Məhəmmədsalah хan

Muğanlı Məhəmmədsalah xan və ya Qalaqayınlı Məhəmmədsalah xan (fars. محمداصالح خان‎; d. 1741, Qalaqayın, Muğan mahalı, Cavad xanlığıö. 1815, Qalaqayın, Muğan mahalı) — Şirvan xanlığının Şahsevən elinə mənsub olan Muğan mahalının naibi.

Məhəmmədsalah хan
Məhəmmədsalah хan Muğanlı
Qalaqayınlı Məhəmmədsalah хan
Məhəmmədsalah хan
Məhəmmədsalah хan
1805 – 1815
ƏvvəlkiSəfi xan Muğanlı
SonrakıMustafa bəy Muğanlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qalaqayın, Muğan mahalı, Cavad xanlığı
Vəfat tarixi
Vəfat yeri Qalaqayın, Muğan mahalı, Şirvan xanlığı
Dəfn yeri Qalaqayın
Anası Xeyrənisə xanım
Uşaqları Pəricahan (1770-1796), Xeyrənisə (1789-?), Mustafa bəy, Rüstəm bəy (1802-?) və s.
Dini Şiə (İslam)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmmədsalah xan tarix kitablarında Qalaqayınlı Məhəmmədsalah xan kimi tanınır. Cavad xanlığının hakimi Həsən xan Muğanlının əmisidir.

O dövrdə xanlıqlar diplomatik nikahdan istifadə edirdlər. O, öz qızları Xeyrənisəni Lənkəran xanı Mir Həsən xana, Pəricahan xanımı isə Şirvan xanı Mustafa xana ərə vermişdir. Xeyrənisənin Mir Abdulla bəy, Cavad bəy və Xanlar bəy adlı oğlanları, Nisə xanım və Zəhra xanım adlı qızları olmuşdur.[1]

Pəricahan xanım 1789-cu ildə ərə getmişdir. 1795-ci ildə vəfat edib, Qurd kəndində (Qarayazı) dəfn edilib . Teymuraz bəy (1794–1842) adlı oğlu olmuşdur, Şamaxıda dəfn edilib.[2] 1820-ci ilə qədər Qəbristan mahalı ona məxsus olmuşdur.[3] Teymuraz bəy də 1829-cu ildə İsmayıl bəyin qızı Hacıxanım xanım (d.1813-v.1847, Qarayazıda dəfn edilib) ilə, 1833-cü ildə isə Ağarazi bəyin qızı Dürrətünisa xanım (d.1811-v.1852-ci il, Qarayazıda dəfn edilib) ilə evlənmişdi.[q 1]

Hacıxanım xanımın Əbülfəth xan, Dürrətülnisanın isə Fərəculla bəy adlı övladları olub.

Əbülfəth xan 1830-cu ildə anadan olub. 1849-cu ildə Kafiyə xanımla ailə qurub, 1855-ci ildə vəfat edib. Şıxəmir Əhməd qəbristanlığında dəfn olunub. Əbülfəth xan Zəhra xanım adlı qızı olub, İsgəndər bəyin oğlu Qasım xanla evlənib.

Fərəcullah xan 1836-cı ildə anadan olub. Kür kəndində yaşayıb. 1844-cü ildə Əsgər xanın dul qızı İsmət xanımla (d.1819) evlənib.[4]

1850-ci ilə aid Muğan mahalı (Lənkəran qəzası) kəndlərinin kameral təsvirində Məhəmmədsalah xandan sonra ailə rəisi kimi Rüstəm bəy (48 yaşında) adlı oğlu olduğu və Rüstəm bəyin Bəşir bəy (16 yaşında), Edil bəy (6 yaşında), Cəfərqulu bəy (2 yaşında) adlı övladları və böyük qardaşı Mustafa bəyin Musa bəy (20 yaşında) adlı oğlu olduğu qeyd edilib.[5][6]

  • Mirzə Əhməd Zərgər, Əxbarnamə (Talış Xanlığının tarixindən), Bakı — 2009, Fars dilindən tərcümə edən: Əli Hüseynzadə, 159 səh. Mətn Kirilcə
  • Под ред. А. Д. Берже. Акты, собранные Кавказской Археографической комиссией : [В 12-ти т.] / Арх. гл. упр. наместника Кавк.; Под общ. ред. А. Д. Берже. - Тифлис : Тип. гл. упр. Наместника Кавк., 1866-1904. Т. 5 : [1811-1816] / Под ред. А. Д. Берже. - 1873. - 1170 с. Тифлис: Акты, собранные Кавказской Археографической комиссией : [В 12-ти т.]. - Тифлис, 1866-1904. 1873.
  • Rəzzaq Xansuvar, Ağaəli Varsaman. LƏNKƏRAN QƏZASININ (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Sabirabad, Saatlı, İmişli) KAMERAL TƏSVİRİ, 1849-CU İL. Bakı. 2024.
  • ARDTA, Камеральное описание селений Муганского участка, Ленкоранского уезда за 1850г. ,Φ. 10 Оп. 1, Док. 29
  • Ənvər Çingizoğlu. Həsən xanın törəmələri. Bakı: "Soy" dərgisi, 2 (22). 2009.
  • Nailə Bayramova. Şamaxı xanlığı (PDF). Bakı: Təhsil. 2009.
  1. Əxbarnamə, 2009. səh. 45
  2. Fariz Xəlill — Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlarının şəcərəsi" (PDF) (az.). Bakı: Elm və təhsil,. 2019. 2021-08-31 tarixində arxivləşdirilib (PDF).
  3. Nailə Bayramova. Şamaxı xanlığı, 2009. səh. 29
  4. Акты, собранные Кавказской Археографической комиссией, 1873. səh. 1111
  5. ARDTA, Камеральное описание селений Муганского участка, Ленкоранского уезда за 1850г. ,Φ. 10 Оп. 1, Док. 29
  6. Rəzzaq Xansuvar, Ağaəli Varsaman. LƏNKƏRAN QƏZASININ (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Sabirabad, Saatlı, İmişli) KAMERAL TƏSVİRİ, 1849-CU İL., 2024. səh. 837
  1. Həmin qəbiristanlığı 1956-cı ildə kanal çəkiləndə həmin yerdən keçdiyinə görə dağıdıblar. Xan dediyimiz insanlar haqqında ümumi məlumatımız yaşlı insanların dediklərinə görə kəndin başında xan qızı yaşayırmış. Həmin yerdə yaşayış evləri tikilib, kənd böyüyüb. Xan bağı dedikləri yer qəbirstanlıqdan aralı olub. Orda xan bulağı deyilən yer olub, suyu gedib ordan gətirirlərmiş.