Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əməkdaş
Əməkdaş — İşəgötürən tərəfindən əmək müqaviləsi ilə işləyən işçi. Onun hüququ statusu əmək müqaviləsi, kollektiv əmək müqaviləsi və əmk hüququ üzrə normativ aktlarla tənzimlənir. İş yoldaşı ilə əməkdaş arasında yaxınlıq olsa da incə fərqlərlə bir - birindən ayrılır . İş yoldaşı eyni müəssisədə çalışan heyyəti əhatə edir . Əməkdaş isə yox . Məsələn həmin müəssisədə mühafizə xidməti fəaliyyət göstərirsə , işçi heyyəti ilə iş yoldaşı sayıla bilər . Amma müəssisənin işçiləri ilə əməkdaş deyil .
Emelda Musonda
Emelda Musonda (1 avqust 1985-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Musonda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Red Ərrous FK klubunda çıxış edir.
Maldaş
Maldaş — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 41 km məsafədə yerləşir. XIX əsrin ortalarında qışlaq əsasında yaranmış kənddir. Qışlaq mal-qaraya sal daşlar üzərində duz verilən "Maldaş" yerinin adını əks etdirir. == Toponimi == Toponim Azərbaycan dilində "iri buynuzlu ev heyvanı, mal-qara, qaramal" mənasında işlənən mal sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əməkdar artist
Əməkdar artist — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında və Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad. "Əməkdar artist" fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.
Əməkdar hüquqşünas
Əməkdar hüquqşünas — fəxri adı hüquq elminin və qanunvericiliyin inkişafında böyük xidmətlərinə, hüquqi biliklərin təbliğində və əhalinin hüquq mədəniyyətinin yüksəldilməsində fəal iştirakına, hüquq problemlərinin aşkar edilməsində və həllində elmi nəticələrinə, hakim vəzifəsinin nümunəvi yerinə yetirilməsinə, hüquq və azadlıqların müdafiəsi sahəsində yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə görə fərqlənən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin vəkillikdə, elm, təhsil və digər müəssisə, idarə və təşkilatlarda ixtisas üzrə azı 15 il işləmiş hüquqşünaslara verilə bilər.
Əməkdar həkim
Azərbaycan Respublikası əməkdar həkimi — səhiyyə sahəsində xüsusi xidmətlərinə görə müalicə-profilaktika, sanitariya, sanatoriya-kurort müəssisələrinin, elmi-tədqiqat institutlarının, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının və digər səhiyyə idarələrinin bu sahədə azı iyirmi il işləmiş işçilərinə verilən fəxri ad.
Əməkdar jurnalist
Azərbaycan Respublikasının əməkdar jurnalisti — uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə verilən fəxri ad.
Əməkdar memar
Azərbaycan Respublikasının əməkdar memarı — Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilən fəxri ad.
Əməkdar mühəndis
Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.
Əməkdar müəllim
Azərbaycan Respublikasının əməkdar müəllimi
Əməkdar pilot
Azərbaycan Respublikasının əməkdar pilotu — yeni aviasiya texnikasının öyrənilməsində, uçuş kadrlarının hazırlanmasında və uçuşların təhlükəsizliyinin təmin olunmasında böyük xidmətləri olan, ixtisası üzrə azı 25 il işləyən və ən azı 10000 saat uçuş yerinə yetirən Azərbaycan Respublikasının mülki aviasiya uçuş heyətinin üzvlərinə verilən fəxri ad.
Əməkdar rəssam
Əməkdar rəssam — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında incəsənət sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad.
Muldaş (Uçalı)
Muldaş (başq. Мулдаш, rus. Мулдашево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 105 km, kənd sovetliyindən (İlçəqol): 10 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 50 km.
Azərbaycanın əməkdar artisti
Azərbaycan Respublikasının əməkdar artisti — 1991-ci ildən sənətçilərə verilən fəxri ad
RSFSR əməkdar artisti
RSFSR əməkdar artisti — RSFSR-in dövlət mükafatı 10 avqust 1931-ci ildə yaranıb.
Əməkdar dövlət qulluqçusu
Əməkdar dövlət qulluqçusu — fəxri adı dövlət qulluğunda xüsusi xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə verilir.
Əməkdar elm xadimi
Azərbaycan Respublikasının əməkdar elm xadimi — elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin və digər təşkilatların elmlər doktoru elmi dərəcəsi və professor adı olan, elm sahəsində azı on beş il işləmiş alimlərinə, elmi-praktik işçilərinə verilən fəxri ad. == Haqqında == "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı ilk dəfə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun 12 may 1991-ci il tarixli Fərmanına əsasən təqdim olunub. Həmin fərmanla fəxri ad birinci dəfə professorlar Fikrət Mirsəlimov və Niyazi Mütəllibova verilib. 1991–1993-cü illərdə fəxri adın verilməsi davam etdirilib, amma Ulu Öndər Heydər Əliyev hüquqi əsası olmayan bu praktikaya son qoyaraq, onun verilməsini dayandırıb. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunub və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlayır. "Əməkdar elm xadimi" fəxri adının döş nişanı hər hissəsi iki guşəli olmaqla, səkkiz hissədən ibarətdir. Döş nişanının diametri 40 mm, qalınlığı 3 mm-dir. Fəxri adın döş nişanı üstü qırmızı minalı olmaqla, qızıl suyuna çəkilmiş bürüncdən hazırlanır. Döş nişanının üz tərəfinin mərkəzində, diametri 14 mm olan relyefli metal dairənin üzərində səkkizgüşəli ulduz və mərkəzdən kənara doğru alov dilləri təsvir olunub. Təsvirlər qabarıqdır.
Əməkdar incəsənət xadimi
Azərbaycan SSR əməkdar incəsənət xadimi
Əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 22 may 1998-ci ildə təsis olunmuşdur.
Əməkdar tibb işçisi
Azərbaycan Respublikasının əməkdar tibb işçisi — yüksək peşəkarlığına görə müalicə-profilaktika, əczaçılıq, sanitariya, sanatoriya-kurort, elmi-tədqiqat və digər səhiyyə müəssisələrində tibb məntəqəsinin müdiri, tibb bacısı, feldşer, mama, diş texniki, rentgen texniki, laborant, feldşer-laborant, anestezist, instruktor-dezinfektor, sanitar-feldşer, həkim köməkçisi, entomoloq köməkçisi, tibbi statistik, tibb qeydiyyatçısı, müalicə-bədən tərbiyəsi üzrə instruktor və əczaçı vəzifələrində çalışan işçilərə səhiyyə sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad.
Ukraynanın əməkdar artisti
Ukraynanın əməkdar artisti (ukr. Заслужений артист України) — Ukrayna Respublikasının dövlət mükafatı, “Ukraynanın Dövlət Mükafatları haqqında” Ukrayna Qanununa uyğun olaraq Ukrayna Prezidenti tərəfindən verilən fəxri ad. 29 iyun 2001-ci il tarixli Ukraynanın fəxri adları haqqında Əsasnaməyə əsasən bu ad aşağıdakılara verilir: "Ukraynanın əməkdar artisti" fəxri adının verilməsi üçün təqdim olunan şəxslər ali və ya peşə təhsilinə malik olmalıdırlar. Titul Ukrayna vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Bu fəxri ad "Ukraynanın Əməkdar artisti" adını aldıqdan on il sonra verilə bilən "Ukraynanın xalq artisti" adından aşağıdır. Titul şəxslərin ölümündən sonra verilmir. Bu fəxri adı alanlara döş nişanı (40 mm hündürlükdə x 30 mm enində, gümüşdən hazırlanmış) və sertifikat verilir. Təqdimat açıq şəkildə aparılmalıdır.
Imelda
İmelda Markos (d. 2 iyul, 1929) — keçmiş Filippin prezidenti Markos Ferdinandın dul xanımı.
Akif Mirzəyev (əməkdar artist)
Akif Mirzəyev (10 aprel 1944, Bakı) — Azərbaycan Respublikasının "Əməkdar artist"i (2011). == Həyatı == Akif Mirzəyev 1944-cü il aprelin 10-da Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. 1990-cı il 20 Yanvar faciəsinə həsr etdiyi matəm musiqisi olan "Yanvar mərsiyələri", Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Dahi Prezidentə xatirə duaları" adlı əsəri ABŞ, Fransa və Almaniyada ifa olunub. Hazırda Alman Azərbaycan Forumunun mədəniyyət üzrə müşaviri, Fulda şəhərindəki Yohannesriş (Johannesrische) kilsəsində orqan ifacısıdır. == Mükafatları == 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülüb.
Azərbaycan SSR əməkdar ixtiraçısı
Azərbaycan SSR əməkdar ixtiraçısı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар ихтирачысы) — 9 oktyabr 1959-cu ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR-in xalq təsərrüfatında, texnikanın tərəqqisində xüsusilə böyük rol oynayan, həyata keçirilmiş ixtiraların müəlliflərinə, habelə ixtiraçılığın inkişafında və ixtiraların həyata keçirilməsində xüsusi böyük xidməti olan şəxslərə verilirdi. == Əsasnaməsi == Fəxri ad Azərbaycan SSR xalq təsərrüfatının bütün sahələrində və ölkənin müdafiəsi uğrunda texnikanın tərəqqisində böyük əhəmiyyəti olan ixtiraçılar hərəkatını genişləndirmək məqsədilə müəyyən edilmişdir. Fəxri ada layiq görülən şəxslərə qızıl döş nişanı verilirdi. === Döş nişanı === Fəxri adın döş nişanının nümunə və təsviri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 10 may 1960-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Qərarda döş nişanının təsviri aşağıdakı kimi verilmişdir: "Azərbaycan SSR əməkdar ixtiraçısı" döş nişanı diametri 26 mm düzgün dairə şəklindədir, nişanın o biri üzünün səthi hamardır. Döş nişanının üz tərəfi 0,6 mm enində nazik haşiyə ilə haşiyələnmişdir. "Azərbaycan SSR əməkdar ixtiraçısı" sözləri qabarıq hərflərlə yazılmışdır. Nişanın sol tərəfində sallanmış dəfnə budağına dalğalı lent sarılmışdır.
Azərbaycan SSR əməkdar mühəndisi
Azərbaycan SSR əməkdar mühəndisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар мүһәндиси) — Azərbaycan SSR-də xalq təsərrüfatı sahəsində fərqlənən şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1959-cu il tarixli Fərmanı ilə təsis olunmuşdur. Fəxri adla sənaye, nəqliyyat, rabitə müəssisələrində və xalq təsərrüfatının başqa sahələrində ən azı 15 il işləyən, öz əməli fəaliyyəti ilə fərqlənən və Azərbaycanın xalq təsərrüfatını inkişaf etdirmək işində xüsusi xidmətləri olan yüksək ixtisaslı mühəndislər təltif olunurdu. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (1990-cı ildən Azərbaycan SSR Prezidenti) tərəfindən verilir və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1974-cü ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı) ilə təltif olunurdu.
Azərbaycan SSR əməkdar rəssamı
Azərbaycan SSR əməkdar rəssamı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар рәссамы) — Azərbaycan SSR-də incəsənətin rəssamlıq sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 aprel 1964-cü il tarixli Fərmanı ilə təsis olunmuşdur. Fəxri adla görkəmli rəsm, qrafika, dekorativ və tətbiqi incəsənət əsərləri yaratmış rəssamlar təltif olunurdu. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunurdu.
Azərbaycan SSR əməkdar səmərələşdiricisi
Azərbaycan SSR əməkdar səmərələşdiricisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар сәмәрәләшдириҹиси) — 9 oktyabr 1959-cu ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR-də istehsalatın təkmilləşdirilməsində ciddi rol oynamış olan, respublikanın xalq təsərrüfatında geniş tətbiq edilən həyata keçirilmiş səmərələşdirmə təkliflərinin müəlliflərinə, habelə istehsalat səmərələşdiriciləri hərəkatının inkişafında və səmərələşdirmə təkliflərinin həyata keçirilməsində böyük xidmətləri olan şəxslərə verilirdi. == Əsasnaməsi == Fəxri ad Azərbaycan SSR xalq təsərrüfatının bütün sahələrində və ölkənin müdafiəsi uğrunda texnikanın tərəqqisində böyük əhəmiyyəti olan səmərələşdiricilər hərəkatını genişləndirmək məqsədilə müəyyən edilmişdir. Fəxri ada layiq görülən şəxslərə gümüş döş nişanı verilirdi. === Döş nişanı === Fəxri adın döş nişanının nümunə və təsviri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 10 may 1960-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Qərarda döş nişanının təsviri aşağıdakı kimi verilmişdir: "Azərbaycan SSR əməkdar səmərələşdiricisi" döş nişanı diametri 26 mm düzgün dairə şəklindədir, nişanın o biri üzünün səthi hamardır. Döş nişanının üz tərəfi 0,6 mm enində nazik haşiyə ilə haşiyələnmişdir. "Azərbaycan SSR əməkdar səmərələşdiricisi" sözləri qabarıq hərflərlə yazılmışdır. Nişanın sol tərəfində sallanmış dəfnə budağına dalğalı lent sarılmışdır.
Imelda Marcos
İmelda Markos (d. 2 iyul, 1929) — keçmiş Filippin prezidenti Markos Ferdinandın dul xanımı.
İmelda Markos
İmelda Markos (d. 2 iyul, 1929) — keçmiş Filippin prezidenti Markos Ferdinandın dul xanımı.
İmelda Staunton
İmelda Mari Philomena Bernadette Staunton (9 yanvar 1956) — Akademiya Mükafatı adaylığı olan İngilis aktrisa. 2004-cü il istehsalı Vera Drake və 2007-ci il filmlərindən Freedom Vritersdə oynamışdır. Ayrıca Harri Potter və Simurq Ordeni filmində Dolores Ambriçi canlandırmışdır. Vera Drake filmindəki rolu ilə Ən Yaxşı oyunçu növündə Akademiya Mükafatlarına aday olmuş, BAFTA mükafatın qazanmışdır.