Cəbrayıl Cəbrayılov

Cəbrayıl Cəbrayılov - Qarabağ müharibəsi iştirakçısı, şəhid. "Azərbaycan Bayrağı" ordeni kavaleri (1994-cü il)

Cəbrayıl Cəbrayılov
Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılov
Şəxsi məlumatlar
Ləqəbi Qurd Cəbrayıl
Doğum tarixi
Doğum yeri Ağdam rayonu, Qiyaslı kəndi
Vəfat tarixi (33 yaşında)
Vəfat yeri Ağdərə rayonu
Vəfat səbəbi Şəhid
Dəfn yeri Ağdam rayonu, Qiyaslı kəndi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri yanvar 1992 - 24 sentyabr 1992
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılov 30 may 1959-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Əslən Laçın rayonunun Ələkçi kəndində olan Qasımuşağı nəslindəndir. O, 1976-cı ildə Söyüdlügöl kənd orta məktəbini bitirmişdir. 1978-1979-ci illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra sadə dülgər peşəsinə yiyələnmişdir. Daim qurub yaratmaq arzusu, həvəsi ilə yaşamışdır.

Qarabağda "Qurd Cəbrayıl" kimi ad alıb san qazanmış, ermənilərin ürəyinə türk xofu salan Cəbrayıl Cəbrayılov haqqında çox deyilib, çox yazılıb. O da deyilib ki, Cəbrayılın adı gələndə həmişə ermənilərin canına vəlvələ düşürdü. Bu mərd, qorxmaz döyüşçü Yaqub Rzayevin komandir olduğu 863№-li hərbi hissədə 1992-ci ilin yanvar ayından xidmətə başlayıb. O ilk gündən bölük komandiri təyin olunub.

Hələ 1992-ci ilin yanvarında Xramort kəndi uğrunda gedən döyüşlərdə qazandığı igidliyi, qorxmazlığı, döyüş bacarığı ilə seçilən Cəbrayılın hərbçi biliyi ona o faciəli keçdi. Xocalıda soyqırım törədilən gün az kömək etməmişdi. Məhz buna görə o, ermənilərlə qəhrəmancasına döyüşərək neçə-neçə soydaşımızı düşmən caynağından xilas etmişdi.

1992-ci ilin 31 yanvarında Xramort kəndinin erməni silahli dəstələrindən təmizlənməsində qəhrəmanliq köstərmiş mərdliklə döyüşmüdür. Xocalı qırğını zaman Cəbrayıl Qaraqaya adlanan yerdə təkbaşına ermənilərlə vuruşaraq 3 nəfər qadını və 2 azyaşlı uşağı onların caynağından xilas etmişdir. 1992-ci il martın 6- da Cəbrayıl Əskaran postunda 8 erməni quldurunu məhv edərək onlara məxsus bir ədəd qumbaraatanı hərbi hissəyə gətirib təhvil vermişdir.

1992-ci ilin may ayında Ağbulaq, Dəhraz, Naxcıvanik, Pircamal və Kətik kəndləri uğrunda gedən döyüşlərdə Cəbrayıl 7 erməni döyüscüsünü məhv etmiş, düşmənin bir topunu hərbi qənimət kimi ələ keçirmişdir. 1992- ci il 12 iyunda isə Cəbrayıl Əskaran ərazisinə girərək ermənilərin 1 közətçi məntəqəsini və 1 tankını məhv etmişdir. 1992- ci ilin 18 avqustda Gülyataq ve Canyataq kəndlərini düşmənlərdən azad edərkən Cəbrayıl yeddi erməni döyüşcüsünü məhv edərək onlara məxsus dörd avtomat silahi ələ keçirmişdir. Həmin döyüşdə göstərdiyi igidliyə görə 10 min rubl mukafat almışdır.

Cəbrayıl silahdaşları ilə dəfələrlə çətin kəşfiyyat əməliyyatına getmişdir. 1992-ci ildə Ağdərə rayonunun Mehmanə kəndinin düşməndən azad edilməsində ağır güllə yarası almış və hospitala yerləşdirilmişdir. Qısa müddətdə müalicə olunaraq döyüşçü yoldaşlarının yanına qayıtmış və 1992-ci il sentyabrın 24-də[1] Xanabad kəndi uğrunda döyüşlərə qatılmışdır. lakin bu döyüş Cəbrayıl Cəbrayılovun son döyüşü olmuşdur. O, başında aldığı güllə yarasından şəhid olmuşdur.

Təhsil aldığı Söyüdlügöl kənd orta məktəbinin kollektivinin istəyi nəzərə alınaraq 1993-cü ildə oxuduğu məktəbə Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılovun adı verilmişdir. Məzarı Qiyaslı kənd qəbirsanlığındadır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 oktyabr 1994-cü il sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Ailəli idi, oğlu Vüsal, Samir və qızı Samirə onun yadigarlarıdı.

İrsi[redaktə | mənbəni redaktə et]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 oktyabr 1994-cü il sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Ağdam ağrıları" kitabı, Bakı, "Şuşa" nəşriyyatı, 2003.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

http://www.ekspress.az/2013/01/19/get=85894 Arxivləşdirilib 2013-01-22 at the Wayback Machine

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bu gün "Qurd Cəbrayıl"ın anım günüdür - FOTO". 2016-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-24.