Geosinxron orbit — Yer ətrafında fırlanma dövrü Yerin öz oxu ətrafında fırlanma dövrünə — 23 saat 56 dəqiqə 4,1 saniyəyə bərabər olan peykin orbiti.
Geostasionar – rabitə sistemlərində: peykin Yerə nəzərən tərpənməz vəziyyətinin saxlandığı orbit; buna peykin bucaq sürəti və fırlanma istiqamətinin Yerin bucaq sürəti və fırlanma istiqaməti ilə dəqiq üst-üstə salınması hesabına nail olunur.
Geosinxron orbitə yerləşdirilən ilk rabitə peyki 1963-cü ildə ABŞ tərəfindən buraxılan "Syncom 2" olmuşdur.
[[Kateqoriya:İnformatika]