Elməddin Gülverən oğlu Əhmədli (28 yanvar 1996, Təzəkənd, Biləsuvar rayonu – 19 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Elməddin Əhmədli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Təzəkənd, Biləsuvar, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Təzəkənd, Biləsuvar, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2022 2020 2020 |
İkinci Qarabağ müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Elməddin Əhmədlidir. Elməddin Əhmədli 1996-cı il yanvarın 28-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun çavuşu olan Elməddin Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd döyüşləri Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əhmədli noyabrın 3-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Təzəkənd kəndində 2020-ci il noyabrın 19-da dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]