Belkıs Şövkət və ya Belkıs Şövkət Xanım — təyyarəyə minən ilk türk qadını və qadın fəalı. Belkıs Şövkət 1 dekabr 1913-cü ildə ilk türk qadını kimi təyyarəyə minərək tarixə düşüb.[1][2] De Babası II Mahmudun vəzirlərindən Əli Namık Paşa olub. Ata Paşanın oğlu Şövkət bəyin, yaxud bəzi başqa mənbələrə görə Ata Paşanın qızı idi.[3] Belkıs Şevket Hanım aynı zamanda bir çocuk terbiyecisi Belkıs Şövkət Xanım həm də uşaq tərbiyəçisi, musiqi müəllimi və yazıçı idi. O, ingilis dilini də yaxşı bilirdi.[4]
Belkıs Şövkət | |
---|---|
türk. Belkıs Şevket | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | bilinmir |
Fəaliyyəti | yazıçı, qadın hüquqları fəalı[d], müəllimə |
Tanınır | təyyarəyə minən ilk türk qadını |
Vikianbarda əlaqəli mediafayllar |
İkinci Məşrutiyyətin elan edilməsindən sonra İstanbulda bəzi türk qadınları 1913-cü ildə Osmanlı Hüquqlarını Müdafiə Nisvan Cəmiyyətini (Qadınların Hüquqlarını Müdafiə Dərnəyi) qurdular.[5] Bu cəmiyyət “Qadın dünyası” adlı jurnal da çıxarırdı. Belkıs Şövkət xanım da bu dərnəyin fəal üzvü və "Qadın Dünyası" jurnalının yazarlarından biri idi.[6] Dərnək vasitəsilə həm türk qadınlarını təbliğ etmək, həm də Osmanlı ordusuna təyyarə hədiyyə edə biləcək yardım toplamaq üçün səylər göstərirdi. Bu məqsədlə o, dərnəkdə toplantı təşkil edirdi. O, dərnəyin üzvü Mesadet Bedirhenin həyat yoldaşı Süreyya bəydən Safraköydəki Təyyarə Məktəbi Müdirliyinə getməsini və məktəbin müdirindən onun üçün uçmaq icazəsini almağı tələb etməsini istəyib. Sürəyya bəy onun bu istəyini yerə salmadı. O, Təyyarə Məktəbinə getdi. Ancaq Təyyarə Məktəbinin direktoru Vəli bəy bu məsələ ilə bağlı qərar verə bilməyəcəyini və Birinci Korpus Komandanlığından icazə lazım olduğunu söylədi.
Bundan sonra dərnək birinci korpusun komandanının müavini Camal Mərsinliyə müraciət edərək korpus komandirindən lazımi yazılı icazəni aldı. Alınan icazə ilə Belkıs Şövkət xanımın 30 Noyabr 1913-cü il bazar günü və ya hava şəraiti uyğun gəlmədiyi təqdirdə ertəsi gün havaya qalxması planlaşdırıldı. Lakin bazar günü fasilələrlə yağan yağış səbəbindən uçuş həyata keçirilə bilmədi. Bu səbəbdən uçuş 1 dekabr 1913-cü il bazar ertəsi gününə təxirə salındı. Belkıs xanımın təyyarədən atmaq üçün dərnək adına çap olunmuş açıqca dolu səbəti vardı. Bu açıqca üzərində aşağıdakı sözlər yazılmışdı:
Osmanlı və İslam qadını adına havada uçarkən (Osmanlı Hüquqlarını Müdafiə Cəmiyyətinin üzvü və "Qadın Dünyası" müxbirləri dəyərli ordumuza “Qadın Dünyası” adı ilə bir təyyarə hədiyyə edirlər. Cinsi fərqlərinə (irq və məzhəb) və məzhəbindən asılı olmayaraq Osmanlı qadını hər zaman dövlətin yanındadır. — Müdafaa-i Hukuk-u Nisvan Cəmiyyəti
|
1 dekabr 1913-cü il bazar ertəsi günü dərnək sədri və üzvləri Yeşilköyə yola düşdülər. Onlar saat 13:00 radələrində əraziyə gəldilər. Ərazidə tamaşaçılarla yanaşı yerli və xarici mətbuat nümayəndələri də var idi. Belkıs Şevket xanımın minəcəyi təyyarə Deperdussin tipli təyyarə idi. Təyyarənin pilotu isə baş leytenant Fəthi bəy oldu. Təyyarənin adı "Osmanlı" idi və tək mühərrikli üstü açıq təyyarə idi.[7] Belkıs Şövkət xanım izdiham qarşısında qısa çıxış etdikdən sonra saat 15:14 radələrində təyyarə havaya qalxıb. Təxminən 200 metr yüksəklikdə reallaşan uçuş Şişli, Azadlıq Anıtı, Üsküdar və Kadıköy üzərində həyata keçirilib. Belkıs Şövkət xanım havada olarkən hazırladığı açıqcaları havadan yerə səpələyib. Ümumi uçuş 15 dəqiqə davam edib.
Lakin təyyarə almaq üçün pul toplanması istənilən diqqəti çəkmədi. Təxminən üç həftə davam edən kampaniyada ümumilikdə 2622 Kuruş toplandı. Ancaq Belkıs Şevket xanımın uçuşu xarici mətbuatda diqqət çəkdi. Məsələn; 1872-1939-cu illər arasında Almaniyada nəşr olunan "Berliner Tageblatt" (və ya qısaca BT) qəzeti xəbər hesabatında onun bu addımı haqda "diqqətlə nəzərə alınmalı olan cəsarətli bir jest" ifadəsini işlətdi.[1]
Belkıs Şövkət xanımın havaya qalxmasından sonra dövrün hərbi hökuməti onun fotoşəkillərini hərbi muzeydə sərgiləməyə başladı.[8] Bundan əlavə, o dövrdə yeni buraxılan kolonya "Belkıs Kolonya Suyu" adlanırdı.[5]