Əbu Nuvas əl-Həsən ibn Hani əl-Həkəmi[5] və ya Əbu Nüvas[6] (ərəb. أبو نواس الحسن بن هانئ الحكم, fars. ابو نواس; təq. 756[1] və ya 762[2], Əhvaz[4][1] – 814[3], 813[4], təq. 810[1] və ya 815[2], Bağdad[4][2]) — Abbasilər dövründə yaşamış ərəb şairi[7].
Əbu Nuvas | |
---|---|
ərəb. أبو نواس الحسن بن هانئ الحكم | |
Doğum tarixi | təq. 756[1] və ya 762[2] |
Doğum yeri | |
Vəfat tarixi | 814[3], 813[4], təq. 810[1] və ya 815[2] |
Vəfat yeri | |
Milliyyəti | ərəb |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | ərəb dili |
Janr | poeziya[4] |
Əbu Nuvas Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Əbu Nuvas çox yoxsul bir ailədə, Xuzistan ərazisində Əhvaz şəhərində dünyaya göz açmışdı. Doğum tarixi müxtəlif mənbələrdə fərqli (747-62) qeyd edilmişdir. Atası Hani ərəb, anası Gülüban fars əsilli idi. 7-8 yaşlarındaykən ailəsi ilə birlikdə Bəsrəyə köçmüşdülər. Əbu Nuvasın uşaqlıq illəri Bəsrədə ehtiyac içində, sıxıntılı keçmişdir. Kiçik yaşlarından büxur satanın dükanı üçün ətirli otlar toplayaraq çörək pulu qazanırdı. 8-9-cu əsrlərdə Bəsrəni ərəb filalogiyasının mərkəzi hesab etmək olardı. Elə burada Əbu Nuvas görkəmli alim, filologlarla tanış olmağa başlayır. Bunlardan biri də Valibə ibn əl-Hubab idi. O zaman Valibə ibn əl-Hubabın şerləri doğma şehəri Kufənin hüdudlarından kənarda da məşhur idi. Çox keçmədən o Valibə ibn əl-Hubabın tələbəsi olur. Bu onun gələcəkdə bir şair kimi yetişməsində böyük rol oynayır.
Əbu Nuvas bir çox şer janrlarında yazmasına baxmayaraq ərəb ədəbiyyatına "xəmriyyat"(şəraba dair şeirlər) müəllifi kimi daxil olmuşdur. Onun yaradıcılığı ilə ərəb poeziyası köhnə ənənələrdən uzaqlaşmış yeni məzmun kəsb etmişdir. Ərəb poeziyasında dünyəvi şeirin ilk nümunələri Əbu Nuvasın adı ilə bağlıdır.Əbu Nuvas ərəb poeziyasını forma cəhətdən də yeniləmiş və təmtəraqlı üslubu real bədii təsvir vasitələri ilə əvəz etmiş, şeir dilini sadələşdirmişdir. Şeirləri dini ehkamlara qarşı çevrildiyindən Əbu Nuvas xəlifə əl-Əminin əmri ilə həbs olunmuşdur. Əsərləri onun şüubiyyə (başqa xalqların Xilafət hakimiyyətindən azad olmaq uğrunda mübarizə hərəkatı) ilə bağlılığını ehtimal etməyə əsas verir. Əbu Nuvasın bəzi mənbələrdə həbsxanada vəfat etdiyi, başqa məlumatlara əsasən isə İsmail ibn Əbu Saleh tərəfindən zəhərləndirildiyi ehtimal edilir.
Esat Ayyıldız. "Ebû Nuvâs’ın Şarap (Hamriyyât) Şiirleri". Bozok Üniversitesi İlahiyat Fakültesi Dergisi 18 / 18 (Aralık 2020): 147-173 .