Otto Han

Otto Han (alm. Otto Hahn‎; 8 mart 1879[1][2][…], Frankfurt-Mayn, Prussiya, Almaniya imperiyası[3]28 iyul 1968[3][1][…], Göttingen, Aşağı Saksoniya, Qərbi Almaniya[3]) — alman kimyaçısı, radiokimyanın pioneri, nüvə izometriyasının və uranda nüvə parçalanmasının kəşfçisi (Nobel mukafatı 1944). O, "nüvə kimyasının atası" sayılır.

Otto Han
alm. Otto Hahn
Doğum tarixi 8 mart 1879(1879-03-08)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 iyul 1968(1968-07-28)[3][1][…] (89 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti kimyaçı, universitet müəllimi[d], yazıçı-dokumentalist[d], nüvə fiziki, avtobioqraf[d]
Elmi dərəcəsi
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Otto Han Frankfurtda şüşəçi və insiharçı Henrih Hanın ailəsində anadan olmuşdur. Otto və onun böyük qardaşları Karl, Heyner və Yulius gözəl uşaqlıq həyatı keçirmişlər. Öz nailiyyətlərinə malik olduğu novatorluq ideyaları sayəsində çatmış olan atası oğlunda arxitektorluq istedadı görürdü. Ancaq sonralar Ottonun sənaye kimyaçısı olmaq arzusunu eşidəndə o etiraz etməmişdir.

Klinqer-yuxarı məktəbində orta təhsilini başa vurduqdan sonra Otto Han 1897-ci ildə Marburq Universitetində kimya və minerologiya sahəsində təhsilinə başlayır. Üçüncü və dördüncü semestrini o Münhen Universitetində Adolf von Bayerin yanında keçirir. 1901-ci ildə Marbirq Universitetində üzvü kimya sahəsində yazdığı "İzoeqenolsun bromderivatı" adlı doktorluq dissertasiyasını müdafiə edərək elmi dərəcə alır. Bir illik hərbi xidmətdən sonra gənc kimyaçı iki il elmi rəhbəri Teodor Tsinkenin yanında assistentlik edir.

1904-cü ildə Han ingilis dilini yaxşılaşdırmaq məqsədilə Londondakı University Collegə gedərək orada təsir qazın kəşfçisi professor Vilyam Ramzeyin yanında çalışır. 1905-ci ildə o Kanadaya gedərək McGilli Universitetində Ernest Rezerfordun yanında öz biliyini dərinləşdirir. Burada Han radioaktiv kimyəvi element olan Torium C, Radium D və Radioactiniumu kəşf edir.

Berlindəki tədqiqatları

[redaktə | mənbəni redaktə et]
Otto Han və Liza Meytner kimya laboratoriyasında, 1913

1906-cı ildə Otto Han Almaniyaya dönərək Berlin TU-da Emil Fişerin yanında çalışmağa başlayır. Burada o öz laboratoriyasına sahib olur. Primitiv cihazların köməyi ilə Han Mesotorium I, Mesotorium II və İoniumu kəşf edir. Mesotorium I (radium 228) sonrakı illərdə böyük əhəmiyyət kəsb edir. Çünki, ondan əvvəl kəşf olunmuş radium 226 tibbdə geniş tətbiq tapmışdır. 28 sentyabr 1907-ci ildə o Berlində fizik Liza Meytner ilə tanış olur. Onların 30 illik birgə elmi fəaliyyəti həm də aralarında dərin dostluq münasibətləri ilə bağlı idi. 1909-cu ildə Otto Hana "geriyə radiaktiv təkanı" aşkarlamaq nəsib olur. O, Liza Meytner ilə birlikdə yeni yaratdıqları "geriyə radiaktiv təkan üsulu" ilə çoxlu sayda yeni radiaktiv substanslar kəşf edirlər. 1910-cu ildə Han professor vəzifəsini alır və 1912-ci ildən Berlin-Dalemdə, Kayzer-Vilhelm İnstitutunun radiokimya şöbəsinə rəhbərlik edir. 1928–1946-cı illərdə o həmin institutun direktoru vəzifəsində çalışmışdır. 1924-cü ildə o Prussiya elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

1921-ci ilin fevralında Otto Han Uran Z-in kəşfi haqqında ilk xəbəri yayır. Bu nüvə izometriyasının kəşfi idi. 1936-cı ildə digər alman alimi Vayçneker bu fenomenin nəzəri əsaslarını işləyir. Bu kəşfi üçün Otto Han 1923-cü ildə Maks Plank İnstitutu tərəfindən Kimya üzrə nobel mükafatına layiq görülür.

1920-ci ildə Otto Han yeni tədqiqat sahəsi yaradır: tətbiqi radiokimya. Bu elm sahəsi ilə o ümumi kimyəvi və fiziki məsələlərin həlli ilə məşğul olur. "Applied Radiochemistry" onun ingilis dilində yazdığı kitabın sərlövhəsidir. Bu kitabda onun 1933-cü ildə Nyu-Yorkda İthaça Universitetində oxuduğu mühazirələr cəmlənmişdir.

Nüvə parçalanmasının kəşfi

[redaktə | mənbəni redaktə et]

Liza Meytner və assistenti Frits Ştrasmanla birlikdə Han əvvəllər italyan alimi Enriko Fermi tərəfindən 1934-cü ildə başlanmış araşdırmaları davam etdirməyə başlayır. 1938-ci ilə qədər bütün alimlər fikirləşirdilər ki, uran atomunu neytronlarla bombardman etdikdə atom nömrəsi 92-dən böyük olan element yarana bilər. 1938-ci ildə Liza Meytner Almaniyada sağçıların hakimiyyəti dövründə malik olduğu yəhudi mənşəniyə görə təhlükə altına düşdüyü üçün öncə Hollandiyaya, sonra isə İsveçə köçür.

17 dekabt 1938-ci ildə apardığı sınaqlar nəticəsində alimlər qərara gəlirlər ki, uran nüvəsi orta ağırlıqlı atomlara parçalanır. Bu nüvə parçalanmasının kəşfi idi. Han və Ştrasmanın işlərinin nəticələri 6 yanvar 1939-cu ildə "Təbiət elmləri" jurnalında çap olunur. Bu işlə sübut edilmişdir ki, uran daha kiçik elementlərə parçalanır. Bundan bir az sonra, 11 fevral 1939-cu ildə Liza Meytner və onun qohumu Otto Robert Friş nüvə parçalanmasının ilk nəzəri-eksperimental əsaslarını "Nature" jurnalında ingilis dilində çap etdirirlər.

İkinci dünya müharibəsi ərəfəsində Otto Han öz əməkdaşları ilə birlikdə uranın parçalanma reaksiyası üzərində işləyərək 1945-ci ilə qədər 25 yeni elementin və 100 izotopun siyahısını tərtib edir. Müharibənin sonunda o digər alman alimləri ilə birlikdə həbs olunaraq İngiltərəyə, Kembricin yaxınlığında yerləşən düşərgəyə aparılır. 1946-cı ildə onun Almaniyaya qayıtmasına icazə verilir.

Aldığı mükafatlar

[redaktə | mənbəni redaktə et]

1944-cü ildə İsveç krallığı Otto Hanı nüvə parçalanmasının kəşfinə görə Nobel mükafatına layiq görür. O bu mükafatın özünü yalnız müharibədən sonra 1946-cı ildə ala bilir.

Müharibədən sonrakı illərdə Otto Han Maks Plank cəmiyyətinə rəhbərlik edir, ona dünyada böyük uğur gətirir. O bu cəmiyyətə 1946–1960-cı illərdə rəhbərlik etmişdir. Müharibədən sonra Otto Han nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsi əleyhinə çıxışlara qoşulur və bu hərəkətdə aktiv iştirak edir. Han 1955-ci ildə Maynau qətnaməsinin təşəbbüskarlarından biri olur. Bu qətnamədə o digər Nobel mukafatçıları ilə birlikdə nüvə silahının təhlükəsi haqqında xəbərdarlıq edirlər.

Otto Han dünyanın bir çox universitetlərinin fəxri doktoru seçilmişdir. O ümumilikdə 45 elmi məktəbin mükafatına layiq görülür. Bu mükafatlar arasında Almaniyanın "Xidmətlərinə görə" ordeni, Fransa Fəxri legionunun zabit adı, Papa Yohan XXIII tərəfindən Romada verilən qızıl medal və digərləri vardır. Otto Han 1958-ci ildə SSRİ Elmlər Akademiyasının fəxri üzvü seçilir. Amma o bundan imtina etmişdir.

Otto Han 28 iyul 1968-ci ildə Göttingendə vəfat etmişdir.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Die Muttersubstanz des Actiniums, ein neues radioaktives Element von langer Lebensdauer (1918, Liza Meytner ilə birgə)
  • Angewandte Radiochemie (1936)
  • Von der natürlichen Umwandlung des Urans zu seiner künstlichen Zerspaltung (1948)
  • Die Kettenreaktion des Urans und ihre Bedeutung (1948)
  • Künstliche neue Elemente (1948)
  • Die Nutzbarmachung der Energie der Atomkerne (1950)
  • Vom Radiothor zur Uranspaltung. Eine wissenschaftliche Selbstbiographie (1962)
  • Mein Leben (1968)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Spence R. Otto Hahn // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 5 6 Ган Отто // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 www.pas.va (ing.).