Sabit Abbasəliyev

Sabit Qasım oğlu Abbasəliyev (12 may 1932, Quşçu, Marneuli rayonu23 may 1982, Bakı) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi.

Sabit Abbasəliyev
bayraq
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri
bayraq2
14 dekabr 1979 – 23 may 1982
ƏvvəlkiHilal Əsədov
SonrakıAyaz Mütəllibov
bayraq
Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin rəisi
bayraq2
27 sentyabr 1974 – 14 dekabr 1979
ƏvvəlkiHüseyn Zeynalov
SonrakıXəlil Məmmədov
bayraq
Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi
bayraq2
1971 – 1974
ƏvvəlkiNadir Balakişiyev
SonrakıKamran Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 12 may 1932(1932-05-12)
Doğum yeri
Vəfat tarixi 23 may 1982(1982-05-23) (50 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni

Sabit Abbasəliyev 12 may 1932-ci ildə Gürcüstan SSR, Marneuli rayonu, Quşçu kəndində anadan olmuşdur. 1958-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə isə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi seçilmişdir.

1962–1964-cü illərdə Sabit Abbasəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmiş, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi seçilmişdir. Artıq 1965-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir.

1971-ci ildən Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi seçilmişdir.

1974–1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri olmuşdur. Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində də çalışmışdır.

Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Sabit Abbasəliyev 1982-ci ildə vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.