Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır. Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Belsı
Belsı və ya Beltsı (mold. Bălţi/Belisty) — Moldovada şəhər. == Əhali == Doğulanlar (2010): 1573 (1000 nəfərə 10.6) Ölənlər (2010): 1447 (1000 nəfərə 9.7) Təbii artım (2010): 126 (1000 nəfərə 0.9) Etknik qruplar, 2014: Qeyd: * Moldovada etnik olaraq rumınlar və moldovanları ayırmaqda müəyyən mübahisələr var. Siyahıyaalınmalara görə Belsının illər ərzində əhalisi sayındakı dəyişmə.
Belkıs Akkale
Belkıs Akkale — Türk xalq musiqisi ifaçısı, söz yazıçısı və bəstəkar. 1954-cü ildə İstanbulda doğulan sənətçi, xüsusilə uşaq yaşda fərq edilən səsinin xalq musiqisinə uyğunluğu ilə diqqət çəkdi və türkü söyləməyə başladı. İbtidai sonrası 7 il qədər Sədi Yavər Ataman'dan Türk xalq musiqisi dərsi aldı. Eyni dövrdə bir müddət musiqiçi Adnan Ataman ilə birlikdə işlədi. İlk olaraq səhnəyə 1974-cü ildə hələ 20 yaşında çıxan Belkıs Akkale, Ankara Radyosu'ndan Mustafa Geceyatmaz'ın diqqətini çəkdi və bu təşkilata dəvət edildi. Təxminən 6 il qədər təşkilat line sənətçi olaraq burada vəzifə yerinə yetirdi. 1980-ci ildə isə TRTin etdiyi imtahanı keçərək yetişmiş sənətçi olaraq heyətə alındı. 1982-ci ildə çıxardığı "Dadey" adlı albomla adını eşitdirmiş olan Belkıs Akkale, TRT'den ayrılaraq müstəqil işə başladı. 1990-cı ildə Mədəniyyət Nazirliyində "Dövlət Solist Sənətçisi" olaraq vəzifəyə başlayan Belkıs Akkale, hələ də bu vəzifəsini davam etdirir.
Beski Turner
Besi Turner (17 sentyabr 1977) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Besi Turner Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Casus belli
Kazus belli (lat. casus belli) — Roma hüququ dövründə irəli sürülmüş hüquqi termin. Müharibə elan etmək üçün formal səbəb. Müasir tarix elmində geniş istifadə olunaraq, müharibəyə daxil olmaq şərtini bildirən casus foederislə müqayisə edilir. Məsələn, 1914-cü il 28 iyun tarixində Mlada Bosna gizli təşkilatının üzvü olan 19 yaşlı serb tələbə Qavrilo Prinsip tərəfindən Avstriya-Macarıstan ershersoqu Frans Ferdinandın Sarayevoda öldürülməsi Serbiyaya ultimatum göndərilməsi üçün kazus belli rolunu oynamışdır. Avstriya-Macarıstan ultimatuma cavabdan məmnun qalmayaraq, Serbiyaya müharibə elan etmişdir.
Kazus belli

Melvin Belli
Melvin Muron Belli (29 iyul 1907, Sonora[d], Kaliforniya – 9 iyul 1996, San-Fransisko, Kaliforniya) — məşhur amerikalı hüquqşünas, "Sazişlər kralı", tənqidçilər tərəfindən isə "Mübariz Melvin" kimi tanınır == Həyatı == Ali təhsilini Berkli, Kaliforniya Universitetində almışdır. Onun çoxlu kitablarından biri "Müasir sınaqlar" (5 cild) sübutların təqdim etmə sahəsində klassik dərslik kimi qəbul olunur. Qrafik sübutların və şahid-ekspertlərin məhkəmədə təqdim edilməsi ümumi hüquq təcrübəsinə daxil olub. Çox vaxt onu "özündən razı" adlandırırdılar, çünki özünü çox tərifləyirdi. Melvin deyirdi: "Ola bilsin ki, məndən yaxşı hüquqşünas var, amma o vaxta kimi onunla məhkəmədə çəkişməmişik". Melvinin çoxlu ulduz-müştəriləri olmuşdur, o cümlədən Za Za Qabor, Errol Flinn, Məhəmməd Əli, Sirhan Sirhan, Çak Berri, Rolinq Stounz, Cim Baker, Tami Fey Baker, Marta Mitçel, Lana Terner, Toni Kertis, Mey Vest. Öz vəkil karyerası dövründə məhkəmə çəkişmələrində 600,000,000 dollar qazanmışdır.
Velki Krtiş
Velki Krtiş (slovak. Veľký Krtíš, mac. Nagykürtös) — Slovakiyanın mərkəzində, Krupinska Planina dağ massivinin ətəklərində yerləşən kiçik bir Əhalisi 14 min nəfərə yaxındır. == Əhali == === Əhalinin etnik mənsubiyyətinə görə === Slovaklar – 86,9% Macarlar – 6,2% Çexlər – 0,8 % Qaraçılar – 2,0% Ukraynalılar – 0,1 % === Əhalinin konfessional mənsubiyyətinə görə === roma-katolikləri 54,26 % ateistlər 21,58 % yevangelik kiləsi v.d. 16,00 % yunan-katolikləri 0,34 % pravoslavlar 0,16 % == Təhsil == Ana məktəblər: MŠ - ul. Št. Tučeka MŠ - ul. P. O. Hviezdoslava MŠ - ul. Poľná MŠ - ul. SNP MŠ - ul.
Belkıs Şövkət
Belkıs Şövkət və ya Belkıs Şövkət Xanım — təyyarəyə minən ilk türk qadını və qadın fəalı. Belkıs Şövkət 1 dekabr 1913-cü ildə ilk türk qadını kimi təyyarəyə minərək tarixə düşüb. De Babası II Mahmudun vəzirlərindən Əli Namık Paşa olub. Ata Paşanın oğlu Şövkət bəyin, yaxud bəzi başqa mənbələrə görə Ata Paşanın qızı idi. Belkıs Şevket Hanım aynı zamanda bir çocuk terbiyecisi Belkıs Şövkət Xanım həm də uşaq tərbiyəçisi, musiqi müəllimi və yazıçı idi. O, ingilis dilini də yaxşı bilirdi. == Təyyarəyə minən ilk türk qadını == İkinci Məşrutiyyətin elan edilməsindən sonra İstanbulda bəzi türk qadınları 1913-cü ildə Osmanlı Hüquqlarını Müdafiə Nisvan Cəmiyyətini (Qadınların Hüquqlarını Müdafiə Dərnəyi) qurdular. Bu cəmiyyət “Qadın dünyası” adlı jurnal da çıxarırdı. Belkıs Şövkət xanım da bu dərnəyin fəal üzvü və "Qadın Dünyası" jurnalının yazarlarından biri idi. Dərnək vasitəsilə həm türk qadınlarını təbliğ etmək, həm də Osmanlı ordusuna təyyarə hədiyyə edə biləcək yardım toplamaq üçün səylər göstərirdi.
Belı adası
Belı adası — Kara dənizində yerləşən nisbətən iri ada. Ada Yamal yarımadasından Malıgin boğazı ilə ayrılır. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsinin ərazisində yerləşir. Daimi əhalisi yoxdur. 1933 ildən adada qütb meteostansiya (M.V.Popov adına) fəaliyyət göstərir == Coğrafiyası == Sahəsi 1900 km², hündürlüyü 12 metrdir. Səthi tundra bitkiləri ilə örtülü olur. Adada termokarst göllər vardır. Materikə ən yaxın məsafə 9 metrdir. Səthi düzənlikdir. Şimal və şərq sahilləri alçaqdır.
Bеli-Mаnаstir
Moris Beli
Moris Beli (fr. Maurice Beeli; 21 oktyabr 1879 – 17 mart 1957) — Belçika botaniki. == Elmi fəaliyyəti == Moris Beli mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Agaricus beelii Heinem., 1956 Favolus beelii Hendr., 1948 [syn. Polyporus melanopus (Pers.) Fr., 1821] Leucocoprinus beelianus Heinem., 1977 Marasmius beelianus Şablon:Singer, 1964 Sorosporium beelii Zundel, 1938 Tylopilus beelii Heinem. & Gooss.-Font., 1951 == İstinadlar == == Ədəbiyyat == Fraiture, A. Quelques grandes figures de la mycologie belge (неопр.) // Revue du Cercle de Mycologie de Bruxelles. — 2006. — Т. 6. — С. 17—40.
Əlki rayonu
Əlki rayonu (tatar. Әлки районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəz şəhər tipli Bazarlı Matak kəndidir. == Coğrafiyası == Respublikanın cənubunda yerləşir. Respublikanın Spas, Alekseevsk, Nurlat rayonları və Ulyanovsk vilayəti ilə (Melekes və Novomalıklin rayonları) həmsərhəddir. Əsas çaylar Kiçik Çeremşan (Ata, Şiya, Yuxmaçka çayları), Aktay və Bezdnadır. Orta illik temperatur + 2.8 ° C-dir. Yanvar ayının orta temperaturu -13-14 ° C, iyul ayının orta temperaturu isə + 18-20 ° C-dir. Orta illik yağıntının miqdarı 430-500 mm, buxarlanma 550-570 mm-dir. == Tarixi == Əlki rayonu inzibati mərkəzi Əlki kəndi olaraq 10 avqust 1930-cu ildə qurulmuşdur.
Beli-Manastir
Bеli-Mаnаstir — Оsiеçkо-Bаrаnskаya bölgəsinin Bаrаnskаya hissəsinin şərqindəki şəhərdir. Macarlar əhalinin əksəriyyətini təşkil edir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,068 nəfərdir.
Belka-Snejna mağarası
Belka-Snejna mağarası (pol. Jaskinia Wielka Śnieżna) — Polşanın cənubunda, Qərbi Tatranın Malolonçnyak dağlarında karst məşhəlli mağara. Mağara Tatra Milli Park ətazisində yerləşir. Onun uzunluğu 23 753 m, qərinliyi isə 824 m təşkil edir. Bu göstərici ilə Polşanın ən uzun və dərin mağarasıdır. == Morfologiya == Belka-Snejna mağarası 5 girişi vardır. Əvvəllər bu girişlər fərqli mağaraların birişi olaraq hesab edilirdi: Qarlı mağara (pol. Jaskinia Śnieżna) — 1701 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. 1959-cu ildə kəşf edilmişdir. Böyük qarlı mağaradının əsas hissəsini təşkil edir.
Belli-Kresus Qanira
Yeni Bəyki (Şaran)
Yeni Bəyki (başq. Яңы Бәйки, rus. Новобайкиево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 29 km, kənd sovetliyindən (Miçurinsk): 11 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası):31 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (97 %) üstünlük təşkil edir.
Əbu Zeyd Bəlxi
Əbu Zeyd əl-Bəlxi (850–934), İranlı müsəlman coğrafiyaçı, riyaziyyatçı, həkim və psixoloqdur. Bundan başqa, o, ilahiyyat ilə də məşğul olmuş, ilahiyyatın kəlam və fiqh kimi qolları ilə maraqlanmışdır. Əfqanıstanın Bəlx şəhərində doğulmuş, Əl-Kindinin şağirdlərindən biri olmuşdur. Maraqlandığı bir çox elmlərdə önəmli əsərlər yazsa da, günümüzə qədər gəlib çatan yeganə əsəri "Məsalihül-Əbdan vəl-Ənfüs" adlı kitabıdır. == Əsərləri == Məsalihül-Əbdan və'l-Ənfüs Günümüzə qədər gəlib çatan əsərin iki nüsxəsi İstanbulda Süleymaniyyə Kitabxanasında saxlanılır. Bir çox baxımdan tibb tarixi üçün əhəmiyyətli olan əsərdə mövzu olaraq ortaya qoyulan ağıl sağlamlığı və ağıl xəstəliyi kimi anlayışlar İslam psixologiyası və sinir elmi tarixində ilk dəfə Bəlxi tərəfindən ortaya atılmışdı. Bundan başqa, əsərdə medikal psixologiya, idraki psixologiya və müalicə mövzusuna da toxunulmuş, psixofizioloji və psixosomatik tibbə də yer ayrılmışdır. "Məsalihül Əbdan vəl-Ənfüs" adlı kitabı "Bədən və Ruh Sağlamlığı" adı altında türk dilinə tərcümə olunmuşdur. Əbu Zeyd əl-Bəlxi, ağıl sağlamlığını və ağıl xəstəliyini "ruhani səhiyyə" ilə əlaqələndirmiş və ilk dəfə bu əsərində ehtiyac bədənə gərəkli "ruh" xəstəliklərini mövzu olaraq qeyd etmişdir. Ruhani və psixoloji sağlamlığı təsvir etmək üçün "əl-Tibb əl-Ruhani" (yəni "Ruhani Tibb") terminindən, tibbin ağıl sağlamlığı ilə maraqlanan qolu üçün isə "Tibb əl-Qəlb" terminindən istifadə etmişdir.
Belka və Strelka
Belka və Strelka — kosmonavt-itlər. 19 avqust 1960-cı il tarixində Sputnik 5 kosmik gəmisində kosmosa uçmuşlar. Missiyanın məqsədi orqanizmlərin kosmosun çəkisizlik şəraitinə reaksiyalarını yoxlamaq idi. Onları 42 siçan, boz dovşan, iki siçovul, milçək və bir neçə bitki və göbələk müşayiət edirdi. Sputnik 5 Yer ətrafında 17 dövr edib və orbitdə 27 saat olub. Onlar Yer kürəsinin orbitinə çıxan və sağ-salamat qayıdan ilk yerdə doğulmuş canlılar idi. Strelka yer əsaslı kosmos təcrübələrində iştirak edən lakin heç vaxt kosmosda olmayan Puşok adlı erkək itdən altı bala sahibi oldu. Balalardan birinə Puşinka (rus. Пушинка) adı verildi və 1961-ci ildə Nikita Xruşşov tərəfindən prezident Con Kennediyə hədiyyə edildi. == İrsi == 2010-cu ildə Belka və Strelka: Ulduz İtlər(ru) adlı rus bədii cizgi filmi buraxıldı.
Beki İkala Erikli
Beki İkala Erikli (1968 – Dekabr, 15 2016) — Yəhudi əsilli Türkiyəli yazıçı və bio enerji mütəxəssisi. O, 16 dekabr 2016-cı ildə İstanbulda odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilmişdi.
Eşşək beli sındırdı
Eşşək beli sındırdı - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə yayılan ən qədim oyunlardan biri. Bu oyun müəyyən mənada ənzəliyə bənzəyir, onun davamı kimidir. == Oyunun qaydaları == Oyunu keçirmək üçün iki dəstəyə ayrılmaq gərəkdir. Dəstələr halay getmək yolu ilə ayrılır. Püşk ilə uduzan dəstə bir-birinin arxasından yapışaraq əyilir, o biri dəstə isə onların belinə tullanıb otururlar. Əgər bu arada dəstədən biri yıxılırsa, dəstələr yerlərini dəyişdirir.
Erməni Beli müharibəsi
Erməni Beli müharibəsi, Osmanlı ilə Bizans imperiyası arasında baş vermiş olan müharibədir. == Arxa plan == Qayı tayfası Ərtoğrul Qazinin hakimiyyəti altında Söyüd və Domaniç ərazilərində yaşayırdı. Bu dövrdə xüsusilə Biləcik Təkfuru ilə çox yaxşı əlaqələr yaradılmışdı. Bu yaxşı münasibətlər Ərtoğrul Qazinin 1281-ci ildəki ölümündən sonra Qayı tayfasının başçısı olmuş olan Osman Qazinin dövründə də davam etdirilmişdir. Qayılar qışda Söyüddə, yayda isə Domaniçdə yaşayırdılar. Yayda Söyüddən Domaniçə gedərkən qiymətli və ağır əşyalarını Biləcik Təkfuruna əmanət etdilər. Müqaviləyə əsasən, bu əşyaları qadınlar və silahsız gənclər qoyurdular. Bunun müqabilində Təkfura hədiyyələr verilirdi. Bu səfərlər zamanı Qayı tayfasının düşməni olan İnəgöl Təkfuru onların yollarını kəsir, insanların əşyalarına və heyvanlarına ziyan vururdu. Bununla da qalmayıb, digər təkfurları da Osman Qaziyə qarşı müharibəyə təhrik edirdi.
Belçi̇ka milli kitabxanası
Belçika Kral Kitabxanası — Belçikanın elmi kitabxanasıdır və Brüssel şəhərində yerləşir. 1559-cu ildə II Filippinin əmri ilə burqund hersoqlarının topladıqları əlyazmalar Kaudenberq sarayına köçürülür. 1731-ci ildə saray yanır və kitabxananın müəyyən hissəsi xilas edilir. 19 iyun 1837-ci ildə Belçika Kral Kitabxanası təsis edilir.
Gli anni più belli
Gli anni più belli — rejissor Qabriele Muccinonin filmi..
Əbu Zeyd əl-Bəlxi
Əbu Zeyd əl-Bəlxi (850–934), İranlı müsəlman coğrafiyaçı, riyaziyyatçı, həkim və psixoloqdur. Bundan başqa, o, ilahiyyat ilə də məşğul olmuş, ilahiyyatın kəlam və fiqh kimi qolları ilə maraqlanmışdır. Əfqanıstanın Bəlx şəhərində doğulmuş, Əl-Kindinin şağirdlərindən biri olmuşdur. Maraqlandığı bir çox elmlərdə önəmli əsərlər yazsa da, günümüzə qədər gəlib çatan yeganə əsəri "Məsalihül-Əbdan vəl-Ənfüs" adlı kitabıdır. == Əsərləri == Məsalihül-Əbdan və'l-Ənfüs Günümüzə qədər gəlib çatan əsərin iki nüsxəsi İstanbulda Süleymaniyyə Kitabxanasında saxlanılır. Bir çox baxımdan tibb tarixi üçün əhəmiyyətli olan əsərdə mövzu olaraq ortaya qoyulan ağıl sağlamlığı və ağıl xəstəliyi kimi anlayışlar İslam psixologiyası və sinir elmi tarixində ilk dəfə Bəlxi tərəfindən ortaya atılmışdı. Bundan başqa, əsərdə medikal psixologiya, idraki psixologiya və müalicə mövzusuna da toxunulmuş, psixofizioloji və psixosomatik tibbə də yer ayrılmışdır. "Məsalihül Əbdan vəl-Ənfüs" adlı kitabı "Bədən və Ruh Sağlamlığı" adı altında türk dilinə tərcümə olunmuşdur. Əbu Zeyd əl-Bəlxi, ağıl sağlamlığını və ağıl xəstəliyini "ruhani səhiyyə" ilə əlaqələndirmiş və ilk dəfə bu əsərində ehtiyac bədənə gərəkli "ruh" xəstəliklərini mövzu olaraq qeyd etmişdir. Ruhani və psixoloji sağlamlığı təsvir etmək üçün "əl-Tibb əl-Ruhani" (yəni "Ruhani Tibb") terminindən, tibbin ağıl sağlamlığı ilə maraqlanan qolu üçün isə "Tibb əl-Qəlb" terminindən istifadə etmişdir.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.
Balik
Balik — Azərbaycanın İsmayıllı rayonunda kənd. Balik kəndi Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Əhalisi 452 nəfərdir ki onun da 231 nəfəri kişi, 222 nəfəri qadındır.
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Beeli
Moris Beli (fr. Maurice Beeli; 21 oktyabr 1879 – 17 mart 1957) — Belçika botaniki. == Elmi fəaliyyəti == Moris Beli mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Agaricus beelii Heinem., 1956 Favolus beelii Hendr., 1948 [syn. Polyporus melanopus (Pers.) Fr., 1821] Leucocoprinus beelianus Heinem., 1977 Marasmius beelianus Şablon:Singer, 1964 Sorosporium beelii Zundel, 1938 Tylopilus beelii Heinem. & Gooss.-Font., 1951 == İstinadlar == == Ədəbiyyat == Fraiture, A. Quelques grandes figures de la mycologie belge (неопр.) // Revue du Cercle de Mycologie de Bruxelles. — 2006. — Т. 6. — С. 17—40.
Belde
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Belém
Belen — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Beqli
Bexleti (Xaşuri) (gürc. ბეღლეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Toponimkası == Beqli — Tiflis quberniyasının Qori qəzasında (indi Xaşur rayonunda) kənd adı. Beqle toponimindən və gürcücə yer, məkan bildirən "eti" şəkilçisindən ibarətdir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 22 nəfər idi. 2014-cü ildə 22 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Bəhai
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir. Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur.
Bəklə
Bəklə — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qobustan rayonu Qozluçay hövzəsi qarşısında yerləşir . Kəndin adı ilə bağlı bir neçə fikirlər vardır . Tarixçi Nürəddin Bəndəliyev öz Dağlıq Şirvanın toponimləri kitabında Kitabi Dədə Qorqudun qəhrəmanlarından biri Bəkilin adına işarə edir . Bundan başqa qədim türk dilli xalqlardan birinin adı Bəkli olmuşdur. Bəklə türk dilində gözlə deməkdir. Kənd 1999-cu ildə yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 291 nəfər əhali yaşayır.
Bəldə
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Bələk
Bələk (türk. Belek) — Aralıq dənizi sahillərində, Antalya şəhərində yerləşən Türkiyənin kurort qəsəbəsi. Bələk, Türkiyə Cümhuriyyətinin ən yeni kurortlarından biridir. Turizm və istirahət infrastrukturunun inkişafı 1984-cü ildə başlamışdır. Coğrafi mövqeyinə görə Bələk şəhəri bütün Antalya vilayətinin görməli yerlərinə ekskursiyalar etməyə imkan verir. Şəhərin inkişafının cəhətlərindən biri də qolfun populyarlaşmasıdır. Bələk golf mərkəzlərindən biridir. Bələkdə bir çox futbol sahəsi var. Qışda Avropa və Asiyadan futbol komandaları bu sahələrdə məşq etmək üçün Bələkə gəlirlər. Şəhərin mərkəzində məscid heykəllərin yanında və ağaclarla bəzədilmiş bulvarlarda geniş alış-verişə aparan şəlalənin yanında dayanır.