Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ərsax
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Əsrik
Əsrik nahiyəsi
Şəfaül-əsrar
Şəfaül-əsrar — Seyid Yəhya Bakuvinin türk dilində yazılmış yeganə əsəridir. Bu əsər ehtiva etdiyi mövzular etibarilə mütəfəkkirin Əsaraüt-talibin və digər əsərlərinin şərhi mahiyyətindədir. Bir müridin mürşidliyə gedən yolda keçməsi lazım gələn 70 məqamdan söz açılaraq, bu məqamların nələr olduğu açıqlanır və bu məqamlara yetişmək üçün lazım gələn vəzifələr izah olunur. Əsərdə təsəvvüf yolunu izləyənlər üçün elmin vacib olduğu sıx-sıx vurğulanır. Həqiqi şeyx ilə saxta şeyxlərin xüsusiyyətləri açıqlanaraq, həqiqi şeyxə tabe oladan bu yolla gedilə bilinməyəcəyi bildirilir. İbadətlərin batini mənaları, zikrin çeşidləri və hikmətləri şərh olunur. Əsərdə Quran ayələri, hədislər və bir sıra sufilərin sözlərinə dönə-dönə müraciət edilmişdir. "Ziyaül-Buyustəri" ləqəbli "Mahmud ibn Ömər bin Mövlana Süleyman Hocam" adlı katib Seyid Yəhyanın dağınıq və köhnəlmiş vəziyyətdə olan bu əsərini toplayaraq yenidən yazdığını əsərin sonunda ifadə etmişdir. Katib onu müəllif nüsxələrindən köçürmüşdür. Manisa Muradiyyə Kitabxanası kataloqunda bu ad ilə qeydli bir əsərə rast gəlinsə də bu tamam başqa bir kitabdır.
Əsrik (Kəlbəcər)
Əsrik — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Əsrik kəndi dağətəyi ərazidədir. XX əsrin əvvəllərində rayonun ərazisində Böyük Əsrik və Kicik Əsrik adlı iki kənd qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmışdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən köçüb gəlmış dord ailə salmışdır. == Yaylaqlar == Qulu bəyin yurdu, Qaragüney yurdu, Ağgüney yurdu, Uzunkalafa yurdu, Baş yurd, Qoturlu yaylağı, Puşdu yurd, Xatınoğlunun yurdu, Dükanlı yurd, Ağbulaq yurdu, Hacımahmudlu yurdu, Qoçtəpəli yurdu, Arpalar yurdu, Qaynarbulaq yurdu, Alançıqqaya yurdu, Aşağı yurd. == Bulaqlar == Soyuq bulaq, Novlu bulaq, Yarpızlı bulaq, Sarı bulaq, Qaynar bulaq, Daş bulaq, Böyük qotur su, Turş su, Arıçılıq qayasından çıxan su, Neftlı bulaq, Əhəngyanan bulaq, Qaratel bulağı, Şahnisə bulağı. == Məşhur yerlər == Mozgörükən, Donuzgüneyinin beli, Sarıtəpə, Mərəklərin başı, Marığın başı, Haçadaş, Böyükgüneyin qayası, Qaraqaya, Qurdqarğasının boynu, Oyuğun şişi, Qəbirstanlığın güneyi, Xarabanın güneyi, Şişgüney, Alaqayanın başı, Cəddənin təpəsi, Ortaburunun başı, Atlargedən yal, Xədicə xanımın bulağı, Abdulla yurdu, Aşargədaşın şişi, Dəmirçinin gərdəni, Məşədi Məmməd gələn, Xudamazarlıyanın yalı, Qırmızıtəpə, Toyolan, Ağduzdağ, Qazantapılan, Çoban dağı, Oyuxlu dağı, Oyuğun şişi, Tutxun çayı. == Binələr-Qışlaq == Kilsə binəsi, Çökək binə, Təkdam binəsi, Maydan ölən binə, Ağzıbir binə, Dərə damları binəsi, Xarabanın dərəsi binə.
Əsrik Cırdaxan
Əsrik Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "Əsrik çayı kənarındakı Cırdaxan kəndi" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Əsrik Cırdaxan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın sahilində, dağətəyi ərazidə, kiçik dağlar arasında yerləşir. İqlimi mülayimdir. Kənd Ermənistan sərhəddinin yaxınlığında yerləşdiyindən, tez-tez ermənilər tərəfindən müxtəlif silahlardan atəşə məruz qalır. == Əhalisi == === Şəhidləri === Əliyev Hüseyn Sahib oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Əfşan Əbülfəz oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Şəkərov Xəyal İman oğlu (1998–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Əsrik Cırdaxan kənd kitabxana filialı, Əsrik Cırdaxan kənd klubu, Əsrik Cırdaxan poçt şöbəsi (AZ6028) fəaliyyət göstərir. == Təhsil == Kənddə Məstan Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbi fəaliyyət göstərir.
Əsrik nahiyəsi
Əsrik nahiyəsi — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xılxına livasının nahiyəsi
Əsrin Müqaviləsi
Əsrin müqaviləsi – 1994-cü ilin sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında 13 iri neft şirkəti arasında Bakıda bağlanmış müqavilə. == Müqavilənin bağlanması == 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı Azəri–Çıraq–Günəşli yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. Müqavilənin 13 milyard ABŞ dolları həcmində qiymətləndirilməsi onun nə üçün “Əsrin müqaviləsi” adlandırılması sualına verilən cavablardan biri ola bilər. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (ARDNŞ, Amoco, BP, McDermott, UNOCAL, Lukoyl, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoyl, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-nin "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Pennzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.
Hafizul Əsrar
Farux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Fərrux
Fərrux — kişi adı.
Leşru
Leşru (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Parux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Serex
Serex — Qədim Misir fironlarının Hor adına əlavə edilmiş, saray fasadını stilizə edən bir təsvir. Adətən serex üzərində Hor və ya Set, bəzən də hər ikisi birilikdə təsvir edilirlər.
Şərur
Şərur — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində şəhər, Şərur rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun (Şərur rayonunun) İliç şəhəri Şərur şəhəri adlandırılmışdır. Yeni şəhərdir, dəmiryolunun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr vardır. Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən şəhərdə təxminən 7 min nəfər əhali yaşayır.
Əstup
Əstup[mənbə göstərin] (sanskr. स्तूप, stūpa, "yığın, topa", q.türk Estup[mənbə göstərin]), bardaş qurub oturmaq üçün dağcıq və yarımkürəyə bənzər şəkildə bir tapınaqdır. Maraqlı memarlıq stilində qurulan bu tikinti ibadət və dualar üçün istifadə olunur.
Əsyut
Əsyut (ərəb. أسيوط‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 389.307 nəfərdir (2006).
Əşrəf
Əşrəf — ad. === Qadınlar === Əşrəf Pəhləvi- sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin əkiz bacısıdır. Əşrəf xanım Qovanlı-Qacar- İran şahzadəsi. Əşrəf Dehqani- İran xalq partizanları-fədailərin təşkilatçısı və rəhbəri. === Kişilər === Şair Əşrəf - şair Əşrəf Yusifzadə- Aktyor Əşrəf Hüseynov- riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi Əşrəf Həsənov- dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. Əşrəf Mehdiyev- Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri. Əşrəf Əliyev- sərbəst güləş üzrə 74 kq çəkidə 2011-ci il dünya bürünc medalçısı. Əşrəf Abbasov- Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq. Əşrəf Veysəlli- şair Məlik Əşrəf Sulduz- (1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi. Mollalar Əşrəf — Azərbaycanlı şair, mühəndis-mexanik, maşınqayırma sənayesi alimi.
FİFA Əsrin klubu
FİFA Əsrin klubu — 13 dekabr 2000-ci ildə FİFA tərəfindən Real Madrid FK komandasına verilən mükafatdır. Mükafat üzrə səsvermə ayda iki dəfə olmaqla FIFA World Magazine (FİFA-nın rəsmi jurnalı) jurnalının abunəçiləri tərəfindən keçirilmişdir Mükafat 2000-ci ilin dekabr ayında Real Madrid klubununa təqdim olunmuşdur. 2006-cı ildə Əsrin klubu olan Real Madrid komandası öz statusuna uyğun olaraq loqosuna və futbolçuların formalarına tac şəkli əlavə etmişdir.
XXI əsrdə Fransa
2000-ci ildə (fr. En L'An 2000) - Fransada XX əsrdə yaranmış mədəni fikir cərəyanı. XX əsr Fransasında yaşayan insanlar 100 il sonra yaşadıqları ölkədə hansı yenilik və dəyişikliklərin ola biləcəyi ilə maraqlanırdılar. İnsanları əsasən texniki sahədə baş verə biləcək yeniliklər maraqlandırırdı. Bu barədə olan fikirlər dönəmin müxtəlif rəssamları tərəfindən təsvir edilmişdir. Fransız rəssamı (fr. Jean-Marc Côté) tərəfindən 1899, 1900 və 1901-ci illərdə dərc edilən şəkillər XX əsr Fransız insanın 100 il sonrakı həyat barədə olan düşüncələrini daha açıq bir formada izah edir.
XXI əsrin müharibələri
== İstinadlar ==
XX əsrin döyüşləri
Əsrik Cırdaxan kilsəsi
Əsrik Cırdaxan kilsəsi - Tovuz rayonunun Əsrik Cırdaxan kəndi ərazisində yerləşən, təxminən VII-X əsrlərə aid edilən alban məbədi və qala divarları. Əsrik Cırdaxan kəndinin meşə ərazisində olan albanlara məxsus bu tarixi abidə torpaqdan 100 metr yüksəklikdə yerləşir. Ərazisi isə 2 hektardır. Məbədin divarına əl vurmaq kifayıtdir ki, daşlar yerə tökülsün. Bütün bunlar azmış kimi abidənin ətrafını qamış və ot-alaq basıb. Tarixi abidə baxımsızlıqdan qəzalı vəziyyətə düşərək bir hissəsi uçub. Abidənin mütəxəssislər tərəfindən yenidən bərpasına ehtiyac var.
Əsrik travertin təzahürü
== Ümumi məlumat == Kəlbəcər rayonu Çobankərəkməz kəndindən 2 km cənub-qərbdə “Qoturlu İstisu”nun mineral su çıxan ərazisində yerləşir. Təzahür 1978-ci ildə S. A. Babayev və A. F. Heydərov tərəfindən aşkar olunub. == Yayılma sahəsi == Yayılma sahəsi 3000 km2 , orta qalınlığı 12–14 m.-dir. Traveritləri araqonitli təbəqələrdən təşkil olunmuş konsentrik ellips şəklində olurlar. Ehtiyat miqdarı 700 min. m³-dir.
Əsrik Çırdaxan kəndi
Əsrik Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "Əsrik çayı kənarındakı Cırdaxan kəndi" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Əsrik Cırdaxan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın sahilində, dağətəyi ərazidə, kiçik dağlar arasında yerləşir. İqlimi mülayimdir. Kənd Ermənistan sərhəddinin yaxınlığında yerləşdiyindən, tez-tez ermənilər tərəfindən müxtəlif silahlardan atəşə məruz qalır. == Əhalisi == === Şəhidləri === Əliyev Hüseyn Sahib oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Əfşan Əbülfəz oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Şəkərov Xəyal İman oğlu (1998–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Əsrik Cırdaxan kənd kitabxana filialı, Əsrik Cırdaxan kənd klubu, Əsrik Cırdaxan poçt şöbəsi (AZ6028) fəaliyyət göstərir. == Təhsil == Kənddə Məstan Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbi fəaliyyət göstərir.
Daş əsri
Daş dövrü — insanların mədəni-tarixi inkişafında böyük rol oynamış dövr. Bu dövrdə əsasən əmək aləti və silah kimi daşdan istifadə olunmuşdur. Daş dövrü üç hissəyə ayrılır: Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. Paleolit dövrü özü də üç hissəyə ayrılır: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. == Paleolit == Paleolit dövrü öz növbəsində üç dövrə bölünür: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Alt Paleolit: 1,5 milyon il bundan əvvəldən 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə ibtidai birlik forması Ulu icma və ya İbtidai sürü mövcud olmuşdur. 700 min il bundan əvvəl ibtidai insanlar odla tanış olmuşlar. Arxeoloji qazıntılar nəticəsində insanların toteizmə inandığı aşkar edilmişdir. Onlar müxtəlif heyvanlara sitayiş etmişlər.Alt paleolit əsasən Azıx mağarası (Füzuli r.) əsasında öyrənilmişdir.
Dərrakə əsri
"Dərrakə əsri" (ing The Age of Reason, rus Век Разума) — Tomas Payne'nin dövründə çox cəsarətli olan Müqəddəs Kitabın (Bibliya) , teologiyanın və mütəşəkkil dinin tənqidini əks etdirən məşhur əsərlərin sonuncusu. Əsərin birinci hissəsi Payne tərəfindən Fransız həbsxanasında yazılmışdır və burada Ludoviq XVI-nun icraatını pisləyən Jacobins tərəfindən həbs edilmişdir. Fransız tərcüməsi 1794-cü ildə İngilis orijinalına qədər çıxdı. J. Monrounun məsləhətinə əsasən yazılmış ikinci hissə iki il sonra nəşr olundu. Payne də "ali" olduğuna inandığını vurğulamasına baxmayaraq, onun deizmini mühafizəkar Amerika ictimaiyyəti və ruhanilər bir örtük ateizm kimi qəbul etdilər. Həyatının sonuna qədər Payne ölkədən xaric olmuşdur və ABŞ-nin ictimai həyatında iştirakdan çəkilməyə məcbur oldu. "Dərrakə əsri" (Əsrin əsası) termini ABŞ-da "Maarifləndirmə" termini ilə sinonim kimi işlənir. Payne tərəfindən bibliya ənənələrin tənqidi nəzərdən keçirilməsi XIX əsrin rasyonalistləri tərəfindən davam etdirildi. Bu traktatdan gələn xətlər tez-tez istinad edilir: "Mən Müqəddəs Kitaba qarşı həqarətli bir nifrət edirəm — zalım hər şeyə olduğu kimi ." == Tarixi kontekst == === Fikri məzmun: XVIII əsrin ingilis dilçiliyi === Payne kitabı 18-ci əsrin əvvəllərində Britaniya dilçiliyinin ənənələri izləndi. Ayrı mövqeləri saxlayarkən, bu deistlər, Payne səbəbi dövründə formalaşdıran bir neçə fərziyyə və arqumentlər ilə uyğun gəlmir.
Çin Əsri
Çin əsri (çin. 中国世纪; ing. Chinese Century) — XXI əsr geosiyasətinin Çində üstünlük təşkil edəcəyi ambisiyası. Bu termin xüsusilə Çin iqtisadiyyatının ABŞ iqtisadiyyatını üstələyəcəyi və dünyanın ən böyük milli iqtisadiyyatını meydana gətirəcəyi iddiası ilə əlaqədar istifadə olunur. BMT Dünya Bankının məlumatına görə, Çin son iki minilliyin əksər hissəsi üçün artıq bu statusu qoruyub saxlayır. Çin Şanxay Əməkdaşlıq Təşkilatını NATO-ya alternativ olaraq qurdu, Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna, isə Asiya İnfrastruktur İnvestisiya Bankına və Yeni İnkişaf Bankına alternativ olaraq təsis etdi . Bundan əlavə, dünya işlərində daha böyük rol oynamaq üçün demək olar ki, 1 trilyon dollar dəyərində gələcək sərmayələri olan Bir nəsil, bir yol, siyasət təşəbbüsü yaratdı. Həmçinin Trans-Pasifik Tərəfdaşlığına alternativ olaraq Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıqdan istifadə etməyi planlaşdırır.
Şiə əsri
Şiə əsri və ya Şiəlik əsri — 945-ci il ilə 1055-ci illər arasındakı dövrü təsvir etmək üçün istifadə olunan tarixi bir termin. Şiə müsəlman hakimiyyətləri, xüsusən də Fatimilər və Buveyhilər İslam dünyasının mərkəzi torpaqlarında hökmranlıq etdilər. == Arxa plan == 9-cu əsrin sonlarında Abbasilər xilafəti parçalanmağa başladı. Ardıcıl daxili böhranlar (Samirrada anarxiya və Zənc üsyanı) mərkəzi hökuməti zəiflətdi və Abbasilər imperiyasının əyalətlərində bir sıra regional sülalələrin yaranmasına səbəb oldu. Bu müddət ərzində sarsılan Abbasi rejiminə müxalifət çoxu İslam dünyasının periferiyasına yayılmazdan əvvəl 9-cu əsrdə İraqın Abbasi xilafətinin paytaxt bölgəsində doğulub böyüyən radikal şiə məzhəbləri tərəfindən getdikcə daha çox ifadə olunurdu. == Şiə təsirinin yüksəlişi == Abbasi rejiminin zəifliyi zeydi dövlətləri olan Təbəristan (864-cü ildə) və Yəmən (897-ci ildə) kimi İslam dünyasının ucqar guşələrində bir sıra şiə rejimlərinin yaradılmasına imkan verdi,lakin ən əsası Qərmətilik və Fatimilər xilafətini doğuran gizli minillikçi İsmaili missionerlik hərəkatının kütləvi olaraq yayılmasına imkan yaratdı. 909-cu ildə İfriqiyyədə qurulan Fatimi xilafəti qısa müddətdə Şimali Afrikanı nəzarətə götürdü, 969-cu ildə Misiri fəth etdi və Levanta qədər genişləndi, qərmətilər 899-cu ildə Bəhreyndə öz dövlətlərini qurdular, İraq və Levanta basqın etdilər. , hətta 930-cu ildə Məkkəni ələ keçirdilər. Bu arada, xəlifələr Mötəzid və Muktəfi dövründə müvəqqəti dirçəlişdən sonra Abbasi xilafəti X əsrin əvvəllərində xəlifə Müqtədirin (hak.908-932) səmərəsiz rəhbərliyi ilə ordu ilə bürokratlar arasında çəkişmələr və zəif maliyyə idarəçiliyi nəticəsində sürətlə süqut etdi. Bu 945-ci ildə Bağdadın əvvəlki onillikdə İranın çox hissəsinə hökmranlıq etmək üçün sadə nəsildən çıxmış şiə tərəfdarı olan Buveyhilər tərəfindən tutulması ilə nəticələndi.Buveyhilər Abbasi xilafətini əlində saxlasalar da, növbəti əsrdə Abbasi xəlifələri Buveyhilərin nəzarəti altında az-çox gücsüz kuklalar idi.
Ebru
Ebru — su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru – çağatay dilində "dalğavari", farsca – "bulud" və ya "suyun üzü", ərəbcə isə "üz üçün su" mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır. == Tarixi == Tarixən ebru Çində və Yaponiyada çox yayımlanmış idi. Hesab olunur ki, bu sənət bu bölgədə başlamışdı. Ebru üslubu ilə hazırlanmış kağız haqqında ən erkən qeyd sayılan mənbə X əsrdə yaşayan Çinli mənur və alim Su Yician yazısında tapmaq olar.
Erix
Erix — kişi adı. Erix Abraham — Alman Piyada generalı. Erix Fayql — Avstriya taixçisi. Erix Frid — yazıçı, şair və tərcüməçi Erix Reder — alman hərb xadimi, qross-admiral. Erix Hartmann — İkinci dünya müharibəsində iştirak etmiş alman qırıcı təyyarə pilotu. Erix fon Manşteyn — Üçüncü Reyxin ən məşhur generalı.
Esox
Durnabalığı (lat. Esox) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinə aid heyvan cinsi.
Seru
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Əbru
Ebru — su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru – çağatay dilində "dalğavari", farsca – "bulud" və ya "suyun üzü", ərəbcə isə "üz üçün su" mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır. == Tarixi == Tarixən ebru Çində və Yaponiyada çox yayımlanmış idi. Hesab olunur ki, bu sənət bu bölgədə başlamışdı. Ebru üslubu ilə hazırlanmış kağız haqqında ən erkən qeyd sayılan mənbə X əsrdə yaşayan Çinli mənur və alim Su Yician yazısında tapmaq olar.
Ərus
Ərus — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1.Arus Yardımlı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Ərus variantında da işlənir. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tahirli, Məlikli və Arus adlanan dord məhəllədən ibarətdir. XIX əsrin ikinci yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan orus/ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "üzün, Hündürlüyüdur adam" deməkdir. 2.Ərus Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. XIX əsrin II yarısına aid mənbələrdə Lənkəran qəzasında ərus tayfasının yaşadığı göstərilir.
Əruz
Əruz (ərəb. عروض‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. == Əruz vəzninin yaranması == Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718–792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI–VIII əsrlər). Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir.
Esra
Esra — türk adı. Esra Öztürk — Türkiyəni təmsil edən həndbolçu. Esra Bilgiç — Türk aktrisa və modeldir. Esra Sərt — türkiyəli jurnalist, server.
XXI əsrin günəş tutulmaları
2001-ci və 2100-cü illərin arasında olan dövür ərzində 224 dəfə günəş tutulması olacaqdır. Onlardan 77-si qismən, 72-si Halqavari, 68-i tam və 7-si hibrid növlərində olacaqlar. Tutulmalar ən çox 2011, 2029, 2047, 2065, 2076 və 2094-cü illərdə baş verəcək. Bu illərin hər birinə 4 günəş tutulması düşür. Ən uzun müddətli tam günəş tutulması 22 iyul 2009-cu ildə oldu (maksimum müddəti 6 dəqiqə 38,86 saniyə idi), ən uzun müddətli həlqəvi günəş tutulma isə 15 yanvar 2010-cu ildə (maksimum müddəti 11 dəqiqə 7,8 saniyə idi). 20 may 2050-ci ildə baş verəcək tutulma, bir ildən az olan müddət ərzində 2-ci hibrid tutulması olacaq, ondan öncəki hibrid günəş tutulması 25 noyabr 2049-cu ildə olacaq.Siyahıda dinamik vaxtda baş verəcək ən böyük tutulmaların tarixlər və saatları göstərilib, vaxt UTC ilə göstərilib. Tam və halqavari tutulmalarının maksimal mərhələsini müşahidə etməyi mümkün edən bölgələr göstərilib.
XXI əsrin müharibələri siyahısı
== İstinadlar ==
XX əsrin ay tutulmaları
XX əsrdə, ümumilikdə, 229 ay tutulması baş vermişdir. Bunlardan 83-ü penumbra, 65-i qismən, 81-i isə tam tutulma olmuşdur. == 1901 və 2000-ci illər arasında baş verən ay tutulmaları == 2001 və 2002-ci ildə baş verən tutulmalar da son mərhələni tamamlamaq üçün buraya əlavə edilmişdir.
Şərh Sualati - Gülşəni-əsrar
Şərh Sualati – Gülşəni-əsrar – Müəllifi Seyid Yəhya Bakuvi olan bu əsər məşhur azərbaycanlı sufi şeyxi, filosof-alim Şeyx Mahmud Şəbüstərinin Gülşəni-raz adlı məsnəvisinin şərhidir. 1071 beytdən ibarət olan bu əsərdə ruh, nəfs, könül, sirr, qəbz-bəst, vaxt, yaxınlıq-uzaqlıq, qeybət, üns, heybət, əməl-yəqin, eynəl-yəqin haqqında soruşulan suallara mənzum olaraq verilən cavablardan ibarətdir. Mahmud Şəbüstərinin bu əsəri sufilər arasında çox rəğbətlə qarşılanmış, ona bir sıra şərhlər yazılmışdır. Bunlardan biri də Seyid Yəhyanın yazdığı Şərhi-sualati – Gülşəni-əsrar əsəridir.
Əsrin kontraktı (film, 1996)
== Məzmun == Qədim Azərbaycan torpağında neftin tapılmasından ta bu günə qədər keçdiyi tarixi yol, "qara qızıl"ın ölkəmizin ictimai-siyasi həyatında, iqtisadiyyatında oynadığı rol, 1994-cü ildə Bakıda Dövlət Neft Şirkəti ilə xarici ölkələrin iştirak etdiyi Neft konsorsiumu arasında Əsrin kontraktının imzalanması, bu kontraktın müasir həyatımıza göstərəcəyi təsir və s. mühüm əhəmiyyətli məsələlər filmdə öz əkini tapmışdır. Film kontraktın imzalanma anından başlayır və ölkənin neft sənayesinin ilk neft quyularından tutmuş, müasir qazma qurğularına kimi inkişaf mərhələlərini bütünlüklə əks etdirir.Filmdə respublikada neftçıxarmanın vəziyyətinin təhlili verilmişdir. Film "Əsrin Kontraktı" adlandırılan müqavilənin Azərbaycan üçün siyasi-iqtisadi əhəmiyyətini açıqlayır. XIX əsrin sonu, XX əsrin əvvəlində yaşamış neftxudalar haqqında epizodlar, ekologiyaya həsr olunmuş blok, Azərbaycan neft şirkəti nümayəndələri ilə müsahibələr filmə daxil edilmişdir. Neft kontraktının imzalanmasında respublika prezidenti cənab Heydər Əliyevin rolu xüsusilə vurğulanmışdır. Əvvəllər neftin Azərbaycan xalqının başına çox bəlalar gətirdiyi müəllif mövqeyi kimi filmdə obrazlı ifadə olunmuşdur. Filmdə bu gün iqtisadi əməkdaşlığın yeni formasının Azərbaycanın çiçəklənməsinə gətirib çıxaracağına ümid bəslənilir. "Əsrin Kontraktı" sənədli filmi respublikamızın salnaməsi üçün mühüm kino sənədidir. == Festivallar və mükafatlar == 1)1997-ci ildə Film rejissor işinə görə "Humay" Mükafatına layiq görülmüşdür.
Arbatan (Şərur)
Arbatan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Arazboyu düzənlikdədir, Oykonim "sayalıq, çınqıllıq" deməkdir. SSRİ dövründə Babəki, Çərçiboğan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib. == Əhalisi == Əhalisi 826 nəfərdir.
Arpaçay (Şərur)
Arpaçay (əvvəlki adı: Sovetabad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Sovetabad kəndi Arpaçay kəndi adlandırılmışdır. == Toponimiası və tarixi == Arpaçayının sahilində şərur düzündədir. Əvvəlki adı Sovetabad olmuşdur. Oykonim sovet hakimiyyəti illərində "sovet kəndi" mənasinda yaranmışdır. Kəndin adı eyniadlı çayın adı ilə bağlıdır. SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib. 2017-ci il fevralın 1-də Arpaçay Kənd Mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.
Ağbulaq (Şərur)
Ağbulaq — Şərur rayonunda yerləşən yüksəklik. == Haqqında == 2018-ci il 20–27 may arasında Azərbaycan Silahlı Qüvvələri hücumu nəticəsində bundan 26 il qabaq işğal olunmuş Günnüt kəndi işğaldan azad ediləndə, həmçinin Ağbulaq yüksəkliyi də işğaldan azad edilmişdi.
Billava (Şərur)
Billava — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində yerləşən kənd. == Tarixi == Qurulma tarixi məlum deyildir. Kifayət qədər səfalı yer olmağına baxmayaraq hal-hazırda yaşayış yoxdur. 1955-1965-ci illər ərzində tədricən kənd əhalisi qonşu Axura və digər qonşu kənd olan Tənənəm kəndinə köçürülmüşdür. Günümüzdə Korabulaq adlanan bulağın qərbində kənd qəbirsanlığı yerləşir. Kənd əhalisinin tamamı Azərbaycan Türklərindən ibarət olmuşdur. Kənd əhalisi heyvandarlıq və maldarlıqla məşğul olsa da dəmiyə əkinçiliklə də məşğul olmuşlar. Kəndin quzey yamaclarında noxud və taxılla yanaşı muxtəlif növlər əkilmişdir. Ovculuğun da yayqın olması təsadüfü deyildi. == Ağ Yarğan == Billava kəndi ərazisində yerləşən füsünkar bir dərə kənarı.
Dizə (Şərur)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndi Oğlanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Arpa çayının sahilində, Şərur düzündədir. Dizə coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş Şəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərbaycan dilinə keçərək "kənd" mənasında işlənir. == Əhalisi == Əhalisi 1758 nəfərdir.
Dəmirçi (Şərur)
Dəmirçi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2021-ci il tarixli, 275-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilmiş, Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonimin türkdilli "Dəmirçilər" tayfasının adı ilə bağlı olması ehtimal edilir. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd Şərur düzündə yerləşir. == Əhalisi == Əhalisi 6500 nəfərdən çoxdur, 1651 ev vardır (2021-ci il) == İdman == 2017-ci ilin iyun ayında Dəmirçi kənd stadionu istifadəyə verilib. Uzunluğu 105, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılıb. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur. Stadionun açılışında Aralıq və Dəmirçi kənd futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Görüş Aralıq komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Cəbəci Əsri qəbiristanlığı
Cəbəci Əsri qəbiristanlığı (türk. Cebeci Asri Mezarlığı) — Türkiyənin paytaxtı Ankarada, Altındağ ilçəsində, Plevne prospektində yerləşən qəbiristanlıq. Müsəlman qəbiristanlığından əlavə burada xristian və yəhudi qəbiristanlığı da var. Məmməd Əmin Rəsulzadənin də qəbri bu qəbiristanlıqdadır.