Eşşək beli sındırdı - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə yayılan ən qədim oyunlardan biri. Bu oyun müəyyən mənada ənzəliyə bənzəyir, onun davamı kimidir.
Oyunu keçirmək üçün iki dəstəyə ayrılmaq gərəkdir. Dəstələr halay getmək yolu ilə ayrılır. Püşk ilə uduzan dəstə bir-birinin arxasından yapışaraq əyilir, o biri dəstə isə onların belinə tullanıb otururlar. Əgər bu arada dəstədən biri yıxılırsa, dəstələr yerlərini dəyişdirir.