Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Han Hun-So
Han Hyun-So (d. 17 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Han Hyun-So Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Han Hyun-So
Han Hyun-So (d. 17 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Han Hyun-So Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Han Sun-Hi
Han Sun-Hi (d. 9 iyun 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Han Sun-Hi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Han Sun-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Han
Han — kişi adı.
Gün Ana
Gün Ana - türk və altay mifologiyasında Günəş Tanrıçası. Kün Ana və ya Günəş (Küneş) Ana olaraq da bilinər. Bəzən Yaşık Ana da deyilir. Monqollar Nar (Nara) Ece deyirlər. Altay türklərinin inancında göy aləminin ən yüksək qatında oturan, günəş tanrıçası olaraq görülə biləcək müqəddəs bir varlıqdır. Bu inanca görə Gün Ana insanların ilk böyük anası və Ay Ata ilk böyük atasıdır. Göyün yeddinci qatında oturar. Türklərlə də əlaqəli bəzi ön Asiya kültürlerinde dişi olaraq qəbul edilmişdir. İndiki vaxtda qızlara Günəş adının verilməsinin səbəblərindən biri də budur. Türklərdə günəş istinin ay isə soyuğun simvoludur.
Sun Dan
Sun Dan (d. 4 sentyabr 1986) — Çini təmsil edən bədii gimnast. Sun Dan, 2008-ci ildə Çini XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. == Karyerası == Sun Dan, 2008-ci ildə Çin bayrağı altında elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Çai Tonqtonq, Çou Tao, Lü Yuanyanq, Sui Jianşuanq və Janq Şuo ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Hun
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Alığ Han
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Bişkek Han
Bişkek Xan - türk və qırğız mifologiyasında övliya və eyni zamanda inanc iyəsi. Bişkek Ata olaraq da bilinir. İnanclı insanları qoruyur və imanını möhkəm tutmalarını təmin edir. Qırğız mədəniyyətində əhəmiyyətli bir yerə malikdir və paytaxtlarında adını verən adamdır. Bişkekin əvvəlki adı Pişpek'tir. Sonradan dəyişikliyə uğrayıb Bişkek adını almışdır. Bir övliya olduğu qədər eyni zamanda döyüşçü bir qəhrəmandır. Qırğızıstan paytaxtına adını verən qəhrəmanın əslində bu ruhun adı verşilmiş bir adam olduğu deyilə bilər. Kimilərinə görə Pişbeğ sözcüyü Beş Bəy deməkdir və Bişkek Ata da bunların ən böyüyüdür. Beş bəy faktına Uygurlarda Mani dini ilə inteqrasiya olunan əfsanələrində rast gəlinməkdədir.
Canstin Han
Canstin Han (9 avqust 1991, Harbin) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Canstin Han Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Co Han
Co Han - Linkin Parkın DJ-yi və prodüseri. Linkin Parkın bütün kliplərini o yaratmış və idarə etmişdir. Han həm də 2002-ci ildə Qremmi mükafatı almışdır. O, dünyada Qremmi mükafatı alan yeganə Koreya əsilli Amerikandır.
Figen Han
Figen Han (5 fevral 1950-ci il, İstanbul) – Əsl adı Nevval Karpuz olan türk aktrisasıdır. == Həyatı == Figen Han 5 fevral 1950-ci il tarixində Türkiyənin İstanbul şəhərində doğulmuşdur. 1966-cı ildə ilk filmi olan "Göylərdəki sevgili" filminə çəkilir. 1974-cü ildə "Atını Seven Kovboy", 1975-ci ildə isə "Hababam Taburu" adlı filmlərdə rol alır. Figen Han əvvəlcə fantastik filmlərdə, sonradan isə erotik məzmunlu filmlərdə çəkilməyə başlayır. Onun son filmi 1983-cü ildə çəkilən "Bir zamanlar qardaş idilər" adlı filmidir.
Han (dəqiqləşdirmə)
Han-Banax teoremi – riyazi teorem
Han (xalq)
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. == Ümumi məlumat == Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Han Lue
Han Lue və ya Han Seoul-Oh — Forsaj franşizasından Sunq Kanqın canlandırdığı uydurma personaj. Han Lue, Cənubi Koreya əsilli amerikalı küçə yarışçısıdır. Han ilk dəfə 2002-ci il istehsalı "Bəxtin bəlkə sabah gətirər" filmində çıxış etmiş və son olaraq Forsaj 10-da görünmüşdür. Yaxın dostu Dominik Toretto ilə iş birliyi yaratmış və öz aralarında bir qrup qurmuşdular. Forsaj 4-də Dominik Toretto ilə birlikdə yanacaq tankerini oğurlamışdılar. Han Lue seriyanın növbəti filmlərində iştirak etsə də, hadisələrdən daha sonra baş vermiş, lakin digər filmlərdən daha əvvəl yayımlanmış Forsaj 3: Tokio drifti filmində ABŞ-dən küçə yarışlarına görə uzaqlaşdırılmış Şon Bosvell adlı şəxsə yardım etmişdi. Forsaj 3: Tokio drifti filmində köhnə dostu Takaşi ilə Tokio küçələrində avtomobil qaçdı-tutdusundan sonra Han Dekard Şovun maşını ilə toqquşub. Maşından düşən Dekard Hanın avtomobilini alova verərək partladır. Hanın öldüyünü düşünən Dominik Dekardan qisas almaq üçün onu təqib edir və həbsxanaya göndərir. Forsaj 9 filmində məlum olur ki, Han həmin qəzada ölməyib.
Han Solo
Han Solo — "Ulduz müharibələri" kainatında personaj. O, ilk dəfə 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində nümayiş olunmuşdur. Han Solo ən yaxın dostu Çubakkadır və o, "Millennium Falcon" kosmik gəmisinin sahibidir. == Qəbulu == Han Solo personajı ABŞ Film İnstitutunun "ən yaxşı 100 qəhrəman və cinayətkar" siyahısında 14-cü, "Empire" jurnalının "bütün zamanların ən böyük film personajları" siyahısında 3-cü yerdə qərarlaşmışdır. "World of Fantasy" jurnalı Han Solonun "Millenium Falcon"unu "ən yaxşı 10 kosmik gəmi" siyahısında birinci yerə layiq görüşmüşdür. Onlar onu "Ulduz müharibələri"ndəki ən məşhur kosmmik gəmi və klassik bir "macəraçı ulduz gəmisi" nümunəsi adlandırmışdır.
Han sülaləsi
Han sülaləsi (çin. ənən. 漢朝, sadə. 汉朝, pinyin: Hàn cháo, hərfi mənası: "Han çao"; E.ə. 206—220) – Çin xanədanı == Tarixi == Tsin imperiyası Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta uğradı. Tsin Şixuanın ölümündən sonra yenə də qarışıqlıq dövrləri başladı. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lü Banın başçılığı altında qiyamçı dəstələr Tsin ordusunu asanlıqla darmadağın etdi və paytaxtı aldı. Bu Çudan olan Lyu Bana özünü Han hökmdarı elan etməyə imkan verdi, belə ki, Tsinin paytaxtı keçmiş Han hökmdarlığı ərazisində yerləşirdi. Daha dörd il də çoxsaylı üsyankar rəhbərlər taxt-tac uğrunda mübarizə apardılar.
Han xalqı
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. == Ümumi məlumat == Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Han Çison
Han Ji-sung (kor. 한지성; 14 sentyabr 2000, İnçxon) səhnə adı ilə Han — JYP Entertainment tərəfindən qurulan Cənubi Koreyalı Stray Kids oğlan qrupunun bəstəkarı, prodüseri, reperi və vokalistidir. Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 106 mahnının müəllifidir. == Bioqrafiya == Han Jisung 14 sentyabr 2000-ci ildə Cənubi Koreyanın ,İnçxon şəhərində anadan olub. Ondan başqa ailədə böyük qardaş var. O, uzun müddət Malayziyada yaşayıb, orta məktəbi orada bitirib. O, JYP sınağından keçmək üçün Cənubi Koreyaya qayıdıb. Amma debüt etməsəydi, təhsilini davam etdirəcək və valideynlərinin məsləhət gördüyü yolla gedəcəkdi. == Karyera == === Debütdən əvvəl === Jisung Cənubi Koreyaya qayıtdıqdan sonra başa düşdü ki, Malayziyaya qayıtsa, musiqi sahəsində işləmək arzusu ilə vidalaşa bilər. Buna görə də o, valideynləri ilə razılaşıb ki, bir il ərzində şirkətə qoşula bilməsə, qayıdıb təhsilini davam etdirəcək.
Mişel Aun
Mişel Nəim Övn (ərəb. ميشال نعيم عون‎; d. 18 fevral 1935) — Livan hərbi və dövlət xadimi, general, Livanın 1988-1990-cı illərdə baş naziri, 31 oktyabr 2016-cı ildən prezidenti. == Həyat və fəaliyyəti == Mişel Övn 1935-cı ildə varlı olmayan, lakin dərin dini görüşlərə malik olan, maruni dini əqidəli ailədə anadan olmuşdur. O, katolik məktəblərindən birində orta təhsil almışdı, eyni zamanda bir çox müsəlman uşaqlarla dostluq etmişdi: "Biz Əli ilə Pyer arasında, Həsən və Mişel arasında heç bir fərq etmədik. Bir yerdə yeyib içdik". 1958-ci ildə hərbi məktəbini, 1959-cu ildə Fransanın Şalon-sür-Marn şəhərində hərbi məktəbi bitirmişdir. Daha sonra ABŞ-nin Oklahoma ştatındakı Fort Fors artilleriya məktəbində (1966) və Fransa Ali Hərbi Məktəbində (1978-1980) təhsil almışdır. Ərəb dilindən əlavə, ingilis, fransız, ispan və italyan dillərini də öyrənmişdir. Livan ordusunda artilleriya zabiti rütbəsini yerinə yetirdi.
Murat Han
Murat Han (d. 1 May 1975, Ankara), Türk aktyor. Murat Han, Ankara da anadan olmuşdur. Bilkent Üniversitesi Müzik ve Sahne Sanatları Fakültesi Tiyatro bölümü mezunu olduktan sonra Los Angeles'ta Stella Adler oyunculuk akademisini bitirmiş, 9 yıl kadar Amerika'da yaşamış ve oyunculuk yapmıştır. Aktyor olaraq ilk dəfə 2013'də Sənə bir sirr verəcəyəm serialında oynamışdır.
Məhəmmədsalah хan
Muğanlı Məhəmmədsalah xan və ya Qalaqayınlı Məhəmmədsalah xan (fars. محمداصالح خان‎; d. 1756, Qalaqayın, Muğan mahalı, Cavad xanlığı – ö. 1795, Qalaqayın, Muğan mahalı, Cavad xanlığı) — Şahsevən elinə mənsub olan xan, sərkərdə. == Həyatı == Məhəmmədsalah xan tarix kitablarında Qalaqayınlı Məhəmmədsalah xan kimi tanınır. Cavad xanlığının hakimi Həsən xan Muğanlının oğludur. == Fəaliyyəti == O dövrdə xanlıqlar diplomatik nikahdan istifadə edirdlər. O, öz qızları Xeyrənisəni Lənkəran xanı Mir Həsən xana, Pəricahan xanımı isə Şirvan xanı Mustafa xana ərə vermişdir. Xeyrənisənin Mir Abdulla bəy, Cavad bəy və Xanlar bəy adlı oğlanları, Nisə xanım və Zəhra xanım adlı qızları olmuşdur. Pəricahan xanım 1789-cu ildə ərə getmişdir.
Otto Han
Otto Han (alm. Otto Hahn‎; 8 mart 1879[…], Frankfurt-Mayn, Prussiya, Almaniya imperiyası – 28 iyul 1968[…], Göttingen, Aşağı Saksoniya, Qərbi Almaniya) — alman kimyaçısı, radiokimyanın pioneri, nüvə izometriyasının və uranda nüvə parçalanmasının kəşfçisi (Nobel mukafatı 1944). O, "nüvə kimyasının atası" sayılır. == Uşaqlığı == Otto Han Frankfurtda şüşəçi və insiharçı Henrih Hanın ailəsində anadan olmuşdur. Otto və onun böyük qardaşları Karl, Heyner və Yulius gözəl uşaqlıq həyatı keçirmişlər. Öz nailiyyətlərinə malik olduğu novatorluq ideyaları sayəsində çatmış olan atası oğlunda arxitektorluq istedadı görürdü. Ancaq sonralar Ottonun sənaye kimyaçısı olmaq arzusunu eşidəndə o etiraz etməmişdir. == Təhsili == Klinqer-yuxarı məktəbində orta təhsilini başa vurduqdan sonra Otto Han 1897-ci ildə Marburq Universitetində kimya və minerologiya sahəsində təhsilinə başlayır. Üçüncü və dördüncü semestrini o Münhen Universitetində Adolf von Bayerin yanında keçirir. 1901-ci ildə Marbirq Universitetində üzvü kimya sahəsində yazdığı "İzoeqenolsun bromderivatı" adlı doktorluq dissertasiyasını müdafiə edərək elmi dərəcə alır.
Ural Han
Аpе
Ape (latış. ‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.
Аdi yumаqоtu
Аdi аtşаbаlıdı
АЩНЦ-3 katalizatoru
АМГ-10 aviasiya yağı
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Аş-Şаmiyyə