Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vılık
Vılık — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 267 nəfərdir. == Həmçinin bax == Rvarud Orand Nücü Təngəbin == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Vılık kəndi Vılık kəndi adlandırılmışdır.
Bilik
Bilik — insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Bilik – yaxşı strukturlaşdırılmış verilənlər və metaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası (BB) lazımdır. Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir.
Avena vilis
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Bilik Günü
Bilik Günü — Azərbaycanda və bir sıra ölkələrdə məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmiş oldu == İslamda elmə münasibət == Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhalələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi. == Azərbaycanda elmə münasibət == Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
Bilik bazası
Bilik bazası (BB), (en. Knowledge base, KB) — problemin həllini əks etdirən faktlar və qayda toplusu. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar. Bilik bazasının əsasını bilik təşkil edir. Bilik — predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Biliklər bazası – adətən, ekspert sistemlərində istifadə olunan verilənlər bazasının bir növü; müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Ekspert sisteminin başqa vacib hissəsi – nəticə mühərriki (INFERENCE ENGINE) mühakimələrdən və ya, adətən, mütəxəsislər tərəfindən yerinə yetirilən məsələnin həllinə yanaşmalardan ibarətdir == Biliklər bazasının xüsusiyyəti == Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir: daxili interpretasiya. strukturlaşma. bağlılıq. aktivlik.
Bilik fondu
Bilik iqtisadiyyatı
Bilik iqtisadiyyatı — postsənaye iqtisadiyyatı və informasiya cəmiyyəti və ya bilik cəmiyyəti ilə xarakterizə olunan yenilikçi iqtisadiyyatın ən yüksək inkişaf mərhələsi; eyni zamanda — dünyanın qabaqcıl ölkələrinin iqtisadiyyatı və cəmiyyətinin böyük inkişafının növbəti mərhələsi. İndiyə qədər bilik iqtisadiyyatı ABŞ tərəfindən və qismən AB tərəfindən yaradılmışdır. == Terminin mənası == Bilik iqtisadiyyatı termini çox vaxt yenilikçi iqtisadiyyatın sinonimi kimi istifadə olunur. Lakin, bilik iqtisadiyyatı yenilikçi bir iqtisadiyyatın inkişafının ən yüksək mərhələsidir və bilik cəmiyyətinin və ya informasiya cəmiyyətinin əsası, təməlidir. Bilik iqtisadiyyatı, inkişafın əsas amillərinin bilik və insan kapitalı olduğu bir iqtisadiyyatdır. Belə bir iqtisadiyyatın inkişaf prosesi insan kapitalının keyfiyyətinin yüksəldilməsindən, həyat keyfiyyətinin yaxşılaşdırılmasından, yüksək texnoloji biliklərin, innovasiyaların və yüksək keyfiyyətli xidmətlərin istehsalından ibarətdir. Sosiologiyada: Gündəlik Texnoloji İnqilabın İqtisadiyyatı. Bilik iqtisadiyyatı post-sənaye iqtisadiyyatı və yenilikçi bir iqtisadiyyatın inkişafının ən yüksək mərhələsidir və bu səbəbdən ABŞ, Almaniya, Böyük Britaniya, Koreya Respublikası və Yaponiya kimi ən inkişaf etmiş ölkələr üçün ən xarakterikdir. Ədəbiyyatda inkişaf etmiş və gələcək cəmiyyətlərin və iqtisadiyyatların digər tərifləri mövcuddur. Vurğulamaq lazımdır ki, bilik iqtisadiyyatı ilə innovasiya iqtisadiyyatı arasındakı əsas fərq, ilk bilik vəziyyətində bazara çıxarıla bilən daxili bir əmtəə halına gəlməsidir.
Qutadqu-bilik
Qutadqu-bilik və ya Qutadğu bilig — Yusif Xas Hacib Balasaqunlunun əsəri. == Haqqında == Bu kitab 1069-cu ildə Yusif Uluq Xas Hacib tərəfindən yazılmışdır. O, Balasaqun əhli olub, əsərini Qaşqarda bitirmişdir, yazıb Qaraxani sultanı Satıq Buğra xana təqdim etmişdir. Müəllif öz zamanının ən parlaq ədəbi dilini yazıya almışdır və bu kitaba görə Xas Hacib rütbəsinə layiq görülmüşdür. Kitabın mövzusu öyüddür, mübahisə və danışıq şəklində verilmişdir. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən, zərbi-məsəllərdən faydalanmışdır. Kitab şeirlə, əruz vəzninin bəhrlərindən birində yazılmış, bu baxımdan "Şahnamə"yə bənzədiyi üçün iranlılar onu "türk Şahnaməsi" də adlandırmışlar. Əsərin tədqiqi göstərir ki, müəllif yüksək təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və riyaziyyatı da bilirmiş, bəzi rəvayətlərə görə isə İbn Sinanın şagirdi imiş. Müəllif İran və ərəb ədəbiyyatını yaxşı bilir və az da olsa onların təsir altında olmuşdur. Şairin dili sadə və eyni zamanda ədəbidir.
İrina Bilık
İrina Bilık (d. 6 aprel 1970, Kiyev, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (2008). == Albomları == «Кувала зозуля» (1990) «Я розкажу» (1994) «Nova» (1995) «Так просто» (1996) «Фарби» (1998) «Ома» (2000) «Biłyk» (2002) «Країна» (2003) «Любовь.
Ümumi bilik
Ümumi məlumat ya da Ümumi bilik Müxtəlif vasitələrlə zamanla toplanan məlumatlardır. Tədqiqatlar müəyyən edib ki, müəyyən bir sahədə yüksək biliklərə malik olan insanlar bir çox sahədə məlumatlı olurlar. Həmçinin, ümumi biliyin uzunmüddətli semantik yaddaş qabiliyyəti ilə dəstəkləndiyi düşünülür.
Bilik mühəndisliyi
Bilik mühəndisliyi — süni intellekt elmləri sahəsinin bir hissəsidir və ekspert sistemlərinin və bilik bazalarının inkişafı ilə bağlıdır. Bilik sistemlərinin qurulması, saxlanması və tətbiqi ilə bağlı bütün texniki, elmi və sosial aspektlərə aiddir və sistem komponentlərinin proqram təminatının tətbiqindən əvvəl biliklərin çıxarılması, təmsil olunması, strukturlaşdırılması və istifadəsi üsullarını və vasitələrini öyrənir. Bilik mühəndisliyi, biliyin kodlaşdırılmasına yönəlmiş biliyin idarə edilməsi strategiyasında təşkilati biliklərin toplanması, saxlanması və istifadəsini təşkil etmək üçün biliklərin idarə edilməsində istifadə olunur. == Tərifi == Bilik mühəndisliyi (BM) 1983-cü ildə Edvard Albert Feygenbaum və Pamela MakKordak tərəfindən belə izah edilmişdir: Hal-hazırda bu, belə sistemlərin yaradılmasını və saxlanmasını da əhatə edir. O, həmçinin proqram təminatının inkişafı ilə sıx bağlıdır və süni intellekt tədqiqatları kimi bir çox informasiya tədqiqatlarında, o cümlədən bilik bazaları, data mining, ekspert sistemləri, qərar qəbuluna dəstək sistemləri və coğrafi informasiya sistemlərində istifadə olunur. BM müxtəlif elmi fənlərdə, məsələn, sosiologiyada da istifadə olunan riyazi məntiqlə əlaqələndirilir, burada tədqiqatın məqsədi insanların sosial davranışını anlamaq və cəmiyyətdə insanlar arasındakı münasibətlərin məntiqini təhlil etməkdir. Bilik mühəndisliyi məlumatların toplanması və emalı mərhələsində texniki vasitələrdən istifadə etməklə həyata keçirilə bilən vahid strategiyanın tətbiqini nəzərdə tutur. O, avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD) ilə yaxından əlaqəlidir və tətbiq yerini tapır. Biliyə əsaslanan mühəndislik obyektiv prinsipləri və qaydaları CAD və digər ənənəvi mühəndislik proqram vasitələri ilə birləşdirir. 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərində Stenford Universitetində DENDRAL sistemi, daha sonra isə MYCIN yaradılmışdır.
Pelin Yılık
Pelin Yılık (1980, Ankara ili) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Pelin Yılık 1980-ci ildə Ankarada anadan olub. Qazi Universiteti Beynəlxalq əlaqələr Bölməsindən məzun olub. Atılım Universitetində magistr, Qazi Universiteti Sosial Elmlər İnstitutunda isə PhD dərəcələri alıb. Bir sıra universitetlərdə sağlamlıq idarəçiliyi və sağlamlıq turizmi mövzularında mühazirəçi olub. Səhiyyənin idarə edilməsi sahələrində məqalələri dərc olunub. Özəl Göz Xəstəxanaları Dərnəyinin sədr müavini və TOBB Sağlamlıq Məclisində nümayəndə vəzifələrində çalışıb. Özəl xəstəxanada insan resursları meneceri və rəhbər vəzifələrdə təmsil olunub. Bir sıra özəl xəstəxanaların yaradılmasında yer alıb. 2014-2023-cü illərdə özəl xəstəxanaların rəhbəri olub.
Bilik Fondu (Azərbaycan)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu — Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli dövlət qurumu. Fond Bakı şəhərində yerləşir. İcraçı direktoru Oktay Səmədovdur. 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla bilik fondu ləğv olunub. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır. == Vəzifələri == Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək; Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq; azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etmək; şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə lazımi tədbirlər həyata keçirmək; gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək; sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək; Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil etmək; Azərbaycan Respublikasının dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənmək və ictimaiyyətə çatdırmaq; Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyəti ilə bağlı dövlət maraqlarına uyğun dövri mətbuatda materiallar hazırlayıb yaymaq, elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək; Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin etmək; Bu Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
Filiz Kılıç
Filiz Kılıç (30 iyun 1964, Nevşəhər ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Filiz Kılıç 30 iyun 1964-cü ildə Nevşehir ilinin Avanos ilçəsində anadan olub. Hacettepe Universiteti Ədəbiyyat Bölməsindən məzun olub. Qazi Universiteti İctimai Elmlər İnstitutunda magistr və PhD dərəcələri alıb. Qazi Universiteti Fənn-Ədəbiyyat Bölməsində 1995-ci ildə dosent yardımcısı, 2000-ci ildə dosent, 2005-ci ildə isə professor elmi adları alıb. Kitablarıdosent]], 2005-ci ildə isə professor elmi adları alıb. Kitabların və məqalələrin müəllifidir. Uzun illər Qazi Universitetində vəzifələrdə təmsil olunub. 2008-2017-ci illərdə Nevşehir Universitesinin qurucu rəhbəri olub. 2021-ci ildən MHP sədrinin müavinidir.
Avena fatua var. vilis
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu — Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli dövlət qurumu. Fond Bakı şəhərində yerləşir. İcraçı direktoru Oktay Səmədovdur. 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla bilik fondu ləğv olunub. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır. == Vəzifələri == Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək; Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq; azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etmək; şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə lazımi tədbirlər həyata keçirmək; gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək; sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək; Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil etmək; Azərbaycan Respublikasının dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənmək və ictimaiyyətə çatdırmaq; Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyəti ilə bağlı dövlət maraqlarına uyğun dövri mətbuatda materiallar hazırlayıb yaymaq, elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək; Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin etmək; Bu Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
Azərbaycan Respublkası Prezidenti yanında Bilik Fondu
Balik
Balik — Azərbaycanın İsmayıllı rayonunda kənd. Balik kəndi Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Əhalisi 452 nəfərdir ki onun da 231 nəfəri kişi, 222 nəfəri qadındır.
Bilim
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. == Ümumi məlumat == Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu. Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. == Elm tarixi == Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi.
Birlik
Birlikfilm
Bılıx
Bılıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Vaxtilə Bılıx dağının ətəyində bu adda kənd mövcud olub, indi hətta onun xarabalıqları da mövcuddur. Hazırkı Bılıx kəndi isə köhnə Bılıx bağlarının yerində salınıb. Bu barədə toponimiklər belə deyir. El dilində desək bılıxlılar Qaraçayın boğazında oturublar. Bir tərəfindən də Göyçayın axması kəndin görkəminə xüsusi gözəllik verir. Təmiz dağ havası, dağ çaylarının şırıltısı gecələr qoynunda uyuyanları suların səsinə doğmalaşdırıb. Bılıx sözünün mənası “gəlib-getmişlər” deməkdir. İndi ləzgilərin üstünlük təşkil etdiyi kənd camaatının yarısı oturaq, yarısı köçəridir. Qoyun sürüləri bol olduğundan əhalinin maddi vəziyyəti də yüksək səviyyədədir.
Cillik
Cillik — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cillik Balakən r-nunun Qazma i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi Cillik adlanan yerin yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Cil bataqlıqda, rütubətli yerdə bitən bitkinin adıdır. Ərazi bu bitki ilə örtüldüyü üçün belə adlandırılmışdır.
Dilim
Dilim (avar. Дилим) — Dağıstanda kənd (aul). Tərkibindəki yeganə yaşayış məntəqəsi olaraq kənd qəsəbəsi statusu daşıyan bir inzibati vahidliyi təşkil edir yaradır. == Coğrafi yerləşməsi == Kənd Mahaçqaladan 108 km qərbdə yerləşir. Ən yaxın qatar stansiyası olan Xasavyurt isə 22 km şimaldadır. Kəndin cənub hissəsindən Sebetar çayı axır. Kənd dəniz səviyyəsindən 655 m yüksəklikdə yerləşir. Sahəsi - 31,6 km². == Tarixi == 1930-cu ildən Kazbekov rayonunun mərkəzi rolunu oynayır. B.Q. Əliyev bildirir ki, kəndin adı çeçen mənşəlidir və "dil" mənasını verir.
Erlik
Filip
Filip — kişi adı və soyad. Filip Apostol — İsanın 12 həvarisindən biri Filip Bruç — Alman bioloqu. Filip Kreven — Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) rəhbəri Filip Levin — aktyor Filip Rot — ABŞ yəhudilərindən olan roman yazıçısı Filip Miller — şotland əsilli ingilis botaniki. Filip Conson — tanınmış Amerikan memarı, Pritsker mükafatının ilk laureatı. Bu soyadı olan tanınmış şəxslər Ann Filip — fransız yazıçısı.
Filiz
Filiz — iqtisadi cəhətcə tərkibindən metalların alınması məqsədəuyğun hesab edilən təbii mineral birləşmə. "Filiz" termini bir sıra qeyri metal qazıntılar (pyezokvars, flüorit və s.) üçün də işlədilir. == Azərbaycanda filiz yataqları == Azərbaycanın yeraltı sərvətləri içərisində əhəmiyyətinə görə ikinci yeri filiz faydalı qazıntıları durur, (birinci yerdə neft-qaz durur), Respublika bu faydalı qazıntılarla çox zəngindir. Daşkəsən dəmir yatağı, Zəylik alunit yatağı, Balakən rayonunda aşkar edilmiş Filizçay polimetal yatağı Avropada, həta dünyada ən iri yataqlardan sayılır.[mənbə göstərin] Azərbaycan ərazisində həmçinin mis, qurğuşun, sink, molibden, manqan, kobalt, civə, xrom, nikel, sürmə, arsen, qızıl və s. yataqları da vardır.
Fizik
Fizik — fiziki kainatın bütün maddə və enerjisinin qarşılıqlı əlaqəsini başa düşmək üçün ixtisaslı alim. Fiziklər öz sahələrinin bir çox şöbələrində bütün böyük miqyası əhatə edən təbii hadisələrin geniş sprektrini öyrənirlər. Fiziklərə ümumiyyətlə təbii hadisələrin əsas səbəbləri və ya kökü və adətən riyazi münasibətlərlə öz anlayış çərçivəsi maraqlıdır. "Fizik" ifadəsi Vilyam Uel tərəfindən 1840-cı ildə İnduktiv Elmlər Fəlsəfəsi (ing. The Philosophy of the Inductive Sciences) kitabında yeni ifadə kimi işlədilmişdir. == Fəxri adlar və mükafatlar == Fiziklərin layiq görüldüyü ən yüksək fəxri ad İsveç Kral Elmlər Akademiyası tərəfindən 1901-ci ildən bəri verilən Fizika üzrə Nobel mükafatıdır.
Giliz
Giliz — adi atıcı silahların patronuna və artilleriya mərmisinin bağlı borusunun içərisinə yerləşdirilən barıt bükümü və yandırıcı kapsul. Əsas xüsusiyyətləri germetikliyi, korroziyaya davamlılığı, möhkəmliyi və atəşdən sonra patron yeşiyindən asanlıqla çıxarılmasıdır.
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. == Coğrafiyası və iqlimi == Kənd Samurçayın sahilində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.