Abdulcəmil Xəqani oğlu Bilalov (9 yanvar 1997, Ləkçılpaq, Göyçay rayonu – 20 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Abdulcəmil Bilalov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 yanvar 1997 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 2020 (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Uşaqları | Ahmet, Mustafa |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Abdulcəmil Bilalov 1997-ci il yanvarın 9-da Göyçay rayonunun Ləkçılpaq kəndində anadan olub.[1] Abdulcəmil ailənin 3-cü övladı idi. O, anadan olanda anası demişdi ki, Vətən üçün oğul böyüdürəm. Çox aktiv, həyat dolu uşaq idi. Abdulcəmil uşaqlıqdan futbola bağlı uşaq idi. Fənərbaxça klubunun azarkeşi olan Abdulcəmil həyətdəki uşaqlarla Ləkçılpaq komandası qurmuşdu. Kəndarası yarışlara qatılardı.[2][3][4]
2018-ci ilin iyul ayında evlənmişdi. Ahmet və Mustafa adında iki oğlu yadigar qalıb.
Müharibə başlamamışdan bir neçə ay əvvəl ağır yol qəzası keçirir. Səfərbərliyə çağırsalar da keçirdiyi qəza səbəbindən orduya aparmaq istəməyiblər, ancaq Abdulcəmilin israrları ilə səfərbərliyə qatılıb və ordu sıralarında xidmət etməyə başlayıb. Son dəfə 15 oktyabr ailəsi ilə danışmışdı. Suqovuşan istiqamətində şiddətli döyüşlər zamanı qolundan yara alsa da döyüşə davam edib. 17 oktyabr döyüşlərdən qayıdarkən əsgər yoldaşları bir az sürətli getmələrini xahiş etsələr də, Abdulcəmil mən çox yorulmuşam, asta gedəcəm deyir. Əsgər yoldaşı bir az uzaqlaşandan sonra ətrafında minamyot partlayır və şəhidlik məqamına şəhadət şərbətini içənə kimi 11 erməni məhv edib. Cənazəsi neytral zonada qaldığı üçün uzun zaman dəqiq xəbər almaq mümkün olmamışdı. 20 noyabr 2020-ci ildə Göyçay rayonunun Ləkçılpaq kəndində dəfn olunub.
Azərbaycan Ordusunun əsgəri olan Abdulcəmil Bilalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb[5]. Abdulcəmil Bilalov noyabrın 1-də Ağdərə istiqamətində şəhid olub. 20 Noyabrda Göyçay rayonunun Ləkçılpaq kəndində dəfn olunub.[6][7]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulcəmil Bilalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Abdulcəmil Bilalov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[9]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Abdulcəmil Bilalov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[10]