2 mənası var: ya bu şəxs Quranın mətninin əzbər bilir, ya da 100.000 hədis bilir (Məhəmməd peyğəmbərin əməlləri barədə hədslər və peyğəmbərimiz tərəfindən deyilən hədislər).
Ebru
Ebru — su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru – çağatay dilində "dalğavari", farsca – "bulud" və ya "suyun üzü", ərəbcə isə "üz üçün su" mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır. == Tarixi == Tarixən ebru Çində və Yaponiyada çox yayımlanmış idi. Hesab olunur ki, bu sənət bu bölgədə başlamışdı. Ebru üslubu ilə hazırlanmış kağız haqqında ən erkən qeyd sayılan mənbə X əsrdə yaşayan Çinli mənur və alim Su Yician yazısında tapmaq olar.
Ebru Cündübeyoğlu
Ebru Cündübeyoğlu — Türkiyə teatr və kino aktrisası. == Həyatı == Uludağ Üniversitetinin iqtisadiyyat fakültəsinin məzunudur. Aktrisalığa bəzi özəl teatrlardan başlamışdır. 1997-ci ildə film çəkilişlərinə başlayan Cündübeyoğlu, "Deli Yürek" serialında "Vəkil Ayşegül" rolu ilə geniş tamaşaçı sevgisini qazandı. TRT və özəl televiziya kanallarının seriallarına, filmlərinə çəkilir. Radio aparıcısı Güçlü Mete ilə evlidir, Duru Mete adlı bir qızı var. == Rol aldığı teatr tamaşaları == Deliler Çalıkuşu Kibarlık Budalası Yalandan Kim Ölmüş Fehim Paşa Konağı == Filmoqrafiya == 1997: Gülüm 1999: Deli Yürek 2002: Koçum Benim 2003: Çınaraltı 2004: Omuz Omuza 2006: Gizli Patron 2007: Kuzey Rüzgarı 2007: Şöhret Okulu 2008: Yalancı Romantik 2011: Kalbim Seni Seçti 2011-2013: Avrupa Avrupa 2012: Yalan Dünya (qonaq aktrisa) 2014: Galip Derviş Pelin Öztürk (Konuk Oyuncu) 2015: Kocan Kadar Konuş 2015-2106: Evli ve Öfkeli 2018: Gülizar == Maraqlı faktlar == Boyu : 174 santimetrdir == İstinadlar == == Xarici keçidlər == Diziler.com : Ebru Cündübeyoğlu Ebru Cündübeyoğlu Resmi İnternet Sitesi.
Ebru Gündeş
Ebru Gündeş (türk. Ebru Gündeş; 12 oktyabr 1974, İstanbul) — Türkiyə müğənnisi, aparıcı və aktrisa. == Həyatı == Ebru Gündeş 1974-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Dərzi işçisi ikən Neşe Demirkat ilə tanış olan Ebru Gündeş, Koral Sarıtaş ilə Selçuk Tekayın olduğu Marş Musiqi Yapım ilə razılaşır (1991). Albom hazırlıqlarına başlamadan əvvəl təxminən 1 ay Emel Sayına vokalistlik etmişdir. 2010-cu ilin fevral ayında azərbaycanlı iş adamı Reza Zarrabla evlənmiş və 15 oktyabr 2011-ci ildə Alara Zarrab adında qız övladı dünyaya gətirmişdir. 19 illik fəaliyyəti boyunca 13 albom buraxmış və bir çox mükafata layiq görülmüşdür.
Ebru Polad
Ebru Polad (türk. Ebru Polat; d. 1 iyun 1983, İzmir, Türkiyə) — Türkiyə musiqiçisi.
Ebru Yaşar
Ebru Yaşar (8 avqust 1978, Ankara)— Türkiyə müğənnisi. == Həyatı == Türkiyənin tanınmış müğənnisi Ebru Yaşar 8 avqust 1977-ci il tarixində Ankarada anadan olub. Musiqiyə qarşı olan boyük sevgisindən kiçik yaşlarından səhnəyə addımlarını atıb. Vaxt keçdikcə səsinin dəyərini daha gözəl bilən sənətçi yaxın dostlarının da məsləhəti ilə albom çıxarmaq istəyini reallaşdırıb. 1995-ci ildə "Bu sahildə" adlı albomunu çıxardıb. Albomun adını daşıyan mahnı hər kəs tərəfindən çox sevilib. Az müddətdə əldə etdiyi nailiyyətə görə eyni ildə Maqazin Qəzetləri Dərnəyi tərəfindən "İlin qadın sənətçisi" mükafatına layiq görülüb. Gün keçdikcə ulduzu parlayan sənətçi 3 il fasilədən sonra — 1998-ci ildə "İdobay" adlı musiqi şirkətiylə işləməyə başlayıb. 1999-cu ildə "Səni anan mənim için doğurmuş" adlı albomunu satışa çıxarıb. Albomuyla fırtınalar əsdirən sənətçi əsasən də albomun adını daşıyan mahnısı sayəsində kiçikdən-böyüyə hər kəsin məhəbbətini qazanıb.
Ebru sənəti
Ebru — su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru – çağatay dilində "dalğavari", farsca – "bulud" və ya "suyun üzü", ərəbcə isə "üz üçün su" mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır. == Tarixi == Tarixən ebru Çində və Yaponiyada çox yayımlanmış idi. Hesab olunur ki, bu sənət bu bölgədə başlamışdı. Ebru üslubu ilə hazırlanmış kağız haqqında ən erkən qeyd sayılan mənbə X əsrdə yaşayan Çinli mənur və alim Su Yician yazısında tapmaq olar.
Əbu
Əbu Dücanə
Bru-Verne
Bru-Verne (fr. Broût-Vernet, oks. Brot e Vernet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03043. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1175 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 699 nəfər (15-64 yaş arasında) arasında 510 nəfər iqtisadi fəal, 189 hərəkətsiz (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 70.0%) olmuşdur. Fəal 510 nəfərdən 468 nəfər (256 kişi və 212 qadın) işləyir, 42 nəfər işsizdir (18 kişi və 24 qadın).
Irn-Bru
Irn-Bru (azərb. Ayn-Bru‎) — 1901-ci ildə Şotlandiyada yaradılmış sərinləşdirici içkilər istehsal edən A.G. Barr şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == Tarixi == 1901-ci ildə Şotlandiyanın Folkirk şəhərində, hazırlanmış yeni sərinləşdirici alkoqolsuz içkinin adı "Iron Brew" (azərb. Dəmir içki‎) qoyulur. Hal-hazırda Irn-Bru dünyanın 45 ölkəsində istehsal olunur.
Əbu Hənifə
Əbu Hənifə Numan bin Sabit bin Zuta bin Mah (5 sentyabr 699, Kufə, Əməvilər xilafəti[…] – 18 iyun 767, Bağdad, Abbasilər xilafəti, ərəb. أبو حنيفة النعمان بن ثابت الكوفي‎) — İslamın dörd fiqh məktəbindən biri olan Hənəfi məzhəbinin banisi, sünni fiqhinin ən böyük ustadlarından sayılan İslam fiqhi və hədis alimi. Əsl adı "Numan bin Sabit olmuşdur və tərəfdarları tərəfindən "İmam Əzam" ləqəbi ilə anılırlar. == Bioqrafiya == Əbu Hənifə 699-cu ildə dövrünün mühüm elm mərkəzlərindən biri olan Kufədə anadan olmuşdur. Atasının adı Sabit, babasının adı Zutadır. Əbu Hənifənin "Hənifə" adını haradan aldığı aydın deyil. Əbu Hənifə adı ərəbcə "qələm atası" deməkdir. Çox güman ki, bu adı onun tələbələri həniflərin atası kimi istifadə etmişlər. === Ailə və uşaqlıq === Babası Zuta Əfqanıstan ətrafında yaşamış və ərəblərin buranı zəbt etməsi nəticəsində əsir düşmüşdür. O, Teym qəbiləsinin quluna çevrilsə də, sonradan azadlığını əldə etmişdir.
Əbu Nuvas
Əbu Nuvas əl-Həsən ibn Hani əl-Həkəmi və ya Əbu Nüvas (ərəb. أبو نواس الحسن بن هانئ الحكم‎, fars. ابو نواس‎; təq. 756 və ya 762, Əhvaz – 814, 813, təq. 810 və ya 815, Bağdad) — Abbasilər dövründə yaşamış ərəb şairi. == Həyatı == Əbu Nuvas çox yoxsul bir ailədə, Xuzistan ərazisində Əhvaz şəhərində dünyaya göz açmışdı. Doğum tarixi müxtəlif mənbələrdə fərqli (747-62) qeyd edilmişdir. Atası Hani ərəb, anası Gülüban fars əsilli idi. 7-8 yaşlarındaykən ailəsi ilə birlikdə Bəsrəyə köçmüşdülər. Əbu Nuvasın uşaqlıq illəri Bəsrədə ehtiyac içində, sıxıntılı keçmişdir.
Əbu Simbel
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. == Məbədin daxili quruluşu == Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi.
Əbu Simbəl
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. == Məbədin daxili quruluşu == Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi.
Əbu Süfyan
Əbu Sufyan ibn Hərb (təq. 565, Məkkə – 640, 653 və ya 650, Mədinə, Rəşidi xilafəti) — Məkkənin köhnə kafirlərindəndir (561 - 652) əsl adı Səhrdir. Məkkənin fəthindən sonra müsəlman olub.
Əbu Səid
Əbu Səid — Elxanilərin IX hökmdarı (1316-1335), Xorasan valisi (1315-1316). Əbu Səid — Teymurilərin Qaraqoyunlulardan olan Azərbaycan hakimi (1428-1429). Əbu Səid — 1451–1469-cu illərdə Teymurilər dövlətinə hökmdarlıq etmiş, VII Teymuri hökmdarı.
Əbu Talib
Əbu Talib — Bəni Haşim qəbiləsinin başçısı, şiələrin ilk imamı və sünnilərin dördüncü xəlifəsi Əlinin atası. İslam peyğəmbəri Məhəmmədin atası Abdullahın ata-ana bir qardaşıdır. Abdullahın vəfatından sonra Məhəmməd Mustafanın qəyyumu olmuşdur. == Həyatı == Əbu Talib 535-ci ildə Hicaz bölgəsinin Məkkə şəhərində anadan olmuşdur. O, Haşimilərin başçısı Əbdül-Müttəlibin oğlu və Məhəmməd peyğəmbərin doğumundan əvvəl ölən atası Abdullanın qardaşı idi. Gələcəkdə peyğəmbər olacaq Məhəmməd kiçik yaşlarından etibarən Əbu Talibin himayəsinə keçmişdir. Həmçinin İslamın ilk yayıldığı zamanlarda Əbu Talib Məhəmmədi Qureyş qəbiləsindən qorumuşdur. Əbu Talib təqribən 619-cu ildə 80 yaşında vəfat etmişdir. == İstinadlar == == Ədəbiyyat == "Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib - Muhəmməd Cavad Xəlil". 313news.net (az.).
Əbu Turxan
Səlahəddin Xəlilov (Səlahəddin Sədrəddin oğlu Xəlilov; təxəllüsü; Əbu Turxan; 22 fevral 1952, Marneuli) — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Səlahəddin Xəlilov 22 fevral 1952-ci ildə Borçalı mahalında, Sarvan qəsəbəsində (indi, Gürcüstan Respublikasının Marneuli şəhərində) anadan olmuşdur. 1968-ci ildə orta məktəbi qızıl medalla bitirərək, BDU-nun fizika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə BDU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinat üzrə universitetin molekulyar fizika kafedrasında saxlanmışdır. Elmi fəaliyyətini fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olunmaqla davam etdirmişdir. Özəl "Azərbaycan" universitetini qurmuş, universitetin təsisçiliyindən çıxana qədər onun rektoru olmuşdur. == Ailəsi == Evlidir, oğlu və 2 qızı var. == Elmi-pedaqoji fəaliyyəti == 1976-cı ildə “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi (PhD) dərəcəsini almışdır. 1990-cı ildə “Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ADPU-nun fəlsəfə kafedrasının professoru və müdiri vəzifəsinə seçilmişdir. 1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoymuş, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və ilk özəl universitetlərdən biri olan Azərbaycan Universitetini təsis etmişdir.
Əbu Təmmam
Əbu Təmmam, tam adı ilə Əbu Təmmam Həbib ibn Aus ət-Tain (ərəb. أبو تمام حبيب بن أوس‎; 804, 807 və ya 805, Jasim[d], Dəra mühafəzəsi[…] – ən tezi 845 və ən geci 846, Mosul[…]) — ərəb şairi və qədim poeziya kolleksiyaçısı. Yunan əsilli xristian ailəsində anadan olmuş, lakin islamı qəbul etmişdir. Gəncliyində bir çox peşələri sınamışdır, usta, su daşıyıcısı və s. olmuşdur. O, bu proses zamanı müxtəlif yerlərə köçmüş, Suriyanın, Misirin, İraqın ən böyük şəhərlərini gəzmişdir. Əbu Təmmamın ilk poetik təcrübələri uğurlu alınmamışdır, lakin sonradan o, diqqət çəkmiş və əl-Mütədidin sarayına dəvət olunmuşdur. Onun poeziyasının ümumi istiqaməti yüksək rütbəli saray əyanlarının zövqünə uyğun idi və onlardan birinin himayəsi ilə şairin Mosulda məxfi məlumatların toplanması ilə bağlı vəzifəyə təyin olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Абу-Темам // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Əbu Əzrayıl
Eyyub Faleh Həsən Rübayi və ya Əbu Əzrayıl (25 aprel 1978, Bağdad) — İmam Əli cəbhəsində döyüşçü, Həşdi Şabi komandiri. == Həyatı == İraqın Tikrit şəhərinin terrorçulardan təmizlənməsi üçün başladılan "Ləbbeyk ya Rəsulallah" əməliyyatında orduya rəhbərlik edənlərdən biri də "Əbu Əzrail" ləqəbi ilə tanınan şəxsdir.İŞİD terrorçularına ən ağır zərbələri də Əbu Əzrailin briqadası vurub. Cüssəli bədənə, zəhmli üz quruluşuna sahib olan "Əzrailin atası" orduda da bu ləqəblə tanınır. Əyyub taekvondo və ox atmaqda da bacarıqlıdır. Səlahəddin bölgəsindəki dostları Əbu Əzrailin görkəminin qorxulu olduğunu lakin onunla ünsiyyətdə olan insanların üzündə təbəssüm və sevinc yarandığını deyirlər. Bir çox xarici qəzetlər Əyyubun hələ də universitetdə bədən tərbiyəsi dərsi verdiyini yazsalar da o hal-hazırda terrorçularla döyüşür.
Əbu Rafi
Əbu Rafi əl-Kitbi (ərəb. أبو رافع القِبطي‎) — Muhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Rafinin dəqiq adı məlum deyil. Çox vaxt İbrahim və ya Əsləm adları çəkilir. Digər məlumatlara görə, onun adları Salih, Abdür-Rəhman, Yezid, Sabit və s. olaraq bildirilir. O, Ryuveyfi və Bureyx ləqəbləri ilə tanınır. == Həyatı == Əbu Rafi mənşəcə qibti idi. O, Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin qulu idi və Peyğəmbərə hədiyyə edildi. Abbas ibn Əbdülmüttəli İslamı qəbul etdikdən sonra Məhəmməd Əbu Rafini azad edir və cariyəsi Səlma ilə evləndirir.
Əbu Səyyaf
Əbu Səyyaf (ərəb. جماعة أبو سياف; Cama'ah Abu Sayyaf, Camaa Abu Sayyaf), həmçinin Əl-Hərəkətul-İslamiyyə kimi tanınan, Filippinin Mindanao və Basilan adalarında fəaliyyət göstərən bir neçə silahlı islami-terrorçu separatçı qruplardan biridir. Onun lideri İsnilon Tothoni Hapilion 2014-cü il iyulun 23-də İŞİD xilafəti Əbu Bəkr əl-Bağdadiyə beyət edib.
Əbu Kalicar
İmadəddin və Mühyiddin Əbu Kalicar Mərziban ibn Sultanüddövlə (?-ö. oktyabr 1048) buveyi əmiri, (1024–1048)-ci illərdə Farsın, (1028–1048)-ci illərdə Kermanın, (1044–1048)-ci illərdə İraqın hökmdarı. == Həyatı == Əbu Kalicar 1024-cü ildə hakimiyyətə yiyələnmişdi. Azərbaycandan İraqi-Əcəmə qayıdan oğuzlar iki qola ayrılmışdılar. Gök-Taş və Mənsurun başçılıq etdiyi oğuzlar Həmədana, Bukanın buyruğundakılar isə Reyə getdilər. Gök-Taş Həmədanı mühasirəyə aldı. Şəhərin valisi İsfahan hakimi Əlaüddövlənin oğlu Əbu Kalicar idi. Mühasirə uzun çəkdi. Əbu Kalicar davam gətirə bilməyəcəyini görüb Gök-Taş ilə saziş bağladı və onun yaxın bir qohumu ilə evləndi. Buka ilə Qızıl isə getdikləri Rey şəhərini mühasirəyə almışdılar.
Əbu Kamal
Əbu Kamal — Suriyada şəhər. Şəhər həmçinin İraqın Suriyaya ən yaxın Mühafəzəsi Anbar mühafazası ilə sərhəddir. Şəhər Fərat çayı üzərində yerləşir. == Etimologiya == Osmanlı imperiyası dövründə Əbu Kamal "qışla" adlanırdı. Mənası ordunun yeri, məkanı idi. Daha sonra, 1918-ci ildə Əbu Kamal adlanmağa başlandı. Mənası Kamalın ailəsi deməkdir.
EBU
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən "Alman Sosialist Tələbə Birliyi" ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan "Rockpalast" verlişinə qonaq olan ilk alman qrupudur.
Beri-beri
Beri-beri — xəstəliyi B1 vitamininin çatışmazlığından irəli gəlir. Göstərilən xəstəliyi keçirən xəstələrin ürək nahiyəsində pozulmalar müşahidə olunur. Bu xəstəlikdə qıcolmalar və iflicolma baş verir. B1 vitamini əsasən qabığı soyulmamış dəndə, yumurta sarısında, paxlalı bitkilərin toxumalarında, az miqdarda ispanaqda, kələmdə, yerkökü və almada vardır.