Cəbrayıl Azadəliyev

Azadəliyev Cəbrayıl Əb­­­­­dü­ləli oğlu (29 noyabr 1935, Mahmudlu, Qafan rayonu) — AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, pro­­­­fes­sor.

Cəbrayıl Azadəliyev
Cəb­­rayıl Əb­­­­­dü­ləli oğlu Aza­­də­li­yev
Doğum tarixi 29 noyabr 1935(1935-11-29) (87 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti geoloq
Elmi dərəcəsi
Mükafatları "Tərəqqi" medalı (18.03.2008)
60 illiyi ilə əla­qədar AMEA-nin "Fəxri Fərmanı" (12.12.2005)
70 illiyi ilə əla­qə­dar AMEA-nin "Fəxri Fərmanı" (03.02.2006)
60 il­lik yubileyi ilə əlaqədar AMEA Yer elm­ləri bölməsinin "Fəxri Fərmanı"

Həyatı[redaktə | mənbəni redaktə et]

Cəbrayıl Azadəliyev 1935-ci il noyabrın 29-da Ermənistan SSR-nin Qafan ra­yo­­nunun Mahmudlu kəndində anadan olmuşdur. 1954-cü ildə Gığı kənd tam orta mək­­­­­­­tə­­b­ində orta təhsilini 8 il ərzində əla qiy­mət­­lər­lə ba­şa çat­dır­mışdır. C.Ə.Aza­dəliyev Azərbaycan Dövlət Universitetinin (hazırda Ba­kı Döv­lət Universiteti) Ge­­­­o­lo­­gi­ya-coğ­ra­fi­ya fa­kültəsinin "Ge­o­lo­ji çəkiliş və fay­dalı qa­­zın­tı ya­taq­la­rı­­nın ax­ta­rı­­şı" şö­bə­­sini fər­q­­­­lən­mə diplomu ilə bi­tirmişdir.

1959-cu il­­in iyun ayından aka­­demik M.Ə.Qaş­qayın şəxsi tə­şəbbüsü ilə AMEA Ge­o­lo­gi­ya İns­titu­tun­a (indi­ki Geologiya və Geofi­zi­ka İns­titu­tu) təyinat almış, 1961-ci ildə əyani aspi­ran­t, sonra kiçik elmi iş­çi, böyük elmi iş­çi, böyük elmi iş­çi-qrup rəh­bəri kimi fə­a­­­liyyət gös­­tər­mişdir. 1986-cı il­dən "Me­ta­­so­­­­ma­tizm və fi­liz­əmə­ləgəlmə" şö­bəsinə rəh­bər­lik et­miş­dir. 1967-ci il­dən Ba­kı Döv­lət Uni­versitetinin Fay­da­lı qa­zın­tı­la­rın ge­olo­giyası kafedrasın­da saathe­sabı qaydada pe­da­qoji fəaliy­yət­­lə məşğul olm­­uş, 1999-cu ildən indiyədək kafedranın pro­fes­soru vəzi­­fə­­sində fəaliyyət gös­tə­rir.

1966-cı ildə "Cənubi Daşkəsən dəmir filizi yatağında skarn­ə­mə­ləgəlmə prosesləri" mövzusunda dissertasiya müdafiə edərək geologiya elmləri namizədi adına layiq görülmüşdür. 1998-ci il­də "Plutonogen-üçvəhdətli kontakt-termal metamor­fizm, skarn-filizəmələgəlmə və mis-porfir filizləş­məsi prosesləri (Kiçik Qafqaz timsalında)" möv­zu­sunda dissertasiya müdafiə edərək geologiya elmləri doktoru adına layiq görülmüşdür.

Əsas elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Professor C.Ə.Aza­dəliyev metamorfizm, metasomatizm və filiz əmələgəlmə pro­seslə­ri­nin fi­ziki-kim­yə­vi analizi, filiz yataqlarının geologiyası, mineralogiyası və geokim­ya­sı, endogen me­tal­­lo­ge­ni­ya, ge­ne­tik mi­ne­ralogiya və fiziki geokimya, tət­bi­qi geo­logiya, geoeko­lo­giya elm sa­hə­­lə­ri üzrə tədqiqatlar aparmışdır. Azərbaycanda metasomatik mineraləmələgəlmə pro­ses­lərinin öy­rə­nilməsi sahəsində yeganə mütəxəssis olaraq, C.Aza­dəliyev elmin bu mütərəqqi is­ti­­qamətini mü­vəf­fəqiyyətlə inkişaf etdirir. Alimin bu sahədə əldə etdiyi 20-dən çox də­yər­li elmi və tətbiqi nə­ti­cə­lər ən mühüm nailiyyətlər qismində SSRİ Elmlər Akademiyasının və AMEA-nın illik hesa­ba­tlarına daxil edilmişdir. Professor C.Ə.Aza­dəliyev Azər­­bay­ca­nın ge­o­lo­gi­ya­sında bir sıra yeniliklərə imza atmışdır. Daş­kə­sən skarn-dəmir ya­­ta­ğı əmələ gələr­kən skarn me­ta­so­ma­to­zu zamanı kimyəvi kom­po­­nent­lərin filizdaşıyan hidroter­mal məh­lullar vasi­tə­silə metaso­ma­toz zonasına miqdari gətirilmə-çıxarılma balan­sı­nı ilk olaraq mü­tərəqqi metodla he­­sab­la­yan və bu pro­sesdə komponentlərin geo­kim­yə­vi dav­ranışını təhlil edən C.Aza­dəliyev, eyni za­man­da ska­­po­lit mine­ra­lı­nın izomorf marialit minalının Daşkəsən skarn-də­mir yatağının skarnətrafı me­tasoma­tit­lə­­rində ge­niş yayıldığını, Ketam-Kilit zonasının (Ordu­bad rayonu) skarn­la­rında qalay mi­­ne­ral­laş­ma­sını müəy­yən etmiş, eləcə də Kiçik Qafqaz re­gi­o­nun­da dəqiq təd­qi­qat­lar­la ilk olaraq Mu­rov­dağ struk­turunda yura-paleogen yaşlı vul­ka­no­gen­lərin regional metamor­fiz­mə uğ­ra­mış fa­si­ya­la­rın­da geniş yayıl­mış abis­­so­­fob xassəyə malik pumpelliit mi­­ne­ralarını aşkar et­­­miş­dir. Alim Ki­çik Qafqa­zın filizdaşıyan me­ta­so­ma­titlərinin geniş ge­netik-formasion tə­s­­­ni­fatını, Kiçik Qafqazın mezo­kay­no­zoy intruzi­ya­la­rı­nın kontakt-termal metamor­fiz­min petroloji-genetik modelini, mis-porfir və skarn-dəmir filiz for­ma­si­ya­la­rı­nın ge­o­loji-ge­ne­tik və həc­mi-ge­o­kim­yə­vi mo­del­lərini işlə­yib ha­zır­la­mış, bununla da gizli fi­liz yığımlarının bir­ba­şa axtarışı və proqnozu istiqamətində mi­ne­ra­loji-ge­o­kimyəvi və metasomatik kriteri­lər komp­lek­sini təklif etmişdir. Kiçik Qafqazın ul­­tra­­əsasi mas­siv­lə­rinin 150 ildən ar­tıq öy­rə­nil­mə tarixində on­ların yan süxurlarla tə­mas­la­rında yük­­səktem­pe­raturlu ter­­mal də­­yi­şil­mə­lərin ti­­po­morf mineral as­­so­siasiyalarını ilk ola­raq C.Aza­də­li­yev kompleks pre­si­zi­on me­tod­larla öyrə­nib aş­kar­lamış, re­gionun ul­­tra­­əsasi mas­sivlə­ri­nin av­toxton-in­t­ru­ziv yolla for­ma­­laş­dı­ğını təkzib olunmaz dəlillərlə əsas­­landır­mışdır. Alim, həm­çi­nin yer qabığında kal­­si­umlu skarn­­ların əmələ gəl­mə­sinin kon­ver­­gent­­liyi ide­ya­­­sını elmdə ilk ola­raq irə­li sürmüş­dür. İlk olaraq Ki­­çik Qafqaz regionunun tektonik-maq­matik inkişafı ərzində yer qa­bı­ğında yaranmış "filiz-maq­ma­­tik sistemlər"in ayrılması prinsip­lə­­rini iş­lə­yib hazır­la­yaraq, maq­ma­­­tik kütlənin homo­drom tə­ka­­mü­lü ilə əla­­qədar bu sistemlərin hid­­ro­ter­mal fəaliy­yə­tinin ikili xa­rak­­terli (maqmanın özünün tə­­­ka­mülü ilə bağlı hidro­ter­­mal məhlul­la­rın bilavasitə tə­­ka­mülü) ideya­sı­nı irəli sü­rərək əyani ola­raq əsaslan­dır­mış­dır.

Professor C.Azadəliyev 60-dan çox beynəlxalq, Ümumittifaq və respublika miqyaslı elmi kon­­­­­fransların, müşavirələrin, sessiyaların fəal iştirakçısı olmuş, maraqlı elmi məruzələrlə və kon­s­truk­tiv təkliflərlə çıxış etmişdir. Metasomatik filizəmələgəlmə sahəsində uzaq xaricdə və SSRİ mə­­­ka­nında kifayət qədər tanındığına görə C.Aza­dəliyev vaxtilə SSRİ EA-nın Fi­­liz­­əmə­­lə­­gəl­mə Şura­sı­nın Metasomatizm sek­­si­yasına (1972), həmin Şuranın Meta­mor­­fizm və Me­­ta­­mor­­fogen Flizəmələgəl­mə Komissi­ya­­sı­na (1982), SSRİ EA-nın Pe­t­­roq­rafiya Ko­mi­­tə­sinin Me­ta­­morfizm Ko­mis­siyasına (1983) üzv seçil­ərək uzun illər fə­a­liy­yət gös­tərmişdir. O, Üm­u­m­­itti­faq Mine­ra­logiya Cə­miy­yətinin və Azərbaycan Mineralogiya Cə­miy­­yə­ti­­nin üzvüdür (1960), Azərbay­can Mi­neralogi­ya Cəmiyyə­ti­nin vitse-pre­zidenti (1995) se­çil­miş­dir.

300-dən çox elmi əsərin, o cümlə­dən 5 mo­noqrafiya, dərs­liklərin, dərs və­sa­it­lərinin, eləcə də bakalavriantlar və magistrantlar üçün təd­ris proqram­la­rı­nın müəllifi­dir. 25 elmi he­sabatın, o cüm­­lədən 10 təsər­rü­fat mü­qa­­vi­lə­li işin elmi rəh­bəri və məsul icraçısı ol­muş­dur. "Azər­bay­­ca­nın geologi­ya­sı" çoxcild­iyinin (rus di­lində) VI cildinin (2003, 2005) redak­si­ya he­­yə­ti­nin üzvü, "Azərbaycanın geo­lo­gi­ya­sı" III cil­dliyin­də (2015) "Bərk fay­dalı qa­zın­tı­lar" böl­mə­si­nin müəllif­i­dir.

O, eyni zamanda gənc mütə­xəs­­sis­lərin və el­mi kadr­la­rın hazırlan­ma­­sında fəal iştirak edir. Bir sı­ra mo­no­qra­fi­yaların re­dak­­toru, elə­cə də elmi kül­li­yat­ların və məcmu­ə­­lərin re­dak­­to­ru və re­dak­siya he­yətlərinin üz­vü olmuşdur. AMEA Ge­ologiya və Geofizika İns­ti­tu­tu El­mi şu­ra­sının üz­vüdür.

Pedaqoji fəaliyyəti - Bakı Dövlət Universiteti Faydalı qazıntıların geo­lo­giyası kafedrasının profes­so­rudur.

Digər fəaliyyətləri - Yeni Аzərbaycan Partiyasının Аzərbaycan MEА Geo­logiya İnstitutu ilk təşkilatının sədridir. Professor C.Aza­dəliyev uzun illər Geologiya İnsti­tun­da Xalq Nəzarəti qrupuna rəhbərlik etmişdir. 1992-ci ildə Azər­bay­can EA Azad Həm­kar­lar İt­ti­faqlarının ya­radılmasının fəal təşkilatçılarından bi­ri olmuş, təşkilatın ilk ni­zamna­mə­si­ni hazırlayaraq Ədliyyə Nazirliyinin Kollegiyasından keçirtmiş, İttifaqın Kolle­gi­al Rə­ya­sət He­yə­ti­nin həmsədri və Məclisinin sədri olmuşdur.

Elmi əsərlərinin adları[redaktə | mənbəni redaktə et]

  1. Установ­ление коренных источников россып­ного золота в Нахчыванской складча­той обла­сти (на примере Башкендского месторождения, Азербай­джан). Москва, "Отечественная геология", 2012, №1-2, с.12-17.
  2. Bir daha unikal Daşkəsən skarn-dəmir filizi ya­ta­ğının geo­lo­ji-ge­netik xü­su­siy­yət­ləri və genezisi haqqında (Kiçik Qafqaz, Azərbaycan).Azərbaycan MEA, "Xəbərlər", Yer elm­ləri seriyası, 2012]], №4, s.44-58.
  3. Çovdar qızıl filizi yatağının səciyyəvi xüsusiy­yət­ləri (Kiçik Qafqaz, Azərbaycan). Bakı Universi­te­ti­nin Xəbərləri, Təbiət elmləri se­ri­yası, 2013, №2, s.117-130.
  4. Metasomatik dəyişilmələr gizli filizlərin eti­bar­li birbaşa axtarış və proqnoz kriteriləridir (Ki­çik Qafqazın metasomatik kompleksləri tim­sa­lın­da). Bakı Universitetinin Xəbərləri, Tə­bi­ət elmləri seriyası, 2013, №4.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 18 mart tarixli 2737 nömrəli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
  2. Azərbaycan Milli Elmlər Akademiyasının Rə­ya­sət Heyətinin 12 dekabr 2005-ci il tarixli 24/1 №-li Qərarı ilə geologiya-mineralogiya elm­ləri dok­­toru, professor Cəbrayıl Əbdüləli oğlu Azadə­liyev Azər­baycan MEA-nın 60-illiyi ilə əla­qədar Azərbay­can MEA-nin "Fəxri Fərmanı" ilə təltif edilmişdir.
  3. Azərbaycan Milli Elmlər Akademiyasının Rə­ya­sət Heyətinin 03 fevral 2006-cı il tarixli 5/2 №-li Qərarı ilə geologiya-mineralogiya elmləri dok­toru, professor Cəbrayıl Əbdüləli oğlu çoxillik məh­­suldar elmi və elmi-təşkilati fəaliyyətini nə­zə­­­rə alaraq və ana­dan olmasının 70 illiyi ilə əla­qə­dar Azərbaycan MEA-nin "Fəxri Fərmanı" ilə təltif edilib.
  4. Azərbaycan Milli Elmlər Akademiyasının 60 il­lik yubileyi ilə əlaqədar olaraq Geologiya İnsti­tu­tun­da uzunmüddətli məhsuldar elmi və elmi-icti­mai fəa­liy­yətini nəzərə alaraq geologiya-mine­ralo­giya elm­lə­ri doktoru, professor Cəbrayıl Əb­düləli oğ­lu Aza­də­liyev Azərbaycan Milli Elmlər Akade­mi­yası Yer elm­ləri bölməsinin "Fəxri Fərmanı" ilə təltif edil­mişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]