Elməddin Uğur oğlu Əhmədzadə (1 oktyabr 1996, İmişli rayonu – 27 sentyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi.
Elməddin Əhmədzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İmişli, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 202020202020 |
Elməddin Əhmədov 1996-cı il oktyabrın 1-də İmişli rayonunda yerləşən Fin qəsəbəsində anadan olub.[1] Əslən Füzuli rayonunun Qacar kəndindən idi. 2014-cü ildə İmişli rayonunda yerləşən 36 nömrəli tam orta məktəbi bitirmişdir. Subay idiElməddin Əhmədzadə Bakıda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alıb. Liseyi bitirdikdən sonra 2014-cü ildə hərbi xidmətə gedib, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. 2016-cı il hərbi xidməti fəxri fərmanla bitirib.
Azərbaycan Ordusunun əsgəri olan Elməddin Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elməddin Əhmədov sentyabrın 27-də Füzuli şəhəri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. İmişli rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə ,[2] 18.12.2020-ci il tarixli sərəncama əsasən "Cəsur döyüşçü" medalı ilə[3], 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi[4].