Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xoca Nəzməddin
Xoca Nəzməddin (19 iyul 1894, Dəkkə, Benqal prezidentliyi[d], Britaniya Hindistanı – 22 oktyabr 1964, Dəkkə, Şərqi Pakistan, Pakistan) — Pakistanın Dəkkədan baş naziri olaraq ölkəyə başçılıq edən ilk lideri (1951-53), ikinci general qubernatoru olduğu (1948-51) qeyd olunur. 1894-cü ildə Benqalda bir aristokrat Nəvab ailəsində anadan olmuş, məzun olmasını təmin etmək üçün Kembric Universitetində təhsil almadan əvvəl Aligarx Müsəlman Universitetində təhsil almışdır. Geri qayıtdıqdan sonra, siyasi karyerasını Məhəmməd Əli Cinnənin başçılığı ilə ayrı-ayrı müsəlman vətəni Pakistana gətirmədən əvvəl Bengalda təhsil səbəblərinə diqqət yetirdiyi Müsəlman Birliyi platformasında başladı. 1943-1945-ci illərdə Benqalın baş naziri vəzifəsini icra etdi, daha sonra 1947-ci ildən 1948-ci ilə qədər Cinnahın ölümündən sonra general-qubernator kimi yüksəldikdən sonra baş nazir oldu. 1951-ci ildə, Liaquat Ali Xanın öldürüldüyünə görə Pakistanın baş naziri olaraq hökumətin nəzarətini əlinə aldı və general Muborak vəzifəsini Sir Malik Qulam'a verdi. Baş nazir olaraq, hökuməti daxili və xarici cəbhələrdə təsirli bir şəkildə idarə etmək üçün mübarizə apardı və beləliklə də cəmi iki il işlədi. Cəbhədə, ölkədə qanun və qaydanı qorumaq üçün mübarizə apardı və hərbi iğtişaşlar və dini iğtişaşlar və durğunluq səbəbiylə Lahorda hərbi vəziyyət tətbiq etmələrini əmr etdi. O, doğma benqal dilində populist dil hərəkəti ilə də qarşılaşdı və nəticədə Şərqi Pakistan hökumətinin bağlanmasına səbəb oldu. ABŞ, Sovet İttifaqı, Əfqanıstan və Hindistanla xarici əlaqələr, respublikaçılıq və sosializm evdə populyarlıq qazandı. Nəhayət, o, özünün təyin etdiyi general-qubernator Sir Malik Qulam tərəfindən diplomat Məhəmməd Əli Buğranın xeyrinə vəzifəsindən getməyə məcbur oldu və 1954-cü ildə keçirilmiş seçkilərdəki məğlubiyyətini etiraf etdi.
Əhməddin Rəcəbli
Əhməddin İzzət oğlu Rəcəbli (d. 1945, Acıaxur, Qusar, Azərbaycan SSR, SSRİ) – Azərbaycan samboçusu və cüdoçusu, cüdo və sambo məşqçisi. Azərbaycan əməkdar məşqçisi (1981). Cüdoçu Zaur Rəcəbli və Elxan Rəcəblinin atası.
Elməddin Abdullayev
Elməddin Telman oğlu Abdullayev (13 fevral 2001; Qam-qam, Quba rayonu, Azərbaycan — 30 sentyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Elməddin Abdullayev 13 fevral 2001-ci ildə Quba rayonunun Qam-qam kəndində dünyaya göz açmışdır. 2018-ci ildə şəhid Mübariz Abdullayev adına Qam-qam kənd tam orta məktəbini bitirmişdir. 2019-cu ilin aprel ayında isə hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Alxasov
Elməddin Rəsul oğlu Alxasov (24 may 1994; Qaradağ Buduq, Xaçmaz, Azərbaycan — 7 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Alxasov 1994-cü ildə Xaçmazın Qaradağ-Buduq kəndində anadan olub. == Hərbi xidmətləri == Elməddin Alxasov 2014-cü ildə MAHHXHQ kimi N saylı hərbi hissədə xidmətə başlayıb. Elməddin Alxasov snayperçi vəzifəsində xidmət edirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fizuli və Hadrutun azad edilməsində savaşıb. 2 oktyabr tarixində Fizuli istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elməddin Babayev
Elməddin Cəfərqulu oğlu Babayev (26 oktyabr 1981, Çaylı (dəqiqləşdirmə) – 29 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Babayev 1981-ci il oktyabrın 26-da Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elməddin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Babayev sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Babayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Babayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elməddin Bədəlov
Elməddin Dəyanət oğlu Bədəlov (3 mart 2000; Bakı, Azərbaycan — 29 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Bədəlov 2000-ci il martın 3-də Bakı şəhərində dünyaya göz açıb. 2006-cı ildə şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbində təhsil almağa başlayıb. İdmana da marağı olan Elməddin güləşdəki uğurları ilə fərqlənib. 2018-ci ildə hərbi xidmətə yola düşərək, Gədəbəydə ön cəbhədə qulluq edib. == Hərbi xidmətləri == 27 aprel 2020-cu ildə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə kəşfiyyatçı-snayper kimi xidmətə başlayır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elməddin Bədəlov Füzulinin azad edilməsində savaşıb. Kəşfiyyatçı kimi düşmənin arxasına keçərək, təkbaşına Füzulinin Merdinli kəndində 16 ermənini məhv edib və döyüş yoldaşları üçün yol açıb. Daha sonra Füzulinin Qaraxanbəyli kəndi uğrunda döyüşlərdə ən çətin düşmən məntəqələrinin məhv olunmasında iştirak edib. 29 sentyabr 2020-ci il tarixində Fizuli istiqamətində şəhid olub.
Elməddin Cəfərov
Elməddin Misir oğlu Cəfərov (1 yanvar 1981, Zod, Vardenis rayonu) — azərbaycanlı aktyor. == Həyatı == Elməddin Cəfərov 1 yanvar 1981-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Filmoqrafiya == Tək səbir (veriliş, 2004) Toy (film, 2005) — Taleh Ailəm (film, 2006) — Fərasət Qonşular (film, 2006) — Münasibət Milçək (film, 2006) — Kərim Kəndim+nizə qayıdın!?
Elməddin Pənahov
Elməddin Məqsəd oğlu Pənahov (7 sentyabr 1983; Qazax rayonu, Azərbaycan SSR — 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Pənahov 1983-cü il sentyabrın 7-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 1990-1999-cu illərdə S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Elməddin Pənahov 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Elməddin Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Pənahov oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.
Elməddin Qasımov
Elməddin Aqil oğlu Qasımov (9 avqust 1999; Qarabağlı, Salyan rayonu, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Qasımov 9 avqust 1999-cu ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elməddin Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Qasımov 27 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Qasımov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Qəhrəmanov
Elməddin Niyaməddin oğlu Qəhrəmanov (26 yanvar 1997; Kəngərli rayonu, Azərbaycan — 6 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Qəhrəmanov 1997-ci il yanvarın 26-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 2003–2011-ci illərdə Qıvraq qəsəbəsi tam orta məktəbində, 2011–2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014–2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Elməddin Qəhrəmanov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elməddin Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elməddin Qəhrəmanov oktyabrın 6-da Ağdam rayonu istiqamətində şəhid olub. Kəngərli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Qəhrəmanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Talıbov
Elməddin Talıbov (tam adı: Elməddin Məmməd oğlu Talıbov; 26 sentyabr 1998, Şıxlar, Yardımlı rayonu – 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Talıbov 1998-ci il sentyabrın 26-da Yardımlı rayonunun Şıxlar kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elməddin Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Talıbov noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Talıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Talıbov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Vəkilov
Elməddin Nizami oğlu Vəkilov (21 avqust 1988; Yuxarı Axtala, Qərbi Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elməddin Vəkilov 1988-cu il avqustun 21-də Yuxarı Axtaladə anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş əsgəri olan Elməddin Vəkilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elməddin Vəkilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Hal-hazırda onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. Elməddin Vəkilovun nəşi 7 may 2021-ci ildə tapılıb və 8 may tarixində Daşkəsəndə dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəkilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elməddin Vəlişov
Elməddin Fuad oğlu Vəlişov (21 mart 1996; Üçtəpə, Cəlilabad rayonu, Azərbaycan — 11 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi., ruhani, şeyx. == Həyatı == Elməddin Vəlişov 21 mart 1996-cı ildə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuşdur. Orta təhsil alıb hərbi xidmətdən qayıtdıqdan sonra ilahiyyatçı olaraq çalışmış, ruhani alim və dini şeyx olmuşdur. == Hərbi xidməti == Elməddin Vəlişov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini snayper vəzifəsində yerinə yetirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Vəlişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü snayper olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Vəlişov 11 noyabr 2020-ci ildə Qubadlı istiqamətində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Xasayev
Elməddin Qoçu oğlu Xasayev (12 fevral 1980; Beyləqan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi sanitarı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Xasayev 1980-ci il fevralın 12-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. == Hərbi xidməti == Elməddin Xasayev 2014-cü ildən hərbi sanitar vəzifəsində xidmət edirdi. Bir müddət Beyləqan rayonunda və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət edəndən sonra o, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam elədi. Azərbaycan Ordusunun çavuşu olan Elməddin Xasayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Elməddin Xasayev sentyabrın 27-də müharibənin birinci saatlarında Füzulinin azad edilməsi zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Xasayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Xasayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Yusibov
Elməddin Mahir oğlu Yusibov (28 aprel 1995, Mirzalıbəyli, Bərdə rayonu – 30 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Yusibov 1995-ci il aprelin 28-də Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub. 2002-2013-cü illərdə Mirzalıbəyli kənd orta məktəbində oxumuşdur. 2013–2015-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra kənddə təsərrüfat texnikasında çalışıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə qatılıb. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elməddin Yusibov Suqovuşan və Murovdağ döyüslərində savaşıb. O, oktyabrın 30-da Murov yüksəkliyi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində şəhid olub. 2 noyabr 2020-ci ildə Bərdə rayonunun Mirzalibəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Yusibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elməddin İbrahimli
Elməddin Zeynəddin oğlu İbrahimli (19 noyabr 1999; Cəlilabad rayonu, Azərbaycan — 17 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin İbrahimli 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Hacıcavadlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Elməddin İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin İbrahimli oktyabrın 17-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Hacıcavadlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Şindiyev
Elməddin Həmid oğlu Şindiyev (6 mart 1995; Talalar, Balakən rayonu — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Şindiyev 1995-ci il martın 6-da Balakən rayonunun Talalar kəndində anadan olub. 2001—2012-ci illərdə 2 saylı Talalar kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Elməddin Şindiyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013—2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elməddin Şindiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elməddin Şindiyev oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Elməddin Əhmədli
Elməddin Gülverən oğlu Əhmədli (28 yanvar 1996, Təzəkənd, Biləsuvar rayonu – 19 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İkinci Qarabağ müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Elməddin Əhmədlidir. Elməddin Əhmədli 1996-cı il yanvarın 28-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Elməddin Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd döyüşləri Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əhmədli noyabrın 3-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Təzəkənd kəndində 2020-ci il noyabrın 19-da dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Əhmədov
Elməddin Uğur oğlu Əhmədzadə (1 oktyabr 1996, İmişli rayonu – 27 sentyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Əhmədov 1996-cı il oktyabrın 1-də İmişli rayonunda yerləşən Fin qəsəbəsində anadan olub. Əslən Füzuli rayonunun Qacar kəndindən idi. 2014-cü ildə İmişli rayonunda yerləşən 36 nömrəli tam orta məktəbi bitirmişdir. Subay idiElməddin Əhmədzadə Bakıda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alıb. Liseyi bitirdikdən sonra 2014-cü ildə hərbi xidmətə gedib, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. 2016-cı il hərbi xidməti fəxri fərmanla bitirib. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elməddin Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elməddin Əhmədov sentyabrın 27-də Füzuli şəhəri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. İmişli rayonunda dəfn olunub.
Elməddin Əhmədzadə
Elməddin Uğur oğlu Əhmədzadə (1 oktyabr 1994; İmişli rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elməddin Əhmədzadə 1994-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Əslən Füzuli rayonunun Qacar kəndindəndir.Elməddin Əhmədzadə Bakıda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alıb. Liseyi bitirdikdən sonra 2014-cü ildə hərbi xidmətə gedib, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. 2016-cı il hərbi xidməti fəxri fərmanla bitirib. == Hərbi xidməti == Elməddin Əhməzadə Aprel döyüşlərində də iştirak etmişdir Azərbaycan Ordusunun əsgəri olan Elməddin Əhmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elməddin Əhmədzadə ssntyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Əlibəyzadə
Elməddin Məhəmməd oğlu Əlibəyzadə (5 noyabr 1925, Muxas, Oğuz rayonu, Azərbaycan SSR – 26 mart 2015, Bakı) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor. == Həyatı == Elməddin Əlibəyzadə 5 noyabr 1925-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Son iş yeri AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu olub. İslamaqədərki Azərbaycan mədəniyyəti (xüsusən Şumer mədəniyyəti ilə əlaqələr aspektində), Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, dünya və xüsusən Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətəri, dünya dinlərinin mənşəyi və təsir dairələri, xüsusiylə ilk dini-ədəbi abidə olan "Avesta", onun tarixi kökləri və b. məsələlərin tədqiqi ilə məşğul olmuşdur. 26 mart 2015-ci il tarixində Bakı şəhərində vəfat edib. == Kitabları == Ədəbi şəxsiyyət və dil. Bakı: Yazıçı, 1983, 200 s. Qədim dünyamızın ulu kitabı.
Elməddin Əliyev
Elməddin İlqar oğlu Əliyev (2 iyul 1985; Tərtər rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Əliyev 1985-ci il iyulun 2-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elməddin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əliyev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Əlizadə
Elməddin Sübhi oğlu Əlizadə (d. 11 mart 1997; Zəhmətabad, Biləsuvar rayonu — ö. 9 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elməddin Əlizadə 11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. Zəhmətabad kənd tam orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == Elməddin Əlizadə 2016-cı ildə hərbi xidmətdə olarkən Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında iştirak etmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qoşulmuş, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elməddin Əlizadə 9 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Zəhmətabad kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elməddin Hüseynzadə
Elməddin Fərman oğlu Hüseynzadə (24 mart 1998; Divanlı, Bərdə rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Hüseynzadə 24 mart 1998-ci ildə Bərdə rayonunun Divanlı kəndində Fərman və Arzu Hüseynzadələrin ailəsində anadan olmuşdur. 2004-2015-ci illərdə Bərdə şəhər 1 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elməddin Hüseynzadə 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə şəhər üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2018-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Bir müddət mülki fəaliyyət göstərdikdən sonra yenidən hərbi xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Hüseynzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Nəcməddin
Nəcməddin — kişi adı. Nəcməddin Sadıkov — Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Savalanov — Azərbaycan Silahlı Qüvvələrinin zabiti Nəcməddin Naxçıvani — XIII əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri. Nəcməddin Hacıyev — Professor, Nəcməddin Qəzvini — astronom, təbiətşünas filosof, məntiqçi alim Nəcməddin Ərbakan — Türkiyənin 33-cü baş naziri (1996-1997) Nəcməddin Əhmədov — ictimai-siyasi xadim. Nəcməddin Məsud Gilani — Səfəvilər dövlətinin vəkili. Nəcməddin Mürvətov — müəllim, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəcməddin Pamir Şeyx Nəcməddin Kübra — Kübravilik təriqəti şeyxi.
Ələddin
Ələddin (ərəb. علاء الدين‎‎, ʻAlāʼ ad-Dīn‎) - Min bir gecə əsərinin qəhrəmanlarından biridir. Bəzi alimlər "Ələddin" personajının kitaba daxil olmadığını və qərb mədəniyyətindən gəldiyini iddia edirlər. Fransız tərcüməçisi Antuan Qallan "Min bir gecə" əsərini tərcümə edən zaman "Ələddinin sehrli çırağı" əhvalatı haqqında məlumat vermişdir. Ələddin və sehrli çırağı haqqında bir çox film və cizgi filmlər mövcuddur.
Elməddin Həsrətov
Elməddin Sərdar oğlu Həsrətov (21 may 1997; Qarasuçu, Goranboy rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elməddin Həsrətov 21 may 1997-ci ildə Goranboy rayonunun Qarasuçu kəndində dünyaya göz açmışdır. Subay idi. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Elməddin hərbi xidmət müddəti bitəndə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Həsrətov 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Həsrətov 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Elməddin Həsənov
Elməddin Elşən oğlu Həsənov (25 fevral 1996; Şərur rayonu, Azərbaycan – 23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Elməddin Həsənov 1996-cı il fevralın 25-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elməddin Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Şuşanın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elməddin Həsənov oktyabrın 23-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Həsənov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Həsənov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Meydanov
Elməddin Bahaddin oğlu Meydanov (11 sentyabr 1989, Vərməziyar, İliç rayonu – 27 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Meydanov 1989-cu il sentyabrın 11-də Şərur rayonunun Vərməziyar kəndində anadan olub. 1997-2004-cü illərdə Vərməziyar kənd tam orta məкtəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə MTN-in Heydər Əliyev adına Akademiyasında "Sərhəd Qoşunları" fakültəsində ali hərbi təhsil alıb. == Hərbi xidməti == Elməddin Meydanov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun kapitanı olan Elməddin Meydanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Meydanov oktyabrın 27-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Meydanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Meydanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Eynəddin
Eynəddin(fars. عین الدین‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanının Tikmədaş bölümündəki Şərqi Ucan Qəsəbədə kənd. Kənd Səhəndova dağının arxasında yerləşir. Kəndin havası sərin yağışlı və dağlıdır. == Coğrafiyası və təbiəti == Kəndin adı ərəb mənşəlidir. Eynəddin Tikmədaş qiymətli azərbaycanca və farsca danışan Ustad Şəhriyar yurdu yaxınlığındadır. Təbrizdən 66 kilometr məsafəsi var. Onun ümumi sahəsi 1200 hektardır. 2006-cı ilin məlumatlarına görə kəndin əhalisi 2514, ev sayı 514-dür. == İqtisadiyyatı == Kənd təsərrüfatı məhsullarından kartof, kök, xiyar yetişdirilir.