Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndi Oğlanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Dizə | |
---|---|
39°35′06″ şm. e. 45°03′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Arpa çayının sahilində, Şərur düzündədir. Dizə coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş Şəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərbaycan dilinə keçərək "kənd" mənasında işlənir.[3]
Əhalisi 1758 nəfərdir.[4]