Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Albit
Albit — mineral - Na[AlSi3O8]. == Haqqında == Plagioklazın izomorf sırasının son üzvü. Kris­tallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir. == Albit ikiləşməsi == Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagio­klazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Debit
Debit – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin debiti l/san, yaxud m³/san, m³/saat, m³/gün-lə hesablanır. Debit uzun müddət ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edir. Su quyularının məhsuldarlığı xüsusi debitlə (səviyyə 1 m-ə düşənəcən olan Debit) müəyyənləşdirilir. Suyun debiti ölçü qabları, müxtəlif konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə təyin edilir. Hidrogeoloji tədqiqatlarda quyunun debiti mühüm göstəricilərdən biri hesab olunur.
Orbit
Orbít (lat. orbita — yol, cığır) və ya Mədar — səma cisminin hərəkət trayektoriyası. Böyük obyektlərin qravitasiya təsiri altında orbit fərqli formalarda ola bilər (dairəvi, elliptik, hiperbolik, parabolik). Bundan əlavə bir neçə obyektin qravitasiya təsiri nəticəsində mürəkkəb formalı orbitləri də mövcuddur.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Vasit
Vasit (ərəb. وَاسِط‎ Wāsiṭ) — İraqın Vasit mühafəzəsində tarixi şəhər.
Zabit
Zabit (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bir vəzifə növü. Polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
İrbit
İrbit — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
İzmit
İzmit ― Türkiyədə şəhər. 2008-ci il məlumatına əsasən əhalisinin sayı 373 034 nəfərdir. Araşdırmalar nəticəsində məlum olub ki, insanlar İzmit və ətraflarında təxminən eramızdan əvvəl 3000-ci ildən bəri yaşayırlar. Qədim dövrlərdə İzmitin yerləşdiyi yer Bitiniya adlanan bölgədə idi. İzmitin eramızdan əvvəl 12-ci əsrə qədərki dövrləri onun qaranlıq dövrləridir. Eramızdan əvvəl 12-ci əsrdə frigiyalılar burada məskun idilər, lakin siyasi təşkilat qura bilmədiklərindən burada uzun müddət hökmranlıq edə bilmədilər. Bitiniya padşahının ölümündən sonra onun yerinə böyük oğlu Nikomed gəldi. Nikomed qarət nəticəsində indiki İzmitin yerləşdiyi bölgədə Astakozla üzbəüz yeni daha təhlükəsiz şəhər qurdu. Nikomedia adlanırdı və Bitiniyanın paytaxtı oldu. Strabonun əsərində ( Coğrafiya , XII, 52-53) Nikomediya kimi qeyd olunan şəhərin adı türk mənbələrində Harizmi Nikumudiya, Şerif el-İdrisi Nikumudiyye və İbnül-İbruziyyə kimi qeyd olunur.
VBİS
Verilənlər bazasının idarəetmə sisitemləri (VBİS) – birləşdirilmiş dil və proqram təminatından ibarətdir ki, bunun vasitəsilə verilənlər bazası təşkil olunur. VBİS xüsusi proqram vasitələri olub, informasiyaların saxlanması və axtarışını avtomatlaşdırır. VBİS tətbiqi xarakterinə görə fərdi və çoxistifadəçili ola bilər. Fərdi VBİS – bir kompüterdə işləyən lokal verilənlər bazasını təşkil etməyə imkan verir. Çoxistifadəçili VBİS klient-server arxitekturasında informasiya sistemi təşkil etməyə imkan verir. VBİS-nə aiddir: Paradox, dBase, FoxPro, Microsoft Access, Microsoft SQL Server, İnterBase, Oracle və s. VBİS-nin yerinə yetirdikləri əməliyyatlar: informasiyanı strukturlaşmış formada təqdim edir; verilmiş kriterilər üzrə informasiyanın axtarışını və seçimini yerinə yetirir; VB-da saxlanılan informasiyalar üzərində hesablamalar aparır; VB-dan informasiyalar çapa verir; VB-na yeni informasiyalar daxil edilir; VB-da saxlanılan informasiyalar redaktə edilir. == VBİS arxitekturası == Bir VB ilə bir neçə istifadəçi işləyə bilər. Bunun üçün şəraitdən asılı olaraq VB-nın arxitekturası seçilir: Lokal arxitektura – həm proqram, həm də VB bir kompüterdə yerləşir. Fayl-server arxitekturası – VB xüsusi ayrılmış güclü kompüterdə (serverdə) yerləşir, fərdi kompüterlər ona lokal şəbəkə vasitəsilə birləşdiriliblər.
Vbet
Vbet — baş ofisi Ermənistanda yerləşən beynəlxalq mərc şirkəti. 2003-cü ildə Vahe və Vigen Bədəlyan tərəfindən yaradılmış "Vbet" idman mərcləri, onlayn kazino, poker, kiberidman və digər onlayn oyunlar üçün platforma təklif edir. Bu, "BetConstruct"un törəmə şirkətidir. == Tarixi == Şirkət 2003-cü ildə Vahe və Vigen Bədəlyan qardaşları tərəfindən təsis edilmişdir. 2004-cü ildə "Vbet" o zaman Ermənistanda yeni bir şey kimi qəbul edilən onlayn veb-saytını istifadəyə vermişdir. 2009-cu ilə qədər "Vbet"in ölkə daxilində 300-dən çox mərc salonu var idi. Sonrakı illərdə şirkət genişlənməyə davam etmiş, təkliflərini və xidmətlərini şaxələndirməyə başlamışdır. 2014-cü ildə şirkət "Vbet" kimi fəaliyyət göstərən yeni ad və kimliklə beynəlxalq bazara çıxmışdır. Elə həmin il sonuncu Kürasao kiberidman lisenziyasını əldə etmişdir. Malta Mərc Oyunları Səlahiyyəti tərəfindən 2015-ci ildə, Birləşmiş Krallıq Qumar Komissiyası tərəfindən 2017-ci ildə, Onlayn Oyunlar üçün Tənzimləmə Orqanı tərəfindən 2018-ci ildə və 2020-ci ildə İsveçin Oyun Tənzimləmə Təşkilatı tərəfindən təsdiq edilmişdir.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Debit kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Elbit Systems
Elbit Systems Ltd. (ivr: אלביט מערכות) İsrail mərkəzli bir müdafiə elektronikası şirkətidir. Şirkət 1966-cı ildə yaradılmışdır və aviasiya, quru və dəniz sistemləri, komandanlıq və nəzarət kompüterlər, kəşfiyyat nəzarəti və kəşfiyyat, pilotsuz uçuş aparatları, inkişaf etmiş elektro-optik, elektro-optik kosmik sistemlər, elektron döyüş qrupları, elektron kəşfiyyat sistemləri, kommunikasiya əlaqələri, rabitə sistemləri və radio sahəsində fəaliyyət göstərir. Şirkətin mərkəzi ofisi Hayfada yerləşir.
Geosinxron orbit
Geosinxron orbit — Yer ətrafında fırlanma dövrü Yerin öz oxu ətrafında fırlanma dövrünə — 23 saat 56 dəqiqə 4,1 saniyəyə bərabər olan peykin orbiti. Geostasionar – rabitə sistemlərində: peykin Yerə nəzərən tərpənməz vəziyyətinin saxlandığı orbit; buna peykin bucaq sürəti və fırlanma istiqamətinin Yerin bucaq sürəti və fırlanma istiqaməti ilə dəqiq üst-üstə salınması hesabına nail olunur. Geosinxron orbitə yerləşdirilən ilk rabitə peyki 1963-cü ildə ABŞ tərəfindən buraxılan "Syncom 2" olmuşdur. == Həmçinin bax == Geostasionar orbit Sinxron orbit == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Geostasionar orbit
Geostasionar orbit — Yerin ekvator xətti üzərində yerləşən dairəvi orbit. Bu orbitdə yerləşən süni peyk Yerin öz oxu ətafında fırlanmasının bucaq sürətinə bərabər sürətlə fırlanır və daima yer səthindəki eyni nöqtənin üstündə yerləşir. Geostasionar orbit geosinxron orbitin bir növüdür və rabitə, televiziya yayımı peyklərinin yerləşdirilməsi üçün istifadə edilir. Peyk Yerin dövretmə istiqamətində, 35 786 km yüksəklikdə fırlanmalıdır. Məhz bu yüksəklik peykə Yerin öz oxu ətrafında dövretmə sürətinə bərabər sürətlə (23 saat, 56 dəqiqə, 4,091 saniyə) fırlanmağa imkan verir. Geostasionar orbitin üstünlükləri yazıçı-fantast Artur Klarkın 1945-ci ildə "Wireless World" jurnalında dərc etdirdiyi elmi-populyar məqalədən sonra məşhurluq qazandı. Buna görə də qərbdə geostasionar və geosinxron orbitlər həmçinin "Klark orbiti", kosmik fəzanın Yerdən 36000 km hündürlükdə, ekvator xətti üzərində yerləşən hissəsi isə "Klark həlqəsi" adlandırılır. Geostasionar orbitə çıxarılan ilk süni peyk 19 avqust 1964-cü ildə ABŞ tərəfindən buraxılan "Syncom-3" olmuşdur.
Geostatik orbit
Geostasionar orbit — Yerin ekvator xətti üzərində yerləşən dairəvi orbit. Bu orbitdə yerləşən süni peyk Yerin öz oxu ətafında fırlanmasının bucaq sürətinə bərabər sürətlə fırlanır və daima yer səthindəki eyni nöqtənin üstündə yerləşir. Geostasionar orbit geosinxron orbitin bir növüdür və rabitə, televiziya yayımı peyklərinin yerləşdirilməsi üçün istifadə edilir. Peyk Yerin dövretmə istiqamətində, 35 786 km yüksəklikdə fırlanmalıdır. Məhz bu yüksəklik peykə Yerin öz oxu ətrafında dövretmə sürətinə bərabər sürətlə (23 saat, 56 dəqiqə, 4,091 saniyə) fırlanmağa imkan verir. Geostasionar orbitin üstünlükləri yazıçı-fantast Artur Klarkın 1945-ci ildə "Wireless World" jurnalında dərc etdirdiyi elmi-populyar məqalədən sonra məşhurluq qazandı. Buna görə də qərbdə geostasionar və geosinxron orbitlər həmçinin "Klark orbiti", kosmik fəzanın Yerdən 36000 km hündürlükdə, ekvator xətti üzərində yerləşən hissəsi isə "Klark həlqəsi" adlandırılır. Geostasionar orbitə çıxarılan ilk süni peyk 19 avqust 1964-cü ildə ABŞ tərəfindən buraxılan "Syncom-3" olmuşdur.
Gəbit Əxmərov
Gəbit Abdulla oğlu Əxmərov (başq. Әхмәров Ғәбит Абдулла улы, rus. Габи́т Абду́ллович Ахме́ров; 24 fevral 1921 – 11 aprel 1996, Fyodorovka rayonu (Başqırdıstan), Başqurdıstan) — Böyük Vətən müharibəsi iştirakçısı, 62-ci qvardiya süvari alayının 45 mm-lik silah batareyasının atəş taqımı komandirinin köməkçisi (16-cı qvardiya süvari diviziyası, 7-ci qvaridya süvari korpusu, Mərkəzi cəbhə), sovet qvardiyasının baş çavuşu. Sovet İttifaqı Qəhrəmanı (02.09.1944), 1945-ci ildən ehtiyatda olan leytenant. == Həyatı == 24 fevral 1921-ci ildə Başqırdıstanın Fyodorovski rayonunun Starı Çetırman kəndində kəndli ailəsində anadan olmuşdur. Milliyətçə başqırd idi. 1943-cü ildən BKP (b) üzvü. 1941-ci ilin dekabr ayında Başqırd Muxtar Sovet Sosialist Respublikasının Fyodorovski rayon hərbi qeydiyyatdan könüllü olaraq Qırmızı Orduya qoşuldu. 1942-ci ilin aprel ayından fəaliyyətdə olan orduda xidmət etməyə başladı. O, ən çox Ukraynanın Çerniqov vilayəti ətrafında keçirilən döyüşlərdə fərqlənmişdir.
Leylətul-məbit
Leylətul-məbit (ərəb. لَـیْـلَـة ٱلْـمَـبِـیْـت‎) Məhəmmədin Məkkədən Mədinəyə hicrətə başladığı gecədir. Bu gecənin Rəbiüləvvəl ayının birinci günü olduğu güman edilir. Qureyşlilərin Məhəmmədi öldürməsi qərarı səbəbiylə Əli ibn Əbu Talib Məhəmmdin yataq yerində yatmış və peyğəmbər Məkkəni tərk etmişdi.
Sabit Abbasəliyev
Sabit Qasım oğlu Abbasəliyev (12 may 1932, Quşçu, Marneuli rayonu – 23 may 1982, Bakı) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi. == Həyatı == Sabit Abbasəliyev 12 may 1932-ci ildə Gürcüstan SSR, Marneuli rayonu, Quşçu kəndində anadan olmuşdur. 1958-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə isə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi seçilmişdir. 1962–1964-cü illərdə Sabit Abbasəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmiş, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi seçilmişdir. Artıq 1965-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. 1971-ci ildən Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi seçilmişdir. 1974–1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri olmuşdur. Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində də çalışmışdır. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Sabit Abbasəliyev 1982-ci ildə vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Sabit Bağırov
Sabit Bağırov (1948, Kirovabad) — Azərbaycan Respublikasının Strateji Proqramlar üzrə Dövlət Müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti. == Həyatı == Sabit Aydın oğlu Bağırov 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu 1972-ci ildə isə həmin institutun aspiranturasını bitirmişdir. 1987-ci ildə SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunda elmi dissertasiyanı müdafiə etmişdir. 1971–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis vəzifəsində çalışmışdır. 1974–1977-ci illərdə Ümumittifaq Elmi Tədqiqat və Neft Maşınqayırma Texnologiyaları İnstitutunun laboratoriya müdiri olmuşdur. 1977–1992-ci illərdə AZNEFTKİMYAMAŞ Konsernin Məlumat Hesablama Mərkəzinin layihələndirmə üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1994–2004-cü illərdə Xəzər enerji layihələri üzrə müxtəlif şirkətlərdə məsləhətçi vəzifəsində çalışmışdır. 1995-ci ildən Center for International Private Interprise (USA), Eurasia Foundation (USA), Open Society Institute (USA), Transparency International, Fridrich Nauman Foundation (Germany), Fridrich Ebert Foundation (Germany) və s. təşkilatları tərəfindən maliyyələşdirilən müxtəlif layihələrin rəhbəri olmuşdur.
Sabit Damolla
Sabit Damolla Əbdulbaqi (uyğ. سابىت داموللا) — Şərqi Türkistan İslam Respublikasının Baş Naziri, məktəb müəllimi, qazı, yazıçı və nəşriyyatçı. O, həmçinin cədidçi idi. == Həyatı == Sabit Damolla Əbdulbaqi 1883-cü ildə Kaşğər vilayətinin Atuş şəhərində anadan olub. O, təhsilini SSRİ-də, Avropada, Türkiyədə, Misirdə, Hindistanda və olduğu başqa ölkələrində alıb. O, Karakaş Yeni İslam məktəbində müəllimlik edirdi və təhsil islahatın tərəfdarı idi. 1931-ci ildə, Sabit Damolla həccə gedib. O, həmçinin Qahirəni ziyarət etmişdi. Eyni vaxtda, Sincanda üsyan qalxmışdı. 1933-cü ildə Sabit Damolla həccdən qayıdıb.
Sabit kəmiyyət
Sabit kəmiyyət — verilmiş prosesdə öz qiymətini dəyişməyən kəmiyyətdir. Sabit kəmiyyət kimi işarə olunur. Məsələn, ideal qazı sıxanda Boyl-Moriott qanununa görə qazın həcminin onun təzyiqinə hasili sabit kəmiyyətdir. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Sabit xərclər
Sabit xərclər — istehsal olunan məhsulun miqdarından asılı olmayan, istehsal prosesi dayansa belə mövcud olan xərclərdir.
Sabit Şəqaqi
Sabit Şəqaqi — Azərbaycan şairi
Sabit Əliyev
Sabit Əliyev — həkim-yazar, Rusiya Professional Yazıçılar ittifaqının üzvü. == Həyat və fəaliyyəti == 1977-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olub.1993-cü ildə Azərbaycan Respublikası Salyan şəhərində 20 saylı orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin bitirib. 2015-ci ildə Göte Universitetinin İmplantologiya sertifikatına layiq görülmüşdür. Moskva şəhərində yaşayır, hansı ki, ilk üç kitabında təəssüratını tapıb. 2017-ci ildən Rusiya Professional Literatorlar üzvü. 2018-ci ildən isə Rusiya Professional Yazıçılar ittifaqının üzvüdür. === Ailəsi === 2006-cı ildən ailəlidir. Həyat yoldaşı Əskərova Esmira (1979-cu il) həkim-ginekoloqdur. Seçenov adına Akademiyanı bitirib , üç uşagi var.