Emqır var Emreys (pol. Emhyr var Emreis) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Nilfqaard imperatoru, Sirillanın atasıdır.
Emqır var Emreys | |
---|---|
pol. Emhyr var Emreis | |
Cadugər romanlar seriyası personajı | |
İlk görünmə | Az qəddarlıq |
Yaradan | Andjey Sapkovski |
Canlandıran |
Dariyuş Yakubovski Bart Edvards |
Məlumat | |
Ləqəb(lər)i | Erlenvaldlı Yoj |
Cinsi | qadın |
Peşə | quldur |
Titul | suveren |
Həyat yoldaşı | Pavetta |
Emqır var Emreys Nilfqaard imperatoru Ferqus var Emreysin oğludur. Atasının hakimiyyətdən devrilməsindən sonra Emqır qaçaraq xilas ola bilir, lakin caduya tuş gəlir: hər gün o qorxunc kirpiyə çevrilir və yalnız gecələr insan simasına qayıdır. Bundan sonra Erlenvaldda məskunlaşan Emqır Erlenvaldlı Yoj adı ilə tanınır.
Emqır Sintra kralı Ryöqneri xilas edir və minnətdarlıq olaraq kralın "evdə qoyduöu, amma haqqında bilmədiyi" şeyi alır. Sonradan bəlli olur ki, bu hədiyyə kralın yeni doğulmuş qızı Pavettadır: on beş il sonra Yoj Sintra şahzadəsi ilə evlənir və beləliklə də cadunun təsiri keçir.
Pavetta və Emqırın Sirilla adlı qızı dünyaya gəlir. Sonradan gəmi qəzası nəticəsində Pavetta vəfat edir, onun həyat yoldaşı da itkin düşmüş sayılır. Əslində isə Nilfqaarda qayıdan Emqır imperator hakimiyyətini ələ keçirir. Bundan sonra güclü ordu yaradaraq Şimal krallıqlarını işğal etməyə başlayır. İki qanlı döyüşdən sonra Emqır Yaruq çayından cənubdakı ərazilərini öz imperiyasına birləşdirməyə müvəffəq olur.
ABŞ istehsalı olan "Cadugər" teleserialında Emqır rolunu Bart Edvards oynamışdır.