Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Bilal Bilalov
Bilal Telman oğlu Bilalov — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA Rəyasət Heyətinin üzvü. "Riyaziyyat" üzrə Problemlər Şurasının Sədr müavini, Azərbaycan Aktuarlar Assosiasiyasının sədri. Fəxri fərman ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədridir. Türk Dünyası Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur (2009–2011). == Həyatı == Bilal Telman oğlu Bilalov 2 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1986-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. 1986–1989-cu illərdə MDU-nun əyani aspirantı. 1989-cu ildə akademik Y. İ. Moiseyevin rəhbərliyi altında "Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi" mövzusunda MDU-da fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 1990–1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent vəzifəsində çalışmışdır.
Divali
Divalisanskr. दीपावली DīpāvalīIAST, tam. தீபாவளி TīpāvaḷiIAST, nep. दीपावली, तिहार Dīpāvalī, TihāraIAST, hind. दिवाली DivālīIAST, qüc. દિવાળી DivāḷīIAST, marathi दिवाळी DivāḷīIAST, kann. ದೀಪಾವಳಿ DīpāvaḷiIAST, konkani धाकली दिवाळी Dhākalī DivāḷīIAST, malaya. ദീപാവലി DīpāvaliIAST, oriya ଦୀପାବଳୀ DīpābaḷīIAST, pənc. ਦਿਵਾਲੀ DivālīIAST, tel. దీపావళి, urdu دیوالی, benq.
Divano
Divano – Eric Levinin 2000-ci ildə Era musiqi layihəsi adından çıxardığı Era 2 adlı albomdan olan sinql. Mahnının musiqisi Eric Leviyə məxsusdur, sözləri isə Bibliya mətnləridir. Mahnıya həmçinin kli də çəkliib.
Kivano
Kivano (lat. Cucumis metulifer) — meyvə növü. Kivano meyvəsi Avropa, Şimali Amerika, Mərkəzi və Cənubi Afrikada geniş yayılıb. Bu meyvə qeyri-adi görünüşə malikdir. Belə ki, onun səthi qorxulu tikanlarla örtülüb. İçərisində isə yaşıl maye yığılıb. Dadı banan, kivi və limonun qarışığına bənzəsə də, meyvədən yemiş ətri gəlir.
Rivaldo
Rivaldo Vitor Borba Fereyra (19 aprel 1972[…], Resifi) — Braziliyalı futbolçu. 2002 FİFA Dünya Kuboku çempionu olan Braziliya milli futbol komandasında oynayıb.
Çikalo
Çikalo (oset. Ирæфи (Æрæфы) район) — Rusiya Federasiyası, Şimali Osetiyanın İrafski rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən İrafski rayonunun və Çikalo kənd sovetliyinin mərkəzidir. Çikalo kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Kənd İrafski rayonunun şimal hissəsində, Urux çayının sağ sahilindən biraz kənarda, eyni adlı Çikola çayının hər iki sahilində (Zmeyka) yerləşir. Vladikavkazdan 70 km şimal-qərbdədir. == Əhali == Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: == Din == Məscid. 1990-cı illərdə bərpa edilmişdir. == Tanınmış şəxsləri == Temirov qardaşları — Böyük Vətən Müharibəsi illərində Temirovlar ailəsindən şəhid olmuş qardaşlar. Biçilov Ramazan Rəhman oğlu (1949-2009) — sərbəst güləş üzrə RSFSR-in əməkdar məşqçisi (1990), SSRİ idman ustası.
İvaylo
İvaylo — Çar, üsyan rəhbəri. == Hakimiyyətə gəlişi == İvaylo sadə bir donuz çobanı idi. 1277-ci ildə iqtisadi problemlərə görə başlayan kəndli üsyanına rəhbərlik etmişdir. Elə həmin il Konstantin Tixi öz at arabasında öldürən İvaylo Bolqar əyanlarına öz hakimiyyətini məcbur qəbul etdirərək, 1278-ci ildə dul çariça Mariya Kantakuzene ilə evlənərək çar elan olunmuşdu. == Hakimiyyəti == Hakimiyyətə gələndən sonra monqollara qarşı müqavimət göstərə bilsə də Bizansın kömək etdiyi III İvan Asenin hücumuna qarşı dayana bilməmiş, geri çəkilməli olmuşdu. Tarnovoda İvana köməyə gələn Bizans ordusunu iki dəfə məğlub etmiş, lakin Noğay xanın yanına qaçmalı olmuşdu. 1281-ci ildə Noğay xan tərəfindən edam olunmuşdur. == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Kiçibəyov — Azərbaycan alimi. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Abdulcəmil Bilalov
Abdulcəmil Xəqani oğlu Bilalov (9 yanvar 1997, Ləkçılpaq, Göyçay rayonu – 20 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdulcəmil Bilalov 1997-ci il yanvarın 9-da Göyçay rayonunun Ləkçılpaq kəndində anadan olub. Abdulcəmil ailənin 3-cü övladı idi. O, anadan olanda anası demişdi ki, Vətən üçün oğul böyüdürəm. Çox aktiv, həyat dolu uşaq idi. Abdulcəmil uşaqlıqdan futbola bağlı uşaq idi. Fənərbaxça klubunun azarkeşi olan Abdulcəmil həyətdəki uşaqlarla Ləkçılpaq komandası qurmuşdu. Kəndarası yarışlara qatılardı. 2018-ci ilin iyul ayında evlənmişdi. Ahmet və Mustafa adında iki oğlu yadigar qalıb.
Bivane çayı
Bivayn çayı (ing. Bivane river) — Cənubi Afrika Respublikasının Kvazulu-Natal şəhərində yerləşən Ponqola çayının bir qolu. Əsas mənbəyi 2000 m-dən artıq olan Çay Utrextin şimalında — dağlıq ərazidədir. Çay Paulpietersburq və Vrayheid arasından axır və İtala Qeym Reservinin qərb sərhədində Ponqolaya qoşulur. == Şəlalə == Bivayn çayı üzərində böyük Adisali şəlaləsi vardır. == Su anbarı == Bivayn su anbarı 2000-ci ildə tikilib. Əkin sahələrinin suvarılması üçün nəzərdə tutulub. Sahibi "İmpala İstifadəçi Birliyi"dir (ing. Impala User Association).
Bivayn çayı
Bivayn çayı (ing. Bivane river) — Cənubi Afrika Respublikasının Kvazulu-Natal şəhərində yerləşən Ponqola çayının bir qolu. Əsas mənbəyi 2000 m-dən artıq olan Çay Utrextin şimalında — dağlıq ərazidədir. Çay Paulpietersburq və Vrayheid arasından axır və İtala Qeym Reservinin qərb sərhədində Ponqolaya qoşulur. == Şəlalə == Bivayn çayı üzərində böyük Adisali şəlaləsi vardır. == Su anbarı == Bivayn su anbarı 2000-ci ildə tikilib. Əkin sahələrinin suvarılması üçün nəzərdə tutulub. Sahibi "İmpala İstifadəçi Birliyi"dir (ing. Impala User Association).
Bulbophyllum bivalve
Bulbophyllum linearilabium (lat. Bulbophyllum linearilabium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Malukudan Yeni Qvineyaya qədər yayılmışdır. == Sinonimləri == Bulbophyllum arachnoideum Schltr. Bulbophyllum bivalve J.J.Sm. Bulbophyllum heliophilum J.J.Sm. Diphyes arachnoidea (Schltr.) Szlach. & Rutk.
Doktor Jivaqo
Doktor Jivaqo (rus. Доктор Живаго) — Boris Pasternakın müəllifi olduğu roman. "Doktor Jivaqo" 1945-ci ildən 1955-ci ilə qədər olan müddətdə yazılmışdır və yazıçının fikrinə görə onun yaradıcılığının ən yüksək nöqtəsi sayılır. Roman onun baş qəhrəmanı Yuri Andreyeviç Jivaqonun şeirləri ilə müşayiət olunur. Yüzilliyin başlanğıcında Böyük Vətən Müharibəsinə qədər olan faciəvi mərhələdə rus ziyalılarının həyatını təsvir etməklə, kitab həyatın sirri, ölüm, rus tarixinin problemləri, ziyalılar və inqilab, xristianlıq, yəhudilik kimi məsələləri işıqlandırır. Kitab sovet ədəbi dairəsində kəskin şəkildə pis qarşılanır və müəllifin 1917-ci il Oktyabr inqilabına və ölkənin sonrakı həyatına dair bir mənalı mövqe tutmadığına görə çapdan imtina edilir. == Məzmun == Romanın baş qəhrəmanı Yuri Jivaqo əsərin əvvəlində oxuculara, anasının dəfnində iştirak edən balaca oğlan kimi təqdim edilir. Yuri varlı aiələnin varisidir. Onların ailələri heç vaxt xoşbəxt olmayıb. Atası ailəsini hələ anasını vəfatından öncə atmışdır.
Geum rivale
Çay çınqılotu (lat. Geum rivale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Anemone dodecaphylla Krock. Bernoullia hybrida Raf. Bernoullia rivalis (L.) Raf. Caryophyllata aquatica Lam. Caryophyllata nutans Moench Caryophyllata rivalis (L.) Scop. Geum hybridum Wulfen ex Jacq. Geum nutans Crantz Geum nutans Raf. Geum pallidum Fisch.
Nikolay Gikalo
Nikolay Fyodoroviç Gikalo (belar. Никола́й Фёдорович Гика́ло; 8 (20) mart 1897, Odessa, Xerson quberniyası – 25 aprel 1938, Moskva) — sovet dövlət və partiya xadimi, 1917-ci ildən kommunist partiyasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1929–1930). == Həyatı == Nikolay Gikalo 1915-ci ildə Tiflis hərbi-feldşer məktəbini bitirib. I Dünya Müharibəsində iştirak edib, Georgi xaçı ilə təltif olunub. 1918–1927-ci illərdə Qafqazda partiya işində çalışıb. 1927–1928-ci illərdə ÜKP (b) MK-nın Orta Asiya bürosunun üzvü olub. 1929–1930-cu illərdə Özbəkistan KP (b) MK-nın katibi, 1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifələrində çalışıb. 1930–1931-ci illərdə ÜKP (b) MK-nın təşkilati təqsim sədrinin müavini, 1932-ci il yanvarın 29-dan 1937-ci il martın 18-nə qədər Belorusiya KP (b) MK-nın I katibi olub. 1937-ci ildən Ukrayna KP (b)-nin Xarkov vilayət komitəsinin I katibi vəzifəsini tutub. 1937-ci il oktyabrın 11-də həbs edilib.
Pyrethrum nivale
Tanacetum nivale (lat. Tanacetum nivale) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pyrethrum nivale (Sch.Bip.) Sch.Bip. ex Boiss. === Heterotipik sinonimləri === Pyrethrum pseudoparthenium Boiss. & Kotschy Tanacetum pseudoparthenium (Boiss. & Kotschy) Sch.Bip.
Səid Bilalov
Səid Bilal oğlu Bilalov (12 fevral 1941, Söhüb, Quba rayonu – 1997) — kimyaçı alim, kimya elmləri doktoru, professor. == Həyatı == S.B.Bilalov 1941-ci il fevralın 12-də Quba rayonunun Söhb kəndində kəndli ailəsində anadan olmuşdur. Orta məktəbi Quba rayonunda bitirdikdən sonra, iki il istehsalatda çalışmışdır. 1959-65-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakultəsində təhsil almışdır. 1963-cü ildən Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laborant və mühəndis vəzifəsində işləmişdir. 1965-ci ildən yeni yaradılmış Aşqarlar Kimyası İnstitutunda baş mühəndis, kiçik və böyük elmi işçi, 1990-cı ildın isə aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1972-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə aprel ayının 6-sinda vəfat etmişdir. == Elmi istiqaməti == S.B.Bilalovun əsas elmi-tədqiqat işləri tərkibində azot, kükürd və fosfor saxlayan üzvi birləşmələrin və onların metal törəmələrinin və kompleks birləşmələrinin sintezinə həsr olunmuşdur. Onun tərəfindən ilk dəfə bir molekulda iki akseptor qrupu və hidroksil qrupu saxlayan aminospirtlərdə, alkoksiaminospirtlərdə və alkiltiospirtlərdə molekullar arası və molekuldaxili hidrogen rabitələrinin mövcudluğu İQ-spektroskopiya üsulu ilə tədqiq edilmişdir.
Tanacetum nivale
Tanacetum nivale (lat. Tanacetum nivale) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pyrethrum nivale (Sch.Bip.) Sch.Bip. ex Boiss. === Heterotipik sinonimləri === Pyrethrum pseudoparthenium Boiss. & Kotschy Tanacetum pseudoparthenium (Boiss. & Kotschy) Sch.Bip.
Trillium nivale
Trillium nivale (lat. Trillium nivale) — melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü.
Zeynidin Bilalov
Zeynəddin Dolqat oğlu Bilalov (26 noyabr 1965; Qusar, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2004 və 2008-ci illərdə baş tutan Paralimpiya Oyunlarında gümüş medallara sahib olub. == Həyatı == Zeynəddin Bilalov 1965-ci il noyabrın 26-da Qusar şəhərində anadan olub. == Karyerası == 2000-ci ildə Zeynəddin Bilalov Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 5.42 metr nəticə ilə 8-ci pillənin sahibi olan Zeynəddin Bilalov, 100 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi. Zeynəddin Bilalov 2003-cü il Assen şəhərində (Niderland) Avropa Çempionatının qalibi oldu. 2004-cü ilin sentyabr ayında Zeynəddin Bilalov Yunanıstannın Afina şəhərində baş tutan XII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.88 metr nəticə ilə gümüş medala sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Zeynəddin Dolqat oğlu Bilalov "Tərəqqi" medalı ilə təltif edildi. 2008-ci ilin avqust ayında Zeynəddin Bilalov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı.
Zeynəddin Bilalov
Zeynəddin Dolqat oğlu Bilalov (26 noyabr 1965; Qusar, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2004 və 2008-ci illərdə baş tutan Paralimpiya Oyunlarında gümüş medallara sahib olub. == Həyatı == Zeynəddin Bilalov 1965-ci il noyabrın 26-da Qusar şəhərində anadan olub. == Karyerası == 2000-ci ildə Zeynəddin Bilalov Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 5.42 metr nəticə ilə 8-ci pillənin sahibi olan Zeynəddin Bilalov, 100 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi. Zeynəddin Bilalov 2003-cü il Assen şəhərində (Niderland) Avropa Çempionatının qalibi oldu. 2004-cü ilin sentyabr ayında Zeynəddin Bilalov Yunanıstannın Afina şəhərində baş tutan XII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.88 metr nəticə ilə gümüş medala sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Zeynəddin Dolqat oğlu Bilalov "Tərəqqi" medalı ilə təltif edildi. 2008-ci ilin avqust ayında Zeynəddin Bilalov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı.
İvaylo buxtası
İvaylo buxtası (bolq. Ивайлов залив, ‘Ivaylov Zaliv’ \i-'vay-lov 'za-liv\) — 500 m uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən 900 m şərqdə yerləşmişdir. Holl yarımadası ilə əhatələnmişdir və şəbəkə əmələ gətirmişdir. Buxta Bolqarıstanın 1277-1279-cu illərdə çarı olan İvaylonun adını daşıyır. == Yerləşməsi == İvaylo buxtası 62°46′14″ c. e. 61°14′46″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Leontopodium nivale
Leontopodium nivale (lat. Leontopodium nivale) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin edelveys cinsinə aid bitki növü.
Biva
Biva gölü — Yaponiyanın ən böyük şirin sulu gölü. Biva (musiqi aləti) — Yapon musiqi aləti.
Bualo - Narsejak
Bualo — Narsejak (fr. Boileau-Narcejac) — Fransız əsilli iki yazıçıdan (Pyer Bualo (1906–1989) və Toma Narsejak (1908–1998)) ibarət ədəbi tandem. Pyer Bualo və Toma Narsejak ədəbi dueti dünyada bu tip birliyin tək nümunəsi deyil. Lakin Qrimm qardaşları, Qonkur qardaşları, Elleri Kvin tandemi kimi digər duetlərdən fərqli olaraq Pyer Bualo ilə Toma Narsejakı heç bir qohumluq əlaqəsi birləşdirmirdi. Müstəqil yazıçılar kimi məşhurlaşdıqdan sonra birgə fəaliyyətə başlamaqları da onları digərlərindən fərqləndirən amildir. Bualo Narsejak tandemi iki müstəqil yazıçı kimi fəaliyyət göstərən Bualo və Narsejakdan tamamilə fərqli üslubda və tərzdə əsərlər yaradıb. Bualo-Narsejak birliyi detektiv üslubunda psixoloji roman janrının banisi hesab ediir. == Pyer Bualo == Pyer-Lui Bualo (fr. Pierre Louis Boileau) 28 aprel 1906-cı ildə Parisdə dünyaya gəlmişdir. Bualo-Narsejak tandemindən ilk yazmağa başlayan və məşhurlaşan məhz Bualo idi.