Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cucumis melo var. vard
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Sarh
Sarh şəhəri (fr. Sarh) — Sarh köhnə adı ilə Fort-Arçambault Çadın Ncamena və Mundu şəhərlərindən sonra ən böyük üçüncü şəhəridir. Şəhər Moyen-Şari (Mərkəzi Şari) regionunun Barh-Köh şöbəsinin inzibati mərkəzidir. Əhalisi 2012-ci 103270 nəfər olmuşdur. Dəniz səviyyəsindən 353 m yüksəklikdə yerləşən şəhər, Şari çayının sahilində paytaxt Ncamenadan təxminən 550 km cənub-şərqdə yerləşir. Çadla Mərkəzi Afrika Respublikasını birləşdirən avtomobil yolu da bu şəhərdən keçir . Şəhərin adı burada üstünlük təşkil edən Sara etnik qrupunun adından yaranmışdır. == İqtisadiyyatı == Çadın digər böyük şəhərlərindən fərqli olaraq Sarhın iqlimi daha rütubətli (il ərzində bura 969,3 mm yağış düşür) və sərindir. Məhz, iqliminin münbitliyi şəhərin Çadda pambıq sənayesinin mərkəzi olmasını təmin etmişdir. Pambıqçılıqla yanaşı şəhərdə balıqçılıqla da məşğul olurlar.
Vah
Vah (slovak. Váh) — Slovakiyanın ən uzun çayı, Dunayın sol qolu. == Adlanması == Çayın adı latın dilindən olan vagus (gəzib dolanan) sözündən yaranıb, belə ki, çay öz məcrasını tez-tez dəyişirmiş. == Coğrafiyası == Vah çayı Kralyova Leqota çayı yaxınlığında, mənsəbini Vısokiye Tatrı və Nizkiye Tarı dağlarından götürən Çernı Vah və Belı Vah çaylarının birləşməsi nəticəsində yaranır. Vah çayının uzunluğu — 433 km, çay səthinin sahəsi — 19 600 km²-dir. İllik su sərfi 152 m³/saniyədir. == İqtisadiyyatı == Vah çayı üzərində Vajsk silsiləsi yaradan 20 su elektrik stansiyası vardır. Çayın suyu suvarma və su təchizatı üçün istifadə edilir. Çay mənbəyindən Sered şəhərinə qədər gəmiçilik üçün istifadə edilir.
Var
Var (Xoy)
Var.
Müxtəliflik — botaniki adlandırmalarda var. (lat. varietas sözünün qısaldılmış forması) növdən də kikik taksonomik vahidi göstərir və bu zaman həmin taksonomik vahid 3 adın köməyilə yazılır.
Cek Vard
Cek Vord, Quşcuğaz və ya Yusif Rəis (1 yanvar 1553 – 1622, Tunis, Osmanlı Tunisi) — əfsanəvi dəniz qulduru tarixdə Yusuf Rəis kimi də tanınır. Cek Sərçə personajı ondan ilhamlanaraq yaradılmışdır. Tarixdı həm də Yusuf Rəis və ya "Türkə dönmüş xristian" kimi tanınır. == Tərcümeyi-halı == İngilisdilli millətlər üçün Cek Quşcuğaz (Jack Birdy) əfsanəvi dəniz qulduru idi və onun barəsində müxtəlif kitablar, pyeslər yazılmışdı. XX əsrdə bu dəniz qulduru barədə bir neçə macəra filmi çəkilmişdi. Nəhayət, 2000-ci illərdə Hollivudun çəkdiyi "Qəraib dənizi quldurları" film epopeyası, əsasən də məşhur Hollivud ulduzu Conni Depp`in mahir ifasında Cek Sərçə (Jack Sparrow) adı ilə yaratdığı obraz bu tarixi qulduru kinodakı rolun adı ilə bütün dünyaya tanıtdı. === Erkən həyatı === Cek Vord (Jack Ward) və ya bəzi sənədlərdə Con Vord (John Ward) kimi tanınan bu adamın erkən dövrü barədə az məlumat var. Ehtimala görə, o, 1552 və ya 1553-cü ildə İngiltərənin cənub-şərqindəki Kent bölgəsinin kiçik Faverşem liman şəhərində doğulub. Liman şəhəri keçmiş dənizçi və dəniz quldurlarının sonuncu sığınacağı hesab edilirdi. Şəhər əhalisinin əsas qazanc yeri balıqçılıq və qısa məsafələrdə işləyən dəniz ticarəti idi.
Karlovy Vary
Karlovı Varı -Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəri. 2008-ci ilin statistik məlumatlarına görə şəhərin 53.708 nəfər əhalisi vardır. Paytaxt Praqadan təxminən 130 km qərbdə, tarixi Bohemiya bölgəsinin qərbində yerləşən şəhər 1370-ci ildə İmperator IV Karl tərəfindən qurulmuş və adını da qurucusundan almışdır. Şəhərdə çox sayda bulaq mövcuddur. Bunlardan ən istisi Termal Bulağıdır. Şəhərin ən böyük və ən məşhur tikilisi "Mill Kolonada"dır. Bulaqların əksəriyyəti bu kolonadada yerləşir. Karlovı Varını dünyada tanıdan ikinci səbəb isə böyük əhəmiyyətli sosial və mədəni tədbir olan, hər ilin iyul ayında keçirilən Beynəlxalq Kinofestifalıdır.
Karlovı Varı

Vard Petre
Vard Petre (30 yanvar 1997) — Belçikalı şort-trekçi. Vard Petre Belçikanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vard Petre birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Petre 2:17.362 saniyəlik nəticəsi ilə öz cığırında 5-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Varg Vikernes
Lui Kaşet (doğum adı: Kristiyan Vikernes) hamı tərəfindən Varq Vikernes olaraq tanınan (norv. Varg Vikernes [ˈvarɡ ˈviːkeɳes]; d. 11 fevral 1973) Norveçli Blək metal musiqiçisi, bloqer, yazıçı, qatil və Youtuber. 1991-ci ildə qurduğu tək nəfərli musiqi layihəsi Burzum, Norveç black metal səhnəsində sürətlə yüksəlişə doğru irəlilədi. 1992-ci ildə Mayhem ə qatılan Vikernes, Count Grishnackh səhnə adını aldı. Bu əsnada musiqiçi, Paqanizm ilə yaxınlaşdı və German neopaqanizm iylə əlaqədar məzmun nəşr etdi. 1992-ci ildən 1993-cü ilə qədər bir neçə kilsə yandırma skandallarına imza atdı. 1994-cü ildə qrup yoldaşı, Euronymous ləqəbli Öystein Aarsethi öldürmə səbəbi ilə ona qarşı hökm irəli sürüldü. Dörd dəfə tarixi kilsə yandırma cəhdində də təqsirli bilinən musiqiçi, 21 il həbsə məhkum edildi. 16 il məhbus həyatı yaşayan Vikernes 2009-cu ildə şərti azad edildi.
Varp mühərriki
Varp mühərriki — bir çox əsərlərdə təsvir olunmuş hipotetik işıqdan sürətli hərəki sistemdir. Varp mühərriki ilə təchiz olunmuş gəmi işıq sürətindən böyük bir sürətlə səyahət edə bilər.
Varq Vikernes
Lui Kaşet (doğum adı: Kristiyan Vikernes) hamı tərəfindən Varq Vikernes olaraq tanınan (norv. Varg Vikernes [ˈvarɡ ˈviːkeɳes]; d. 11 fevral 1973) Norveçli Blək metal musiqiçisi, bloqer, yazıçı, qatil və Youtuber. 1991-ci ildə qurduğu tək nəfərli musiqi layihəsi Burzum, Norveç black metal səhnəsində sürətlə yüksəlişə doğru irəlilədi. 1992-ci ildə Mayhem ə qatılan Vikernes, Count Grishnackh səhnə adını aldı. Bu əsnada musiqiçi, Paqanizm ilə yaxınlaşdı və German neopaqanizm iylə əlaqədar məzmun nəşr etdi. 1992-ci ildən 1993-cü ilə qədər bir neçə kilsə yandırma skandallarına imza atdı. 1994-cü ildə qrup yoldaşı, Euronymous ləqəbli Öystein Aarsethi öldürmə səbəbi ilə ona qarşı hökm irəli sürüldü. Dörd dəfə tarixi kilsə yandırma cəhdində də təqsirli bilinən musiqiçi, 21 il həbsə məhkum edildi. 16 il məhbus həyatı yaşayan Vikernes 2009-cu ildə şərti azad edildi.
Vard Kanninqem
Hovard G. Kanningem (26 may 1949 və ya 1949, Miçiqan-Siti[d], İndiana) — Viki-nin ilkin versiyasını hazırlayan və Çevik proqram təminatının inkişafı manifestinin müəllifi olan Amerikalı kompüter proqramçısıdır. Həm dizayn nümunələri , həm də ekstremal proqramlaşdırma sahəsində qabaqcıl olan Hovarda, 1994-cü ildə VikiVikiVeb- i kodlamağa başladı və onu Portland Pattern Repository əlavəsi kimi 25 mart 1995-ci ildə c2.com-da (proqram məsləhətçiliyinin veb-saytı) quraşdırdı . Kanningem wiki tədqiqatı və təcrübəsi ilə bağlı WikiSym konfrans seriyasının ilk üç instansiyasında , həmçinin Wikimedia Developer Summit 2017-də əsas məruzəçi olub. == Həyatı == Hovard G. Kanninqem 26 may 1949-cu ildə İndiana ştatının Miçiqan şəhərində anadan olub . O, orta məktəbə İndiana ştatının Highland şəhərində gedib. 1978-ci ildə fənlərarası mühəndislik (elektrik mühəndisliyi və kompüter elmləri) üzrə bakalavr dərəcəsini və kompüter elmləri üzrə magistr dərəcəsini bitirib. O, həmçinin Wyatt Software-də Ar-Ge direktoru və tektronix kompüter tədqiqat laboratoriyasında baş mühəndis vəzifələrində çalışmışdır. O, Federal Rabitə Komissiyası tərəfindən verilmiş həvəskar radio əlavə sinif lisenziyasına malikdir və onun zəng işarəsi K9OX-dir === "Kanningem qanunu" === Kanningem ideyası ilə hesablanır: "İnternetdə düzgün cavabı əldə etməyin ən yaxşı yolu sual vermək deyil, səhv cavabı yerləşdirməkdir". İnsanların suala cavab verməkdənsə, səhv cavabı düzəltmək istəklərindən irəli gəlir. Steven McGeady-nin dediyinə görə , Kanninqem 1980-ci illərin əvvəllərində ona bu barədə şıltaqlıq edərək məsləhət verib və McGeady bunu Kanningem Qanunu adlandırıb .
Vard Kanningem

Vah!.. (1980)
== Məzmun == Kinokomediyada Azərbaycanın cənubunda ev işləri ilə məşğul olmağın kişilər üçün qəbahət sayılması və bu adətin tədricən aradan götürülməsi haqqında danışılır. == Film haqqında == Film yazıçı Xizgil Avşalumovun "Bulaq başında görüşlər" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Var (Xoy)
Var (fars. وار‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4.271 nəfər. yaşayır (761 ailə).
Var (departament)
Var (fr. Var, oks. Var) — Fransanın cənub-şərqində yerləşən, Provans-Alp-Kot d'Azür regionun departamentlərindən biri. Sıra nömrəsi — 83. İnzibati mərkəzi — Tulon . Əhalisi — 1,026,222 nəfərdir (departamentlər arasında 22-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Var departamenti Fransanın cənub-şərqində 5,973 km² olan Aralıq dənizi sahilində (Kot d'Azür) yerləşir. == Tarixi == Var — 1790-ci ilin mart ayında Böyük Fransa inqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Provans vilayətinin ərazisində yerləşir. Adı Var çayından gəlir.
Karlovı Varı diyarı
Karlovı Varı diyarı (çex. Karlovarský kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Karlovı Varı şəhəridir. == Coğrafiya == Bölgə Çexiyanın qərbində yerləşir, şimal-şərqdə Ustetsk bölgəsi ilə, cənub-şərqdə Pilsen bölgəsi ilə, cənub və şimal-qərbdə isə Almaniya ilə həmsərhəddir. Bölgədəki ən yüksək nöqtə Ore dağlarında Klinovets (dəniz səviyyəsindən 1244 metr yüksəkdir), ən aşağı yer (dəniz səviyyəsindən 320 metr) Karlovı Varı bölgəsinin sərhədi yaxınlığında yerləşir. Bölgənin iqlimi və torpağı kənd təsərrüfatı üçün o qədər də əlverişli deyil. Bölgədə faydalı qazıntılar var: qəhvəyi kömür və dəmir filizinin kiçik bölmələri. Meşə ərazisi rayon ərazisinin 43% -ni tutur, kənd təsərrüfatına yararlı torpaqlar ərazinin cəmi 17% -ni təşkil edir ki, bu da ölkə üzrə orta göstəricidən azdır. == Əhali == 2011-ci il siyahıyaalınmasına əsasən, rayon əhalisi 295.595 nəfər idi, onlardan 150.112 nəfər (50.78%) qadınlardır. 190 285 nəfər (əhalinin 64,37%) özlərini çex, 7217 (2.44%) Slovaks elan etdilər; 4431 nəfər (1.50%) Almanlardır (Çexiya bölgələri arasında Almanların ən böyük nisbəti), Vyetnamlılar - 3597 (1.22%), Ukraynalılar - 1376 (0.47%).
Karlovı Varı teatrı
Karlovı Varı teatrı çex. Městské divadlo Karlovy Vary (əvvəlki adı "Vitezslav Nezval teatrı" çex. Divadlo Vítězslava Nezvala) - Vyanalı memarlar Ferdinand Fellner və Hermann Helmer tərəfindən 1886-cı ildə inşası tamamlanmış Karlsbadın mədəniyyət mərkəzi və əsas teatr binasıdır. Teatr Tepla çayının sahilində, Divadelni meydanının Nova Louka küçəsi ilə kəsişən yerində yerləşir. == Tarix == Karlsbad (indiki Karlovı Varı) şəhərini Turgenev, Dostoyevski, Qonçarov kimi məşhur yazıçılar çox sevirdilər. Tanınmış fizioloq Pavlov da buradakı suyun müalicəvi xüsusiyyətləri haqqında yüksək fikirdə idi. Bu cür insanlar kurortda yalnız öz sağlamlığının qayğısı barədə uzun-uzadı düşüncələrlə keçinə bilmirdilər, onlar əsas diqqətini şəhərin mədəni həyatının daim maraqlı və rəngarəng olmasına ayırırdılar. 1717-ci ildə Karlsbad şəhərini Polşanın 3-cü kralı və Saksoniyanın kurfürstü II Avqust ziyarət edir. Burada o həm özünün sağlamlığının qayğısına qalır, həkimlər isə onun mənəvi ruhunun möhkəmləndirilməsinə səy göstərirlər. Bundan başqa, onun maraq dairəsində möhtəşəm fransız opera mədəniyyəti də vardı.
Vard Hill Lamon
Ward Hill Lamon (6 yanvar 1828 – 7 may 1893) Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti və Respublikaçılar Partiyasının ilk prezidenti Avraam Linkolnun ən yaxın dostu və yaxın mühafizəçisi idi. 2 il ABŞ-nin Virciniya ştatında tibb təhsili almışdır. Angelina Turner ilə evləndi. Bu evlilikdən Angelina Ehud adlı bir qızı da var idi. ABŞ-də köləliyə son qoymaq üçün demək olar ki, Linkoln səylərinin hamısında Linkolnun yanında idi. Linkoln və həyat yoldaşının Ford Teatrındakı Linkolnun ölümünə səbəb olan “Amerikalı əmimiz” (“Our American Cousin”) tamaşasını izləməyə getdiyi gecə, o getməmişdir. Bu gecə Linkoln, Konfederasiyaya işləyən Mryland casusu John Wilkes Booth tərəfindən öldürüldü. Bu sui-qəsd həm də ABŞ prezidentlərinə edilən ilk sui-qəsddir. Sui-qəsddən 12 gün sonra John Wilkes Booth Federal agentlər tərəfindən tapıldı. Sonda Virciniyadakı bir anbarda öldürüldü.
Devamı Var (albom)
Devamı Var – Mustafa Sandal-ın 2007-ci ildə çıxardığı albomdur. == Mahnı haqqında == "Devamı Var" albomu Türkiyəyə məxsus "Seyhan Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "İndir", "Melek Yüzlüm", "Gönlünü Gün Edeni" və "Dayan" mahnılarına klip çəkilmişdir.
Ehtiyacım var (mahnı)
Emqır var Emreys
Emqır var Emreys (pol. Emhyr var Emreis) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Nilfqaard imperatoru, Sirillanın atasıdır. == Bioqrafiya == Emqır var Emreys Nilfqaard imperatoru Ferqus var Emreysin oğludur. Atasının hakimiyyətdən devrilməsindən sonra Emqır qaçaraq xilas ola bilir, lakin caduya tuş gəlir: hər gün o qorxunc kirpiyə çevrilir və yalnız gecələr insan simasına qayıdır. Bundan sonra Erlenvaldda məskunlaşan Emqır Erlenvaldlı Yoj adı ilə tanınır. Emqır Sintra kralı Ryöqneri xilas edir və minnətdarlıq olaraq kralın "evdə qoyduöu, amma haqqında bilmədiyi" şeyi alır. Sonradan bəlli olur ki, bu hədiyyə kralın yeni doğulmuş qızı Pavettadır: on beş il sonra Yoj Sintra şahzadəsi ilə evlənir və beləliklə də cadunun təsiri keçir. Pavetta və Emqırın Sirilla adlı qızı dünyaya gəlir. Sonradan gəmi qəzası nəticəsində Pavetta vəfat edir, onun həyat yoldaşı da itkin düşmüş sayılır. Əslində isə Nilfqaarda qayıdan Emqır imperator hakimiyyətini ələ keçirir.
Hadisə var (roman)
Hadisə var — Orxan Kamalın yazdığı və 1958-ci ildə nəşr olunan roman. Müəllif romanı 1954-cü ildə yazıb. Kitab Xanımın ferması trilogiyasının ilk kitabıdır. == Məzmun == Çukurovanın çətin insan münasibətlərindən bəhs edən Xanımın ferması trilogiyasının ilk kitabı olan Hadisə var, dəyişən ictimai münasibətlərin insanların həyatını və şüurunu necə yönləndirdiyini və dəyişdirdiyini izah edən bir romandır. Hadisə var, torpağını itirərək yoxsullaşan kəndlilərlə güclənən mülkədarlar arasındakı gərgin münasibətləri müzakirə edərkən, bu münasibət çərçivəsində kimliklərinin yenidən qurulmasının şahidi olur.
Vah!.. (film, 1980)
== Məzmun == Kinokomediyada Azərbaycanın cənubunda ev işləri ilə məşğul olmağın kişilər üçün qəbahət sayılması və bu adətin tədricən aradan götürülməsi haqqında danışılır. == Film haqqında == Film yazıçı Xizgil Avşalumovun "Bulaq başında görüşlər" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Aare
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu. Jujan xaqanlığı — Şimali Çin çöllərində türk dövləti.
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Barl
Barl (fr. Barles, oks. Barles) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04020. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat meşəçilik, kənd təsərrüfatı, qoyunçuluq və turizmə əsaslanır. 2007-ci ildə 93 yaşında (15-64 yaş arasında) 64 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 67.2%).