Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əzrayıl
Əzrayıl — İncildən başqa bəzi ənənəvi kitablarda, ivritlərdə, islam teologiyası və sihizmdə "ölüm mələyi"nin adıdır. Əzrayıl, Azrael, Izrail, Azrin, Izrael, Azriel, Ezraeil, Əzrayılla, Azryel, Ozryel və ya Azraa-eel olaraq müxtəlif şəkillərdə tələffüz edilir. Yəhudi mifologiyasında samael (sammael, samil) də adlandırılır. == Etimologiya == Adın süryani və ya ibrani dilində olduğunu deyənlərə görə azər və el sözlərindən ibarət olan bir tərkibdir və Allahın qulu mənasını verir. Onun ərəbcə olduğunu deyənlərə görə isə a-ze-ra və el (rayon) kəlimələrdən əmələ gəlmişdir və mənası da güclü, qüvvətli, salabət-li deməkdir. == Yəhudilikdə == Gustav Davidson'un “A Dictionary of Angels, Including The Fallen Angels” adlı əsərində ifadə edildiyinə görə Yəhudilikdə Əzrayıl ölüm mələyi olaraq qəbul edilir. Buna baxmayaraq Yəhudi din adamlarının kitabında ölüm mələyinin sayı birdən çox olduğu bildirilir. Yəhudi inancına görə ölüm mələyi birinci günü yaradılmışdır və əmrini Allahdan alır. Yəhudi müqəddəs kitabında Tanrının ölüm mələyini can alaraq insanları cəzalandrması üçün Aşşura göndərdiyi və mələyin 185.000 adamı öldürdüyü qeyd olunur. Eyni zamanda inanca görə onun Cənnətdə qalığı, on iki qanadı olduğu, bədəni gözlərlə örtüldüyü, əlində bir qılınc tutduğu və yaxşı insanların ruhunu üç yaxşı mələklə pis insanların ruhunu isə üç pis mələklə birlikdə aldığı qeyd olunur.
Əbu Əzrayıl
Eyyub Faleh Həsən Rübayi və ya Əbu Əzrayıl (25 aprel 1978, Bağdad) — İmam Əli cəbhəsində döyüşçü, Həşdi Şabi komandiri. == Həyatı == İraqın Tikrit şəhərinin terrorçulardan təmizlənməsi üçün başladılan "Ləbbeyk ya Rəsulallah" əməliyyatında orduya rəhbərlik edənlərdən biri də "Əbu Əzrail" ləqəbi ilə tanınan şəxsdir.İŞİD terrorçularına ən ağır zərbələri də Əbu Əzrailin briqadası vurub. Cüssəli bədənə, zəhmli üz quruluşuna sahib olan "Əzrailin atası" orduda da bu ləqəblə tanınır. Əyyub taekvondo və ox atmaqda da bacarıqlıdır. Səlahəddin bölgəsindəki dostları Əbu Əzrailin görkəminin qorxulu olduğunu lakin onunla ünsiyyətdə olan insanların üzündə təbəssüm və sevinc yarandığını deyirlər. Bir çox xarici qəzetlər Əyyubun hələ də universitetdə bədən tərbiyəsi dərsi verdiyini yazsalar da o hal-hazırda terrorçularla döyüşür.
Əfrayıl Hüseynov
Əfrayıl Paşa oğlu Hüseynov (29 may 1929, Zəngilan rayonu – 23 avqust 2009, Bakı) — polkovnik-leytenant. == Həyatı == Əfrayıl Hüseynov 1929-cu ildə Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1946-cı ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olub. 1951-ci ildə universitetdə təhsilini başa vurub. 1951-ci ilin avqustundan "Milli Təhlükəsizlik İdarəsi"nə işə qəbul olunub. 34 il bu idarədə işlədikdən sonra 1985-ci ilin sonunda təqaüdə çıxıb. Təqaüdə çıxdıqdan sonra elmi yaradıcılığla məşğul olub. "Türkün zühuru", "Türkün şüuru", "Fəzilət savaşı", "Polad paslanmaz", "Kədər gedər", "Toponim ekizlər", "Şaqqar bulaqlar", "Zəngəzur güzargahlarında", "Çahargah dostlar", "KQB-dən cavab", "1967, Xankəndi, erməni fəsadları" və digər ilkin mərxəzlərə söykənən elmi-fəlsəfi əsərlərin müəllifidir. Əfrayıl Hüseynov 2009-cu ildə Bakıda vəfat etmişdir.
Cəbrayıl
Cəbrayıl şəhəri — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Cəbrayıl şəhər inzibati ərazi dairəsində şəhər. Cəbrayıl rayonunun inzibati mərkəzi. == Tarixi == Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 4 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Əhalisi == Rusiya imperiyasının əhalinin siyahıya alınması üzrə 1897-ci il Cəbrayılda 520 insan yaşayırdı, onların 228 azərbaycanlı, 186 rus, 76 erməni, 18 ukraynalı və başqaları idi. SSRİ-in Ümumittifaq Əhalinin siyahıya alınmasına əsasən 1989-cu il Cəbrayılda 6070 insan yaşayırdı.
İsrayıl
İsrayıl — kişi adı. İsrayıl Hacıyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İsrayıl Cəfərzadə — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İsrayıl Əfəndiyev — SSRİ Dövlət mükafatı laureatı.
Ağtəpə (Cəbrayıl)
Ağtəpə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Ağtəpə oyk., sadə. Cəbrayıl r-nunun Minbaşılı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində Daş Veysəlli kəndindən ayrılmış bir qrup ailə tərəfindən Ağtəpə adlanan yerin yaxınlığında salınmışdır. Adını ərazidəki eyni-adlı dağdan almışdır. İran (Ağtəpə), Sibir (Aktöbe), Əfqanıstan (Aqtəpə, Aqtubə), Özbəkistan (Oktepa), Türkmənistan (Aqdepe), Tatarıstan (Aktübe) toponimiyasında da eyniadlı oykonimlər qeydə alınmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Cəbrayıl (Bicar)
Cəbrayıl (fars. جبرئيل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 567 nəfər yaşayır (126 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Cəbrayıl (ad)
Cəbrayıl — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmışlar Cəbrayıl Əsgərov — şəhid. Cəbrayıl Rzaquliyev — Azərbaycan jurnalisti, ensiklоpedist-lüğətşünas, tərcüməçi. Cəbrayıl Vəliyev — iqtisadiyyat üzrə fəlsəfə doktoru. Cəbrayıl Əzimov — Azərbaycanın kino rəssamı. Cəbrayıl Həsənov — azərbaycanlı güləşçi. Cəbrayıl Əhmədov — Bakı milyonçusu, görkəmli xalça ustası. Cəbrayıl Cəbrayılov — şəhid. "Azərbaycan Bayrağı" ordeni kavaleri.
Cəbrayıl (arxangel)
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir. == Etimologiyası == Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Cəbrayıl (dəqiqləşdirmə)
Cəbrayıl — Azərbaycan şəhəri, Cəbrayıl rayonunun inzibati mərkəzi. Cəbrayıl rayonu — Azərbaycanda rayon. Cəbrayıl (arxangel) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Cəbrayılabad (Üşnəviyyə) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd.
Cəbrayıl (mələk)
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir. == Etimologiyası == Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Cəbrayıl (Üşnəviyyə)
Cəbrayılabad (fars. جبرئيل اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (16 ailə). Əhalisini kürdlər təşkil edir.
Cəbrayıl Azadəliyev
Azadəliyev Cəbrayıl Əb­­­­­dü­ləli oğlu (29 noyabr 1935, Mahmudlu, Qafan rayonu) — AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, pro­­­­fes­sor. == Həyatı == Cəbrayıl Azadəliyev 1935-ci il noyabrın 29-da Ermənistan SSR-nin Qafan ra­yo­­nunun Mahmudlu kəndində anadan olmuşdur. 1954-cü ildə Gığı kənd tam orta mək­­­­­­­tə­­b­ində orta təhsilini 8 il ərzində əla qiy­mət­­lər­lə ba­şa çat­dır­mışdır. C.Ə.Aza­dəliyev Azərbaycan Dövlət Universitetinin (hazırda Ba­kı Döv­lət Universiteti) Ge­­­­o­lo­­gi­ya-coğ­ra­fi­ya fa­kültəsinin "Ge­o­lo­ji çəkiliş və fay­dalı qa­­zın­tı ya­taq­la­rı­­nın ax­ta­rı­­şı" şö­bə­­sini fər­q­­­­lən­mə diplomu ilə bi­tirmişdir. 1959-cu il­­in iyun ayından aka­­demik M.Ə.Qaş­qayın şəxsi tə­şəbbüsü ilə AMEA Ge­o­lo­gi­ya İns­titu­tun­a (indi­ki Geologiya və Geofi­zi­ka İns­titu­tu) təyinat almış, 1961-ci ildə əyani aspi­ran­t, sonra kiçik elmi iş­çi, böyük elmi iş­çi, böyük elmi iş­çi-qrup rəh­bəri kimi fə­a­­­liyyət gös­­tər­mişdir. 1986-cı il­dən "Me­ta­­so­­­­ma­tizm və fi­liz­əmə­ləgəlmə" şö­bəsinə rəh­bər­lik et­miş­dir. 1967-ci il­dən Ba­kı Döv­lət Uni­versitetinin Fay­da­lı qa­zın­tı­la­rın ge­olo­giyası kafedrasın­da saathe­sabı qaydada pe­da­qoji fəaliy­yət­­lə məşğul olm­­uş, 1999-cu ildən indiyədək kafedranın pro­fes­soru vəzi­­fə­­sində fəaliyyət gös­tə­rir. 1966-cı ildə "Cənubi Daşkəsən dəmir filizi yatağında skarn­ə­mə­ləgəlmə prosesləri" mövzusunda dissertasiya müdafiə edərək geologiya elmləri namizədi adına layiq görülmüşdür. 1998-ci il­də "Plutonogen-üçvəhdətli kontakt-termal metamor­fizm, skarn-filizəmələgəlmə və mis-porfir filizləş­məsi prosesləri (Kiçik Qafqaz timsalında)" möv­zu­sunda dissertasiya müdafiə edərək geologiya elmləri doktoru adına layiq görülmüşdür. == Əsas elmi nailiyyətləri == Professor C.Ə.Aza­dəliyev metamorfizm, metasomatizm və filiz əmələgəlmə pro­seslə­ri­nin fi­ziki-kim­yə­vi analizi, filiz yataqlarının geologiyası, mineralogiyası və geokim­ya­sı, endogen me­tal­­lo­ge­ni­ya, ge­ne­tik mi­ne­ralogiya və fiziki geokimya, tət­bi­qi geo­logiya, geoeko­lo­giya elm sa­hə­­lə­ri üzrə tədqiqatlar aparmışdır.
Cəbrayıl Ağayev
Cəbrayıl Atamalı oğlu Ağayev (20 iyul 1964, Şivlə, Lerik rayonu – 1 yanvar 1993, Ərdəşəvi, Laçın rayonu) — Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş, Laçın rayonunun Ərdəşəvi kəndi uğrunda gedən döyüşlər zamanı ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == Cəbrayıl Ağayev 20 iyul 1964-cü ildə Lerik rayonunun Şivlə kəndində anadan olmuşdur. O 1981-ci ildə Biləvər kənd orta məktəbini bitirmişdir. 1983-cü ildə Lerik Rayon Hərbi Komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağırılır. Özbəkstan SSR-in Çirçik şəhərində 6 ay, Əfqanstanda 3 il 6 ay Beynəlmiləl qoşun kontingentinin tərkibində xidmət edir. Hərbi xidmətdən sonra General-leytenant H.C.Rəsulbəyov adına Bakı Rabitə Texnikumunu bitirir. Texnikumu bitirdikdən sonra Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən 741 saylı batalyonda gizir kimi hərbi xidmətə başlayır. Əfqanstanda Cəbrayıl mahir topçu kim ad çıxarır. Döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıqları "Döyüşdə fərqlənməyə görə", "Beynəlmiləl döyüşçü döş nişanı", "Əfqan xalqından təşəkkür", "Mərdliyə görə" və sair medallarla, bir sıra fəxri fərman və təşəkkürnamələrlə qiymətləndirilir. == Döyüşlərdə iştirakı == Cəbrayıl Ağayev Qarabağ ordu quruculuğunda fəal iştirak edir.
Cəbrayıl Baxşıyev
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. == Həyatı == Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. == Səhv gəmiylə Həştərxana == Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.
Cəbrayıl Cəbrayılov
Cəbrayıl Dövlətzadə
Cəbrayıl Dövlət oğlu Dövlətzadə (11 sentyabr 2001, Corat, Sumqayıt – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində Məleykə və Dövlət Dövlətzadələrin ailəsində anadan olub. Əslən Corat qəsəbəsindən idi. Subay idi. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəbrayıl Əhmədov
Cəbrayıl Əhmədov (xalçaçı) — Bakı milyonçusu, görkəmli xalça ustası, "Azərxalça" İstehsalat Birliyinin yaradıcısı. Cəbrayıl Əhmədov (siyasətçi) — Azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü.
Cəbrayıl Əlizadə
Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə (15 yanvar 1941, Nardaran – 29 mart 2013) — Vəhdət Partiyasının sabiq sədri, Bakı və Kəndlər Birliyinin sabiq sədri, Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Nardaran Qəsəbə Sovetinin sabiq sədri. == Həyatı == Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə 15 yanvar 1941-ci il tarixində Nardaran kəndində anadan olmuşdur. 1959-cu il tarixində Nardaran kənd orta məktəbini bitirmişdir. 1967–1972-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunın əmtəəşünaslıq fakültəsində ali təhsilini almışdır. 1971–1991-ci illərdə Abşeron Sovxoz Fəhlə İstehlak Cəmiyyətində çalışmışdır. Hacı Cəbrayıl Əlizadə 2002-ci ildə Nardaranda baş verən hadisələr səbəbi ilə qısa müddətli həbs edilmişdir. Hacı Cəbrayıl Əlizadə 29 mart 2013-cü il tarixində saat 16 radələrində ölmüşdür. Onun dəfn mərasimi 30 mart 14:30-da keçirilmiş və cənazəsi Nardaran qəsəbəsində dəfn edilmişdir. == İctimai-siyasi fəaliyyəti == Hacı Cəbrayıl Əlizadə Azərbaycan Xalq Hərəkatının aktiv üzvlərindən olmuşdur. 1991-ci ildə Nardaran Qəsəbə Sovetinin sədri olmuşdur.
Cəbrayıl Ələsgərov
Cəbrayıl Ağəli oğlu Ələsgərov (1877 – 1937) — ADU-nun rektoru Cəbrayıl Ağəli oğlu Ələsgərov yoldaş Azərbaycan SSR Xalq Maarifi Nazirinin müavini vəzifəsindən azad olunmaqla, Azərbaycan KP MK-nın Məktəblər Şöbəsinin müdiri təsdiq edilsin.
Cəbrayıl Əsgərov
Cəbrayıl Əzimov
Cəbrayıl Əlimuxtar oğlu Əzimov (7 may 1926 – 10 iyul 1969) — Azərbaycanın kino rəssamı, Azərbaycan SSR Əməkdar rəssamı (1964). == Həyatı == Cəbrayıl Əzimov 7 may 1926-cı ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini (1946), ÜDKİ-nun Rəssamlıq fakültəsini (1953) bitirib. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam işləyib. Qızmar günəş altında filminin çəkilişləri zamanı tanış olduğu Töhfə Əzimova ilə 1958-ci ildə ailə həyatı qurub. 10 iyul 1969-cu ildə vəfat edib. Aktyor, Xalq artisti Rafiq Əzimovun əmisi olub. == Mükafatları == Azərbaycan SSR Əməkdar rəssamı fəxri adı — 29 iyun 1964 == Filmoqrafiya == == İstinadlar == == Mənbə == “"Uzaq sahillərdə" ekranda” [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust. Ağamirov, A. “Uzaq sahillərdə” //Kommunist.- 1958.- 19 avqust. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Cəbrayıl Hüseynov
Cəbrayıl Hüseynov (kimyaçı)
Cəbrayıl Həsənov
Cəbrayıl Həsənov (24 fevral 1990, Suparibağ, Astara rayonu) — Azərbaycan güləşçisi, Sərbəst güləşi üzrə 74 kq çəki dərəcəsində 2016-cı il Yay Olimpiya oyunlarının bürünc medalçısı. == Həyatı == Cəbrayıl Həsənov 24 fevral 1990-cı ildə Astara rayonunun Suparibağ kəndində dünyaya gəlib. 1997-ci ildə həmin kəndin orta məktəbində 1-ci sinifə qəbul olunub. Uşaq yaşlarından idmanın sərbəst güləş növünə maraq göstərib. 2001-ci ildə Bakı şəhərindəki "Respublika Olimpiya İdman Liseyinin" 5-ci sinfinə qəbul olub. Burada beynəlxalq idman ustası, əməkdar məşqçi Aslan Ağayevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayıb və eyni zamanda təhsilini davam etdirib. 2003-cü ildən 2008-ci ilə qədər yeniyetmələr və gənclər arasında Avropa və Dünya birinciliklərinin mükafatçısı, eyni zamanda qalibi olub. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2010-cu ildə həmin akademiyanı sərbəst güləş ixtisası üzrə bitirib. == Karyerası == === 2005–2006-cı illər: Yeniyetmələrin və gənclərin Avropa Çempionatında bürünc === Cəbrayıl Həsənov 2005-ci ilin iyulunda Albaniyanın Tirana şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı.
Cəbrayıl Mikayılov
Cəbrayıl Valeh oğlu Mikayılov (22 sentyabr 2000, Siyəzən rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəbrayıl Mikayılov 22 sentyabr 2000-ci ildə Siyəzən rayonunda anadan olub. Subay idi. Atası Valeh Mikayılovdur. 189 nömrəli tam orta məktəbdə oxumuşdur. Məktəb zamanı onun əm yaxın dostları Fərid Kaşıyev, Üzeyir Mehdizadə ve Elçin Rəhimov idi. == Hərbi xidməti == Cəbrayıl Mikayılov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Cəbrayil
Cəbrayıl şəhəri — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Cəbrayıl şəhər inzibati ərazi dairəsində şəhər. Cəbrayıl rayonunun inzibati mərkəzi. == Tarixi == Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 4 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Əhalisi == Rusiya imperiyasının əhalinin siyahıya alınması üzrə 1897-ci il Cəbrayılda 520 insan yaşayırdı, onların 228 azərbaycanlı, 186 rus, 76 erməni, 18 ukraynalı və başqaları idi. SSRİ-in Ümumittifaq Əhalinin siyahıya alınmasına əsasən 1989-cu il Cəbrayılda 6070 insan yaşayırdı.
İzrail
İsrail (ivr. ‏יִשְׂרָאֵל‏‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. ‏מְדִינַת יִשְׂרָאֵל‏‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9.136.000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir.
Əzazil
Əzazil (Aramey: רמשנאל, ərəb: عزازل, İbranicə: עזאזל, Aze'ezel) İblisin mələk adı idi. Onu rədd edib Cənnətə düşməmişdən əvvəl o, Allaha yaxın bir "Karublar" idi. Əzazil, Allahın insanlara olan sevgisinə həsəd aparır və onları məhv etməyə çalışır. Bu, Allah Adəmi yaradan zaman onun səcdədən imtina etməsi ilə ifadə olunur. Cin yer üzündə yaşayarkən o, Allahın hakimi idi. Sürgündən sonra aldatma mələyi oldu. Ona ancaq “doğru yoldan” azdırdığı şəxsləri məhv etməyə icazə verilir. == Təfsir == Quranda adı çəkilməsə də, təfsirdə izah edilir ki, bu, İblisin yıxılmamışdan əvvəlki adıdır. Təbəri, Səhabe'ten-dən sitat gətirir:"İblis pislik etməzdən əvvəl mələklərdən idi, adı Əzazil idi və yer əhlindən idi və ən çalışqan və elmli mələklərdən idi, ona görə də onu qocalığa dəvət etmiş və "cinni" adlanan məhəllə. O, adı Əzəzil olan mələklərdən idi və yer əhlindən və onu yaradanlardan idi və onların arasında yer əhlinə mələklər arasında “cinni” deyilirdi.