Bilik Günü — müxtəlif ölkələrdə məktəblərdə dərslərin başladığı gün.
Bu günü qeyd edən bir çox ölkədə həmin gün sentyabrın 1-nə təsadüf edir. Lakin, bəzi ölkələr (məs. Azərbaycan, Gürcüstan və Bolqarıstan) onu sentyabrın 15-də qeyd edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmiş oldu. Bundan əvvəl Azərbaycanda Bilik Günü sentyabrın 1-də keçirilirdi.