Ukraynanın əməkdar artisti (ukr. Заслужений артист України) — Ukrayna Respublikasının dövlət mükafatı, “Ukraynanın Dövlət Mükafatları haqqında” Ukrayna Qanununa uyğun olaraq Ukrayna Prezidenti tərəfindən verilən fəxri ad. 29 iyun 2001-ci il tarixli Ukraynanın fəxri adları haqqında Əsasnaməyə əsasən bu ad aşağıdakılara verilir:
Ukraynanın əməkdar artisti | |
---|---|
Заслужений артист України | |
|
|
Ölkə | |
Tip | fəxri ad |
Təltif edir | |
Ardıcıllıq | |
Yüksək mükafat | Ukraynanın xalq artisti |
Vikianbarda əlaqəli mediafayllar |
yüksək ifaçılıq məharətinə, milli mədəni-bədii irsin tərkib hissəsinə çevrilmiş yüksək bədii obrazlar, tamaşalar, filmlər yaratdıqlarına görə rejisorlara, teatr, kino, estrada, və sirk artistlərinə, peşəkar ansambllara, xor kollektivlərinə, orkestrlərin dirijorlarına, bəstəkarlara, musiqiçilərə, televiziya və radio diktorlarına[a] |
"Ukraynanın əməkdar artisti" fəxri adının verilməsi üçün təqdim olunan şəxslər ali və ya peşə təhsilinə malik olmalıdırlar. Titul Ukrayna vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.[1] Bu fəxri ad "Ukraynanın Əməkdar artisti" adını aldıqdan on il sonra verilə bilən "Ukraynanın xalq artisti" adından aşağıdır. Titul şəxslərin ölümündən sonra verilmir.
Bu fəxri adı alanlara döş nişanı (40 mm hündürlükdə x 30 mm enində, gümüşdən hazırlanmış)[2] və sertifikat verilir. Təqdimat açıq şəkildə aparılmalıdır.