Qutadqu-bilik

Qutadqu-bilik və ya Qutadğu biligYusif Xas Hacib Balasaqunlunun əsəri.

Qutadğu bilig
قوتادغو بیلیگ
Müəllif Yusif Balasaqunlu
Janrlar Alleqorik, Didaktik
Orijinalın dili Qaraxanlı türkcəsi
Ölkə Qaraxanlılar dövləti
Tərcüməçi Kamil VəliyevRamiz Əskər (1994; 2006)
Xəlil Rza Ulutürk (2017)
Seriya Azərbaycan dili və tarixi
Nəşriyyat 1994: Azərnəşr
2006: Avrasiya press
2017: Bakı Kitab Klubu
Cild 1
Səhifə 2006: 440
2017: 402
Tiraj 2006: 25 000

Bu kitab 1069-cu ildə Yusif Uluq Xas Hacib tərəfindən yazılmışdır. O, Balasaqun əhli olub, əsərini Qaşqarda bitirmişdir, yazıb Qaraxani sultanı Satıq Buğra xana təqdim etmişdir. Müəllif öz zamanının ən parlaq ədəbi dilini yazıya almışdır və bu kitaba görə Xas Hacib rütbəsinə layiq görülmüşdür.

Kitabın mövzusu öyüddür, mübahisə və danışıq şəklində verilmişdir. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən, zərbi-məsəllərdən faydalanmışdır.

Kitab şeirlə, əruz vəzninin bəhrlərindən birində yazılmış, bu baxımdan "Şahnamə"yə bənzədiyi üçün iranlılar onu "türk Şahnaməsi" də adlandırmışlar.

Əsərin tədqiqi göstərir ki, müəllif yüksək təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və riyaziyyatı da bilirmiş, bəzi rəvayətlərə görə isə İbn Sinanın şagirdi imiş. Müəllif İran və ərəb ədəbiyyatını yaxşı bilir və az da olsa onların təsir altında olmuşdur. Şairin dili sadə və eyni zamanda ədəbidir. Bütün kitabda 120 ərəb və fars sözü işlənir, bunlar da dini və dövlət işlərinə aid istilahlardır.

"Qutadğu bilik" tanrıya xitab şeirilə başlayır, sonra da peyğəmbərin və ilk dörd xəlifənin mədhi, bahar təsviri və Buğra xanın tərifi gəlir. Sonra yeddi ulduz, on iki bürc və elm, əql və dildən danışılır, sonra əsas mövzu başlayır və mübahisə dörd şəxsiyyət arasında cərəyan edir. Bu şəxslərin hər biri bir vaqiəti və ya bir həqiqəti təmsil edir.

  • Güntoğdı (Gündoğdu)- doğru yol və ədaləti təmsil edir.
  • Aytuldı (Aydoldu)- səadət və xoşbəxtliyi təmsil edir.
  • Ugdolmuş- əql və məntiqi təmsil edir.
  • Odqurmuş da sonu və aqibəti təmsil edir.

Nəşr və tərcümə

[redaktə | mənbəni redaktə et]

Əsər Xəlil Rza Ulutürk tərəfindən Azərbaycan dilinə tərcümə edilib və 2017-ci ildə Bakı Kitab Klubunda 402 səhifədə təkrar nəşr edilib.[1]

  1. "Qutadğu bilig (poema) / Qutadqu bilik" (az.)). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]