Sabit Bağırov

Sabit Bağırov (1948, Kirovabad) — Azərbaycan Respublikasının Strateji Proqramlar üzrə Dövlət Müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti.

Sabit Bağırov
13 sentyabr 1992 – 13 iyul 1993
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıNatiq Əliyev
bayraq
Azərbaycan Respublikası Prezidenti Fondunun icraçı direktoru
bayraq2
21 iyul 1992 – 4 avqust 1993
ƏvvəlkiVəzifə təsis olundu.
bayraq
Azərbaycan Respublikasının Strateji Proqramlar üzrə Dövlət Müşaviri
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi 1948
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti alim

Sabit Aydın oğlu Bağırov 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu 1972-ci ildə isə həmin institutun aspiranturasını bitirmişdir. 1987-ci ildə SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunda elmi dissertasiyanı müdafiə etmişdir. 1971–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis vəzifəsində çalışmışdır. 1974–1977-ci illərdə Ümumittifaq Elmi Tədqiqat və Neft Maşınqayırma Texnologiyaları İnstitutunun laboratoriya müdiri olmuşdur. 1977–1992-ci illərdə AZNEFTKİMYAMAŞ Konsernin Məlumat Hesablama Mərkəzinin layihələndirmə üzrə direktor müavini vəzifəsində çalışmışdır.[1]

1994–2004-cü illərdə Xəzər enerji layihələri üzrə müxtəlif şirkətlərdə məsləhətçi vəzifəsində çalışmışdır.

1995-ci ildən Center for International Private Interprise (USA), Eurasia Foundation (USA), Open Society Institute (USA), Transparency International, Fridrich Nauman Foundation (Germany), Fridrich Ebert Foundation (Germany) və s. təşkilatları tərəfindən maliyyələşdirilən müxtəlif layihələrin rəhbəri olmuşdur.

1998 və 2004-cü illərdə Dünya Bankının Azərbaycan enerji layihələrində məsləhətçi olmuşdur.

Ailəlidir, 3 övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Sabit Bağırov 21 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidenti Fondunun İcraçı direktoru təyin olunmuşdur.[2] Bu vəzifədən 4 avqust 1993-cü il tarixində azad edilmişdir.[3]

13 sentyabr 1992-ci il tarixində yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ilk prezidenti vəzifəsinə təyin olunmuşdur.[4] 13 iyul 1993-cü il tarixində bu vəzifədən azad edilmişdir.[5]

23 fevral 1993-cü il tarixində yaradılan Beynəlxalq Energetika Şurasının Azərbaycan Milli Komitəsinin sədri seçilmişdir.[6]

1993–1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının departament rəhbəri vəzifəsində çalışmışdır.

1994-cü ildən Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun və İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti vəzifələrində çalışır.

Hazırda Şəffaflıq-Azərbaycan təşkilatının İdarə Heyətinin və EİTİ-Azərbaycan QHT Koalisiyası Şurasının üzvüdür.

Bir müddət Müsavat Partiyasının üzvü olmuşdur.[7]

  1. http://www.aamik.az/ts_general/azl/about/uzv/Sabit_Bagirov.htm[ölü keçid]
  2. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  3. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  4. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  5. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  6. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  7. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.