Əbu Təmmam, tam adı ilə Əbu Təmmam Həbib ibn Aus ət-Tain (ərəb. أبو تمام حبيب بن أوس; 804, 807[1][2] və ya 805[3], Jasim[d], Dəra mühafəzəsi[3][1][…] – ən tezi 845 və ən geci 846[1], Mosul[3][1][…]) — ərəb şairi və qədim poeziya kolleksiyaçısı.
Əbu Təmmam | |
---|---|
ərəb. أبو تمام | |
Doğum adı | حبيب بن أوس بن حارث الطائي |
Doğum tarixi | 804, 807[1][2] və ya 805[3] |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi 845 və ən geci 846[1] |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | ərəb dili |
Vikianbarda əlaqəli mediafayllar |
Yunan əsilli xristian ailəsində anadan olmuş, lakin islamı qəbul etmişdir. Gəncliyində bir çox peşələri sınamışdır, usta, su daşıyıcısı və s. olmuşdur. O, bu proses zamanı müxtəlif yerlərə köçmüş, Suriyanın, Misirin, İraqın ən böyük şəhərlərini gəzmişdir. Əbu Təmmamın ilk poetik təcrübələri uğurlu alınmamışdır, lakin sonradan o, diqqət çəkmiş və əl-Mütədidin sarayına dəvət olunmuşdur. Onun poeziyasının ümumi istiqaməti yüksək rütbəli saray əyanlarının zövqünə uyğun idi və onlardan birinin himayəsi ilə şairin Mosulda məxfi məlumatların toplanması ilə bağlı vəzifəyə təyin olunmuşdur.[4]